Month: June 2020

  • В Баку 17-летняя девушка предприняла попытку суицида

    Попытку суицида зарегистрировали сотрудники Управления полиции Сабунчинского района Баку за минувшие сутки.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    12 июня, в 03:20, в поселке Сабунчи в ванной комнате своего дома попыталась повеситься Ганира Мамедова (2003 г.р.). К счастью, родные вовремя вынули девушку из петли до наступления асфиксии.

    Она госпитализирована в городскую клиническую больницу № 3, ее состояние оценивается как тяжелое.

    В настоящее время устанавливаются причины поступка Г.Мамедовой.

  • Bakıda 17 yaşlı qız intihara cəhd edib

    Ötən gün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən intihara cəhd hadisəsi qeydə alınıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    İyunun 12-də, saat 03:20 radələrində 2003-cü il təvəllüdlü Qənirə Məmmədova Sabunçu qəsəbəsində yaşadığı evin hamamında özünü asmağa cəhd edib. Xoşbəxtlikdən, qohumları boğulmadan öncə onu xilas edə biliblər.

    3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

    Hazırda Q.Məmmədovanı intihara sövq edən səbəblər müəyyənləşdirilir.

  • Baş prokuror: “Prokurorluq orqanlarında ciddi islahatların həyata keçirilməsinə başlanılıb”

    “Prokurorluq orqanlarında baş verən yeniliklər və dəyişikliklər, fəaliyyətin təkmilləşməsi üzrə görülən tədbirlər ölkədə aparılan kardinal islahatların tərkib hissəsidir. Cinayətkarlığın yeni və daha mürəkkəb formalarının meydana çıxmasına gətirən qloballaşma, cəmiyyətlərin sıx inteqrasiyası və informasiya texnologiyalarının sürətli inkişafı prosesləri hüquq-mühafizə orqanları üçün də yeni çağırışlar formalaşdırır. Bu yeni çağırışlarla şərtlənən hazırkı dövrdə zamanın tələblərinə uyğunlaşmanın əhəmiyyətini dərk edərək ölkəmizdə ictimai həyatın və dövlət idarəetməsinin bütün sahələrində islahatlar reallaşdırılır ki, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsi zərurəti ortaya çıxıb”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bildirib.

    Qeyd olunub ki, bu zərurət 1 may 2020-ci il tarixdə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının yeni təyin olunmuş Baş prokurorunu videoformatda qəbulu zamanı bir daha vurğulanıb, prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr qoyulub:

    “Belə ki, hüquq-mühafizə orqanlarında, o cümlədən prokurorluqda genişmiqyaslı islahatların aparılması məqsədilə yüksəkixtisaslı kadr korpusunun formalaşması mühüm şərt kimi qeyd olunub. Yüksəkkeyfiyyətli təhsil almış, gənc, peşəkar, bilikli, müasir yanaşmalara malik kadrların önə çəkilməsi, kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsi, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilərin yüksək nəzəri biliklərə malik olması, eyni zamanda dövlətçiliyə sədaqət prinsiplərini üstün tutması, həmçinin təcrübəli kadrların da öz biliklərini gənc nəsillə bölüşməsi diqqət yetirilməli olmalı məqamlar kimi vurğulanıb.

    Həmçinin qeyd edilib ki, korrupsiyaya qarşı mübarizənin tam səmərəli şəkildə aparılması, qanunun aliliyini təmin etməklə sosial ədalətin bərqərar olunması kimi hədəfləri daim diqqət mərkəzində saxlamaqla bu istiqamətdə zəruri islahatlar davam etdirilməlidir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə prokurorluğun fəallığı artmalı və prinsipiallıq nümayiş etdirilməlidir. Burada həm inzibati yollardan, həm institusional dəyişikliklərdən, həmçinin cəza tədbirlərindən istifadə olunmasına diqqət yetirilməklə tədbirlərin kompleks xarakter daşıması göz önündə tutulmalıdır”.

    K.Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 12 may 2020-ci il tarixdə Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olunaraq icra edilməsi istiqamətində səmərəli tədbirlər görülməkdədir:


    “Fəaliyyət planında dövlət başçısının proqram xarakterli nitqindən irəli gələrək prokurorluq orqanlarının üzərinə düşən hər bir vəzifənin yerinə yetirilməsi üçün konkret tədbirlər nəzərdə tutulub. Prezidentin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin icrası ilə bağlı prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması üzrə ciddi islahatların həyata keçirilməsinə başlanılıb, qısa zaman ərzində struktur və bir sıra kadr islahatları həyata keçirilib. Hazırda bu proses intensiv olaraq uğurla davam etdirilir. Dövrün tələblərinə cavab verən müasir, dinamik, daha operativ və peşəkar prokurorluğun formalaşdırılması qarşıda dayanan başlıca vəzifədir. Bu baxımdan prosessual fəaliyyətə prokuror nəzarəti gücləndirilməli, ibtidai istintaqın keyfiyyəti yüksəldilməli, dövlətin təhlükəsizliyi, eləcə də vətəndaşların hüquq və azadlıqlarına qəsd edən cinayətlərə qarşı mübarizənin kəsəri artırılmalı, dövlət və özəl sektorlarda korrupsiyanın bütün təzahür formalarına qarşı ciddi mübarizə tədbirləri tətbiq edilməli, məhkəmələrdə dövlət ittihamının müdafiəsi işi keyfiyyətcə yeni mərhələyə qaldırılmaqla balanslaşdırılmış cəza siyasətinə riayət edilməsinə nail olunmalı, bu istiqamətdə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xüsusi diqqət yetirilməli, bütövlükdə prokurorluğun insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində iştirakı dərinləşdirilməlidir”.

    “Həmçinin islahatların geniş vüsət aldığı hazırkı dövrdə Azərbaycan prokurorluğu qarşısında duran ümdə vəzifələrdən biri də ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar kontekstində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması, ümumilikdə isə kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə hüquqi vasitələrlə yaxından iştirak, hüququn aliliyi təmin edilməklə özəl sektorun inkişafına dəstək göstərilməsi, həmçinin dövlət idarəetməsində şəffaflığın təmin edilməsidir. Bu məqsədlərə nail olunmasında dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq, qabaqcıl beynəlxalq təcrübənin və beynəlxalq standartların öyrənilməsi və cari fəaliyyətdə tətbiqinə də səy göstərilməlidir. Sadalananları ümumiləşdirməklə qeyd etmək olar ki, qarşımızda prokurorluğun müasir yanaşmaya malik, çevik, eyni zamanda peşəkar bir quruma çevrilməsi ilə bağlı önəmli vəzifələr dayanır ki, bu məqsədlərə nail olmaq üçün prokurorluğun hər bir əməkdaşı üzərinə düşən vəzifələrin icrası ilə bağlı səylə çalışmalıdır.

    Hesab edirik ki, bu istiqamətdə institusional islahatların həyata keçirilməsi nəzərdən keçirilməli, məsuliyyətlilik və hesabatlılığın artırılması təmin edilməklə yüksək şəffaflıq səviyyəsinə nail olunmalıdır. Qeyd edilən tədbirlərin reallaşdırılması ilə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə prokurorluğun üzərinə qoyulan vəzifələrin icrası istiqamətində əsaslı dönüş əldə edilməlidir. Əminliklə qeyd etmək istəyirəm ki, prokurorluq işçiləri bundan sonra da ölkə Prezidentinin həyata keçirdiyi müdrik və uzaqgörən dövlət siyasətini tam dəstəkləyərək respublikamızın hüquqi dövlət quruculuğu prosesində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində fəal iştirak edərək prokurorluğun fəaliyyətinin müasir dövrün standartlarına uyğun qurulması istiqamətində səylərini daha da artıracaq, üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq cinayətkarlığın bütün təzahürlərinə və digər qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin və suverenliyimizin müdafiəsi, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun və təhlükəsizliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsinə öz töhfələrini verəcəklər”, – K.Əliyev vurğulayıb.

  • Невероятная пробка на выезде из Баку – ФОТО

    Граждан с пропиской в Баку и Абшеронском районе, намеревающихся до введения ужесточенного двухдневного карантина выехать в районы страны, возвращают обратно. В связи с этим на трассе Баку-Шамахы возник большой затор, передает Median.Az со ссылкой на Trend.

    Отметим, что вчера в ходе брифинга Оперативного штаба при Кабмине начальник отдела по связям с общественностью Главного управления государственной дорожной полиции полковник полиции Кямран Алиев сказал, что граждане с пропиской в Баку, Сумгайыте и Абшеронском районе, желающие перед введением жесткого карантина выехать в районы, будут возвращаться на постах полиции обратно.

    Напомним, что ужесточенный карантинный режим будет введен с 00:00 часов 14 июня по 06:00 часов 16 июня на территориях гг. Баку, Гянджа, Лянкяран и Сумгайыт, а также Абшеронском, Евлахском, Исмаиллинском, Кюрдамирском и Сальянском районах.




  • Teymur əmi koronavirusdan ölməyibmiş? — Nəvəsi etiraz etdi – FOTO

    Bir neçə gün öncə TƏBİB Teymur Mustafayevin ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, Ağciyər-ürək çatışmazlığı, Şəkərli diabet II tip Ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə xəsətəxanaya çatdırılması və həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etməyin mümkün olmadığını bildirmişdi.

    Sfera.az xəbər verir ki, nəvəsi Teymur əminin koronavirusdan ölməsi xəbərini yalanlayıb.

    O bildirib ki, babasının koronavirusdan öməsi yalandır: “Babam şəkərli diabetdən dünyasını dəyişib. Başqa məlumatlar inanmayın”.

  • Полиция Баку разыскивает “донерного” афериста – ФОТО

    В Баку мужчина, промышляющий мошенничеством на объектах общепита, попал на камеры видеонаблюдения.

    Как сообщили Oxu.Az в правоохранительных органах, злоумышленник 12 июня обманул на 80 манатов работников донерной в поселке Бадамдар. Известны еще два аналогичных случая в Бинагадинском районе, где мужчина своими действиями нанес объектам общепита ущерб в 480 манатов. Его разыскивает полиция.

    Схема обмана проста. Мужчина заходит в кафе, делает крупный заказ шаурмы и уговаривает курьера ехать с ним в его автомобиле, обещая чаевые. При этом аферист ссылается на недостаточное количество денег и предварительно забирает у курьера определенную сумму в счет сдачи, которую обещает ему вернуть, как только доедет до дома. По дороге он усыпляет бдительность своего попутчика, беседуя с ним на разные темы, и привозит его во двор жилого дома. Здесь он просит работника кафе подняться к нему в квартиру и попросить у жены, к примеру, 100 манатов. Когда курьер идет выполнять просьбу, злоумышленник скрывается на своем автомобиле.

    Представляем вниманию читателей кадры, на которых запечатлен аферист.



  • Bakıda polis dönər fırıldaqçısını axtarır – FOTO

    Bakıda iaşə obyektlərində fırıldaqçılıq edən şəxs müşahidə kameralarına düşüb.

    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, iyunun 12-də Badamdar qəsəbəsində naməlum şəxs dönər satıcılarını 80 manat məbləğində aldadıb.

    Daha iki analoji hadisə Binəqədi rayonunda baş verib. Burada bir kişi öz hərəkətləri ilə ictimai iaşə obyektlərinə 480 manat zərər vurub. Polis həmin şəxsi axtarır.

    Dələduzluq sxemi sadədir. Kişi kafeyə daxil olur, böyük şaurma sifariş edir və kuryerə “çaypulu” vermək adı ilə onu avtomobil ilə getməyə razı salır. Eyni zamanda, fırıldaqçı kifayət qədər pulunun olmadığını və yalnız evə çatdıqdan sonra ödəniş edə biləcəyini deyir. Kuryerdən isə ilkin ödəniş kimi, verəcəyi pulun qalığı həcmində müəyyən məbləğdə pul alır.

    Yolda o, kuryerin sayıqlığını zəiflədir, onunla müxtəlif mövzularda danışır və yaşayış binasının həyətinə gətirir. Burada kafe işçisinə mənzilinə qalxmağı və həyat yoldaşından, deyək ki, 100 manat istəməsini xahiş edir. Kuryer tələbi yerinə yetirməyə gedəndə həmin şəxs maşını ilə aradan çıxır.

    Şübhəli şəxsin görüntülərini sizə təqdim edirik.



  • В Баку продолжаются работы по реконструкции и строительству школ

    В течение 2019/2020 учебного года в пяти школах, находящихся на балансе Управления образования Баку, был проведен капитальный ремонт.

    Как говорится в сообщении ведомства, кроме того, здания двух других общеобразовательных учебных заведений были реконструированы, а еще одного – отстроено заново.

    В столице началось строительство семи новых школ. Кроме того, в 109 учебных заведениях проведен косметический ремонт и строительно-монтажные работы.

  • Bakıda iki məktəb sökülərək yenidən tikilir

    2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən beş məktəbdə əsaslı təmir işləri aparılıb.

    Qurumdan verilən məlumata görə, iki məktəbin köhnə binasının sökülərək tikintisi, bir məktəbin isə bütövlükdə sökülərək yenidən tikintisi tamamlanıb.

    Zəruri olan ərazidə bir yeni məktəbin tikintisi tamamlanaraq istifadəyə verilib.

    Qeyd olunur ki, bir məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, iki məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. Daha bir məktəb üçün əlavə korpus tikilir.

    Həmçinin, ehtiyac olan ərazilərdə yeddi yeni məktəbin tikintisinə başlanılıb. Eləcə də, 109 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.

  • Bakı polisindən şəhər sakinlərinə XƏBƏRDARLIQ

    Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qəbul etdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.

    Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) maska taxmaq məcburidir.

    Sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.

    Qaydalara əməl etməyən şəxslər barəsində qanunverciliyə uyğun olaraq, inzibati tənbeh tədbirləri görülür.