Month: June 2020

  • Azərbaycanda koronavirusa görə nəzarətə götürülən kənddən VİDEOREPORTAJ

    Xaçmazın Köhnə Xaçmaz kəndi polis tərəfindən xüsusi nəzarətə götürülüb.

    Baku TV xəbər verir ki, buna son günlər kənd ərazisində korovirusa yoluxanların sayının artması səbəb olub.

    Son məlumata əsasən, kənddə səkkiz yoluxma faktı qeydə alınıb. Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Saleh Pirəliyevin sözlərinə görə, virus Bakıdan gələn koronavirusa yoluxmuş şəxsdən kəndə yayılıb.

    Həmin şəxs virusu əvvəl ailəsinə, daha sonra digər şəxslərə yoluxdurub.

    Kənddə artıq polis əməkdaşları tərəfindən sakinlərlə maarifləndirici söhbətlər aparılıb, marşrut xətləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib.

  • Azərbaycanda koronavirusdan sağalmış şəxs digər sağalanlara müraciət etdi – VİDEO

    Azərbaycanda koronavirusa qalib gəlmiş şəxslər digər pasiyentlərin sağalması üçün artıq plazma verməyə başlayıblar.

    Ölümlə yaşam arasında mübarizə aparıb sağlamlıqlarına qovuşmuş həmin şəxslərlə bağlı “Xəzər” televiziyası reportaj hazırlayıb.

    Paytaxtdakı xəstəxanaların birində çalışan və qulluq etdiyi pasiyentlərin birindən virusa yoluxan İsmayıl Əliyev də qan verərək xəstə insanların sağalmasına kömək olmağa çalışıb.

    O, digər sağalan şəxsləri bu addımı atmağa çağırıb.

  • Ailə məsləhət mərkəzləri yaradılacaq

    Azərbaycanda ailədaxili sosial-psixoloji işin və fəaliyyətin təşkili üçün ailə məsləhət mərkəzlərinin yaradılması nəzərdə tutulur.

    Median.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.

    Bu, erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin olunması istiqamətində əsas prioritetlərdən biri kimi müəyyən edilib.

  • Anemiya xəstəliyi olan uşaqların sayı artıb

    Azərbaycanda hazırda anemiya ciddi bir problem olaraq qalır və ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstə uşaqların sayında artım müşahidə edilir.

    Median.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda bildirilir.

    Qeyd olunur ki, yod və A vitamini çatışmazlığı olan uşaqların sayında azalma müşahidə edilsə də, boyatmanın ləngiməsi və zəifliyi olan uşaqların sayında cüzi artım izlənilir. Bu baxımdan aztəminatlı ailələrin uşaqlarının müayinəsinə və müalicəsinə dövlət dəstəyinin gücləndirilməsi, reproduktiv sağlamlıq xidmətinin genişləndirilməsi, aztəminatlı ailələrdən olan qadınların qadın məsləhətxanalarının xidmətlərindən istifadə imkanlarının artırılması önəmlidir.

    Ölkədə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 2019-cu ildə 72979 nəfər olub. Bu rəqəmin ölkə üzrə uşaqların ümumi sayının təqribən 2,8 faizini təşkil etməsinə baxmayaraq, son 5 ildə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayında artım müşahidə olunur. Əsas səbəblər isə qohumlar arasında nikah nəticəsində yaranan genetik xəstəliklər, erkən nikah və doğuş vaxtı alınan travmalardır.

    Bu sahədə profilaktik tədbirlərin gücləndirilməsi, xüsusilə regionlarda ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi çox önəmlidir. Uşaqlar arasında inkişaf geriliyinin erkən aşkarlanması, sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və erkən müdaxilənin təmin olunması üçün bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması vacibdir.

  • IX və XI siniflər üçün buraxılış mtahanları 6-7 iyundan başlamaqla hər həftə sonu keçiriləcək

    IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək.

    Qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.

    DİM-dən APA-ya verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq hər həftənin əvvəli DİM-in saytına yerləşdiriləcək.

    Bundan sonra imtahan verəcək şagirdlər (abituriyentlər) qrafikə uyğun olaraq öz imtahan tarixini müəyyən edə və buraxılış vərəqələrini çap edə biləcəklər.

    Növbəti həftə imtahan verəcək şagirdlərin (abituriyentlərin) imtahana buraxılış vərəqələri müvafiq həftənin əvvəlində sayta yerləşdiriləcək.

  • В Азербайджане будет применен временный налоговый режим

    В Азербайджане будет применен временный налоговый режим в связи со значительным изменением экономической обстановки в результате пандемии коронавируса.

    Как передает АПА, это отражено в сегодняшнем указе президента Ильхама Алиева “О внесении изменений в Налоговый Кодекс Азербайджанской республики”.

    В Налоговый кодекс внесена 18-ая глава (временный налоговый режим в связи со значительным изменением экономической обстановки в результате пандемии коронавируса).

    Согласно закону, льгота в полном объеме предоставляется на имущественный и земельный налоги по сферам, непосредственно пострадавшим от пандемии, а также в размере 75-процентной налоговой льготы на прибыль:

    – деятельность по перевозке или доставке товаров, включая еду, продукты и непродовольственные товары.

    – сфера общественного питания.

    – организация выставок, сценическая деятельность, сферы отдыха, развлечений (игр), кинотеатры, театры, музеи и концертные залы.

    – деятельность спортивно-оздоровительных объектов.

    – курсы учебной подготовки и повышения квалификации, центры детского образования и развития, детские клубы, психологические центры.

    – сферы деятельности, полностью или частично приостановленные решением соответствующего госоргана с целью обеспечения здоровья и безопасности населения.

    Наряду с вышеуказанными льготами, плательщикам упрощенного налога, занятым в сферах общепита и пассажирских перевозок, предусмотрена также 50-процентная льгота на упрощенный налог.

    По вышеуказанным сферам деятельности предусмотрены также следующие льготы:

    – снижение ставки налога у источника с физлиц по аренде недвижимости с 14% до 7%.

    – освобождение сроком на 1 год от представления справок о текущих налоговых платежах, продление срока уплаты последнего налога за 2019 год до 1 сентября 2020 года.

    – продление срока уплаты налога на прибыль (доход) и имущественного налога до 1 сентября текущего года.

    – приостановка с 1 апреля 2020 года до 1 января 2021 года начисления процентов на неуплаченные налоги, взносы обязательного государственного социального страхования и страховые взносы по безработице.

    Субъектам микропредпринимательства:

    – предоставление 50-процентной льготы по упрощенному налогу

    – предоставление налоговых каникул до 1 сентября текущего года на подачу деклараций упрощенного налога за первый и второй кварталы 2020 года, деклараций налога на прибыль (доход) и имущество, а также на уплату начисленных налогов.

    Предусмотрено предоставление следующих налоговых льгот все субъектам предпринимательства:

    – списание с доходов затраты на необходимые профилактические, дезинфицирующие меры по предотвращению эпидемии и охраны здоровья населения.

    – освобождение на определенный срок от уплаты НДС на некоторые виды продукции, необходимые для продовольственных и медицинских нужд населения.

  • Bu gün Azərbaycanda 6968 nəfər koronavirus testindən keçib

    Bu gün Azərbaycanda 6968 koronavirus testi keçirilib.

    APA xəbər verir ki, bu barədə Tibbi Əraziləri Bölmalərini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    Məlumata əsasən, ümumilikdə 309 901 test həyata keçirilib.

    Reanimasiyada olan xəstə sayı 95, süni tənəffüs cihazında olan xəstə sayı 14-dür.

    Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 5935, virusdan ölənlər 71, sağalan xəstə sayı 3564, aktiv xəstələrin sayı isə 2300 nəfərdir.

  • DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ

    Sabahdan polis tərəfindən maska taxmayan vətəndaşlar inzibati qaydada cərimələnəcək.

    Bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Qeyd edək ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

    Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

    Sözügedən xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

  • Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq – ADLAR

    Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına Milli Məclis tərəfindən yeni üzvlər təyin olunacaq.

    Median.Az xəbər verir ki, deputatlardan parlament sədrinin müavini Adil Əliyevin, Əminə Ağazadənin, Elşad Mirbəşiroğlunun, Arzu Nağıyevin Komissiyaya üzv təyin edilməsi gözlənilir. Həmçinin Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də quruma üzv gətiriləcək.

    Məsələyə Milli Məclisin iyunun 5-də keçiriləcək iclasında baxılacaq.

    Xatırladaq ki, 2004-cü il martın 3-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.

    Komissiya 15 üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

    Hazırda Komissiyanın Milli Məclis tərəfindən təyin edilən üzvləri aşağıdakı şəxslərdir: Parlament sədrinin birinci müavini Əli Hüseynli, digər deputatlar Bəxtiyar Əliyev, Ziyafət Əsgərov, Baş nazirin müavini Əli Əhmədov (deputat olarkən təyin olunub) və Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov.//oxu.az

  • В западном регионе Азербайджана выпал град

    В западном регионе Азербайджана – Дашкесанском, Гедабейском, Шамкирском и Гейгельском районах наблюдались проливные дожди.

    Как передает Report, также в большинстве горных сел и районных центрах выпал град.

    В связи с погодными условиями возникли трудности в передвижении транспортных средств, посевным участкам и фруктовым деревьям нанесен ущерб.

    В настоящее время в регионе продолжаются осадки и молнии.