Month: July 2020

  • Rusiyada məşhurlaşan azərbaycanlı müğənni: “Vətənimdə baş verənlərə görə özümə gələ bilmirəm” – FOTO

    Rusiyada müğənnilik fəaliyyəti ilə məşğul olan Azərbaycan əsilli Emil Kadırov son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizlə bağlı paylaşım edib.

    O, “Instagram” hesabında Azərbaycan bayrağının fotosunu paylaşaraq, bu şərhi yazıb:

    “Vətənim Azərbaycanda baş verənlərdən bir neçə gündür özümə gələ bilmirəm. Ermənistanla sərhəddə yenidən atışma gedir, insanlar ölür… Bu münaqişə əbədi davam edə bilməz! Bütün dünya azərbaycanlıları Ermənistan tərəfini silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa və BMT TəhlükəsizliK şurasının dörd qətnaməsini yerinə yetirməyə çağırır!

    Allah şəhidlərimizə rəhmət eləsin”.

  • В Азербайджане глава ИВ сыграл свадьбу сыну в период карантина – ФОТО

    Глава Исполнительной власти Бардинского района Видади Исаев сыграл свадьбу своему сыну Туралу.

    Как передает Axar.az, глава ИВ не отказал себе в удовольствии проводить свадьбу во время карантинного режима и организовал мероприятие на своей вилле в городе Евлах.

    Сообщается, что на свадебном торжестве присутствовало большое количество приглашенных.

    Отметим, что сын Видади Исаева Турал Исаев занимает должность старшего советника в Отделе анализа и прогнозирования социально-экономического развития Исполнительной власти Ясамальского района.

    Также в СМИ распространилась информация о том, что сват главы ИВ Фазиль Гасаналиев работает в Генеральной прокуратуре Азербайджана.


  • Azərbaycanda icra başçısı karantində oğluna toy etdi – FOTO

    Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turala toy edib.

    Axar.az-a daxil olan məlumata görə, karantin müddətində toy etməkdən vaz keçməyən icra başçısı məclisi Yevlax şəhərində yerləşən villasında gerçəkləşdirib.

    Məclisdə çoxsaylı qonaqların olduğu bildirilir.

    Qeyd edək ki, Vidadi İsayevin oğlu Tural İsayev Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyir.

    Başçının qudası Fazil Həsənəliyevin isə Baş Prokurorluqda çalışdığı barədə mediada məlumat yayılıb.


  • Известный рэпер посвятил в соцсети запись азербайджанским шехидам – ФОТО

    Известный в российском шоу-бизнесе под именем “Наваи” репэр с азербаджанскими корнями Наваи Бекиров поделился в соцсетях фотографиями военнослужащих, ставших шехидами во время отражения провокации вооруженных сил Армении в Товузском направлении государственной границы Азербайджана и Армении.

    На своей странице в Instagram музыкант оставил следующую запись:

    “Политика никак не связана с музыкой, я пишу ее для всех , она не имеет языка и границ!

    Но я Азербайджанец и я горжусь этим и я всегда буду топить за свою Родину до конца и так сделает любой другой достойный человек.

    Я против войны и насилия!

    Молодые пацаны погибают на фронтах , а их ведь ждут родители дома…

    Сердце разрывается от такого…”

  • Məşhur azərbaycanlı repçidən şəhidlərimizlə bağlı paylaşım – FOTO

    Rusiya şou-biznesində “Navai” təxəllüsü ilə fəaliyyət göstərən, əslən azərbaycanlı repçi Nəvai Bəkirov son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizin fotosunu paylaşıb.

    O, “Instagram” hesabında etdiyi paylaşıma bu şərhi yazıb:

    “Siyasətin musiqi ilə əlaqəsi yoxdur, mən hamı üçün yazıram, onun dili və sərhədi yoxdur!

    Ancaq mən azərbaycanlıyam və bununla fəxr edirəm, hər bir layiqli insan kimi mən də Vətənim üçün sona qədər getməyə hazıram.

    Müharibəyə və zorakılığa qarşıyam.

    Cəbhədə gənc oğlanlar həlak olurlar, axı onları evdə valideynləri gözləyir… Bundan ürəyim parçalanır… Bunu dayandırın!

    Allah şəhidlərimizə rəhmət eləsin!”

  • ВС Армении нарушили режим прекращения огня 97 раз за сутки

    Подразделения вооруженных сил Армении в течение суток 97 раз нарушили режим прекращения огня в различных направлениях фронта.

    Об этом 17 июля сообщает пресс-служба Минобороны Азербайджана.

    В настоящее время наблюдается относительное спокойствие в направлении Товузского района азербайджано-армянской государственной границы, наши населенные пункты не обстреливаются, но в целом напряженность сохраняется.

    С позиций в селах Мосесгех, Чинари Бердского района и на безымянных высотах в Чамбаракском районе Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Агдам, Мунджуглу и на безымянных высотах в Товузском районе, в селе Заманлы и на безымянных высотах в Гедабейском районе.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций близ оккупированных сел Гейарх, Чилябюрт – Тертерского, Юсифджанлы, Мерзили – Агдамского, Куропаткино – Ходжавендского, Карвенд, Гараханбейли, Горган, Кюрдляр, Горадиз – Физулинского, Нюзгяр и Мехдили – Джебраильского районов, а также с безымянных высот в Геранбойском, Тертерском, Агдамском, Ходжавендском и Физулинском районах.

    Обстрел противника был подавлен ответным огнем, азербайджанские подразделения полностью контролируют оперативную обстановку.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.

    Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

  • “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ – FOTO

    “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 17-nə olan cədvəli təqdim edilib.

    Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqramda ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və sair təqdim olunacaq. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcəkdir.

    “Dərs vaxtı” abituriyentlərin təhsillərini davam etdirmək arzusunu alqışlayır və bu işdə onlara kömək etməyə hazır olduğunu bildirir.

    Təhsil Nazirliyi “Abituriyentlər üçün dərs vaxtı”nı izləməyi tövsiyə edir.

  • Bakıda avtomobil 76 yaşlı qadını vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Maştağa qəsəbəsində yolu keçən 1944-cü il təvəllüdlü Qazıyeva Olqa Fiyodrovnanı avtomobil vurub. Nəticədə o, ağır bədən xəsarətləri alıb. O.Qazıyeva təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qəbələdə park sel sularına qərq oldu – VİDEO

    Qəbələdə yağan güclü yağış fəsadlar törədib.

    Median.Az xəbər verir ki, güclü yağışdan sonra yaranan sel suları Qəbələdəki parklardan birinə dolub.

    Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

    Həmin görüntüləri təqdim edirik: