“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu və rəhbəri İlon Mask X Æ A-Xii adlı oğlu ilə bağlı video paylaşıb.
Bu barədə “Super.ru” “Telegram” kanalı xəbər yayıb.
Kadrlarda oğlunu qucağında tutan Maskın onunla söhbət etdiyi görünür.
“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu və rəhbəri İlon Mask X Æ A-Xii adlı oğlu ilə bağlı video paylaşıb.
Bu barədə “Super.ru” “Telegram” kanalı xəbər yayıb.
Kadrlarda oğlunu qucağında tutan Maskın onunla söhbət etdiyi görünür.

Braziliyada San Paulu Dövlət Universitetinin tədqiqatçıları koronavirusun yeni aşkarlanma üsulu üzərində işləyirlər.
RG.ru xəbər verir ki, koronavirusun əlamətlərindən biri olan tənəffüs problemini nitq analizi ilə tanıma sistemi yaradılır.
Layihə latın dilində “nəfəs al” və ya “yaşa” mənasını verən “Spira” adlanır.
Tənəffüs çatışmazlığı simptomu olan xəstəlik zamanı danışma tərzində xarakterik dəyişiklik yarana bilir. Məhz bu, alimlərə yeni ideyanı həyata keçirməyə əsas verib.
“İdeya telefonda və ya kompüter monitoru qarşısında danışan insanın nəfəs problemi olduğunu tanımaqdan və təcili olaraq həkimə müraciət edib müayinədən keçməyin zəruriliyini göstərməkdən ibarətdir”, – deyə, professor Marselo Barmaq bildirib.
Yaponiyanın Küsü Universitetinin alimləri təsbit ediblər ki, soya lobyasının tərkibində olan zülal Altsheymer xəstəliyindən əziyyət çəkən insanın yaddaş pozğunluğunun qarşısını almaq iqtidarındadır.
REN TV xəbər verir ki, bu barədə “Science of Food” jurnalında dərc olunan məqalədə deyilir.
Müəlliflər qeyd edirlər ki, soya lobyasındakı molekulların tərkibində iki aminturşu mövcuddur – tirozin və prolin.
Mütəxəssislərin apardığı araşdırmalar təsdiqləyib ki, paxlalı bitkinin tərkibindəki faydalı maddələr qan və mərkəzi sinir sistemlərindən maneəsiz keçərək baş və onurğa beyinə daxil ola bilir.
Alimlərin sözlərinə görə, soya lobyasının tərkibindəki zülal həm uzunmüddətli, həm də qısamüddətli yaddaş pozğunluğuna qarşı müsbət təsir göstərir.
“Çox sağlam həyat tərzi təhlükəlidir. İnsanlar “qızıl orta”ya riayət etməlidir”.
“Rossiya 1” telekanalının məlumatına görə, bunu Rusiyada tanınmış mütəxəssis, Moskvadakı xəstəxanalardan birinin baş həkimi Aleksandr Myasnikov deyib.
O, fanatik şəkildə sağlamlıq dalınca düşməyin zərərli olduğu barədə xəbərdarlıq edib və buna görə anoreksiya, yaxud bulimiyaya məruz qalan xəstələri dəfələrlə müalicə etdiyini vurğulayıb.
“Sağlam qidalanma axtarışında bəzən insan o qədər fanatikləşir ki, qidalanmanın bütün prinsiplərini pozmağa başlayır. O fikirləşir ki, kalori nə qədər azdırsa, məhsul o qədər faydalıdır. Bununla da, təbiətdə ən vacib şeyin balans olduğunu unudur”, – deyə, həkim izah edib.
O, insanları qida, idman, pəhriz, bioloji aktiv əlavələrdə və bağırsağın “təmizlənməsində” məqbul moderativliyə riayət etməyə çağırıb.
ABŞ Prezidenti Donald Tramp abidələri dağıdan və ya korlayan hər kəsin həbs edilməsi əmrini verdiyini bildirib.
Bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb.
“Federal hökumətə vandallıqla məşğul olan, ya da hər hansı bir abidə, heykəl və ya digər federal əmlakı məhv edən hər kəsi 10 il azadlıqdan məhrum etməklə həbs etməyə icazə verdim”, – deyə D.Tramp yazıb.
D.Tramp əmrin dərhal qüvvəyə mindiyini qeyd edib və heç bir istisna halın olmayacağını vurğulayıb.
Koronavirus infeksiyasına yoluxma daha bir faciəyə səbəb olub.
Lent.az -ın məlumatına görə, 37 yaşlı iqtisadçı Ramin Qurbanov bu gün müalicə aldığı xəstəxanada vəfat edib. Həkimlərin səyinə baxmayaraq, infeksiyaya yoluxmuş gənc doqquz gün mücadilə aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu gün ad günü olan R.Qurbanov səhər saatlarında vəfat edib. Məlumata görə, onun azyaşlı qızı var.
Dostlarının və sinif yoldaşlarının sosial şəbəkələrdə yazdıqlarına görə, axşam saatlarında isə oğlunun itkisinə dözə bilməyən anası Nazilə Qurbanova ürək tutmasından vəfat edib.



Dünyanın bir nömrəli raketka ustası, serbiyalı Novak Cokoviçin koronavirus testinin cavabları müsbət çıxıb.
Bu barədə 360 TV xəbər yayıb.
Məlumata görə, onun xanımı Yelenada da COVID-19 aşkarlanıb. Cütlüyün uşaqlarının test cavabları hələ məlum deyil.
Qeyd olunur ki, Xorvatiyada keçirilən “Adria Tour” tennis turnirində çıxış edən Novak Cokoviçin komanda yoldaşı və onunla sıx əlaqədə olan Qriqor Dimitrov COVID-19 virusuna yoluxduğunu açıqlayıb.
Bu hadisədən dərhal sonra komandanın baş məşqçisi Qoran İvanişeviç də koronavirus testindən keçib və nəticə mənfi olub.
Bundan başqa, Viktor Troitskidə və hamilə xanımında, Borna Çoriçdə, həmçinin Cokoviçin fitnes-məşqçisində koronavirus müəyyən olunub.
Xatırladaq ki, dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç koronavirus analizi verməkdən imtina etmişdi.
O, ümumiyyətlə, COVID-19-a qarşı vaksinasiya və peyvəndin qəti əleyhdarıdır. Hətta fikrini təsdiqləmək üçün vətəni Serbiyada və qonşu Xorvatiyada turnir təşkil edib. Nəticə isə göz qabağındadır.
“Artıq səkkiz ildir ki, övladım rəhmətə gedib. 11 il ondan əvvəl isə o məhbus həyatı yaşayıb”.
Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.
Sənətkar 2012-ci ildə dünyasını dəyişən oğlu Fərid Quliyevin yoxluğu ilə barışa bilmədiyini və onu itirməkdə özünü günahlandırdığını bildirib:
“Yuxuma girir… Hərdən onunla söhbət edirəm. Ona yenə də məsləhətlər verirəm. İtki vermək özü bir ağır bəladır. Elə anlar olurlar ki, çarpayıdan qalxıb, Fəridi axtarıram.
Hər zaman başım işimə qarışıb. Bəlkə də səhvim olub. Özümü təqsirkar görürəm və heç zaman bağışlaya bilməyəcəyəm. Ürəyimdə Fəridə deyiləsi çox sözlərim qaldı.
Onun ali təhsili yarımçıq qaldı. İstərdim, onu xalqına xidmət edən bir insan görüm. Amma qismət olmadı. Çox ağrılı və acılı həyatım olub. Nə ana, nə də ki ata görmüşəm. Fərid, axı sən böyüyəndən sonra səni atam, qardaşım bilirdim… Kimsəsiz bir insanam. Səni özümə arxa görmək istərdim (ağlayır).
Hər şeyi təbii qəbul edirəm. Çünki həyat varsa, burada sevinc də var, kədər də. Teatrımızın emblemində insanın üzü əks olunub. Üzün bir tərəfi gülür, digər tərəfi isə ağlayır. Hər hadisə həyatdan götürülür. Həyat isə insan yaşamının meyarıdır. O meyar ki sənə həyatda qismət olur… Hər şeyə alın yazısı kimi baxıram.
Gələnlə gedənin önünü kəsmək qeyri-mümkündür. Hər insana ölüm qismət olacaq. Bir şeyə yanıram ki, oğlum Fəridi gənc yaşda itirdim. Lakin insan itkisinin yaşı olmur”.//oxu.az









Azərbaycanda koronavirus pandemiyasının ilk qeydə alındığı tarixdən indiyədək dünən ilk dəfə gündəlik yoluxma sayı 500-ü ötdü.
Bununla belə, hələ də təhlükənin ciddiliyini nəzərə almayan, özünü kortəbii üsulla müalicə etməyə çalışaraq, xəstəliyin daha da yayılmasına rəvac verən insanlar az deyil.
Dünya səhiyyəsi pandemiya qarşısında çıxılmaz vəziyyətlə üz-üzədir.
Bəs Azərbaycanda vəziyyət necədir? Hökumət vəziyyəti nəzarətdə saxlaya bilirmi?
Ətraflı Baku TV-nin videosüjetində:
Научно-исследовательский институт легочных заболеваний включен в список медучреждений перепрофилированных для приема людей, заразившихся коронавирусной инфекцией.
Как сообщает Sputnik-Азербайджан, в настоящее время институт уже принимает больных с COVID-19.
Данную информацию подтвердила директор медучреждения Хагигат Гадирова.
По ее словам, это нормальный процесс.
“Вместе с этим, наши пациенты, страдающие от туберкулеза, переводятся в другие подходящие диспансеры. Мы не выбрасываем наших больных на улицу. Их лечение продолжится в медучреждениях, куда они будут переведены”, – добавила Х.Гадирова.