Month: June 2020

  • Азербайджан готовится восстановить международные авиарейсы – ОФИЦИАЛЬНО

    Мы следим за процессом восстановления авиасообщения в других странах. Был подготовлен соответствующий проект правил осуществления авиарейсов в условиях пандемии.

    Как передает Median.Az, об этом сказал на брифинге Оперативного штаба при Кабинете министров директор агентства гражданской авиации Ариф Мамедов.

    По его словам, проект правил был направлен в Оперативный штаб.

    “Сегодня он был увержден и началась подготовка к восстановлению международного авиасообщения”, – отметил Мамедов.

  • На северном выезде из Баку ограничат движение транспорта

    В настоящее время на круговой развязке поселка Масазыр и на ее въездах и выездах проводятся работы по обновлению асфальтобетонного покрытия. В связи с этим движение автотранспортных средств здесь будет частично ограничено.

    Как сообщает Госагентство автомобильных дорог, работы проводятся в рамках расширения и реконструкции участка автодороги Баку- Губа – госграница с РФ от круговой развязки “20 Января” до развязки поселка Масазыр.

    Водителей просят с пониманием относиться к проводимым работам и пользоваться альтернативными дорогами.

  • “20 Yanvar” – “Masazır” istiqamətində hərəkət məhdudlaşdırılacaq

    Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

    Bildirilib ki, aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

    AAYDA sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

  • Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi ləğv edilir

    Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi ləğv edilir.

    APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Bolnisi meriyası məlumat yayıb.

    Bildirilib ki, kənd ərazisində sonuncu yoluxma halı mayın 16-da qeydə alınıb.

    Qeyd olunub ki, karantin rejiminin ləğv edilməsi istiqamətində hazırlıq işləri aparılır.

    Xatırladaq ki, Bolnisi rayonunda yeni növ koronavirusa indiyədək 186 yoluxma halı qeydə alınıb. Yoluxanlardan 114 nəfər sağalıb, 4 nəfər isə vəfat edib.

  • Президент Ильхам Алиев выделил средства на реконструкцию дорог в Бинагадинском районе Баку

    Президент Азербайджана Ильхам Алиев 11 июня подписал распоряжение о дополнительных мерах по продолжению работ по реконструкции автомобильных дорог на территории Бинагадинского района города Баку.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью продолжения работ по реконструкции автомобильных дорог на территории поселков Баладжары, М.А.Расулзаде и Ходжасан Бинагадинского района столицы из средств, предусмотренных в государственном бюджете АР на 2020 год на строительство и реконструкцию автомобильных дорог, Госагентству автомобильных дорог Азербайджана выделяется 2 850 000 манатов.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в распоряжении, а Кабинету министров – решить вытекающие из него вопросы.

  • İlham Əliyev Dövlət Agentliyinə vəsait ayırdı

    Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 2,85 milyon (iki milyon səkkiz yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • Экс-руководство Фонда господдержки СМИ возместило государству крупный ущерб

    Счетная палата по итогам проверок, проведенных в Фонде господдержки развития СМИ при Президенте Азербайджана, направила в Генпрокуратуру 400-страничный отчет.

    Об этом Report сообщил источник в правительстве.

    По данным СМИ, из-за допущенных недочетов прежнее руководство фонда возместило государству ущерб в размере более 100 000 манатов.

    Напомним, распоряжением Президента Ильхама Алиева от 4 апреля Вугар Сафарли был освобожден от должности исполнительного директора Фонда господдержки СМИ, на его место назначен Ахмед Исмаилов. После этого Счетная палата начала проверки в фонде, в ходе которых были выявлены многочисленные недочеты. В связи с этим было принято решение направить материалы в Генпрокуратуру.

  • Vüqar Səfərli dövlətə vurduğu ziyanın 100 min manatını ödədi

    Hesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib.

    Bu barədə Report-a hökumətdəki mənbə bildirib.

    Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.

    Xatırladaq ki, Prezident İlham Əliyevin bu il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib və onun yerinə Əhməd İsmayılov təyin edilib.

    Bundan sonra Hesablama Palatası qurumda yoxlamalara başlayıb. Yoxlamalar nəticəsində vəzifəli şəxslərin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə noqsanlar aşkar edilib və bununla bağlı materialların “Hesablama Palatası haqqında” qanunun 26.2-ci maddəsinə əsasən, Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

  • Professordan “kondisioner icazəsi”nə SƏRT ETİRAZ: “Bunun nəticəsi ağır olacaq”

    “Karantin qaydaları yumşaldıldıqdan sonra insanlar sərbəst, maskasız gəzdilər, heç bir sosial məsafə gözləmədilər”.

    Median.Az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tibbi bölməsi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimai nəqliyyatda sərinləndirmə sistemlərinin işə salınmasına icazə verilməsi haqda qərarını şərh edən professor Adil Qeybulla deyib.

    Professorun sözlərinə görə, bu qərar ölkədə virusa yoluxma statistikasının kəskin artımına səbəb olacaq:

    “Havaya hər hansı virus qarışıbsa, bu zaman o, yerə çökür. Əgər yox, havaya düşən virus kondisioner tərəfindən sovurulursa, o, yenidən otağa verilir. Bununla çox insan virusa yoluxa bilər. İndiki situasiyada qapalı məkanda kondisionerin işləməyi çox təhlükəlidir. Xüsusilə də nəzərə alsaq ki, avtobuslardan ayrı-ayrı kontingent istifadə edir.

    Bu gün Azərbaycanda yoluxma potensialı kifayət qədər yüksəkdir. Yoluxanların demək olar, əlli faizini Abşeron yarımadasında yaşayan insanlar təşkil edir. Çünki karantin qaydaları yumşaldıldıqdan sonra insanlar sərbəst, maskasız gəzdilər, heç bir sosial məsafə gözləmədilər.

    Bunun nəticəsində artıq bir-birilərini xeyli yoluxdurublar. Klinik əlamətləri müşahidə olunmayan şəxslərin də aramızda olduğunu nəzərə alsaq, bunun ağır nəticəsini yaxın vaxtlarda görəcəyik.

    İndiki halda avtobuslarda kondisionerlərin işə salınması qəti olaraq məqsədəuyğun deyil. Avtobuslardan mümkün qədər sosial məsafə gözlənilərək az adam istifadə etməli, ayaqüstə adam olmamalı və avtobuslarda təbii ventilyasiya işləməlidir, yəni pəncərələr açıq olmalıdır. Düzdür, bu, diskomfortdur, ancaq bu günə qədər komfortla yaşamamışıq ki…”

  • İki günlük qadağada apteklər işləyəcək – Rəsmi açıqlama

    Xəbər verildiyi kimi, yeni növ koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qeyd olunan tarixlərdə sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi 9 şəhər və rayonda yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

    Fəaliyyət göstərəcək apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

    Qeydiyyat bitdikdən sonra sərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdiriləcək.