Month: July 2020

  • Azərbaycanda daha bir həkim koronavirusdan öldü – FOTO

    Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

    1 saylı Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloqu Kərəm Yaqubov COVID-19-dan ölüb.

    Kərəm Yaqubov infeksiyaya koronavirus xəstəsini müalicə edərkən yoluxmuşdu.

    O, Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib və süni tənəffüs cihazına qoşulub. Vəziyyəti ağırlaşan həkim ötən gün vəfat edib.

  • Бахрам Багирзаде поделился первым снимком из больницы – ФОТО

    Заслуженный артист Азербайджана Бахрам Багирзаде поделился первой фотографией после выхода из критического состояния и последующего лечения от коронавирусной инфекции.

    На своей странице в Instagram он опубликовал фото из больницы, подписав его словами: “Пока, все то, что смог сфоткать. Всем спасибо!”.

    Напомним, заслуженный артист Бахрам Багирзаде заразился коронавирусом. В связи с резким ухудшением состояния 13 июня он был переведен в отделение реанимации Центрального таможенного госпиталя и подключен к аппарату ЭКМО.

    Лечение артиста находится под непосредственным контролем Первого вице-президента Азербайджана Мехрибан Алиевой.

    View this post on Instagram

    Poka vse to cto smoq sfotkat !!!! vsem spasibo !!!

    A post shared by Bahram Bagirzade (@bahram_bagirzade) on

  • Koronavirusdan müalicə olunan Bəhram Bağırzadədən xəbər var – FOTO

    Bir aydan çox koronavirusdan müalicə alan Bəhram Bağırzadə “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Hələlik nə bacardımsa, şəklini çəkdim. Hamıya təşəkkürlər!”

    Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

    Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.

    Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

    View this post on Instagram

    Poka vse to cto smoq sfotkat !!!! vsem spasibo !!!

    A post shared by Bahram Bagirzade (@bahram_bagirzade) on

  • Şəhid ailələrinə yeni mənzillər təqdim olundu – VİDEO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Şirvan şəhərində 68 mənzilli yaşayış binası inşa etdirilib və bu gün binadakı mənzillər vətəndaşlara təqdim olunub. Bu mənzillər Şirvan şəhəri, Salyan və Hacıqabul rayonlarından olan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulub.

    Baku TV xəbər verir ki, bu gün keçrilən tədbirdə daha 17 mənzil Hacıqabul rayonundan olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

    “Üç il olardı ev növbəsindəydim. Bu il verdilər. Allah köməkləri olsun. Sağ olsunlar. Çağırdılar, dedilər, ev növbəniz çatır. Əvvəlki vəziyyətim pis idi, evim uçuq idi. Çəkib Bakıda göstərdilər, sonra ev verdilər,” – deyə şəhid anası Qızbəs Şahbazova bildirib.

    Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 16-sı bir otaqlı, 44-ü iki otaqlı, qalanları üç otaqlıdır.

  • Şəhid polkovnikin oğlu atasının arzularından danışdı – VİDEO

    Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişində qonaq olub.

    E.Mirzəyev atası ilə bağlı xatirələrini bölüşüb:

    “Atamın da, mənim də istəyim hüquq-mühafizə orqanlarında çalışmaq idi. Dörd gün bundan əvvəl atamla telefonda danışdım. Gələcəklə bağlı planlarımız barədə söhbət etdik”.

    Şəhid oğlunun çıxışını bütövlükdə təqdim edirik:

  • Ermənistanın konsulu Moskvada qovuldu – VİDEO

    “Food City” bazarının rəhbərliyi tərəfindən erməni mallarının bazara girişi qadağan edilib.

    Sfera.az xəbər verir ki, bu məsələnin müzakirəsi üçün bazara gəlmiş Ermənistanın Moskvadakı konsulu və erməni diaspora rəhbərləri bazarın iclas otağında gözləyərkən ora daxil olan mühafizəçilər onlara bazarı tərk etmələrini söyləyib.

    Bazarı tərk etmək istəməyən erməni rəsmi şəxsləri bazardan qovulub.

    “Food City” Rusiyanın ən böyük topdan satış bazarıdır. Bazarın rəhbərinin azərbaycanlı olduğu deyilir.

  • Bakıda bir nəfər hündürmərtəbəli binanın damından özünü atmaq istəyib

    Bakıda intihar cəhdinin qarşısı alınıb.

    APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

  • Bakıda qapısı bağlı qalan mənzildə meyit aşkar olunub

    Bakıda mənzildən meyit aşkar olunub.

    APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Quliyev Yavər Əliağa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanların keçirilməsinə qoyulan qadağa ləğv olunub

    Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə imtahanların keçirilməsinə qoyulan qadağa ləğv edilib.

    APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

    Bundan əvvəl sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılıb, onlayn imtahan, müsabiqə və müsahibələrə icazə verilib. Dəyişikliyə əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması qüvvədə qalsa da, artıq onlayn qaydada təşkil edilməyən imtahanların keçirilməsinə də icazə verilir.

    Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

  • Dünya şöhrətli futbolçu Azərbaycanı tərk etdi, ancaq şəhidlərimizi unutmadı – FOTO

    “Səbail” klubu Azərbaycan çempionatında oynayan dünya şöhrətli futbolçu Maykl Esyenlə yollarını ayırıb.

    Oxu.Az xəbər verir ki, qanalı futbolçunun 1,5 illik müqaviləsinin müddəti başa çatıb.

    “Çelsi”, Madrid “Real”ı və “Milan” kimi klubların şərəfini qorumuş futbolçu həm dəm “Səbail”in 19 yaşadək komandasında məşqçi işləyirdi. O, ötən mövsüm 15 oyuna çıxmış və 616 dəqiqə meydanda olmuşdu.


    Yeri gəlmişkən, 37 yaşlı Maykl Esyen Azərbaycanı tərk etməzdən öncə isə ingiliscə bu sözləri yazıb:

    “Burada oynamaq çox xoş oldu. Yenidən görüşənədək. Güclü və salamat olun”.

    Daha sonra o, Azərbaycana öz dilimizdə dəstək olub:

    “Şəhidlər ölməz, Vətən bölünməz!”

    Qeyd edək ki, millimizin futbolçusu Şəhriyar Rəhimovla yolları ayıran “Səbail” bu gün baş məşqçisi Aftandil Hacıyev, köməkçi məşqçilər Emin Ağayev, Fərhad Vəliyev və Yaşar Hüseynovla növbəti mövsümün sonunadək müqavilə bağlayıb.