Month: June 2020

  • Bakının boz küçələrində yeni ruh: Binalar rəsm əsərləri ilə bəzəndi – FOTO

    Bakı şəhərində yaşayış binalarına qraffiti sənəti ilə yeni ruh verilib.

    Şəhərin müxtəlif ərazilərində binaların fasadları sənətin ecazkar gücü ilə yeni rəng qazanıb.

    Layihə SOCAR-ın dəstəyi ilə həyata keçirilib.

    Qeyd edək ki, “street art”ın ayrılmaz parçası olan qraffiti sənəti qədim dövrdən günümüzədək uzanan bir tarixə malikdir. Qədim Misirdə divarları, qayaları bəzəyən şəkil və yazılar qraffitinin ilk nümunələri sayılır.

    1960-cı illərdən bu sənət yeni məna qazanıb. Bu dövrdən öz siyasi ideyalarını yaymaq istəyənlər divarlara müxtəlif məzmunlu yazılar yazmağa və rəsmlər çəkməyə başlayıblar.

    Artıq uzun müddətdir, Bakı küçələrində də bu əsrarəngiz əl işlərini görmək mümkündür.








  • Bakıda 57 yaşlı kişi bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Report-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

    Belə ki, 1963-cü il təvəllüdlü Məmmədov Ramiz Yunus oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməyilə xəstəxanaya çatdırılıb. Ona qarın nahiyəsinin ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

  • Karantin qaydalarını pozan 10 nəfər cərimələndi – VİDEO

    Cəlilabadda son iki gündə sərtləşdirilmiş karantin rejiminin pozulması halları müşahidə olunub.

    Baku TV xəbər verir ki, bununla əlaqədar 10 nəfər inzibati qaydada cərimələnib.

    Bundan başqa, rayonda dezinfeksiya işləri aparılıb. Prosesə Daxili İşləri Nazirliyinin, Daxili Qoşunların xüsusi təyinatlı texnikası, eləcə də, kommunal xidmətlərin balansında olan dörd suçiləyən maşın cəlb edilib.

    Yol polislərinin nəzarəti altında rayonun mərkəzində və Göytəpə şəhərində küçə və prospektlər xüsusi kimyəvi məhlullarla yuyulub. Bununla yanaşı, şəhərin parklarında, yaşayış və inzibati binaların qarşısında dezinfeksiya işləri aparılıb. Şəhərdə dezinfeksiya tədbirləri xüsusi qrafik əsasında həftədə dörd gün olmaqla həyata keçirilir.

    Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərləri və Abşeron rayonunda iyunun 21-dən iyulun 5-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.

  • Neftin qiyməti 43 dolları keçdi

    Dünya bazarında neftin qiyməti artıb.

    “OilExp” xəbər verir ki, WTI markalı neftin iyul fyuçersləri 1,91 faiz yüksələrək, bir barel üçün 40,46 dollar təşkil edib.

    “Brent” markalı neftin avqust fyuçersləri 1,94 faiz bahalaşaraq, bir bareli 43,01 dollara satılıb.

    Beləliklə, “qara qızıl”ın qiyməti mart-aprel aylarında qeydə alınmış göstəricilərlə müqayisədə, təxminən 140 faiz yüksəlib.

    Xatırladaq ki, həmin vaxt “Brent” markalı neftin qiyməti 20 dollardan aşağı düşmüşdü.

  • Kürdə 16 yaşlı gəncin meyiti tapıldı

    Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Usubov Aqil Şahverdi oğlunun axtarışları başa çatıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

    Bildirilir ki, A.Usubovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 23 июня, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 9 192 712.

    За весь период пандемии скончались 474 445, выздоровели – 4 939 382 человека.

    В первую пятерку пострадавших от коронавируса стран входят США (2 388 153 инфицированных), Бразилия (1 111 348), Россия (592 280), Индия (440 685), Великобритания (305 289).

    Соседний Иран с 207 525 заболевшими занимает 10-е место, Турция (188 897) – 12-е.

    В Армении коронавирусом заразились 20 588, в Грузии – 908 человек.

    На сегодняшний день в Азербайджане подтверждены 13 207 случаев инфицирования COVID-19, 7 168 человек вылечились, 161 – скончался.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 9 192 712 nəfərdə koronavirus aşkar edilib.

    Virusa yoluxan 474 445 nəfər ölüb, 4 939 382 nəfər sağalıb.

    Dünya dövlətləri arasında koronavirusa ən çox yoluxma ardıcıl olaraq, ABŞ (2 388 153 nəfər), Braziliya (1 111 348 nəfər), Rusiya (592 280 nəfər), Hindistan (440 685 nəfər), Böyük Britaniyada (305 289 nəfər) müşahidə olunur.

    Siyahıda İran (207 525) 10-cu, Türkiyə (188 897) 12-cidir.

    Ermənistanda 20 588, Gürcüstanda 908 yoluxma qeydə alınıb.

    Azərbaycanda koronavirus 13 207 nəfərdə aşkar edilib. Onların 161-i ölüb, 7168-i sağalıb.

  • Koronavirus peyvəndinin minimal təsir müddəti açıqlandı

    “Vaksini buster variantda qəbul edən insan ən azı iki il koronavirusa mümkün yoluxmadan qorunacaq”.

    “Krasnaya Zvezda”nın məlumatına görə, bu barədə N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq Rusiyada tətbiq olunan koronavirus vaksininin minimal təsir müddətini açıqlayarkən deyib.

    Onun sözlərinə görə, koronavirusun sünbül zülalını kodlaşdıran gen müxtəlif daşıyıcılara tətbiq olunduğu üçün peyvənd iki dəfə vurulur. Bu, uzunmüddətli immunitet əldə etməyə imkan verir.

    Qeyd edək ki, Gintsburq bundan əvvəl Rusiyada koronavirusa qarşı peyvəndin istehsalına payız aylarında başlanılacağını demişdi.

    O həmçinin bildirmişdi ki, bundan COVID-19-u ağır keçirən xəstələrin müalicəsində terapevtik preparat kimi də istifadə oluna bilər.

  • Münasibətlər pozulandan sonra beynin fəaliyyəti necə davam edir? – ARAŞDIRMA

    Yaxın adamla ayrıldıqdan sonra insanın beynindəki funksional əlaqələr müvəqqəti olaraq pozulur.

    Rg.ru xəbər verir ki, bu qənaətə beyinin fəaliyyəti ilə bağlı yeni bir araşdırmadan sonra gəlinib.

    Müəlliflərin fikrincə, beyin bağlantılarının bu cür hərtərəfli təhlili stres səbəbiylə ruhi pozğunluqların inkişafını proqnozlaşdırmaq üçün istifadə edilə bilər.

    Qroningen Universitetinin alimləri Sonsoles Alonzo Martinez və həmkarları bildirib ki, araşdırmada altı ay əvvəl uzunmüddətli münasibətdən sonra ayrılan, hər biri 18-25 yaş arasında olan 69 könüllü iştirak edib.

    Alimlər onlarda depressiya aşkar etməyiblər, ancaq ayrıldıqdan sonra depresif simptomların şiddətinin beynin funksional əlaqələri ilə təyin olunacağını ehtimal ediblər.

    Bunun üçün gənclər sakit vəziyyətdə MRT-dən keçirilib. Burada vacib olan beynin kompleks fəaliyyətini başa düşmək olub. Beyin fəaliyyətini analiz etmək üçün məşhur bir metod tətbiq olunub. Beləliklə, funksional əlaqələrin gücünü və onların təbiətini, o cümlədən liderlik və xarici stimullara cavabını qiymətləndirmək mümkündür.

    Təcrübənin nəticələrinə görə, alimlər belə qərara gəliblər ki, ayrılmanın stresli reaksiyası beynin fəaliyyətini kompleks şəkildə dəyişə bilər və bu ayrılığı qəbul etmə dərəcəsindən asılıdır. Beyinin analoji analizindən istifadə edərək həkimlər gələcəkdə stresli vəziyyət yaşayan insanda depressiyanın inkişaf edib-etməyəcəyini proqnozlaşdıra bilərlər.

  • BDU-nun müəllimi vəfat etdi – FOTO

    Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dolxanov vəfat edib.

    A.Dolxanov iyunun 22-də 69 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, A.Dolxanov 2002-ci ildən BDU-da çalışırdı.