Month: July 2020

  • AQTA 91 obyektdə pozuntu faktları aşkarladı

    Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

    AQTA-dan “Report”a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 35 ictimai iaşə obyekti, 188 ərzaq satışı mağazası olmaqla ümumilikdə 223 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

    Reyd keçirilən obyektlərdən 91-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

    Bakı şəhəri üzrə:

    “Ağca”, “Qardaşlar”, “Xalid”, “Mars”, “Dilbazi”, “Qız Qalası” marketlər, Əliyeva Pərvanə Tofiq qızına, Xəlilova Svetlana Heydər qızına, Həsənov Eldar Səlim oğluna, Paşayeva Sədaqət Balakişi qızına, Piriyev Kifayət Bəxtiyar qızına, Salayev Adil Eldar oğluna və Nuriyev İsmət Nurməmməd oğluna məxsus ərzaq mağazaları,

    Digər şəhər və rayonlar üzrə:

    Abşeron rayonunda İbrahimov Eldəniz Kamil oğluna və Kərimov Zamin Şəmil oğluna məxsus ət satışı mağazaları,

    Sumqayıt şəhərində Həsənov Zamin Hüsü oğluna məxsus ət satışı mağazası,

    Quba rayonunda Kərimov Anar Rasim oğluna, Talıbov Ceyhun Eldar oğluna məxsus kafelər, Müslümov Nəriman Müslüm oğluna, Hüseynov Tofiq Şakir oğluna, Bağırov Müşfiq Əsgər oğluna məxsus marketlər,

    Şabran rayonunda Şahbazov Mariya Vasilovna qızına məxsus kafe, “Sahil”, “Dağlı”, “Çıraqqala”, “Gilavar”, “Bəy”, “Delfin” restoranları, “Nazir” dönər evi,

    Xaçmaz rayonunda Məmmədov Səxavət Ağayar oğluna məxsus ət satışı mağazası,

    Kürdəmir rayonunda “Gözəl məkan”, “Laçın”, “Orxan”, “Çinar”, “Ekvador”, “Elsəvər”, “İdeya” kafelər,

    Şamaxı rayonunda “Şirvan”, “Şam”, “Şirvansaray”, “Xarı bülbül”, “Dədə Qorqud”, “Qoşa bulaq” restoranları, Həsənov Xalid Mirdamət oğluna, Nuralıyev Səməd Ramiz oğluna məxsus kafelər və Feyzullayev Tofiq Feyzulla oğluna məxsus yeməkxana,

    Hacıqabul rayonunda Zeynalov Mübariz Sədiyar oğluna, Qəhrəmanov Məhərrəm Məmmədi oğluna məxsus kafelər, Bayramov Eldəniz Şirin oğluna məxsus ərzaq mağazası,

    Şirvan şəhərində Babayev Xanqulu Hüseynqulu oğluna məxsus kafe,

    Sabirabad rayonunda Əzizov Əlioğlan Güloğlan oğluna, Şıxəliyev Sahil Əliabbas oğluna məxsus kafelər,

    Saatlı rayonunda Əhmədov Anar Həsən oğluna, Cavadov Röyal İbad oğluna məxsus ərzaq mağazası, Salayev Həsrət Hacırza oğluna məxsus kafe,

    Ağdaş rayonunda “Murad”, “Yenicə”, “Bərəkət” marketlər, Həsənov Əsgər Həsən oğluna, İbrahimov Elxan Əziz oğluna, Allahverdiyev Nurlan Sadıq oğluna və Ağakişiyev İsmayıl İmdat oğluna məxsus ərzaq mağazaları,

    Masallı rayonu, Ərkivan qəsəbəsində Xalıqzadə Cövdət Eldar oğluna məxsus ət satışı mağazası,

    Cəlilabad rayonunda Cəfərova Səidə Ədalət qızına məxsus ərzaq mağazası,

    Zaqatala rayonunda İbrahimova Süsən Fəxrəddin qızına və Mustafayeva Sevinc Musa qızına məxsus ərzaq mağazaları, Gəncəyev Hacı Ömər oğluna məxsus kafe,

    Qax rayonunda Əliyev Fəqan Fərrux oğluna, İsmayılov Ruslan Yaşar oğluna məxsus marketlər,

    Qəbələ rayonunda “Yeni Qəbələ”, “Axar su”, “Maral bulaq” restoranları,

    Oğuz rayonunda Şabanov Azər Bayraməli oğluna məxsus ərzaq mağazası,

    Gəncə şəhərində “Qoşa çinar”, “Sakit” marketlər, Qasımova Zülfiyyə Gürzalı qızına və Şıxəliyeva Nigar Şıxəli qızına məxsus ərzaq mağazaları,

    Naftalan şəhərində “Naftalan sağlamlıq mərkəzi”, “Şəfa sağlamlıq mərkəzi”, “Möcüzəvi Naftalan” müəssisələri, Finuni Bəhruz Bəhman oğluna və İbrahimov Aqşin Sabir oğluna məxsus müəssisələr,

    Şəmkir rayonunda “Elçin”, “Uğur”, “Tural”, “Şamlıq” kafelər, Rzayev Ceyhun Ramiz oğluna, Quliyev Vüsal Mayıl oğluna məxsus ət satışı mağazaları,

    Tovuz rayonunda “Ocaq” və “Kənan” kafelər,

    Qazax rayonunda Qurbanov İsrail Hacan oğluna məxsus ət satışı mağazası,

    Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

  • Молодому человеку нанесли ножевое ранение в центре Баку

    В столице произошла поножовщина.

    Как передает Report, инцидент произошел в Сабаильском районе.

    Неизвестный ударил ножом Исмаила Алиева Алияр оглу 1994 года рождения.

    Пострадавший был госпитализирован, врачи диагностировали у него колото-резаную рану груди. И.Алиева прооперировали.

    По факту ведется расследование.

  • Bakıda 26 yaşlı gənc bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

    1994-cü il təvəllüdlü Əliyev İsmayıl Əliyar oğlu naməlum şəxs tərəfindən bıçaq zərbəsi alıb.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda döş qəfəsinin kəsilmis-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Qubada iribuynuzlu heyvanları sel aparıb – YENİLƏNİB

    Quba rayonunda Çağacıq çayına gələn güclü sel Rustov İnzibati Ərazi Dairəsində yerləşən bir sıra kəndlərdə fəsadlara səbəb olub.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, sel nəticəsində çayın üzərində olan bir neçə körpüyə ziyan dəyib.

    Həmçinin Yuxarı Xanagah kəndində sakinlərin iribuynuzlu heyvanlarını sel aparıb.

  • Sərt karantin rejimi iyulun 20-dən sonra yenidən uzadılacaq? – Rəsmi Açıqlama

    Xəbər verdiyimiz kimi iyulun 9-da 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə olunsa da lakin gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır. Yoluxmanın sayı azalmasa iyulun 20-dən sonra sərt karantin rejimi yenidən uzadıla bilərmi?

    Bununla Sonxeber.az-a danışan Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, sərt karantin rejiminin uzadılıb-uzadılmaması ilə bağlı hələlik heç bir qərar yoxdur:

    “Sərt karantin rejiminin bitməsinə 5 gün var. Hər şey son günlərdəki yoluxma və azalma dinamikasından asılı olacaq. Bir daha insanlarmıza qoyulan qaydalara və verilən tövsiyələrə əməl etməklərini məsləhət görürəm”.

  • Иран изъявил желание быть посредником между Азербайджаном и Арменией

    “Тегеран готов выступить посредником между Азербайджаном и Арменией”.

    Как передает Report, об этом заявил спикер МИД Ирана Сеид Аббас Мусави.

    По его словам, как только начались столкновения между сторонами, Иран начал проявлять активность в качестве посредника: “Регион не может подвергнуться еще одному конфликту”, – заявил он.

    Мусави призвал Азербайджан и Армению проявлять сдержанность.

  • İran XİN: Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırıq

    “Tehran Azərbaycan və Ermənistan arasında vasitəçi kimi çıxış etməyə hazırdır”.

    “Report” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi bildirib.

    Onun sözlərinə görə, tərəflər arasında qarşıdurmalar baş verən kimi İran vasitəçilik üçün fəallıq göstərib: “Belə ki, bölgə daha bir münaqişəyə düçar edilə bilməz”.

    XİN rəsmisi Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.

  • Emin Ağalarovdan şəhidlərimizlə bağlı paylaşım – FOTO

    Xalq artisti Emin Ağalarov “Instagram” hesabında son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuz hərbçilərimizin fotolarını paylaşıb.

    Oxu.Az xəbər verir ki, E.Ağalarov paylaşımında Ermənistana təcavüzkar siyasətindən əl çəkməklə bağlı çağırış edib:

    “Biz Cənubi Qafqaz regionunda sülh və stabilliyin olunması üçün Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırırıq”.

  • Минобороны Азербайджана: Точным огнем уничтожена автомобильная техника противника – ВИДЕО

    Министерство обороны Азербайджана сообщает об уничтожении автомобильной техники ВС Армении, доставляющей резервные силы на боевые позиции противника.

    “Сегодня в ходе боевых действий в направлении Товузского района азербайджано-армянской границы точным огнем наших подразделений была уничтожена автомобильная техника, доставляющая резервные силы на боевые позиции противника”, – говорится в сообщении оборонного ведомства.

  • Düşmənin avtomobil texnikası sərrast atəşlə məhv edildi – VİDEO

    Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı ehtiyat qüvvələrini düşmənin döyüş mövqelərinə çatdıran avtomobil texnikası bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.