Month: May 2020

  • İlham Əliyev və Mehriban Əliyeva Bakıda DOST mərkəzinin açılışında – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma mərkəzdə yaradılan şərait barədə məlumat verib.

    Bildirilib ki, Heydər Əliyev prospektində yerləşən 3 saylı DOST Mərkəzi paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək.

    Dövlətimizin başçısına və birinci vitse-prezidentə 2020-ci ilin əvvəlindən indiyədək sosial sahədə əldə olunan uğurlar, pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri, elektron sistemlər üzərindən göstərilən proaktiv xidmətlər, şəhid ailələrinin və müharibə əlillərinin mənzil və avtomobil təminatı, günərzi qayğı, icma əsaslı sosial reabilitasiya və yardım mərkəzləri, habelə DOST agentliyinin regional və beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlər barədə də məlumatlar verilib. Ölkəmizdə əlilliyi olan şəxslər tərəfindən hazırlanan əl işləri nümayiş etdirilib.

    Qeyd edək ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan beşi Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə “DOST” mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. Ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib, vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 96 faiz təşkil edib. “Könüllü DOST” proqramı üzrə artıq 300-dən çox könüllü, o cümlədən 22 yaşlı şəxs bu mərkəzlərə cəlb edilib.

    Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Eyni zamanda, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

    Yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib:

    – Cənab Prezident, xoş gördük Sizi.

    – Salam.

    – Azərbaycanda bu gün həyata keçirilən sosial siyasətin tərkib hissələrindən biri də DOST mərkəzləridir. Bu gün yeni DOST Mərkəzinin açılışında iştirak etdiniz. Ümumiyyətlə, Siz DOST mərkəzlərinin açılışını necə qiymətləndirirsiniz?

    – Bu, çox gözəl sosial təşəbbüsdür. Bildiyiniz kimi, Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıbdır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.

    Bütövlükdə 30-dan çox mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Ümid edirəm ki, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə DOST mərkəzləri fəaliyyətə başlayacaq. Eyni zamanda, burada iş yerləri yaradılır. Mənə verilən məlumata görə, bu DOST Mərkəzində 130-dan çox iş yeri yaradılır və o cümlədən könüllülər də işlərə cəlb olunur. Bütövlükdə 130-dan çox xidmətin göstərilməsi demək olar ki, sosial sahənin bütün xidmətlərini ehtiva edir. Beləliklə, bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verəcək, eyni zamanda, şəffaflıq istiqamətində önəmli addım artıq özünü doğruldub. Eyni zamanda, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur.

    – Cənab Prezident, açılışında iştirak etdiyiniz DOST Mərkəzində digər mərkəzlərdə olduğu kimi, əməkdaşların mütləq əksəriyyəti gənclərdir. Siz tez-tez çıxışlarınızda gənclərin Azərbaycanın inkişafındakı rolunu xüsusi vurğulayırsınız. Ümumiyyətlə, Azərbaycanın bugünkü inkişafında gənclərin rolunu necə qiymətləndirirsiniz?

    – Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST Mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün. Ona görə gənclərlə çoxsaylı görüşlərim əsnasında mən onları həmişə biliklərə cəlb edirəm, dəvət edirəm ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər – bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək.

    – Cənab Prezident, son illərdə Azərbaycanda əhalinin sosial təminatı ilə bağlı dünyanın çox nadir ölkələrində rast gəlinən kompleks tədbirlər həyata keçirilir. Bu sahədə icra olunan layihələr barədə nə deyə bilərsiniz?

    – Sosial sahə daim prioritet sahə olub və mənim əvvəlki illərdə də çıxışlarımda daim bu məsələyə böyük diqqət yetirilib. Xüsusilə son müddət ərzində – keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur. Təsadüfi deyil ki, ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi. Bu sosial paketin əhatə dairəsi çox geniş idi – 4 milyon 200 min insan dövlət tərəfindən sosial paketlə təmin edildi. Bunun içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələləri var idi. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Müavinətlər qaldırıldı – bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə. Problemli kreditlərlə bağlı məsələ öz həllini tapdı. Yəni, biz bu məqsədlər üçün milyardlarla manat ayırdıq və dediyim kimi, 4,2 milyon insanın güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.

    Bu ilin əvvəlindən bu meyillər daha da güclənibdir. Minimum əməkhaqqı və orta əməkhaqqının, orta pensiyanın artırılması göz qabağındadır. Nəzərə alsaq ki, manatın məzənnəsi də sabitdir, insanların real gəlirləri artır, inflyasiya aşağı səviyyədədir. Ona görə bu sahədə bu il görülən işlər keçən il görülmüş işlərin məntiqi davamıdır. Bu ilin xüsusiyyəti ondadır ki, biz indi pandemiya dövründə yaşayırıq və pandemiyaya bizim cavabımız çoxşaxəli olmuşdur. O cümlədən sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılmışdır. Artıq sirr deyil ki, dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənildi, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. Nəzərə alsaq ki, bu sektorda fəaliyyət göstərən insanlar işsiz qalmışdılar, işsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial təminatı təşkil edildi, hər birinə 190 manat vəsait ayrıldı. Bu kateqoriyadan olan insanların sayı az deyil, 600 mindir. Bu işlərin hamısı əlbəttə ki, böyük maliyyə resursları tələb edir. Buna ünvanlı sosial yardım proqramını əlavə etsək, bu proqramla əhatə olunan insanların sayı kəskin artır. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir.

    Eyni zamanda, ödənişli ictimai iş yerlərinin – 90 min iş yerinin açılması nəzərdə tutulur. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Artıq biz bu proqramın bir hissəsini Dünya Bankı ilə birlikdə icra edirik. Yəni, bütövlükdə bu sahəyə ayrılan diqqəti və vəsaiti nəzərə alsaq, görərik ki, bu gün bizim üçün bu, prioritetdir və bu, belə də olmalıdır. Çünki pandemiyadan bütün dünya əziyyət çəkir, bütün ölkələr böyük çətinliklərlə üzləşiblər. İnkişaf etmiş ölkələrin bəzilərində iqtisadi tənəzzül 7-10 faiz səviyyəsindədir. Bu, hələ ilkin rəqəmlərdir. Azərbaycanda maliyyə sabitliyini qorumaq üçün bütün lazımi tədbirlər görüldü. Hər kəs bilməlidir ki, əgər maliyyə sabitliyi pozularsa, onda sosial proqramların icrasına da bizim imkanımız çatmayacaq.

    Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

    – Cənab Prezident, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və innovasiyanın tətbiqi Sizin fəaliyyətinizin prioritet istiqamətlərindən biridir. Bu yaxınlarda CISCO şirkətinin rəhbərliyi ilə görüşdə də Sizin liderliyiniz və Azərbaycanda həyata keçirilən bu işlər çox yüksək qiymətləndirildi. İstərdik ki, bununla bağlı fikirlərinizi bölüşəsiniz.

    – Bilirsiniz, bu sahə bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda geniş vüsət almağa başlamışdır. Xatırlayıram, biz kosmik sənayenin yaradılması ilə məşğul olmağa başlayanda bəziləri təəccüb edirdi, bəziləri düşünürdü ki, Azərbaycan o qədər də böyük ölkə deyil, – kosmik klub dünya miqyasında çox məhdud bir klubdur, – və Azərbaycan üçün orada özünə yer tapmaq çətin olacaq. Ancaq həyat göstərdi ki, biz düzgün yoldaydıq. Çünki kosmik sənayenin yaradılması, üç peykin orbitə çıxarılması təkcə iqtisadi və digər maraqlarımızı təmin etmir, eyni zamanda, bu, kadrların hazırlanması, gənc kadrların yeni texnologiyalara sahib çıxması baxımından da çox önəmli idi. Kadr hazırlığı olmadan müasir texnologiyalar heç bir ölkədə inkişaf edə bilməz. Ona görə biz həm dövlət resurslarımızı bu istiqamətə cəlb etdik və çox düzgün proqram tərtib etdik, həm də kadr hazırlığı ilə əlaqədar əməli-praktiki addımlara start verdik. Çünki bax, bu gözəl DOST Mərkəzinin timsalında görürük, əgər burada peşəkar kadr olmasa, bu Mərkəz fəaliyyət göstərə bilməz. Azərbaycan əksər ölkələr kimi, texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır.

    Ona görə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı bütün addımlarımız düzgün idi və CISCO şirkətinin rəhbərləri ilə videokonfrans çərçivəsində keçirdiyim görüş də bunu bir daha göstərdi. Biz təkcə CISCO şirkəti ilə əməkdaşlıq etmirik, biz demək olar ki, dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bütün aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. CISCO şirkəti ilə biz, deyə bilərəm ki, artıq strateji tərəfdaşlıq əlaqələrinə yaxınlaşırıq. Əlbəttə ki, onların təklif etdiyi intellektual məhsul bizim gələcək inkişafımıza çox lazımdır. Misal üçün, biz hazırda ağıllı şəhər – “Smart City” layihəsi üzərində işləyirik. Bu layihənin ilkin təzahürləri artıq görünməkdədir. Biz daha uzağa gedərək artıq “Smart Nation” – yəni, “Ağıllı ölkə” proqramı üzərində işləməyə başlamışıq. Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir.

    Pandemiya dövründə, özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil. Misal üçün, mənim görüşlərim, videokonfrans şəklində keçirdiyim Zirvə görüşləri müasir texnologiyalar olmadan mümkün deyil. Ona görə hazırda həm iqtisadi sahədə, həm təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində və digər sahələrdə, o cümlədən bizim su resurslarının nəzarəti, su balansının formalaşması və itkilərin azaldılması istiqamətində də məsələ qaldırıldı. Ona görə bu sahə, hər kəs bunu bilməlidir, gələcəyə atılan addımdır. Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.

    – Cənab Prezident, şəhid ailələrinin sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ölkəmizdə kompleks şəkildə tədbirlər həyata keçirildi. İstərdik bu barədə fikirlərinizi bölüşəsiniz.

    – Bu, daim diqqət mərkəzində olan məsələdir. Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilibdir. Bu il şəhid ailələrinə verilən mənzillərin, evlərin sayı rekord həddə çatıb -1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaqdır. Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir.

    Bununla paralel olaraq, biz minik maşınları da veririk – həm şəhid ailələrinə, həm də Qarabağ qazilərinə. Bu günə qədər 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur. Deyə bilərəm ki, bu sahədə də Azərbaycan liderlik göstərir. Çünki dünyanın bir çox yerlərində müharibələr olub, münaqişələr, insan itkisi olub. Mən, əlbəttə, Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəməzdim, ancaq həqiqət ondan ibarətdir ki, Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi, hesab edirəm, ən yüksək səviyyədədir.

    İndi bir daha demək istəyirəm ki, heç kimlə müqayisə aparmaq istəmirəm, amma baxın, Ermənistanda müharibədə ölənlər olubdur. Onlara mənzil verilir? Onlara avtomobil verilir? Yox. Orada pullar faşistlərin abidələrinin ucaldılmasına xərclənir. Amma biz bütün bu işləri görürük və görməliyik. Bu, bizim mənəvi borcumuzdur. Mənim şəhid ailələri ilə çoxsaylı görüşlərim əlbəttə ki, cəmiyyət üçün də, şəhid ailələri üçün də çox önəmlidir. Biz şəhidlərin ruhu qarşısında baş əyirik və öz işimizi təkcə sözlə yox, əməllə təsdiq etməliyik. Ona görə artıq 7600 şəhid ailəsinə verilən evlər, – bu il onların sayı 9 minə çatacaq,- bizim əməli işlərimizin gözəl nəticəsidir.

    – Cənab Prezident, Azərbaycanda koronavirusun qarşısının alınması ilə bağlı görülən işlər və həyata keçiriləcək tədbirlər barədə nə deyə bilərsiniz?

    – Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar. Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram. Yəni, pandemiyanın ilk günlərindən minlərlə məktub almışam və bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki doğrudan da qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Yenə də hər şey müqayisədə ölçülür. Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyət necədir, Azərbaycanda vəziyyət necədir? O ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat etdi. Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır. Eyni zamanda, qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq və buna nail olduq. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki, biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik.

    Deyə bilərəm ki, səhiyyə sistemimizi qısa müddət ərzində yenidən qura bildik. Mən burada xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirirəm. Orada da fəaliyyət göstərənlərin mütləq əksəriyyəti gənclərdir və burada da gənclər göstərdilər ki, nəyə qadirdirlər. Çünki belə bir çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək – biz bütün bunları Operativ Qərargah çərçivəsində, o cümlədən həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik. Ona görə biz artıq aprelin sonunda gördük ki, üç həftə ərzində dinamika müsbətdir, yoluxanların sayı sağalanların sayından azdır və biz yumşalma tədbirlərinə keçdik. Əfsuslar olsun ki, yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir. Ancaq bu gün vəziyyət tam nəzarətdədir və bütün ölkələr artıq açılır. Hətta pandemiyanın geniş vüsət aldığı ölkələr də açılır və biz də yavaş-yavaş açılırıq. Amma vəziyyəti tam nəzarətdə saxlayırıq.

    Bizdə hazırda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, orada ancaq koronavirus xəstələri müalicə olunur – hazırda 19 xəstəxanada. Çünki indi bəzi xəstəxanalarda artıq xəstə qalmır. Ancaq 20-dən çox xəstəxana hazırdır, modul tipli 10 xəstəxananın inşası başlamışdır, birinin açılışında mən iştirak etmişəm. Bu da bizə əlavə 2000 yataq verəcəkdir. Bütün tibbi avadanlıq təmin edilib, süni tənəffüs aparatları gətizdirilib, reanimasiyada kifayət qədər boş yerlərimiz var, yataqlar kifayət qədərdir, karantində saxlanılanların sayı xaricdən gələnlərin sayı ilə birbaşa əlaqəlidir. Çünki xaricdən təxliyə edilən vətəndaşları biz iki həftə karantində saxlayırıq. Deməliyəm ki, 20 mindən çox Azərbaycan vətəndaşı mütəşəkkil qaydada xaricdən təxliyə edilib. Biz bu işləri kortəbii görə bilmərik. Mütəşəkkil qaydada, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıbdır : hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək. Bu işlər bu qaydada davam etdiriləcək. Ən çox təxliyə edilmiş vətəndaşlarımız Rusiyadan gəlib. Bu günə qədər Rusiyadan 6500 Azərbaycan vətəndaşı gəlib və bu proses davam etdirilir, ancaq dediyim kimi, mütəşəkkil qaydada. Hər kəs öz adını qeydiyyata salmalıdır, xüsusi portal da – “Evə gedirəm” mövcuddur. Ona görə təxliyyə işləri də mütəşəkkil qaydada aparılacaq.

    Karantin şəraiti çox gözəldir və mən karantində qalanlardan da çoxsaylı məktublar alıram, onları dörd-beş ulduzlu otellərdə saxlayırıq. Biz özümüz indi tibbi maska, kombinezon, dezinfeksiya vasitələri istehsalına başlamışıq. Ona görə bu kompleks tədbirlər əlbəttə ki, bizi böyük bəladan qoruya bildi. İndiki şəraitdə ki, artıq yumşalma prosesi gedir, əsas amil vətəndaşların məsuliyyəti olacaq. Mən bir daha demək istəyirəm ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir.

    – Cənab Prezident, belə bir çətin şəraitdə əhalinin sosial təminatı, pandemiyanın törətdiyi iqtisadi fəsadların aradan qaldırılması ilə yanaşı, Azərbaycan bir sıra xarici ölkələrə yardım da edir. İstərdik bu məsələ ilə də bağlı fikirlərinizi bildirəsiniz.

    – Mən hesab edirəm ki, bu, bizim apardığımız siyasətin tərkib hissəsidir. Çünki xarici siyasətə gəldikdə, biz həmişə əməkdaşlığa üstünlük vermişik və bunun faydasını görmüşük. Harada imkanımız olub, əgər imkanımız olubsa, kömək etməyə çalışmışıq və etmişik. Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır.

    Biz indi iki təşkilata sədrlik edirik və bu iki təşkilatın Zirvə görüşünü keçirmişik – Türk Şurası və Qoşulmama Hərəkatı və ən yüksək səviyyədə. Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu. Biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarakter daşımamalıdır və daşımır. Ona görə çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir.

    Təsadüfi deyil ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Əks təqdirdə, biz səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik. Əks təqdirdə, Qoşulmama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin qərarı ilə sədr seçilməzdik. Çünki mən demişəm, bu təsisatda bir çox ölkələr cəmləşir ki, bir-biri ilə yola getmir. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Nəyə görə? Çünki biz məsuliyyətli ölkəyik, biz özümüzə hörmət edirik, öz ləyaqətimizi qoruyuruq, tərəfdaşlara da hörmət edirik. Yardım edəndə bunu elə formada edirik ki, bu, yardımı alan üçün də məqbul olsun və öz işimizi bu istiqamətdə davam etdirəcəyik.

    Pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə çıxardı. Elə insanlar var ki, pandemiya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar və xüsusilə, ilkin mərhələdə bəzi addımlar atıblar və indi yəqin utanırlar. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib.

    – Cənab Prezident, suallarımızı ətraflı cavablandırdığınız üçün Sizə minnətdarıq, çox sağ olun.

    – Sağ ol, təşəkkür edirəm.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.








  • Bu gün daha 100 azərbaycanlı Rusiyadan təxliyyə olunacaq

    Bu gün daha 100 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunacaq.

    Bunu Report-a açıqlamasında Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev bildirib.

    “İndi 100 nəfərin Rusiya-Azərbaycan sərhədini keçməsinə hazırlıq görülür. İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılacaq. Sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, – deyə o bildirib.

    Qeyd edək ki, Azərbaycana qayıdan şəxslərin yaxın bir-iki saat ərzində sərhədi keçəcəkləri gözlənilir.

    Xatırladaq ki, Rusiyada müvəqqəti olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın geri dönüşünü təmin etmək məqsədilə www.evegedirem.info xüsusi portalı yaradılıb. Bu portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, vətəndaşlarımızın əvvəlcədən məlumatlandırılmaqla ölkəyə geri dönüşü təmin edilir.

    Sərhəd-keçid məntəqəsində əvvəlcədən təyin edilmiş xüsusi dəhliz vasitəsilə onların ölkəyə qayıdışı təmin edilir. Geri qayıdan bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdirilirlər.

    Məlumat üçün bildirək ki, “Evə gedirəm” portalında qeydiyyatdan keçmiş şəxslər növbəti keçidin tarixi barədə telefon zəngi və ya SMS vasitəsilə əvvəlcədən məlumatlandırılır.

  • Polşada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ

    Azərbaycanın Polşadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlara müraciət edib.

    Bildirilib ki, Azərbaycanın Xarici İşlər Nazirliyindən daxil olmuş şifahi məlumata əsasən, Varşava-Bakı xətti üzrə xüsusi təxliyyə reysi mayın 21-də həyata keçiriləcək:

    1) Uçuşun Varşavadan həyata keçirilməsi nəzərdə tutulur.

    2) Satışa çıxarılan biletlərin məbləği 350 ABŞ dolları təşkil edəcək.

    3) Biletlər xüsusi elektron linklər vasitəsilə satışa çıxarılacaq. Elektron linklər fərdi qaydada elektron mail ünvanına göndəriləcək.

    4) Bilet almış hər sərnişin üçün 22 kq təhvil verilən yük və səkkiz kiloqrama qədər əl yükü nəzərdə tutulur.

    Təhvil verilən hər əlavə yükün dəyəri 50 ABŞ dolları təşkil edəcək.

  • Sığorta şirkətlərinin yeni fırıldağı – VİDEO

    Avtomobilini sığorta etdirmək istəyən Salyan sakini Mahur Kərimov gözləmədiyi bir halla üzləşib.

    Onun adına özündən xəbərsiz bir çox avtomobilin sığorta olunduğu üzə çıxıb.

    M.Kərimov artıq limiti keçib və yeganə şəxsi avtomobilinin sığortası üçün yer qalmayıb.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə doğru” proqramında süjet yayımlanıb.

  • В каком случае студентам положена отсрочка от армии? – ОФИЦИАЛЬНО

    Государственная служба по мобилизации и призыву на военную службу на своей странице в Facebook опубликовала выдержку из закона “О воинской обязанности и военной службе”.

    В выдержке говорится:

    “Для продолжения учебы в образовательных заведениях, прошедших государственную регистрацию и имеющих лицензию и аккредитацию, нижеследующим призывникам предоставляется отсрочка только один раз:

    – лицам в возрасте до 20 лет, получающим полное среднее образование в общеобразовательных заведениях;

    – лицам в возрасте до 20 лет, обучающимся в профессиональных учебных заведениях, не получившим до поступления в них полного среднего образования;

    – лицам в возрасте до 22 лет, обучающимся в средних специальных учебных заведениях, не получившим до поступления в них полного среднего образования;

    – студентам до окончания обучения в бакалавриате, магистратуре, докторантуре (адъюнктуре) и резидентуре;

    – студентам до окончания очного обучения в вузах зарубежных стран на уровне бакалавриата, магистратуры и докторантуры (адъюнктуры), базового (высшего) медицинского образования и резидентуры (интернатуры)”.

  • Tələbələrə hərbi xidmətə çağırışdan möhlət verildiyi hallar

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) rəsmi “Facebook” səhifəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanundan çıxarış paylaşıb.

    Çıxarışda deyilir:

    “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:

    – ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

    – peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

    – orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

    – əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;

    – xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək”.

  • Azərbaycanda Ermənistan istehsalı siqaret satılmasına Gömrük Komitəsindən REAKSİYA

    Ötən gün Sabirabad rayonunda mağazalardan birindən Ermənistan istehsalı olan siqaretin alındığına dair məlumat vermişdik.

    Bu barədə məlumatları əks etdirən foto və video redaksiyamıza oxucular tərəfindən göndərilib.

    Dövlət Gömrük Komitəsi (DGK) məsələ ilə bağlı araşdırma aparıb və bununla bağlı rəsmi münasibət yayıb.

    Komitədən verilən məlumata görə, DGK-nin aidiyyəti qurumları tərəfindən Sabirabad və ətraf rayonlardakı mağazalarda, topdan və pərakəndə satış məntəqələrində ciddi araşdırma aparılıb. Araşdırma zamanı Ermənistan istehsalı tütün məhsullarının satışı aşkar edilməyib:

    “Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz və bu ölkədə istehsal edilən məhsulların ölkə ərazisinə gətirilməsi qəti qadağandır.

    Qeyd edək ki, komitənin müvafiq qurumları bu barədə mütəmadi məlumatlar yayır və Ermənistan mənşəli məhsulların gömrük-keçid məntəqələrində aşkar olunaraq, məhv edilməsi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır”.

  • Tələbələrə təqaüd verilməsi qaydası dəyişdi

    Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

    “Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişikliyə əsasən, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı, semestr başlayanadək müəyyən ediləcək.

    Akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verib müvəffəq qiymət almış tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək.

    Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər (birinci tədris ilinin birinci semestri istisna olmaqla) fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

    – fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü;

    – fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;

    – fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” təqaüd.

    İndiyə qədər təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə müəyyənləşdirilirdi.

    Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

  • Nazirlər Kabineti tədris ili ilə bağlı qərar verdi

    Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərar verib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 365; 2012, № 12, maddə 1344; 2017, № 12 (II kitab), maddə 2532; 2018, № 3, maddə 607) ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

    1.1. 7.4-cü bəndin üçüncü və dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

    “Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

    Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər. Ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.

    Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.

    Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan

    Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.”;

    1.2. 7.5-ci bənddən “, aralıq və dövlət buraxılış imtahanından müvəffəq qiymət almış” sözləri çıxarılsın.

    2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 366; 2012, № 10, maddə 1003; 2013, № 10, maddə 1217; 2017, № 12 (II kitab), maddə 2533) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

    2.1.7.3-cü bənddən “, aralıq və dövlət buraxılış imtahanından müvəffəq qiymət almış” sözləri çıxarılsın;

    2.2.7.5-ci bəndin üçüncü və dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

    “Orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.

    İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir.”.

    3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 467; 2014, № 4, maddə 450; 2016, № 4, maddə 820, № 6, maddə 1201, № 12, maddə 2239; 2017, № 2, maddə 307; 2018, № 11, maddə 2431; 2019, № 12, maddə 2051; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 79 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 2.7-ci və 4.3-cü bəndlərinə “Nazirliyi” sözündən sonra “ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA” sözləri əlavə edilsin.

    4.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 561; 2012, № 12, maddə 1345; 2014, № 4, maddə 451; 2016, № 12, maddə 2239; 2017, № 4, maddə 665, № 12 (II kitab), maddə 2534; 2018, № 11, maddə 2431; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 80 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

    4.1.2.6-cı bəndə “Nazirliyi” sözündən sonra “ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası” sözləri əlavə edilsin; 4.2. 2.14-cü, 2.15-ci və 2.18-ci bəndlər ləğv edilsin;

    4.3. 2.16-cı bənd aşağıdakı redaksiyada verilsin:

    “2.16. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün buraxılış yekun dövlət imtahanı təşkil edilir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.”.

    5.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il

    24 dekabr tarixli 348 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1638; 2016, № 6, maddə

    1202; 2017, № 6, maddə 1232; 2018, № 3, maddə 589; 2019, № 4, maddə 761) ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

    5.1. 3.2.14-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

    “3.2.14. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin fənn üzrə akademik borcu qalır. Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.”;

    5.2. 3.2.23-cü yarımbəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

    “Bu hədd ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən

    dəyişdirilə bilər.”;

    5.3. 3.2.24-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

    “3.2.24. Cari semestrdə akademik borcu qalan və növbəti semestr başlayanadək akademik borcunu ləğv edə bilməyən tələbə növbəti semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ÜOMG nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), o yenidən mövcud qanunvericiliyə əsasən təqaüd almaq hüququna malik olacaqdır.”;

    5.4. aşağıdakı məzmunda 4.7-ci və 4.8-ci bəndlər əlavə edilsin:

    “4.7. Ali təhsil müəssisəsi tərəfindən buraxılış işinin yerinə yetirilməsi tələbi qoyulmadıqda, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur.

    4.8. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.”.

    6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il

    26 dekabr tarixli 354 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1644; 2018, № 1, maddə 126; 2019, № 4, maddə 761) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

    6.1. 3.2.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

    “3.2.15. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin fənn üzrə akademik borcu qalır. Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə imtahan vermək (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.”;

    6.2. 3.2.24-cü yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

    “Bu hədd orta ixtisas təhsili müəssisəsinin Pedaqoji Şurasının

    qərarı ilə dəyişdirilə bilər.”;

    6.3. 3.2.25-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

    “3.2.25. Cari semestrdə akademik borcu qalan və növbəti semestr başlayanadək akademik borcunu ləğv edə bilməyən tələbə növbəti semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla). Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ÜOMG nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), o yenidən mövcud qanunvericiliyə əsasən təqaüd almaq hüququna malik olacaqdır.”;

    6.4. aşağıdakı məzmunda 4.6-cı və 4.7-ci bəndlər əlavə edilsin:

    “4.6. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur.

    4.7. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.”.

    7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin2016-cı il 5 fevral tarixli 38 nömrəliQərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 380; 2017, № 4, maddə 672, № 5, maddə 1010, № 10, maddə 1918; 2018, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2741; 2019, № 4, maddələr 735, 762, № 8, maddə1480; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 78 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüd-lərin təyin olunması və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

    7.1. 2.5-ci bənd üzrə:

    7.1.1. birinci cümləyə “siyahısı” sözündən sonra “semestr başlayanadək” sözləri əlavə edilsin;

    7.1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

    “Akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verib müvəffəq qiymət almış tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilir.”;

    7.2. 2.6-cı bənddən “semestr üzrə” və “imtahan sessiyasının nəticələrinə əsasən” sözləri çıxarılsın.

    8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il

    12 dekabr tarixli 498 nömrəliQərarı (Azərbaycan Respublikasının

    Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2217; 2018, № 4, maddə

    814, № 12 (II kitab), maddə 2746; 2019, № 4, maddə 763, № 6, maddə 1141; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 45 nömrəli və 27 fevral tarixli 69 nömrəli qərarları) ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

    8.1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

    “2.2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün – tədris dili, xarici dil və riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün – xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.*”;

    8.2. 2.4-cü bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin;

    8.3. 2.6-cı bəndin üçüncü cümləsi çıxarılsın;

    8.4. aşağıdakı məzmunda “*Qeyd” əlavə edilsin:

    “*Qeyd. 2020-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası çərçivəsində keçirilən buraxılış imtahanları ikimərhələli olduğu zaman imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər birmərhələli buraxılış imtahanını vermirlər və onların birinci mərhələdə əldə etdikləri nəticələr Mərkəz tərəfindən 300 ballıq şkalaya keçirilir.”.

    9.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 37 nömrəliQərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 290; 2018, № 2, maddə 349, № 4, maddə 815, № 12 (II kitab), maddə 2747; 2019, № 3, maddə 517; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 46 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.3-cü bəndinin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin.

    10.Azərbaycan Respublikası Nazirlər Kabinetinin2017-ci il

    8 fevral tarixli 38 nömrəliQərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 291; 2018, № 2, maddə 350, № 4, maddə 816, № 12 (II kitab), maddə 2748; 2019, № 3, maddə 517; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 47 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

    10.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

    “3.2. Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Qəbul imtahanında abituriyentlərə Azərbaycan dili və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.”;

    10.2. 3.3-cü bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin;

    10.3. 3.4-cü bəndin birinci cümləsində “Hər mərhələdə imtahanın” sözləri “Qəbul imtahanının” sözləri ilə əvəz edilsin;

    10.4. 3.5-ci bənd ləğv edilsin;

    10.5. 3.9-cu bəndin ikinci cümləsindən “birinci mərhələdə” sözləri çıxarılsın.

    11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il

    8 fevral tarixli 39 nömrəliQərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905;

    2018, № 2, maddə 351, № 4, maddə 817, № 11, maddə 2432, № 12

    (II kitab), maddə 2749; 2019, № 3, maddə 517; Azərbaycan

    Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 fevral tarixli 32 nömrəli və 17 fevral tarixli 48 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

    11.1. 3.2-ci bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin;

    11.2. 3.8-ci bəndin ikinci cümləsi çıxarılsın, üçüncü və dördüncü cümlələri aşağıdakı redaksiyada verilsin:

    “Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.”;

    11.3. 5.1-ci bəndin ikinci cümləsi ləğv edilsin.

    12. Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

  • В Азербайджане сохранится умеренная погода

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 20 мая.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, ночью и утром – местами туман, умеренный южный ветер.

    Температура воздуха в Баку и на Абшероне составит ночью 13-16, днем – 21-26, в Баку ночью – 14-16, днем – 23-25 градусов тепла.

    Атмосферное давление снизится с 765 до 760 мм ртутного столба, относительная влажность ночью – 70-75%, днем – 40-45%.

    В некоторых горных районах Азербайджана завтра прогнозируются грозы, кратковременные дожди, град, на остальной части территории страны ожидается погода без осадков, ночью и утром – туман, порывистый западный ветер.

    Температура воздуха составит ночью 12-16, днем – 25-30, в горах ночью – 6-11, днем – 17-22 градуса тепла.