Month: June 2020

  • Bakıda cütlük karantinə rəğmən toy etdi – FOTO

    Bakıda bir-birini sevən gənclər karantin qadağasına görə təxirə düşən toylarını gerçəkləşdirmək üçün çıxış yolu tapıblar.

    Axşam.az xəbər verir ki, Ramal və Selfinaz adlı cütlük evlərinin həyətində özlərinə toy ediblər.

    Məclisə yalnız səbəbkarların az sayda yaxınları qatılıblar.

    Toydan fotoları sosial şəbəkədə teleaparıcı Səma Camalqızı paylaşıb. O, şəkillərə “Karantində toy edənlər sırasına qoşulduq. Əsas sevgi və xoşbəxtlikdir” şərhini yazıb.

    Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargah martın 14-dən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsini qadağan edib.




  • Erməni təxribatı: Xocalı aeroportunda çəkilən film Kann Festivalında – Azərbaycandan ETİRAZ

    Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kann Festivalının təşkilatçılarına etiraz məktubu göndərib.

    Bu barədə İcmadan məlumat verilib.

    Məktubda Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin Kann Festivalına təqdim olunmaq üçün çəkdiyi “Əgər külək olsa” (Si le vent tombe) filminin yayımlanmasına etirazı yer alıb. Qeyd olunub ki, sözügedən film Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz olaraq çəkilib.

    Məktubda vurğulanıb ki, filmdə göstərilən Xocalı Aeroportu Azərbaycana məxsusdur və işğaldan sonra Ermənistan tərəfindən qeyri-qanuni olaraq bərpa olunub. Eyni zamanda, festival təşkilatçılarına Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın öz yurdundan didərgin düşməsi və bu insanların 30 ilə yaxındır öz evlərinə qayıda bilməməsi haqqında da məlumatlar yer alıb.

    Sonda ədalətin bərpa olunmasına, münaqişənin həllində sülhyönümlü nəticə əldə etmək üçün festival təşkilatçıları tərəfindən səy göstəriləcəyinə ümid ifadə olunub.

  • Ильхам Алиев поздравил Владимира Путина

    Президент Азербайджана Ильхам Алиев 11 июня направил поздравительное письмо президенту России Владимиру Путину.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый Владимир Владимирович,

    сердечно поздравляю Вас с государственным праздником – Днем России.

    Российская Федерация уверенно идет по пути развития, прогресса и преобразований в общественно-политической, социально-экономической и других сферах. Активный внешнеполитический курс является надежной основой для усиления позиции Вашей страны на мировой арене.

    С большим удовлетворением хочу отметить высокий уровень отношений между Азербайджаном и Россией. Многовековые традиции дружбы, добрососедства и взаимоподдержки между нашими народами составляют прочный фундамент для дальнейшего развития и углубления азербайджано-российского многопланового взаимодействия и стратегического партнерства.

    Уверен, что успешная реализация всего спектра задач, стоящих на повестке двусторонних отношений, откроет новые возможности для расширения взаимовыгодного и полномасштабного сотрудничества между нашими странами.

    Пользуясь случаем, выражаю солидарность народа Азербайджана с народом России в период преодоления последствий пандемии коронавируса.

    Желаю Вам, уважаемый Владимир Владимирович, крепкого здоровья, успехов, a всем россиянам – процветания и благополучия”.

  • İlham Əliyev Vladimir Putini təbrik etdi

    Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

    AZƏRTAC-ın dərc etdiyi məktubda deyilir:

    “Hörmətli Vladimir Vladimiroviç.

    Sizi dövlət bayramınız – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

    Rusiya Federasiyası ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə inkişaf, tərəqqi və dəyişikliklər yolunda inamla irəliləyir. Fəal xarici siyasət kursu Sizin ölkənizin dünya arenasında mövqeyinin gücləndirilməsi üçün etibarlı təməldir.

    Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Xalqlarımız arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri çoxşaxəli Azərbaycan-Rusiya əlaqələrinin və strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün möhkəm bünövrədir.

    Əminəm ki, ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin bütün spektrinin uğurla reallaşdırılması ölkələrimiz arasında qarşılıqlı faydalı və tammiqyaslı əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaq.

    Fürsətdən istifadə edib koronavirus pandemiyasının nəticələrinin aradan qaldırıldığı dövrdə Azərbaycan xalqının Rusiya xalqı ilə həmrəy olduğunu bildirirəm.

    Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, uğurlar, bütün rusiyalılara firavanlıq və əmin-amanlıq diləyirəm”.

  • Azərbaycanda karantin qaydalarını pozan yüksək vəzifəli şəxsə töhmət verildi

    Göyçay Rayon Təhsil Şöbəsinin müdiri şiddətli töhmət alıb.

    Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 10-u, saat 12:00 radələrində Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Sıracəddin oğlu ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq verilən qərar və əmrlərə laqeyd yanaşıb.

    Təhsil nazirinin 1 iyun 2020-ci il tarixli, F-273 nömrəli əmri ilə müəyyən edilmiş hər bir qurum üzrə struktur bölmələrin əməkdaşlarının məhdud sayda işə cəlb olunması tələbini aşkar şəkildə pozaraq, təqribən 60 nəfər rayon ümumi təhsil müəssisələrinin rəhbərlərinin və şöbə əməkdaşlarının iştirakı ilə iclas təşkil edilib.

    Qeyd edilənləri və Elnur İsmayılov barəsində tətbiq edilən sonuncu intizam tənbehindən nəticə çıxarmadığını nəzərə alaraq, Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Siracəddin oğluna Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

  • В Баку пакистанец стал жертвой группового грабежа

    Турист из Пакистана стал жертвой группового грабежа в Наримановском районе Баку.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    9 июня, в 08:00, на улице Алиджаббара Оруджалиева на Мехрана Али Аманети (1997 г.р.), прибывшего в Баку 15 марта и оставшегося здесь в связи с закрытием границы из-за коронавирусной пандемии, напали трое неизвестных.

    Злоумышленники избили туриста, отняв у него 1 000 манатов, и скрылись.

    В результате проведенных оперативно-разыскных мероприятий сотрудниками 18-го отделения полиции подозреваемые в нападении были задержаны. Ими оказались Самир Гамбарзаде (1992 г.р.), Амиль Меликов (1996 г.р.) и Кямиль Гурбанов (1997 г.р.).

    По данному факту возбуждено уголовное дело, ведется расследование.

  • Pandemiyaya görə Bakıda qalmış turist üç nəfərin hücumuna məruz qaldı, 1000 manatı oğurlandı

    Pakistanlı turist Bakının Nərimanov rayonunda mütəşəkkil dəstə quldurluğunun qurbanı olub.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    İyunun 9-da, saat 08:00 radələrində Əlicabbar Orucəliyev küçəsində, martın 15-dən Bakıda olan və koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlanmasına görə paytaxtımızda qalan 1997-ci il təvəllüdlü Pakistan vətəndaşı Mehran Əli Əmanəti üç naməlum şəxsin hücumuna məruz qalıb.

    Cinayətkarlar turisti döyərək, onun 1 000 manatını oğurlayıb qaçıblar.

    18-ci Polis Bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hücumda şübhəli bilinən şəxslər tutulub. Onların 1992-ci il təvəllüdlü Samir Qəmbərzadə, 1996-cı il təvəllüdlü Amil Məlikov və 1997-ci il təvəllüdlü Kamil Qurbanov olduğu məlum olub.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

  • Azərbaycanda falçılar qadının 400 min manat pulunu alıblar

    Fala baxmaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən ər-arvadın barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

    “Report” xəbər verir ki, təqdimata Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, 1989-cu il təvəllüdlü Ceyhun Şahin oğlu Zeynallı və onun həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş Rəna Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

    Məhkəmənin qərarı ilə C.Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    İttihama görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqsəsinə girib 2017-i ilin əvvələrində “İnstagram” sosial şəbkəsində “baxıcı” adlı səhifə açıb.

    O özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib.

    Kart vasitsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

    Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib.

    Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvələrinə kimi 397 min manat pulunu mənimsəyib.

    Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

  • Президент Ильхам Алиев принял участие в открытии подстанции “Ахмедлы” в Баку – ФОТО

    Президент Азербайджана Ильхам Алиев 11 июня принял участие в открытии электрической подстанции “Ахмедлы” ОАО “Азерэнержи” напряжением 110/35/10 кВ в Хатаинском районе Баку.

    Об этом сообщает АЗЕРТАДЖ.





















  • İlham Əliyev “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib – YENİLƏNİB+FOTO/VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, “Əhmədli” yarımstansiyası tamamilə yenidən qurulub, buradakı transformatorlar yeniləri ilə əvəzlənib, yarımstansiyanın bütün qurğuları müasir səviyyəyə çatdırılıb. Yenidənqurma işləri zamanı yarımstansiyanın idarəetmə binası da inşa olunub.

    Yarımstansiya Suraxanı, Xətai və Nizami rayonlarında əhalini, sosial, iqtisadi və sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

    Prezident İlham Əliyev “Əhmədli” yarımstansiyasını işə salıb.

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.

    Bildirildi ki, müasir avadanlıq və qurğuların quraşdırılması yarımstansiyanın səmərəliliyini və gücünü artırıb. Burada 3 köhnə transformatorun daha yeni transformatorlarla əvəzlənməsi yarımstansiyanın ümumi gücünü 166 mVA-dan 240 mVA-ya çatdırıb. Yarımstansiyada aparılan yenidənqurma işləri istehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə – onun fəaliyyəti dayandırılmadan həyata keçirilib.

    Ümumilikdə, son iki ildə Prezident İlham Əliyevin tapşırığı ilə elektrik stansiyaları ilə yanaşı, ötürücü şəbəkədə də geniş yenidənqurma, təmir və bərpa işləri həyata keçirilir. Hazırlanan Reabilitasiya Proqramı çərçivəsində bu dövrdə 1 ədəd 500, 2 ədəd 330, 2 ədəd 220 və 10 ədəd 110 kV-luq yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada təmir-bərpa işləri həyata keçirilib.

    Prezident İlham Əliyev: Burada böyük yaşayış massivləri yerləşir, bəs bu köhnə yarımstansiya bütün bu obyektləri necə qidalandırırdı?

    Baba Rzayev: Bu, qidalandırmırdı.

    Prezident İlham Əliyev: Yəni, fasilələrlə verilirdi?

    Baba Rzayev: Bəli, çox pis idi, həmişə fasilə buradan olurdu. “Əhmədli” bir nömrəli qəza mənbəyi idi.

    Prezident İlham Əliyev: Əhmədlidə, Günəşlidə qəzalar tez-tez olurdu. İndi qəzalar olmamalıdır.

    Baba Rzayev: İnşallah, heç bir qəza olmayacaq.

    Prezident İlham Əliyev: İstifadəyə verilən bu yarımstansiya 300 min əhalini əhatə edəcək. Həmçinin burada bir çox sənaye müəssisələri, ictimai binalar var. Ona görə bu yarımstansiyanın çox böyük əhəmiyyəti var.

    Baba Rzayev: Cənab Prezident, “Ağ Şəhər” böyük bir layihədir. Orada 110 kilovoltluq 3 böyük yarımstansiya var, onlardan ikisi buradan qidalanır.

    Prezident İlham Əliyev: Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik.

    Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər”.

    Baba Rzayev: Cənab Prezident, Sizin birbaşa tapşırığınızla son bir ildə ancaq Abşeron regionunda 12 yarımstansiya, o cümlədən “Görədil” işə salınıb.

    Prezident İlham Əliyev: Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik.

    Baba Rzayev: Çox sağ olun, cənab Prezident. Sizi əmin edirəm ki, energetika sahəsinin inkişafı ilə bağlı müəyyənləşdirdiyiniz strategiyanı, qarşıya qoyduğunuz vəzifələri energetiklərimiz uğurla yerinə yetirəcəklər. Sizə təşəkkür edirik.

    Cənab Prezident, harada ki, ərazi imkan verir, 110, 220, 330 kilovoltluq yarımstansiyaları ən müasir texnologiyalar əsasında bu cür açıq paylayıcı qurğularla təmin edirik. Ancaq “Böyükşor” yarımstansiyasını qapalı “GİS”lə inşa etmişik. Özü də bu yarımstansiyaların gücü 80 və 240 meqavoltamperdir.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.