Month: July 2020

  • Türkiyədə koronavirus xəstələrinin sayı 229,9 minə çatır

    Bu gün Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb.

    Median.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 674 nəfərə çatıb.

    Fahrettin Kocanın sözlərinə görə, son sutkada koronavirusa 967 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirus xəstələrinin sayı 229 891 nəfərə yüksəlib.

    Son sutkada daha 982 pasiyent sağalıb. Hazırda ölkədə koronavirusdan sağalanların sayı 213 539 nəfərdir.

  • “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxdı

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb.

    “Report” instituta istinadən xəbər verir ki, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitar və İctimai Elmlər Bölməsində dilçi alimlərin iştirakı ilə siqnal variantının müzakirəsi keçirilib.

    Akademik İsa Həbibbəyli lüğətin Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlandığını, müəyyən edilmiş normalara ciddi surətdə əməl olunduğunu bildirib.

    Müzakirədə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, müəssisənin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli, filologiya üzrə fəlsəfə doktorları – “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Mehman Həsənli çıxış edərək nəşrlə bağlı müəyyən təklifləri irəli sürüblər.

    Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr olunub. Orfoqrafiya lüğətinin yeni nəşri də Dilçilik İnstitutunun lüğətçilik üzrə ixtisaslaşmış tanınmış dilçi alimləri və mütəxəssisləri tərəfindən hazırlanıb.

    “Azərbaycan dilinin orfoqrafiya lüğəti” sentyabrda oxuculara və ictimaiyyətə təqdim olunacaq.

  • Ağdamda İran istehsalı olan minaatan mərmiləri aşkarlandı – FOTO

    Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu, Zəngişalı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

    ANAMA-dan verilən məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Ağdam rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd İran istehsalı 81 mm-lik minaatan mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək, Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Əməliyyat-axtarış tədbirləri növbəti gün davam etdiriləcək.

  • Bakıda avtobus piyadanı vurdu

    Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

    1981-ci il təvəllüdlü Zəkiyeva Alimə İlham qızı yoldan keçərkən onu 139 nömrəli sərnişin avtobusu vurub.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla balı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

  • Ukraynadan 155 azərbaycanlı vətənə çatdırıldı – FOTO

    Azərbaycanın milli aviadaşıyıcısı iyulun 30-da Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib.

    AZAL-dan verilən məlumata görə, həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.

    Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

    Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

  • Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı – VİDEO

    Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirdiyi “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərindən görüntülər paylaşıb.

    Median.Az xəbər verir ki, görüntülər Nazirliyin rəsmi “YouTube” kanalında yerləşdirilib.

    Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

    Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

    Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

  • Yeni tədris ilində dərslər necə təşkil olunacaq? – VİDEO

    Təhsil prosesi mart ayının 3-dən etibarən ölkənin bütün orta ümümtəhsil və ali təhsil müəssisələrində, dayandı. Bundan sonra alternativ təhsilalma forması tətbiq edilməyə başladı. İstər Təhsil Nazirliyinin “teledərs”, “virtual məktəb” layihələri ilə tədris prosesi həyata keçirilməyə başladı. Bu, müəyyən qədər əlçatanlığı təmin etdi. Ancaq istənilən effekti verdiyini deyə bilmərik. Artıq bütün suallar yeni tədris ilinin necə başlayacağına yönəlib.

    Təhsil eksperti Kamran Əsədov Baku TV-yə müsahibəsində bildirib ki, yeni tədris ilinin onlayn qaydada, distant başlaması mümkün deyil. Bütün hallarda qanunvericiliyin tələbinə görə, sentyabr ayında orta ümümtəhsil müəsisələri və eyni zamanda ali təhsil müəsisələri açılacaq. Amma hansı formatda açılması mübahisəli olaraq qalır.

    İlkin olaraq isə dərs prosesinin qısaldılması və tənəffüs fasiləsinin bir qədər uzadılması təklif olunur. Təhsil prosesi bərpa olunsa da, şagirdlərin mütamadi olaraq qoruyucu vasitələrdən istifadə etməsi, məktəb binasına daxil olarkən onların temperaturunun ölçülməsi, məsafəli oturması və növbələr arasında məktəblərin dezinfeksiya olunması nəzərdə tutulub.

    Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Musa Qasımlının sözlərinə görə, bütün bunların fonunda orta ümumtəhsil müəssisələrinin fəaliyyətə başlaması mümkündür.

    Almaniyada və digər Avropa ölkələrində həmin prinsiplərlə təhsil prosesinin bərpası nəzərdə tutulub. Hətta Yaponiyada uşaq bağçaları qeyd olunan prinsiplərlə fəaliyyətə başlayır. Belə ki, orada 1-3 yaşlı uşaqlar bir bağçada, 3-5 yaşlı uşaqlar isə digər bağçada təlim-tərbiyə prosesində iştirak edirlər.

    Valideynlər də sentyabrda normal təhsil prosesinin başlanılmasının tərəfdarıdır.

    Ümid edirik ki, irəli sürülən təkliflər qəbul olunaraq, yeni dərs ilindən ölkəmizdə təhsil müəssisələri öz fəaliyyətini bərpa edəcək. Bizə isə veriləcək qərarı gözləmək qalır.

  • Azərbaycan Prezidenti: “Yəqin ki, büdcəyə dəyişiklik ediləcək”

    “Bu gün bizim altı aylıq yekunlarımız bütün başqa ölkələr kimi, o qədər də müsbət deyil. İqtisadiyyat tənəzzülə uğrayıb. Düzdür, tənəzzül o qədər də böyük deyil – 2,7 faizdir”.

    Median.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı deyib.

    Dövlət başçısı bildirib: “Amma bu il üçün bizim planlarımız çox böyük idi. Buna baxmayaraq, heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə, həm xəstəliklə mübarizəyə, eyni zamanda, xəstəlikdən əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşmasına bu qədər vəsait xərclənib və xərclənəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz xərclərimizi artırmalı oluruq və büdcə xərclərimizə yenidən baxmalıyıq. Çünki bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi qaçılmaz olacaq. Bu vəsait, əlbəttə, büdcədə nəzərdə tutulmamışdır. Ona görə yəqin ki, büdcəyə dəyişiklik ediləcək və hesab edirəm, bu, düzgün addımdır. Çünki hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır”.

  • İlham Əliyev: “Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın”

    “Pandemiya ilə mübarizə sahəsində bütün lazımi addımlar atılır. Hətta qısa müddət ərzində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlanmışdır. Bütün bunların istehsalı bizdə yox idi, heç lazım da deyildi. Təbii ki, hər bir ölkə istehlak etdiyi bütün malları istehsal etməməlidir. Ancaq biz gördük ki, xaricdən bəzi avadanlıqları, ləvazimatları gətirmək çətindir. Bəzən imzalanmış kontraktlar icra edilmirdi, vəsait də ödənilmişdi, yenə də biz lazımi avadanlığı gətirə bilmirdik. xüsusilə pandemiyanın ilk mərhələsində ki, dünyada çox böyük ajiotaj var idi”.

    Median.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı deyib.

    Dövlət başçısı bildirib: “Bütün bu işlərin nəticəsində biz ilk günlərdən xəstəliyi nəzarət altında saxlayırıq. İlk günlərdən həm Azərbaycan vətəndaşları, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bizim işlərimizə çox yüksək qiymət verildi. Mən bu günə qədər yerlərdən təşəkkür məktubları alıram ki, Azərbaycan dövləti bütün bu işləri operativ qaydada təşkil edib və insanların sağlamlığını təmin edib. Beynəlxalq təşkilatların mövqeyi də müsbətdir. Ümumdünya Səhiyyə Təşkilatı bizim fəaliyyətimizi nümunəvi fəaliyyət kimi dəyərləndirmişdir. Hesab edirəm ki, may ayının əvvəlində bizim yumşalma siyasətimiz düzgün addım idi. Çünki o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Sağalanlar yoluxanlardan çox idi. Ona görə biz yumşalmaya getdik. Çünki bilirik ki, bu, insanları narahat edir, incidir. İnsanlar öz adi həyat tərzindən məhrum ediliblər. Ona görə yumşalmaya getdik. Amma nə gördük?! Gördük ki, xəstələrin sayı dərhal artmağa başladı, müsbət dinamika pozuldu və biz mənfi dinamika fazasına daxil olduq. Yenə sərtləşdirmə qaçılmaz oldu. Yenə sərt məhdudlaşdırıcı tədbirlər görülməyə başlandı. Bu tədbirlər görülməyə başlayandan təqribən bir ay sonra biz yenə də müsbət dinamikanı görürük. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur. Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq. Ancaq biz görürük ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür”.

    “Bu, elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs – yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma, baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Bu, belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnir. Ona görə, bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi də daha asan olacaqdır.

    Əlbəttə, bilməliyik ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq. Onu da bilməliyik ki, baxmayaraq, vəziyyət nəzarət altındadır, – həkimlər bunu yaxşı bilirlər, – ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə, bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Yenə də deyirəm, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik”, – Prezident İlham Əliyev qeyd edib.

  • На дороге Баку-Газах обнаружено тело женщины

    На участке автомагистрали Баку-Газах (105-й км), проходящем через территорию села Навахи Гаджигабульского района, обнаружено тело женщины 40-50 лет.

    Как передает АПА, на место происшествия прибыли сотрудники правоохранительных органов.

    По данному факту проводится расследование.