Month: June 2020

  • Gömrükdə “yemiş” əməliyyatı: Yarım tondan çox narkotik ələ keçirildi – VİDEO

    Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya yük maşınında külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə məlumat daxil olub.

    Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, həmin əməliyyat məlumatı əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Xarkov şəhərinə “yemiş” yükü aparan Azərbaycan vətəndaşı Allahverdi İman oğlu Məmmədovun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı, 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb.

    Gömrük yoxlamasından öncə adı çəkilən vətəndaş idarə etdiyi yük avtomobilində müvafiq sənədlərdə göstərilən “yemiş” yükündən başqa, gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

    Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin qoşqusuna reaksiya verib. Qoşquda olan 26 ədəd paletdə qablaşdırılan “yemiş” yükü boşaldılıb və xidməti itin tətbiqi ilə yenidən yoxlanılıb.

    Bu dəfə isə xidməti it əsasən 10 ədəd paletə reaksiya verib və həmin paletlərdə olan yüklər əsaslı yoxlanılıb.

    Yoxlama zamanı 10 paletdə olan 720 ədəd yeşikdə 526 ədəd bağlama aşkar edilib. Bu bağlamalar “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılan “yemişlərin” altından çıxarılıb.

    Bağlamaların içərisində isə preslənmiş halda, spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli, qablaşdırma ilə birlikdə ümumi çəkisi 545 kiloqram 105 qram təşkil edən narkotik vasitə – heroin aşkar edilib.

    Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Allahverdi İman oğlu CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

    Xatırladaq ki, Azərbaycan gömrük orqanları son üç gün ərzində 826 kiloqram 054 qram heroin aşkarlayıb və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 50 milyon avrodan artıqdır.






  • В Баку в одной из больниц за четыре месяца скончались 50 пациентов

    В Научно-исследовательском институте (НИИ) легочных заболеваний Баку за последние четыре месяца скончались 50 пациентов.

    Об этом сообщается в статистических данных, предоставленных Oxu.Az Объединением по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Так, в НИИ в феврале зафикисировано девять случаев летального исхода, марте – 15, а в апреле и мае – по 13 фактов.

  • Bakıda xəstəxanada dörd ayda 50 ölüm – RƏSMİ

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) dörd ay ərzində 50 ölüm faktı qeydə alınıb. Son dövrlər ETACXİ-də ard-arda qeydə alınan ölüm faktlarının sayı artıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, institutda qeydə alınan ölüm faktlarının ümumi statistikası tutulur.

    Statistik nəticələrə görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda fevral ayı ərzində doqquz, martda 15, apreldə 13, mayda 13 ölüm faktı qeydə alınıb.

    Qeyd edək ki, ölən şəxslər arasında koronavirusa yoluxmuş xəstələrin olması da istisna edilmir.

  • Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu

    Bakıda mağaza gözətçisini qətlə yetirən şəxslər tutulub.

    Trend-in məlumatına görə, hadisə iyunun 1-də səhər saat 6:00 radələrində baş verib.

    Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən mağazanın anbarında orada işləyən Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

    Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib.

    Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işinə başlanılıb.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar.

    Qarət etdikləri 40 min manat, müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb.

  • В бакинской больнице скончался 9-летний ребенок

    В Клиническом медицинском центре №1 в Баку скончался пациент.

    Как передает Trend, житель столицы Эмин Абдуллаев (2011 г.р.) с диагнозом “острый аппендицит” был прооперирован в отделении детской хирургии, а затем переведен в реанимацию.

    Несмотря на усилия врачей, мальчик скончался.

    По данному факту в Насиминской районной прокуратуре проводится расследование.

  • Bakıda əməliyyat olunan doqquz yaşlı uşaq xəstəxanada öldü

    Bakıda əməliyyat olunan azyaşlı xəstəxanada ölüb.

    Trend-in məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib.

    Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə cərrahiyə əməliyyatı olunaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

    Göstərilən tibbi yardımlara baxmayaraq, E.Abdullayev ölüb.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • В Джалилабадском районе школьник утонул в реке

    В селе Гейтепе Джалилабадского района 16-летний подросток погиб в результате несчастного случая.

    Как передает АПА, учащийся 9-го класса сельской школы №2 Ильгар Шабиев (2004 г.р.) при попытке перейти вброд реку Гейтепе упал в воду и утонул.

    По данному факту в Джалилабадской районной прокуратуре проводится расследование.

  • Cəlilabadda məktəbli çayda boğularaq öldü

    Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.

    APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb.

    Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, 2 saylı orta məktəbin doqquzuncu sinif şagirdi, 2004-cü il təvəllüdlü İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb.

    Nəticədə İ.Şəbiyev boğularaq ölüb.

    Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Hansı qurumun nə qədər xarici borcu var? – SİYAHI

    Maliyyə Nazirliyi tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının beynəlxalq maliyyə-kredit qurumları və xarici banklardan cəlb etdiyi kreditlər haqqında məlumat təqdim edilib.

    Bu barədə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrasına dair rəyində yazılıb.

    Bildirilib ki, 2019-cu il ərzində birbaşa dövlət borcu hesab edilən 250 milyon ABŞ dolları məbləğində bir və cəmi 260 milyon 500 min avro məbləğində iki yeni layihə imzalanıb.

    Qurumun rəyində xarici borcun icraçılara görə bölgüsü də göstərilib.

    2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, Maliyyə Nazirliyi üzrə faktiki xarici borcun məbləği 3 milyard 541 milyon 300 min dollar təşkil edir.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə rəqəm 1 milyard 872 milyon 600 min dollardır.

    Faktiki xarici borc “Azərsu” üzrə 970 min 300 dollar, Kənd Təsərrüfatı Nazirliyi üzrə 191 min 300 dollar, “Azərbaycan Dəmir Yolları” ASC üzrə 885 min 800 dollar, “Meliorasiya və Su Təsərrüfatı” ASC üzrə isə 389 min 900 dollar təşkil edir.

  • Neft sektorunda artım tempi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Azərbaycanda, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də iqtisadi artımın sürətlənməsində aparıcı rol qeyri-neft sektoruna məxsus olub.

    Oxu.Az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrasına dair rəyində bildirilib.

    Qeyd olunub ki, neft sektorunun artım tempi 2018-ci illə müqayisədə, bir qədər geriləyib və 2019-cu ildə real ifadədə cəmi 0,4 faiz artıb.