Month: May 2020

  • Sabahın havası: 30 dərəcə isti olacaq

    Azərbaycanda mayın 20-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

    Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

    Mayın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

    Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Deputat dilənçilərlə bağlı təklif verdi

    “Azərbaycanda dilənçilər üçün sığınacaq yaradılmalıdır”.

    Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə hesabatının müzakirəsi zamanı bildirib.

    O qeyd edib ki, dilənçilər küçələrdən yığışdırılmalı və islah olunmalıdırlar.

    “Dilənçilərin sığınacaqlara yerləşdirilməsi vacibdir. Sığınacaqlarda dilənçilərə gündə üç dəfə yemək verilsin”, – deyə F.Mustafa bildirib.

  • Ailələri rayonda, özləri Bakıda qalan şəxslər evlərinə qayıda bilərlər? – RƏSMİ

    “Karantinin ilk mərhələsində vətəndaşlara yaşadıqları yerə qayıtmaq üçün vaxt ayrılmışdı, lakin hazırda buna şərait yaratmaq mümkün deyil”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Xəzər TV”yə açıqlamasında bildirib.

    K.Əliyev karantin rejiminə görə bəzi vətəndaşların ailələrinin regionlarda, özlərinin isə şəhərlərdə qalmasına, görüşə bilməmələrinə etiraz edən şəxslərin narazılığına cavab verib:

    “Karantin rejimi sərtləşdirilməzdən əvvəl vətəndaşlara müraciət olundu. Bu barədə mediada kifayət qədər məlumat paylaşıldı. O zaman icazə verildi ki, hər kəs yaşadığı yerə qayıtsın. Hətta bəzi insanların nikah şəhadətnaməsini göstərməklə həyat yoldaşları yaşayan əraziyə getməsinə icazə verildi.

    Həmin dövrdə müraciətlərimizə diqqət edən şəxslər ailələri ilə birlikdə, eləcə də digər vətəndaşlar qeydiyyatda olduqları yaşayış yerlərinə geri qayıtdılar. Görünür, bir qrup şəxs məsələ ilə bağlı ictimaiyyətə verilən məlumatlara laqeyd yanaşıb.

    Hazırda bu qaydalara istisna halların tətbiq edilməsi mümkün deyil. Bu, regionlardan şəhərə gəliş-gedişin aktivləşməsinə və yoluxma hallarının artımına səbəb ola bilər. Bu kimi halları nəzərə alaraq, karantin rejimi bitənə qədər ölkədə tətbiq olunan qaydalara əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, virusla bağlı təhlükə hələ tam olaraq aradan qalxmayıb”.
    //oxu.az

  • “Şəhərdə bir az gəzdim, fırlandım, gəldim, təslim oldum” – VİDEO

    “Birinci cinayətimdə də özüm təslim olmuşdum, ikincidə də. Qaçmağın mənası yoxdur”.

    Bunu Bakının “Kubinka” məhəlləsində dünyaya gələn Səməd Səmədov ARB TV-nin “Rezonans” proqramında öz həyat hekayəsini danışarkən deyib.

    O bildirib ki, birinci cinayətini yeniyetmə yaşlarında törədib:

    “Öldürdüyüm şəxs bacımın sinif yoldaşı idi. Gənclik illərim idi, bacımgilin məktəbinə getdim. Əmək təlimi dərsi idi. Çağırdım oğlanı, çıxardım bayıra, vurdum.

    İkinci cinayətim bağda oldu. Qonşularımla, yaxın uşaqlarla yığışıb bağa getdik. Alış-veriş edib bağa yeyib-içməyə gəldik. Bir nəfər də məclisimizə gəldi. Onun məclisdəki bir nəfərlə mübahisəsi yarandı.

    Mən də bunu çölə çıxarıb apardım ki, yola salam. İçkili idi, getmək istəmirdi, söyüş söyürdü. Heç söyüşlərinə baxmadım, bildim ki, içkilidir. Dedim, eybi yox, sabah ayılar, söhbət edərik. Birdən o, mənə bıçaq çıxardı. Hər şey bir anda baş verdi. Bir də ayıldım ki, qonaqlar məni onun üstündən qaldırırlar. Onu yerə yıxmışdım”.

  • Magistraturaya imtahan verən tələbələrin hərbi çağırış problemi – VİDEO

    Ali təhsil müəssisələrinin sonuncu kursunu bitirən minlərlə oğlan tələbə var ki, onların bəziləri hərbi xidmətə yola düşür, bəziləri isə ölkə daxilində və ya xaricdə magistr təhsili almaq üçün imtahan verirlər. Hər il bu imtahanın cavabı iyul ayının sonuna qədər məlum olurdu. Tələbələr də buna uyğun olaraq ya təhsillərini davam edir, ya da hərbi xidmətə gedirdilər.

    Lakin bu il koronavirus pandemiyası ilə əlaqədar bir sıra dəyişikliklər oldu. Onlardan biri də magistraturaya imtahan cavablarının avqust ayında açıqlanmasıdır.

    Ətraflı Baku.Tv-nin süjetini təqdim edirik:

  • Dövlət Gömrük Komitəsi normal iş rejiminə qayıdır – RƏSMİ

    Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyət göstərəcək.

    Bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

    Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi çərçivəsində, qarşıdan gələn qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək.

    Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

  • Emin Ağalarov piano arxasına keçib, qızı üçün mahnı oxudu – VİDEO

    Ötən həftə boşanma xəbəri yayılan Xalq artisti Emin Ağalarov paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

    Sənətçi piano arxasına keçərək, qızı Afina üçün “Still” adlı debüt mahnısını oxuyub.

    E.Ağalarovun “Hələ 2005-ci ildə bu bəstəni yazmışdım. Qızıma mahnı oxumaq çox özəldir” başlığı ilə 1,9 milyonluq “Instagram” hesabında bölüşdüyü görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.

    Qeyd edək ki, Emin Ağalarov ikinci həyat yoldaşı, rusiyalı model Alyona Qavrilovadan ayrılıb. 2018-ci il iyulun 14-də ailə həyatı quran cütlüyün bu nikahdan Afina adlı qız övladı var.

  • Koronavirusa qarşı yeni peyvənd hazırlandı

    Sinqapurlu alimlərin yeni hazırladığı peyvənd vasitəsilə mutasiya mərhələsində koronavirusun formasını dəyişdirmək mümkün olacaq.

    “The Straits Times” bu barədə “Esco Aster” yerli şirkətinin rəhbəri Lin Syanlyana istinadən xəbər yayıb.

    Bildirilib ki, alimlər SARS-CoV-2 koronavirusu tərəfindən istehsal olunan antitelləri qrip virusunun protein bazası ilə birləşdirməyə çalışırlar.

    Belə protein bazası ilə immunitet sistemi virusa reaksiya verə və antitel istehsal edə bilir.

    Şirkət rəhbəri qeyd edib ki, koronavirusun mutasiyası vəziyyətində hazırlanan peyvənd alimlərə antitelləri iki-üç həftə ərzində yeni ştam ilə birləşdirməyə imkan verəcək.

    Peyvəndin iki aydan sonra heyvanlar üzərində sınağı planlaşdırılır.

  • Со дня ужасного пожара в Баку прошло пять лет – ФОТО

    Прошло пять лет со дня ужасного пожара, произошедшего 19 мая 2015 года в 16-этажном жилом доме на проспекте Азадлыг в Бинагадинском районе Баку и унесшего жизни 15 человек, включая четверых детей. Еще 64 человека получили ранения.

    Причиной трагедии назвали возгорание полиуретана, которым был облицован фасад здания.

    По данному факту в Следственном управлении по тяжким преступлениям Генпрокуратуры было возбуждено уголовное дело.

    Имена погибших в результате пожара:

    1. Магеррамова Фарах Эльнур гызы (3 года)

    2. Керимова Аян Анар гызы (5 лет)

    3. Гусейнов Айхан Шахин оглу (2 года)

    4. Джавадов Омар Вугар оглу (1 год)

    5. Наджафзаде Яшар Фазиль оглу (27 лет)

    6. Эйвазов Давуд Хамир оглу (16 лет)

    7. Эйвазова Улькер Хамир гызы (16 лет)

    8. Ширинова Зульфия Явер гызы (43 года)

    9. Керимова Назиля Малик гызы (39 лет)

    10. Багиров Сахиб Рахим оглу (49 лет)

    11. Багирова Фирангиз Рахим гызы (60 лет)

    12. Гасанова Алла Антоновна (58 лет)

    13. Утуевсил Юрий Владимирович (67 лет)

    14. Бойкова Любовь Викторовна (87 лет)

    15. Яхъяева Эльмира Алиага гызы (68 лет).










  • Bakıdakı dəhşətli yanğından beş il keçir – FOTO

    Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından beş il ötür.

    2015-ci ilin mayın 19-da, səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində dördü uşaq olmaqla, 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

    Yanğının başlamasına binanın üzərinə çəkilmiş penoplast üzlüklərin alışması səbəb göstərilib.

    Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət Məcəlləsinin üç maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

    Dəhşətli yanğında ölənlərin adları:

    1. Məhərrəmova Fərəh Elnur qızı (3 yaş)

    2. Kərimova Ayan Anar qızı (5 yaş)

    3. Hüseynov Ayxan Şahin oğlu (2 yaş)

    4. Cavadov Ömər Vüqar oğlu (1 yaş)

    5. Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş)

    6. Eyvazov Davud Hamir oğlu (16 yaş)

    7. Eyvazova Ülkər Hamir qızı (21 yaş)

    8. Şirinova Zülfiyyə Yavər qızı (43 yaş)

    9. Kərimova Nazilə Malik qızı (39 yaş)

    10. Bağırov Sahib Rəhim oğlu (49 yaş)

    11. Bağırova Firəngiz Rəhim qızı (60 yaş)

    12. Həsənova Alla Antonovna (58 yaş)

    13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş)

    14. Boykova Lyubov Viktorovna (87 yaş)

    15. Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).