Month: June 2020

  • Bakıda koronavirusa yoluxma üzrə lider rayon yenə dəyişdi – RƏSMİ

    Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

    Oxu.Az-ın məlumatına görə, statistik göstəricilər koronavirusinfo.az saytında yerləşdirilib.

    Belə ki, COVID-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 12,3 faizi bu rayonda yaşayır.

    Yoluxanların Yasamal və Xətai rayonlarının payına düşən hissəsi hər birində 12,2 faiz təşkil edir.

    Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 11,7 faizi Sabunçu rayonunda, 10,9 faizi Nəsimi rayonunda, 9,2 faizi Suraxanı rayonunda, 8,8 faizi Nərimanov rayonunda, 7,9 faizi Nizami rayonunda, 6,0 faizi Qaradağ rayonunda, 4,3 faizi Xəzər rayonunda, 4,2 faizi Səbail rayonunda, 0,3 faizi isə Pirallahı rayonunda yaşayanlardır.

    Qeyd edək ki, Səbail rayonunda yoluxanların sayı ötən dövrlə nisbətdə artıb.

    İndiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 345, ötən müddət ərzində isə ümumilikdə 426 394 test aparılıb.

  • 26-летний житель Баку свел счеты с жизнью

    Очередной суицид совершен в Сабунчинском районе Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    22 июня, в 18:00, в поселке Сабунчи в ванной комнате собственного дома обнаружено в повешенном состоянии тело Рашада Хидаятова (1994 г.р.). По предварительным данным, он повесился на электрическом проводе. Причина самоубийства пока не установлена.

    Расследование по данному факту ведет районная прокуратура.

  • 26 yaşlı Bakı sakini intihar etdi

    Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    İyunun 22-də saat 18:00 radələrində 1994-cü il təvəllüdlü Rəşad Hidayətovun meyiti Sabunçu qəsəbəsində yerləşən evinin hamam otağında asılmış vəziyyətdə tapılıb.

    İlkin məlumatlara görə, o, özünü elektrik naqilindən asıb. İntiharın səbəbi hələlik müəyyən edilməyib.

    Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • За нарушение жесткого карантина наказан 1 291 человек

    За нарушение правил ужесточенного карантинного режима, введенного на территории Баку, Сумгайыта, Гянджи, Лянкярана, Евлаха, Масаллы, Джалилабада и Абшеронского района, за минувшие сутки 1 029 человек, находившихся в транспортных средствах, были привлечены к ответственности по статье 211.1 Кодекса об административных проступках, 262 человека – за неиспользование средств индивидуальной защиты в такси и автобусах (по той же статье).

    В целом к ответственности привлечен 1 291 человек.

    Об этом сообщили в Главном управлении Государственной дорожной полиции.

    За сутки в результате проверок на постах развернули обратно 175 автомобилей, движущихся в направлении Баку, и 291 машину, пытавшуюся выехать из столицы. Кроме того, выявлены два человека, объявленные в розыск по различным статьям Уголовного кодекса АР.

  • Karantini pozan 1291 nəfər cərimələndi

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 22 iyun 2020-ci il saat 00:00-dan 23 iyun 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 029 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 262 nəfər olmaqla, ümumilikdə, 1 291 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Bildirilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 175 nəqliyyat vasitəsi paytaxt, 291-i rayon istiqamətinə olmaqla, 466 avtomobil geri qaytarılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan iki nəfər şəxs aşkar edilib.

  • В Баку няню обвинили в краже 13 000 манатов

    Крупная квартирная кража совершена в Хатаинском районе Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    В 36-е отделение полиции с заявлением обратился Орхан Багирли (1992 г.р.). Он показал, что за период с марта 2019-го по апрель 2020 года из его дома было похищено в общей сложности 13 000 манатов. Потерпевший обвинил в краже няню своего ребенка – жительницу Агстафинского района (1973 г.р.).

    В настоящее время сотрудники полиции проводят мероприятия по задержанию подозреваемой. Поскольку вина последней пока не доказана, ее имя не называется.

    Отметим, что за минувшие сутки по столице было зарегистрировано 18 краж частного имущества, из них четыре раскрыты. Большинство хищений – мелкие.

  • Bakıda dayə 13 min manat oğurlamaqda ittiham olunur

    Bakının Xətai rayonunda mənzildən oğurluq hadisəsi baş verib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    1992-ci il təvəllüdlü Orxan Bağırlı 36-cı Polis Bölməsinə müraciət edib. O, ifadəsində 2019-cu ilin martından 2020-ci ilin aprelinə qədər evindən ümumilikdə 13 min manat pul oğurlandığını bildirib. Zərərçəkmiş uşağının dayəsi – 1973-cü il təvəllüdlü Ağstafa rayon sakinini oğurluqda günahlandırıb.

    Hazırda polis əməkdaşları şübhəlinin tutulması üçün tədbirlər görür. Sonuncunun günahı hələ sübut olunmadığı üçün onun kimliyi açıqlanmır.

    Qeyd edək ki, son bir gün ərzində paytaxtda 18 oğurluq hadisəsi qeydə alınıb, onlardan dördünün üstü açılıb. Oğurluqların əksəriyyəti kiçik həcmlidir.

  • Karantin qaydalarını pozaraq sərnişin daşıyanlar tutuldu – RƏSMİ

    Bakı şəhərindən Gəncə və Şəki şəhərlərinə qanunsuz sərnişin daşınaraq, ölkə ərazisindəki karantin qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı Eldəniz Daşdəmirov və Hafiz İsgəndərovun sanitariya-gigiyena və karantin qaydalarını pozaraq, istifadələrində olan avtomobillərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları Gəncə və Şəki şəhərlərinə apararaq, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olmalarına əsaslı şübhələr müəyyən edilib.

    Keçirilmiş əməliyyat tədbirləri nəticəsində E.Daşdəmirov və H.İsgəndərovun üzərlərindən nömrələnmiş pul əskinazları aşkar edilərək götürülüb, onların hər ikisi törətmiş olduqları qanunsuz əməlləri etiraf edib və bu audio-video çəkilişlərlə qeydə alınıb.

    Faktla bağlı toplanmış material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma davam etdirilməklə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Binəqədi və Qaradağ rayon məhkəmələrinə göndərilib.

    Məhkəmələrin müvafiq qərarlarına əsasən, E.Daşdəmirov və H.İsgəndərov inzibati məsuliyyətə cəlb olunaraq, 20 gün müddətinə inzibati həbs ediliblər.

  • 100 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 100 şəhidin 142 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Birdəfəlik ödəmə vəsaitlərinin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

    Ümumilikdə, 12281 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan 12 mindən çox şəhidin 18 min vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib.

    Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 98 faizədək icra olunub.

  • Dəniz suyundan koronavirusa yoluxmaq mümkündürmü? – AÇIQLAMA

    Çay, göl və ya dənizdə koronavirusa yoluxmaq mümkün deyil. Su yayda davamlı olaraq günəş şüalarının təsirinə məruz qalır ki, bu da virusu məhv edir.

    360 TV-nin məlumatına görə, bunu Rusiyanın Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun CMD Molekulyar Diaqnostika Mərkəzinin mütəxəssisi Mixail Lebedev bildirib.

    O, COVID-19-un hava-damcı yolu ilə yayıldığını xatırladıb.

    Alimin sözlərinə görə, açıq su hövzələrində bakteriya və ya parazitə yoluxmaq mümkündür, ancaq koronovirus məsələsində bu, keçərli deyil.

    “COVID-19-un su ilə yayıla biləcəyinə dair heç bir elmi dəlil yoxdur. Nəzərə almaq lazımdır ki, açıq su hövzələrində yüksək insolyasiya var, bu isə koronavirusa məhvedici təsir göstərir”, – deyə mütəxəssis bildirib.