
Bakıda Müqəddəs Qurban bayramı ilə bağlı keçirilən bayram namazı qılınır.
Namaz Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Heydər” məscidindən həyata keçirilir.
Qurban bayramınız mübarək olsun!

Bakıda Müqəddəs Qurban bayramı ilə bağlı keçirilən bayram namazı qılınır.
Namaz Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Heydər” məscidindən həyata keçirilir.
Qurban bayramınız mübarək olsun!
Сегодня в Азербайджане отмечается Гурбан байрамы.
Из-за пандемии коронавируса в этом году в Азербайджане не будет совершен праздничный намаз на Гурбан байрамы.
Управление мусульман Кавказа рекомендовало совершить намаз дома.
В то же время гражданам рекомендуется заказывать жертвенное животное онлайн.
В жертву можно принести барана, который достиг семи месяцев (по шафиитскому мазхабу – полного года), быка или корову, достигших полных двух лет, верблюда, достигшего полных пяти лет. Желательно, чтобы жертвенное животное было жирным, большим и красивым. В нем не должно быть изъянов, которые плохо влияют на количество и качество мяса. Поэтому нельзя приносить в жертву хромых, слепых или больных животных, а также таких животных, у которых сломано больше половины рога или отрезано больше половины уха. Желательно использовать треть мяса для угощения своей семьи, треть подарить беднякам из числа соседей и родственников, а треть раздать в качестве милостыни тем, кто просит об этом.
Как отмечается в хадисах, все молитвы в ночь на Гурбан байрамы и в праздничный день принимаются.
Bu gün Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.
Bayramla əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 31-dən dörd gün ölkəmizdə qeyri-iş günüdür.
Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlərdə bayram namazı qılınmayacaq.
Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır.
Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. Bu haqda “Quran”da yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.
Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Prezident İlham Əliyev Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrası üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq bir milyon manat ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.
Prezident İlham Əliyev Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının “ASAN Həyat” kompleksi çərçivəsində genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq üç milyon manat ayrılıb.
Maliyyə Nazirliyimüvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.
Ermənistan Respublikası Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Suda koronavirusun bütün hissəcikləri (90 faizi) 24 saat ərzində ölür.
“RİA Novosti” bu barədə Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinə (“Rospotrebnadzor”) istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, 72 saat ərzində suda koronavirus hissəciklərinin 99,9 faizi ölür. Bu göstəricilər otaq temperaturunda olan su üçün keçərlidir.
Zlatan İbrahimoviç “Milan”da qalmaq qərarına gəlib.
Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Nəşr bildirib ki, futbolçu özü komandada qalmaq qərarını qəbul edib. Yeni müqavilənin bağlanması ilə bağlı danışıqlar hələlik başlamayıb, ancaq tərəflər yeni müqavilənin bağlanacağına şübhə etmir.
Xatırladaq ki, Z.İbrahimoviçin müqaviləsi avqustun sonunda başa çatır.
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir.:
“Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”.
“Bu, elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs – yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma, baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Bu, belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnir. Ona görə, bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi də daha asan olacaqdır”.
Median.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı deyib.
Dövlət başçısı bildirib ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq: “Onu da bilməliyik ki, baxmayaraq, vəziyyət nəzarət altındadır, – həkimlər bunu yaxşı bilirlər, – ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə, bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Yenə də deyirəm, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik”.
Azərbaycan Prezidentinin sözlərinə görə, bu gün bizim altı aylıq yekunlarımız bütün başqa ölkələr kimi, o qədər də müsbət deyil: “İqtisadiyyat tənəzzülə uğrayıb. Düzdür, tənəzzül o qədər də böyük deyil – 2,7 faizdir. Amma bu il üçün bizim planlarımız çox böyük idi. Buna baxmayaraq, heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə, həm xəstəliklə mübarizəyə, eyni zamanda, xəstəlikdən əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşmasına bu qədər vəsait xərclənib və xərclənəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz xərclərimizi artırmalı oluruq və büdcə xərclərimizə yenidən baxmalıyıq. Çünki bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi qaçılmaz olacaq. Bu vəsait, əlbəttə, büdcədə nəzərdə tutulmamışdır. Ona görə yəqin ki, büdcəyə dəyişiklik ediləcək və hesab edirəm, bu, düzgün addımdır. Çünki hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır”.
Prezident İlham Əliyev qeyd edib ki, dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həlledicidir: “Siz daim xəstələrlə təmasdasınız, öz sağlamlığınızı, həyatınızı risk altına qoyursunuz. Əfsuslar olsun ki, həkimlər arasında ölənlərin sayı artır. Biz bu vəziyyətdən ancaq birgə səylərlə çıxa bilərik – dövlət orqanlarının məsuliyyəti, həkimlərin peşəkarlığı, onların öz andına sadiqliyi və vətəndaşların məsuliyyəti. Biz bu vəziyyətdən birgə səylərlə çıxmalıyıq. Əminəm ki, belə də olacaq”.