Month: June 2020

  • Bu gün Azərbaycanda daha 352 nəfərdə koronavirus aşkarlandı, iki nəfər vəfat etdi

    Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 9570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 115 nəfər vəfat edib, 4146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

  • Bakı sakini artıq dozada narkotik qəbulundan öldü

    Dünən Bakının Nəsimi rayonunda narkotik istifadəsindən ölüm hadisəsi qeydə alınıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    İyunun 12-si, saat 08:00 radələrində 1989-cu il təvəllüdlü Ş.Əliyevin cəsədi 1987-ci il təvəllüdlü dostu İ.Hacıdadaşovun evində aşkarlanıb. İlkin araşdırma zamanı məlum olub ki, kişi ev sahibinin mənzildə olmadığı vaxt narkotik vasitə inyeksiyası nəticəsində ölüb.

    Nəsimi rayon 21-ci Polis Bölməsinin əməkdaşları faktla bağlı araşdırma aparır.

  • В Баку жильцы многоэтажки “наказали” водителя “Нивы” за неправильную парковку – ФОТО

    Жильцы одного из многоэтажных домов в Ясамальском районе Баку оригинальным способом выразили протест владельцу автомобиля за парковку в неположенном месте.

    Водитель ВАЗ-2121 оставил свою машину возле контейнеров для бытовых отходов.

    Жильцы, которым не понравился выбор владельца “Нивы”, закидали его автомобиль мусором.

    Фото инцидента сделано очевидцем и размещено в Facebook.



  • Bakıda yanlış yerə park edilmiş maşının üstünə zibil tökdülər – FOTO

    Bakının Yasamal rayonunda yaşayış binalarından birinin sakinləri maşını yanlış yerdə park etmiş şəxsə etirazlarını qeyri-adi üsulla bildiriblər.

    Bununla bağlı fotolar sosial mediada paylaşılıb.

    Belə ki, “Niva” markalı avtomobilin sahibi nəqliyyat vasitəsini zibil konteynerlərinin yanında park edib.

    Buna etiraz edən şəxslər isə məişət tullantılarını maşının üzərinə atıblar.



  • Azərbaycanın keçmiş müdafiə nazirini kürəkəni döyüb – RƏSMİ

    Keçmiş müdafiə naziri Rəhim Qazıyevin kim tərəfindən döyüldüyü məlum olub.

    Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, R.Qazıyevin xəsarət alması ilə bağlı başlanan cinayət işi üzrə keçmiş kürəkəni tərəfindən törədilməsi faktı ilə bağlı istintaq araşdırmaları başlanılıb.

    Bu barədə Bakı şəhər BPİ bildirib ki, keçmiş kürəkəni tərəfindən R.Qazıyevə əvvəllər də analoji qaydada xəsarət yetirməsi ilə bağlı hazırda məhkəmə prosesi aparılır.

  • Cəlilabadda kişi özünü yandıraraq intihar etdi

    Cəlilabadda 44 yaşlı kişi özünü yandıraraq intihar edib.

    APA xəbər verir ki, Cəlilabad rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Vüqar Azadxan oğlu intihar məqsədilə üstünə benzin tökərək, özünü yandırıb.

    Ağır yanıq xəsarətləri ilə Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • 20-dən çox ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – VİDEO

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən son bir ay ərzində 20-dən çox ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırıb. Buna səbəb həmin obyektlərin sahiblərinin verilən təlimatlara əməl etməməsidir.

    Baku TV xəbər verir ki, agentlik tərəfindən ərzaq ticarəti və ictimai iaşə müəssisələri üçün metodiki göstərişlər hazırlanıb.

    Həmin məkanlarda maarifləndirici posterlər yerləşdirilib.

    Qurumun şöbə müdiri Əkbər Əliyev deyir ki, son zamanlar əksər vətəndaşların və sahibkarlıq subyektlərinin bu metodiki göstərişlərə əməl etmədiyi müşahidə olunur.

  • AZAL: Пассажиры отмененных рейсов Баку-Нахчыван-Баку могут обменять билеты или вернуть деньги

    Авиакомпания “Азербайджанские авиалинии” (AZAL) повторно обращается к пассажирам, имеющим на руках билеты на рейсы Баку-Нахчыван и Нахчыван-Баку, но не сумевшим ими воспользоваться из-за приостановки полетов в условиях карантина, сообщает пресс-служба авиаперевозчика.

    Данные пассажиры могут бесплатно обменять отмененные билеты на новые даты рейсов с 7 июля включительно.

    В случае отказа от полета деньги за билет этим пассажирам будут возвращены в полном объеме.

    Деньги за старые билеты на рейсы Баку-Нахчыван и Нахчыван-Баку они могут получить, обратившись в специальный офис авиакомпании по адресу: ул. Низами, 126А.

    Для оформления нового билета этим пассажирам необходимо обратиться в службу поддержки авиакомпании по электронной почте ‪callcenter@azal.az‬ или по телефонам ‪+99412 4934004‬, 99412 4937121, ‪+99412 5988880‬.

    Напомним, что ‪с 18 июня‬ AZAL возобновляет рейсы Баку-Нахчыван и Нахчыван-Баку. Полеты будут совершаться дважды в неделю – по вторникам и четвергам.

  • Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərin sərnişinləri üçün MÜHÜM MƏLUMAT

    Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərin sərnişinləri aviabiletlərini dəyişə və ya ödədikləri məbləği geri ala bilərlər.

    Bu barədə AZAL məlumat yayıb.

    Bildirilib ki, AZAL aviaşirkəti Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabilet əldə edən, lakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin biletdən istifadə edə bilməyən sərnişinlərə təkrar müraciət edir.

    Sözügedən sərnişinlər ləğv olunmuş reyslərə aviabiletləri 7 iyul tarixindən (bu tarix də daxil olmaqla) yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişə bilərlər.

    Reysin yerinə yetirilməsindən imtina edildiyi halda, aviabiletin dəyəri həmin sərnişinlərə tam həcmdə geri qaytarılacaq.

    Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərə aviabiletlər üçün ödənilmiş vəsaiti sərnişinlər Nizami küçəsi, 126A ünvanında yerləşən aviaşirkətin xüsusi ofisinə müraciət edərək geri ala bilərlər.

    Yeni aviabiletin rəsmiləşdirilməsi üçün callcenter@azal.az elektron poçtu vasitəsilə və ya +99412 4934004, +99412 4937121, +99412 5988880 telefon nömrələrinə zəng edərək aviaşirkətin çağrı mərkəzinə müraciət etmək lazımdır.

    Xatırladırıq ki, iyunun 18-dən etibarən AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə reysləri bərpa edir. Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.

  • Bakıda supermarketdə süni qiymət artımı – FOTO

    Bakıda “Araz” supermarketlər şəbəkəsinin mağazalarından birində süni qiymət artımı qeydə alınıb.

    Bu barədə müştəri sosial şəbəkə hesabında məlumat paylaşıb.

    O bildirib ki, mayın 24-də 2,55 manata aldığı eyni pendiri ötən gün 3,49 manata əldə edib.

    Müştəri qeyd edib ki, hələ digər aldıqlarının qiymətlərini müqayisə etməyib.

    //oxu.az