Month: July 2020

  • Karantində çimərliklərdən istifadə məsələsi müzakirə ediləcək – VİDEO

    Karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələ müzakirə olunacaq.

    Bunu AzTV-nin “Hədəf” verilişində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

    O deyib ki, yaxın müddətdə xüsusi monitorinq qrupları yaradılacaq. Qruplarda Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri təmsil olunacaq. Onlar çimərliklərdə monitorinq aparacaqlar.

    “Xüsusi qaydalara riayət olunduğu halda, çimərliklərdən istifadə etmək olarmı – bunun üzərində düşünüləcək. Demək istəmirəm, bu olacaq. Ən azı, bunu düşünmək istəyirik,” – deyə Y.Qarayeva bildirib.

  • D vitaminin bədəndə rolu və vəzifələri – Hər gün 30 dəqiqə…

    COVID-19 epidemiyasından sonra immun sistemini gücləndirmək daha da gündəmə gəldi. Şübhəsiz ki, vitaminlər burda böyük rol oynayır. Bədən üçün zəruri olan və immunitet artırıcı təsir göstərən D vitaminini Günəşdən almaq daha asandır.

    Median.Az xəbər verir ki, türkiyəli mütəxəssislər D vitamininin bədən üçün əhəmiyyəti və faydaları tərəflərini sadalayıb.

    Əsasən günəş işığından və az miqdarda qidalardan əldə edilən D vitamini kalsiumun mənimsənilməsinə, sümüklərdə kalsiumun saxlanmasına və qandakı kalsiumun səviyyəsinə nəzarət etməyə kömək edir.

    Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) tərəfindən immun sistemini dəstəkləmək üçün təsdiqlənmiş D vitamini iki komponentdən ibarətdir: D2 vitamini və D3 vitamini. Vitamin D3 bədəndə günəş işığı ilə ifraz olunur. D vitamininin bu iki forması zənginləşdirilmiş qidalarda və qida əlavələrində olur.

    Yetərli D vitamini ifrazını təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər gün maksimum günəşli havada 30 diqəqi gəzməyi tövsiyə edir. Yadda saxlayın ki, günəşli havada çox qalmaqla daha çox D vitamini etmək mümkün deyil. Çünki bədən avtomatik idarəetmə mexanizminə daxil olur və D vitamini aktiv olmayan törəmələrə çevrilir. D vitamini həbləri isə həkim nəzarəti altında istifadə edilməlidir.

    Xüsusilə, yağlı balıqları istehlak etmək və yumurta kimi keyfiyyətli protein qəbuluna diqqət yetirmək, orqanizmdə D vitamini səviyyəsini tarazlaşdırmağa kömək edir. Digər tərəfdən, D vitamini vacib olsa da, günəş yanıqlarından ehtiyatlı olmaq lazımdır. Çox yayılmış və çox vaxt ciddi qəbul edilməyən günəş yanıqları ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

    Körpələr, 4 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı yaşlılar, hamilə qadınlar, günəş işığına məruz qalan işçilər, kök və xroniki xəstəliyi olan insanlar günəş vurması riski altındadır.

    Günəş vurmasından qorunmaq üçün maye qəbulunu artırmaq, günəş şüalarının pik saatlarında – küçəyə çıxmamaq, günəşə çıxmadan qoruyucu krem çəkmək və açıq rəngli, açıq rəngli paltar seçmək lazımdır. Kepka və şlyapa da görüləsi tədbirlər arasındadır.

  • Nazirlər Kabineti yanında Operativ Qərargahın müraciəti

    “Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat üçün açıqlamalarını ictimaiyyətə qeyri-dəqiqliklə təqdim edir. Belə ki, KİV və sosial şəbəkə vasitəçiləri yayımlanan rəsmi məlumatları təhrif olunmuş başlıq və mətnlərlə verməklə cəmiyyətdə çaşqınlıq və yanlış fikrin formalaşmasına yol açır”.

    APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı müraciətdə qeyd olunur.

    “Operativ Qərargahın xüsusi karantin rejimi ilə əlaqədar 17 iyul tarixli məlumatı ilə əlaqədar aşağıdakıları bir daha diqqətinizə çatdırırq:

    – 16 rayon və şəhərdə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək uzadılmışdır və qarşıdakı müddətdə 14 rayonda qüvvədə olacaqdır.

    – Eyni zamanda həmin 14 rayon və şəhərin ərazisindəki məhdudiyyətlərə bəzi yumşalmalar tətbiq olunacaqdır:

    Belə ki, 20 iyul tarixdən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.

    Yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.

    Bir daha bütün kütləvi informasiya vasitələrini və sosial şəbəkə istifadəçilərini yayımlanan rəsmi məlumatları dəqiqliklə təhlil etməyə və ictimaiyyətin diqqətinə təhrif olunmadan çatdırmağa çağırırıq”, – deyə müraciətdə bildirilib.

  • Ali məktəblərin doktorantura səviyyəsi üzrə dövlət sifarişi Təhsil Nazirliyinin təklifləri əsasında müəyyənləşdiriləcək

    Nazirlər Kabineti “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”nda dəyişiklik edib.

    APA-nın məlumatına görə, bu Qaydalar doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində kadr hazırlığını da əhatə edəcək.

    Qüvvədə olan Qaydalara əsasən, hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi İqtisadiyyat Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilib. Dəyişikliyə əsasən, hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi İqtisadiyyat Nazirliyinin, ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə dövlət sifarişi isə Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdiriləcək.

    Qüvvədə olan Qaydalara əsasən, İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və aidiyyəti sahə nazirlikləri ilə hər tədris ili üzrə razılaşdırılmış təklifləri hər il martın 1-dək Nazirlər Kabinetinə təqdim edilib. Bu sahədə Təhsil Nazirliyinə də səlahiyyət verilir, rahılaşdırılmış təkliflərin Nazirlər Kabinetinə təqdim edilmə müddəti dəyişdirilir. Beləliklə, şər il noyabrın 1-dək İqtisadiyyat Nazirliyinin və Təhsil Nazirliyinin Maliyyə Nazirliyi və aidiyyəti dövlət orqanları (qurumları) ilə növbəti tədris ili üçün razılaşdırılmış təklifləri Nazirlər Kabinetinə təqdim ediləcək.

    İndiyə qədər Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunu həmin il aprelin 1-dək müəyyən edib. Dəyişikliyə əsasən, Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti dövlət orqanlarının (qurumlarının) təqdim etdikləri təkliflər əsasında hər il aprelin 1-dək növbəti tədris ili üçün müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrinə tələbə qəbulunu müəyyən edəcək.

    İndiyə qədər dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri hər tədris ili üzrə təkliflərini hər il fevralın 1-dək Təhsil Nazirliyinə təqdim etməli idilər. Təkliflərdə özəl ali təhsil müəssisəsinin dövlət sifarişində hansı ixtisaslar üzrə iştirak edə biləcəyi qeyd olunmalıdır. Dəyişikliyə əsasən, bundan sonra dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri hər il oktyabrın 1-dək növbəti tədris ili üzrə təkliflərini Təhsil Nazirliyinə təqdim etməlidirlər.

    Dövlət sifarişi əsasında maliyyələşmənin şərtləri də dəyişib. Qüvvədə olan Qaydalara əsasən, Təhsil Nazirliyi ilə ali təhsil müəssisələri və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında hər il sentyabrın 15-dək müqavilə imzalanıb. Ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında hər il sentyabnn 15-dək müqavilə imzalanıb. Bundan sonra isə Təhsil Nazirliyi ilə bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ali təhsil müəssisələri və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında hər il sentyabrın 15-dək, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə ali təhsil müəssisələri arasında isə hər il oktyabrın 15-dək müqavilə imzalanacaq. Bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə dövlət sifarişi əsasında təhsil alacaq təhsilalan arasında hər il sentyabrın 15-dək, doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq təhsilalan arasında isə hər il oktyabrın 15-dək müqavilə imzalanacaq.

    İndiyə qədər dövlət sifarişi əsasında maliyyələşmə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarına uyğun olaraq, müvafiq ixtisas üzrə bakalavriat və əsas (baza ali) tibb təhsili və ya magistratura və rezidentura səviyyələrindən məzun olmaq üçün nəzərdə tutulmuş müddəti əhatə edib. Bundan sonra isə dövlət sifarişi əsasında maliyyələşmə ayrı-ayrı ixtisaslar üzrə normativ təhsil müddətinə uyğun olaraq, müvafiq ixtisas üzrə bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura (dissertantlıq istisna olmaqla) səviyyələrindən məzun olmaq üçün nəzərdə tutulmuş müddəti əhatə edəcək.

  • AŞPA prezidenti Sahibə Qafarovanın müraciətinə cavab verdi

    Avropa Şurası Parlament Assambleyasının prezident Rik Daems Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna cavab göndərib.

    Milli Məclis Aparatından verilən məlumatda belə deyilir.

    AŞPA prezidenti bildirib ki, bu məsələ AŞPA-nın müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib.

    AŞPA prezidenti Rik Daemsin Milli Məclis sədri Sahibə Qafarovaya ünvanladığı məktubunda bildirilir ki, AŞPA tərəfləri gərginlik yaradan və və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır. Eyni zamanda, o, tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırır.

  • İranda mina partlayıb, ölənlər var

    İranın Mehran şəhərində mina partlayıb.

    APA-nın Tehran bürosunun məlumatına görə, İran-İraq müharibəsindən qalmış minanın partlaması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

    Hadisə yerinə xilasedicilər cəlb oluub. Yaralı xəstəxanaya çatdırılıb.

  • Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərdi

    İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə atəşə tutub. Azərbaycan Ordusu düşmənin bu təxribat cəhdinə qətiyyətli və adekvat cavab verib.

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva faktları yerində araşdırmaq, dövlət sərhədində Ermənistanın təxribatçı hərəkətləri nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan son hadisələrlə ətraflı tanış olmaq məqsədilə Tovuz rayonunun Ağdam, Dondar Quşçu kəndlərinə, o cümlədən Qazax və Ağstafa rayonlarına səfər edərək monitorinqlər aparıb. Monitorinqin nəticələri barədə hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib.

    Hesabatda qeyd edilib ki, Müvəkkil səfər çərçivəsində Ermənistanın təcavüzünə məruz qalmış mülki əhali ilə görüşlər keçirib, onların problemləri ilə maraqlanıb, Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlər, hüquq pozuntuları nəticəsində dinc sakinlərin həyatlarına və mülkiyyətlərinə qəsd edilməsi ilə əlaqədar ağır maddi və mənəvi ziyana məruz qalmaları faktları müşahidə edilib. Diqqətə çatdırılıb ki, monitorinqlər Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriyadan mülki obyektlərimizə açılan atəşlər altında aparılıb.

    Hesabatda Ermənistan silahlı qüvvələrinin Tovuzun Ağdam və Dondar Quşçu kəndləri istiqamətində atəşkəs rejimini pozaraq ağır artilleriya hücumu nəticəsində kənd sakinlərinə məxsus evlərə, digər mülki obyektlərə ciddi zərər dəydiyi, ev heyvanlarının tələf edildiyi nəzərə çatdırılıb.

    Bununla yanaşı, ağır artilleriya hücumu nəticəsində 76 yaşlı əlilliyi olan şəxs Əzizov Əziz İzzət oğlunun evində şam yeməyinə hazırlaşarkən qətlə yetirildiyi, ona məxsus ev və digər mülki obyektlərin dağıdıldığı vurğulanıb.

    Bildirilib ki, Ermənistan tərəfinin mülki obyektləri və insanları hədəf alması insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, o cümlədən Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərinin kobud pozuntusudur.

    Hesabatda eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Tovuz rayon Mərkəzi Xəstəxanasını artilleriya atəşinə məruz qoyması, bu zaman xəstəxanaya zərər yetirilməklə bərabər, orada çalışan tibb personalına və xəstələrə psixoloji sarsıntı yaşadılması faktı da əksini tapıb.

    Qeyd edilib ki, Ermənistan tərəfinin mülki xəstəxananı hədəf alması Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının 18-ci maddəsinin kobud pozuntusudur. Həmin maddəyə əsasən, mülki xəstəxanalar heç bir halda hücuma məruz qalmamalı, əksinə, hər zaman münaqişə tərəfləri tərəfindən hörmət edilməli və qorunmalıdır. Ermənistanın bununla bir daha beynəlxalq hüquqa açıq hörmətsizlik nümayiş etdirdiyi qeyd olunub.

    Bununla yanaşı, Müvəkkilin Müdafiə Nazirliyinin Hərbi Hospitalına baş çəkərək Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sağlamlıq vəziyyətinin monitorinqini apardığı bildirilib.

    Hesabatda BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratmasının beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməsinin, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsinin zəruriliyi qətiyyətlə vurğulanıb.

    Qeyd edək ki, hesabat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

  • İsmayıllıda qırılan elektrik naqili sürücünün ölümünə səbəb olub

    İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

    “Report”un yerli bürosunun məlumatına görə, hadisə Qalacıq kəndində qeydə alınıb.

    Rayon sakini, 1988-ci il təvəlüdlü Musayev Qüdrət Elyar oğlu idarə etdiyi “Ford” markalı, “90-OL-724 dövlət nişanlı avtomobillə Qalacıq kəndində yerləşən kafe istiqamətində hərəkətdə olarkən güclü külək və yağışın təsirindən qırılaraq yerə düşən elektrik naqili Q.Musayevin idarə etdiyi avtomobilin arxa təkərinə ilişib. Sürücü avtomobili saxlayraq qapını açarkən elektrik cərəyanı onu vuraraq öldürüb.

    Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.

  • Türkiyədə koronavirusa yoluxanların sayı 217,8 minə çatıb

    Bu gün Türkiyədə koronavirusdan 18 nəfər vəfat edib.

    “Report”un məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazir qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı 5 458 nəfərə çatıb.

    Nazirin sözlərinə görə, son sutkada ölkədə COVID-19-a 926 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının ümumi sayı 217 799 nəfərə yüksəlib.

    Son gün ərzində 1 014 pasiyent sağalaraq evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 199 834 nəfər təşkil edir.

  • Названо число подключенных к аппаратам ИВЛ пациентов – СТАТИСТИКА

    В Азербайджане число больных коронавирусом, подключенных к аппаратам искусственной вентиляции легких (ИВЛ), достигло 77.

    Об этом Report передает со ссылкой на Объединение по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Отмечается, что число пациентов в отделениях реанимации достигло 327.

    Сегодня в стране выявлено 471 новых случаев заражения коронавирусом. 549 человек был выписан после выздоровления.

    7 пациентов с положительными анализами на COVID-19 скончались.