Month: July 2020

  • Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb

    Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır. Bu proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək.

    Nazirlikdən verilən məlumata görə, müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

    Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

    Hər il olduğu kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqə dörd mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil ediləcək. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası və təlim strategiyalarına aid suallar təqdim ediləcək.

    Bu ildən namizədlərə məntiq üzrə suallar təqdim edilməyəcək. Namizədlər vakansiya seçimini müsabiqənin test imtahanı mərhələsindən sonra edə biləcəklər. Bu mərhələdə keçid balını toplamış namizədlər səkkiz vakant yer seçə biləcəklər.

    Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

    Ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyəti və Nazirlər Kabineti yanında operativ qərargahın pandemiya şəraitində imtahanların keçirilməsinə dair tələb və tövsiyələrini nəzərə alaraq, builki müəllimlərin işə qəbulu müsabiqəsinə əvvəlki illərdən fərqli olaraq, xüsusi şərtlər tətbiq ediləcək.

    • Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində, bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə əvvəlcədən elan edilmiş qrafikə uyğun olaraq təşkil ediləcək.

    • Hər bir imtahan mərkəzində eyni zamanda imtahanda iştirak edəcək namizədlərin və təşkil ediləcək imtahan sessiyaların sayına məhdudiyyət tətbiq ediləcək.

    • İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək.

    • Builki imtahanda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan və imtahanda iştirak etməkdə əsas məqsədi özünü sınamaq, əvvəlki imtahanda qazandığı nəticələri yaxşılaşdırmaqla iş yerini dəyişdirmək və ya ikinci iş yeri qazanmaq olan müəllimlər bu imtahanlarda iştirak etməyəcəklər.

    Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı təqdim ediləcək.

    • Müsabiqənin müsahibə mərhələsi onlayn şəkildə təşkil olunacaq.

    Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı tamamlandıqdan sonra müsabiqənin test mərhələsinin təşkil ediləcəyi imtahan mərkəzlərinin yerləri və həmin mərkəzlərdə imtahanın təşkil ediləcəyi tarixlər barədə məlumat namizədlərin elektron kabinetlərinə göndəriləcək.

  • Число вылечившихся от COVID-19 в мире превысило 8 000 000

    По данным на утро 16 июля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 13 696 738.

    За весь период пандемии скончались 586 885 человек, выздоровели – 8 155 561.

    Больше всего инфицированных в США (3 616 747). На 2-м месте – Бразилия (1 970 909), на 3-м – Индия (970 169). В первую пятерку также входят Россия (746 369) и Перу (337 724).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 140 140, вылечились 1 645 962 человека.

    Соседний Иран с 264 561 заболевшим занимает 11-е место, Турция (215 940) – 15-е.

    В Армении коронавирусом заразились 33 005 человек, в Грузии – 1 004.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 13 211 летальных исходов.

    На сегодняшний день в Азербайджане подтверждены 25 672 случая инфицирования коронавирусом, 16 695 человек вылечились, 326 – скончались.

  • Dünyada koronavirusdan sağalanların sayı səkkiz milyonu keçdi – STATİSTİKA

    Dünyada 13 696 738 nəfərdə koronavirus aşkar edilib.

    Virusa yoluxanlardan 586 885-i ölüb, 8 155 561-i sağalıb.

    Koronavirusdan yoluxmanın (3 616 747) və ölümün (140 140 nəfər) ən çox müşahidə edildiyi dövlət ABŞ-dır. İkinci yerdə 1 970 909 yoluxma və 75 523 ölüm sayı ilə Braziliya gəlir.

    Azərbaycanın sərhəd qonşularından Rusiya 746 369 yoluxma ilə ölkələr arasında dördüncü, İran isə 264 561 yoluxma sayı ilə 11-cidir.

    Türkiyədə koronavirusa 215 940, Ermənistanda 33 005, Gürcüstanda isə 1 004 yoluxma qeydə alınıb.

    Azərbaycanda koronavirusun aşkar edildiyi 25 672 nəfərdən 326-sı həyatını itirib, 16 695-i sağalıb.

  • Обстановка на товузском направлении госграницы остается напряженной – ОФИЦИАЛЬНО

    С утра 16 июля на участке государственной границы Азербайджана и Армении в Товузском районе армянские подразделения вновь предприняли попытку атаки на позиции азербайджанской армии.

    Как сообщили в Минобороны АР, в то же время села Агдам, Дондар Гушчу и Вахидли подверглись обстрелу из крупнокалиберного оружия и минометов. Пострадавших среди мирного населения нет.

    В настоящее время в этом направлении продолжаются бои. Оперативная обстановка находится под контролем ВС Азербайджана.

    Дополнительная информация будет предоставлена общественности позднее.

  • Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi – RƏSMİ

    İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Eyni zamanda, rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.

    Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

    İctimaiyyətə əlavə məlumat veriləcək.

  • “Elmar Məmmədyarov istefa verib, yeni nazirin adı bilindi” – KİV

    Xarici İşlər Naziri Elmar Məmmədyarov istefa verib.

    Median.Az-ın verdiyi xəbərə görə, bu barədə özəl mənbələrinə istinadla “yeniavaz.com” saytı məlumat yayıb.

    Nəşrin yazdığına görə, Xarici İşlər Nazirliyinin rəhbəri artıq istefa ərizəsini təqdim edib: “Artıq nazir postuna yeni təyinat olub. XİN-nin yeni rəhbəri Təhsil naziri Ceyhun Bayramovdur. Məlumat hələ ki, rəsmi təsdiqlənməyib. Prezidentin Ceyhun Bayramovu qəbul etdiyi bildirilir”.

    Qeyd edək ki, ötən gecə nazirlərlə keçirilən onlayn toplantıda Prezident İlham Əliyev Elmar Məmmədyarovu tənqid etmiş və həssas məqamda onu postunun başında olmadığını qeyd etmuişdi.

  • “Forsaj”ın növbəti hissəsində Vin Dizelin obrazı ölə bilər

    Məşhur aktyor Vin Dizelin “Forsaj”da canlandırdığı Dominik Torreto obrazı filmin final bölümündə ölə bilər.

    Bu barədə “We Got This Covered” portalı məlumat yayıb.

    Qeyd edək ki, filmin 9-cu hissəsinin premyerası koronavirus pandemiyasına görə təxirə salınıb. Premyera 2021-ci ilin aprelinə planlaşdırılır.

    “Forsaj 10”un premyerasının tarixi isə hələlik bəlli deyil.

  • İsmayıllıda 50 yaşlı kişini elektrik cərəyanı vurdu

    İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

    “Report”un məlumatına görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

    1970-ci il təvəllüdlü Mirzəliyev Nazim Əlixan oğlu elektrik dirəyində işləyərkən onu cərəyan vurub. Bu zaman o, dirəkdən yıxılaraq bədən xəsarətləri alıb.

    Yaralı əvvəlcə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətində xəstəxanada müalicə olunur.

  • Şamaxıda güclü külək və leysan fəsadlar törədib

    Şamaxı rayonunda güclü küləklə müşahidə olunan leysan kənd təsərrüfatının ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

    “Report” xəbər verir ki, aramsız yağan yağışlar daha sonra kəskinləşərək leysana çevrilib. Digər tərəfdən də əsən güclü külək suyun axınına təkan verib.

    Hektarlarla meyvə bağları su altında qalıb. Mal-qaraya və təsərrüfata ciddi ziyan dəyib. Sakinlərin dediyinə görə, təxminən üç hektara yaxın qoz bağı, 21 hektar badam bağı tələf olub. Eyni zamanda ərazidə salınmış süni balıq gölü də leysan nəticəsində məhv olub və bu, xeyli sayda balıq tələfatına gətirib çıxarıb.

    Udlu, Yekəxana və Poladları kəndləri istiqamətində insanların gediş-gəlişi ləngiyib. Avtomobil yolları, piyada keçidi üçün salınmış kiçikhəcmli körpülər su altında qalıb.

    Sakinlər mövcud vəziyyətdən çox narahatdırlar və təbii fəlakətin bu şəkildə davam edəcəyi təqdirdə kənd təsərrüfatının bir çox sahəsinin ciddi şəkildə ziyan görəcəyini bildirirlər. Aidiyyəti qurumlar məsələdən xəbərdardır və onlar da öz növbəsində dəyə biləcək ziyanın qarşısının alınmasına çalışır.

  • Əmircanda dava bıçaqlanma ilə bitib

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1980-ci il təvəllüdlü Abbasov Nahid Həsən oğlu dava zamanı bıçaq zərbəsi alıb.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol qolunun kəsilmiş yarası diaqnozu qoyulub.

    Qeyd edək ki, N.Abbasov çoxlu qan itirdiyindən huşunu itirib.

    Onun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.