Month: July 2020

  • Bayram günləri və həftə sonları müntəzəm avtobuslar necə işləyəcək? – BNA açıqladı

    Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 1 avqust gecə 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) sfera.az-a məlumat verilib.

    Bildirilib ki, 31 iyul və 3 avqust tarixlərində isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.

  • DTX: Casusluqda təqsirləndirilən şəxslər saxlanılıb

    Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Sfera.az DTX-nin saytına istinadən verdiyi xəbərə görə, müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilmiş gizli görüşlərdə verilmiş tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər.

    Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Утвержден новый главный тренер “Нефтчи”

    Сегодня прошло онлайн-заседание Наблюдательного совета азербайджанского футбольного клуба “Нефтчи”.

    Как говорится на официальном сайте клуба, сначала была предоставлена информация по повестке дня.

    Затем руководство клуба обсудило итоги прошлого сезона, а также представило финансовый отчет.

    Члены Наблюдательного совета посчитали выполненную работу удовлетворительной. Кроме того, была представлена информация о предстоящих планах и работе.

    Также было принято решение подписать контракт с главным тренером команды Физули Мамедовым. С января этого года он временно исполнял обязанности главного тренера клуба.

  • “Neftçi”nin yeni baş məşqçisi təsdiqləndi

    Bu gün “Neftçi”nin Müşahidə Şurasının onlayn şəkildə iclası keçirilib.

    Median.Az xəbər verir ki, əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verilib.

    Daha sonra klub rəhbərliyi üzvlərə ötən mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqqında hesabat təqdim edib. Həmçinin yeni futbol ili ilə bağlı planlar və görüləcək işlər haqqında da danışılıb.

    Üzvlər görülən işləri qənaətbəxş hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib. İclasın sonunda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb. Yanvar ayından baş məşqçi vəzifəsini müvəqqəti icra edən Füzuli Məmmədovun namizədliyi təsdiqlənib. Ona və komandaya yeni mövsümdə uğurlar arzulanıb.//sfera.az

  • Dövlət başçısı: “Biz bu vəziyyətdən birgə səylərlə çıxmalıyıq”

    “Əlbəttə ki, dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həlledicidir. Siz daim xəstələrlə təmasdasınız, öz sağlamlığınızı, həyatınızı risk altına qoyursunuz. Əfsuslar olsun ki, həkimlər arasında ölənlərin sayı artır. Biz bu vəziyyətdən ancaq birgə səylərlə çıxa bilərik – dövlət orqanlarının məsuliyyəti, həkimlərin peşəkarlığı, onların öz andına sadiqliyi və vətəndaşların məsuliyyəti. Biz bu vəziyyətdən birgə səylərlə çıxmalıyıq. Əminəm ki, belə də olacaq. Sizə uğurlar arzulayıram. Xəstələrə yaxşı baxın. Özünüzü, yaxınlarınızı yaxşı qoruyun. Çalışın, xəstələnməyin. Sizə cansağlığı, uğurlar arzulayıram. Sizi bir daha təbrik edirəm”.

    Median.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı deyib.

  • Azərbaycanda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaların sayı açıqlandı

    “Bildirməliyəm ki, hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. İndi təsəvvür edin, əgər biz vaxtilə bu işlərlə məşğul olmasaydıq, bu gün bizim imkanlarımız çox məhdud ola bilərdi. Bir neçə il bundan əvvəl Şəki şəhərində, bax, bu modul tipli xəstəxananın qarşısında təqribən 200 çarpayılıq böyük xəstəxana açılmışdır. Bu gün bizim bütün şəhərlərimizdə müasir xəstəxanalar fəaliyyət göstərir, yaxud da ki, yaxın bir il ərzində fəaliyyət göstərəcək. Biz səhiyyə sistemimizin infrastruktur bazasını yaratmışıq. Bu xəstəxanada reanimasiya şöbəsi də var, süni tənəffüs cihazları gətirilib. Bildiyiniz kimi, koronavirusla bağlı mübarizəni səmərəli aparmaq üçün çox böyük vəsait ayrılıb. Bu vəsait tibbi avadanlığın, dərmanların alınmasına, digər məsələlərə istiqamətləndirilir. Mən demişəm ki, nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Təki insanlar tezliklə sağalsınlar və biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək”.

    Median.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı deyib.

    Dövlət başçısı qeyd edib ki, pandemiyaya qədər ölkə ərazisində bizim cəmi altı laboratoriyamız var idi:

    “Ola bilər ki, adi rejim üçün bu, kifayət idi. Ancaq indiyədək Azərbaycanda 700 min test keçirilib. Adambaşına keçirilmiş testlərin sayına görə biz dünyada qabaqcıl yerlərdəyik. Məhz bu testlərin kütləvi şəkildə keçirilməsi nəticəsində biz xəstələri aşkar edirik və onları müalicəyə cəlb edirik. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. Bizim planımız bu laboratoriyaların sayını 45-ə çatdırmaqdır. Bu məsələ də öz həllini tapır. Çarpayı fondu artır, koronavirus xəstələri ən müasir xəstəxanalarda müalicə alır, o cümlədən bizim ən gözəl xəstəxanamız “Yeni klinika”da. Orada hazırda 360 xəstə yerləşib. Bildiyiniz kimi, bu klinikanın fəaliyyəti mərhələli şəkildə təşkil edilir.

    İndi baxın, əgər bu klinika yaradılmasaydı, əgər bundan başqa 41 xəstəxana, – hansı ki, indi koronavirus xəstələrinə xidmət göstərir, – tikilməsəydi, bu gün biz çox ağır bir vəziyyətlə üz-üzə qalardıq. Bu, bir daha onu göstərir ki, biz gərək hər şeyi vaxtında edək. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsi olan yeni xəstəxanaların tikintisi və köhnə xəstəxanaların əsaslı təmiri proqramı demək olar ki, tam təmin edilib. Hətta pandemiyaya qədər bunun böyük faydası haqqında insanlar da artıq öz fikirlərini bildirirdilər. Çünki biz pandemiyaya qədər hər il kütləvi surətdə müayinədənkeçmə proqramı icra edirdik. Bu proqram 5 milyon insanı əhatə edir. Beş milyon insan dövlət tərəfindən yaradılmış imkanlar hesabına öz sağlamlığını müəyyən edir və xəstəliklər üzə çıxdıqda dərhal müalicə alır. Məhz bunun nəticəsində bizdə insanların ömrünün uzunluğu artır. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatlar da keçirilir.

    Bir sözlə, biz qısa müddət ərzində bütün imkanlarımızı səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiririk. Heç bir ölkə buna hazır deyil, heç bir ölkə. Xüsusilə pandemiyanın ilk günlərində inkişaf etmiş ölkələrdəki vəziyyət bizim və dünyanın gözü qarşısında cərəyan edirdi. Ən inkişaf etmiş ölkələr bu xəstəliklə bağlı lazımi tibbi xidməti göstərə bilmirdilər. Bu da yəqin ki, təbiidir. Çünki heç kim buna hazır deyildi”.

  • Baş nazir “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nı təsdiq etdi

    Baş nazir Əli Əsədov “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

    Bununla bağlı Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib.

    Bildirilib ki, bu meyarlar ümumi təhsil müəssisələrinin növlərinə dair tələbləri müəyyən edir.

    Bu meyarlar əsasında ümumi təhsil müəssisələri qanunla müəyyən edilən aşağıdakı ümumi təhsil müəssisələrinin növlərinə aid edilir:

    1. ibtidai ümumtəhsil məktəbi;
    2. ümumi orta ümumtəhsil məktəbi;
    3. tam orta ümumtəhsil məktəbi;
    4. lisey;
    5. gimnaziya;
    6. ümumtəhsil internat məktəbi;
    7. inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
    8. inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
    9. xüsusi məktəb;
    10. xüsusi internat məktəbi;
    11. inteqrasiya təlimli internat tipli gimnaziya;
    12. valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi.

    Bu meyarlar müəyyən edilərkən, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınır.

    “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları” ilə buradan tanış ola bilərsiniz.

  • “Neftçi”nin yeni baş məşqçisi təsdiqləndi

    Bu gün “Neftçi”nin Müşahidə Şurasının onlayn şəkildə iclası keçirilib.

    Klubun rəsmi saytı xəbər verir ki, əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verilib.

    Daha sonra klub rəhbərliyi üzvlərə ötən mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqqında hesabat təqdim edib. Həmçinin, yeni futbol ili ilə bağlı planlar və görüləcək işlər haqqında da danışılıb.

    Üzvlər görülən işləri qənaətbəxşt hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib. İclasın sonunda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb. Yanvar ayından baş məşqçi vəzifəsini müvəqqəti icra edən Füzuli Məmmədovun namizədliyi təsdiqlənib. Ona və komandaya yeni mövsümdə uğurlar arzulanıb.

  • Rusiyada “iPhone” casus texnikası adlandırıldı

    “iPhone” ABŞ hakimiyyətinin sahiblərini dinləmək üçün cihazlar yerləşdirdiyi casus texnikasıdır”.

    Bu barədə “Qovorit Moskva”ya Rusiya Dövlət Dumasının Büdcə və Vergi Komitəsinin üzvü Yevgeni Fyodorov danışıb.

    Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanlarında “Apple” qadağan olunub. Çünki burada hərbi xarakterli funksiyalar da var.

    Y.Fyodorov həmçinin “G” texnologiyasının ABŞ laboratoriyalarında yaradıldığını bildirib.

  • FİFA prezidentinə qarşı cinayət işi açılıb

    İsveçrədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinoya qarşı cinayət işi açılıb.

    Bu barədə “Sky News” xəbər yayıb.

    Bundan başqa, Yuxarı Vale bölgəsinin Baş prokuroru Rinaldo Arnolda qarşı da iş qaldırılıb. Məlumata görə, İnfantino və Arnold cari ilin iyul ayında vəzifəsini tərk etmiş Baş prokuror Maykl Lauberlə gizli görüşün iştirakçıları olub.

    Görüş FİFA-da korrupsiya hallarının istintaqı fonunda keçirilib.