Month: June 2020

  • Balakəndə çətənə becərən qohumlar tutuldu – FOTO

    Balakən Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakinləri Aslan Uzunov və onun qohumu İsmət Qardaşov saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq, Poştbinə kəndi ərazisindəki meşə massivində narkotik tərkibli çətənə bitkiləri becəriblər.

    Polis və DSX-nın əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan 22 ədəd aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən çətənə kolu aşkar edilərək götürülüb.

    Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.

  • Tramp koronavirusa yeni ad qoyulmasını təklif etdi

    ABŞ Prezidenti Donald Tramp növbəti dəfə öz çıxışında koronavirusun Çində qeydə alındığına işarə edib.

    Bu barədə “Daily Mail” agentliyi məlumat yayıb.

    Tramp Arizona ştatında seçkiöncəsi mitinqdə bildirib ki, yeni növ koronavirusa 19 ad vermək mümkündür:

    “Virusa “Uhan”, “Kung-fu” və digər adları qoya bilərik. Kimsə koronavirusu “Çin qripi” adlandırır. Amma biz (pandemiyadan sonra – red.) daha güclü olacağıq”, – deyə D.Tramp çıxışında deyib.

  • В Азербайджане от коронавируса скончался еще один врач

    В Азербайджане от коронавируса скончался еще один врач.

    Как передает Qafqazinfo, ведущий специалист Республиканского специализированного ангиологического центра, 63-летний хирург Фаиг Юсифов умер от COVID-19 в больнице.

    Первые симптомы у него проявились на прошлой неделе. Тест на COVID-19 оказался положительным.

    В Ангиологическом центре подтвердили эту информацию.

  • Azərbaycanda daha bir cərrah koronavirusdan vəfat etdi

    Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı 63 yaşlı Faiq Yusifov koronavirus infeksiyasından müalicə olunduğu xəstəxanada ölüb.

    Ötən həftə onda ilkin simptomlar yaranıb və bir neçə gün öncə verdiyi testin nəticəsi pozitiv çıxıb.

    Angioloji Mərkəzdən məlumatı təsdiqləyiblər.

  • Bibiheybət yolu istifadəyə verildi – RƏSMİ

    Keçən il təmirə bağlanan Bibiheybət yolu ötən gecədən istifadəyə verilib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

    O bildirib ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol artıq açılıb:

    “Yolun Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığından keçən hissəsi asfaltlandıqdan sonra dünən gecə saatlarından istifadəyə verilib. Sözügedən yol üzərindən şəhərə giriş-çıxış bərpa olunub”.

    Xatırladaq ki, Bibiheybət məscidi yaxınlığından keçən yolda ötən il bir neçə dəfə sürüşmə hadisəsi qeydə alınıb. Torpaq sürüşməsi səbəbindən yolun təxminən 250-300 metrlik hissəsi uçaraq, tamamilə yarasız hala düşmüşdü.

  • Koronavirusa yoluxan jurnalistlər ölümə tərk edilib? – AÇIQLAMA

    Sosial şəbəkələrdə Azərbaycanda koronavirusa yoluxan iki jurnalistin vəziyyətinin ağır olduğuna dair paylaşımlar edilir.

    Median.Az xəbər verir ki, bu barədə jurnalistlər tərəfindən müxtəlif müraciətlər, statuslar paylaşılır.

    Bir neçə gün öncə koronavirusa yoluxan “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva, onun qardaşı, Cebhe.info xəbər portalının əməkdaşı Müşfiq Abdullayev və həyat yoldaşı Gülşən Abdullayeva COVID-19-a yoluxub.

    Test nəticələri müsbət çıxan üç nəfər Atletlər kəndinə yerləşdirilib. Lakin onların vəziyyətinin ağır olduğu, lazımi həkim müdaxiləsinin edilmədiyi deyilir. 
    Müşfiq Abdullayev sosial şəbəkə hesabından vəziyyəti ilə bağlı məlumat paylaşıb və qeyd edib ki, təcili tibbi yardım əməkdaşları onları xəstəxanaya aparacağını desələr də, Atletlər kəndinə gətiriblər.


    Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O bildirib ki, sözügedən jurnalistlərlə bağlı zəruri tapşırıqlar verilib:

    “Qeyd etdiyiniz jurnalistlərlə bağlı məsələ aidiyyəti şöbəyə yönləndirilib. Prosedur qaydalarına uyğun şəkildə lazımi tədbirlər görüləcək”.

    Xatırladaq ki, daha əvvəl jurnalistlərdən “ARB 24” telekanalının əməkdaşı Azər Ağayev, eləcə də, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailə üzvləri COVID-19-a yoluxub. Onların müalicələri davam etdirilir.//oxu.az

  • Hava kəskin pisləşəcək, güclü külək əsəcək – XƏBƏRDARLIQ

    “Sabah ölkə üzrə şimal küləyi arabir güclənəcək”.

    Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

    Onun sözlərinə görə, iyunun 25-də gündüz saatlarından etibarən iyunun 27-si səhərədək Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək.

    Nazirlik rəsmisi qeyd edib ki, həmin müddət ərzində ölkənin şimal-qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı və dolu düşəcəyi gözlənilir.

  • Rusiyada sürətli qəbirqazma yarışı keçiriləcək – VİDEO

    Rusiyada Novosibirsk şəhər krematoriyası sürətli qəbirqazma yarışı təşkil edəcək.

    Müsabiqə avqust ayına planlaşdırılıb.

    Bu barədə krematoriyanın rəhbəri Boris Yakuşin “Mash” “Telegram” kanalına müsahibəsində deyib.

    Qeyd edək ki, qeyri-adi müsabiqənin vətəni Macarıstanın Debretsen şəhəri hesab olunur. Avropalı qəbirqazanlar müsabiqəni ciddi yarış kimi qəbul edirlər.

  • Врач рассказал о состоянии здоровья Бахрама Багирзаде

    Сложно делать прогноз относительно состояния здоровья заслуженного артиста Азербайджана Бахрама Багирзаде.

    Об этом Oxu.Az заявил депутат Милли Меджлиса (парламента), начальник Центра научной практики и обучения Центрального таможенного госпиталя, где проходит лечение артист, Рашад Махмудов.

    Он отметил, что последние несколько дней в состоянии Б.Багирзаде не наблюдается каких-либо изменений.

  • Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

    “Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı proqnoz vermək çox çətindir”.

    Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

    O bildirib ki, son bir neçə gündür Əməkdar artistin vəziyyətində heç bir ciddi dəyişiklik müşahidə edilmir:

    “Səhər saatlarına olan məlumata görə, Bəhram Bağırzadənin vəziyyəti hələ də ağırdır. Bir neçə gündür ağır-stabil olaraq qalır. Hər hansı istiqamətdə proqnoz verməyimiz üçün çox tezdir”.

    Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

    Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.