Month: July 2020

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 15 июля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 13 462 655.

    За весь период пандемии скончались 581 316 человек, выздоровели – 7 851 602.

    Больше всего инфицированных в США (3 545 077). На 2-м месте – Бразилия (1 931 204), на 3-м – Индия (937 487). В первую пятерку также входят Россия (739 947) и Перу (333 867).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 139 143, вылечились 1 600 195 человек.

    Соседний Иран с 262 173 заболевшими занимает 11-е место, Турция (214 993) – 15-е.

    В Армении коронавирусом заразились 32 490 человек, в Грузии – 999.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 13 211 летальных исходов.

    На сегодняшний день в Азербайджане подтверждены 25 113 случаев инфицирования коронавирусом, 16 150 человек вылечились, 319 – скончались.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada koronavirusa yoluxanların sayı 13 462 655 nəfərə çatıb.

    Virusdan 581 316 nəfər ölüb, 7 851 602 xəstə sağalıb.

    Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (4 153 035), ölkə isə ABŞ-dır (3 545 077 nəfər).

    Azərbaycanın sərhəd qonşusu Rusiya yoluxma sayına görə dünya ölkələrinin sıralamasında dördüncü yerdə qərarlaşıb. RF-də koronavirusa yoluxan 739 947 nəfərin 11 614-ü ölüb.

    Digər qonşularımızdan İranda 262 173, Türkiyədə 214 993, Ermənistanda 32 490, Gürcüstanda 999 yoluxma müşahidə edilib.

    Azərbaycanda koronavirus 25 113 nəfərdə aşkarlanıb. Virusa yoluxanlardan 319 nəfəri həyatını itirib, 16 150 xəstə sağalıb.

  • Nura cərimələnməsindən danışdı: “Qayda pozmamışam” – Video

    Müğənni Nura Suri bu gün Qusar-Quba yolunda Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi dövründə verilən icazədən sui-istifadə etdiyi üçün 200 manat cərimələnib. Müğənni isə ona qarşı irəli sürülən ittihamla razılaşmır.

    Median.Az xəbər verir ki, Nura Suri “Qafqazinfo”ya açıqlamasında karantin qaydalarını pozmadığını bildirib:

    “Dünən məni heç bir qayda pozmadan yolda öz avtomobilimi idarə edərkən (kəmər taxılı, ağzımda maska ) saxlayıblar. Səbəbin soruşanda,əvvəlcə telefonla danışdığımı iddia etdi, mən isə telefonu göstərdim ki, səsli “Waz”e proqramı ilə yol gedirəm, telefonla danışmağım mümkünsüzdür və yanımda iki şahidim var. Sonra anladım ki, vaxt qazanırlar. 5-10 dəq sonra “10 OT 242” dövlət nişanlı, “BMW” markalı avtomobil gəldi və içərisində 4 polis işçisi var idi. Biri əlində kamera ilə məni çəkməyə başladı. Sənəd istədi, göstərdim və portaldan yoxlamasını tələb etdim. Avtomobilin, mənim, sərnişinin icazəsi olduğunu gördülər. Buna baxmayaraq, İnzibati xətalar və Konstitusiyanın aşağıdakı bəndlərini pozaraq məni kameraya çəkməyə davam etdilər:

    – İnzibati Xətalar Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan, həmin foto və ya video əkiliş, yaxud səsyazma materialları KİV-də yayımlana bilməz.

    – Konstitusiyamızın 32-ci maddəsinin (şəxsi toxunulmazlıq hüququ) 3-cü hissəsi “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

     Avtomobildə 12 yaşlı oğlum bu hadisənim şahidi oldu və stress yaşadı. 8 nəfər polis işçisi sanki terrorist və ya cinayətkar tuturmuşlar kimi hərəkət edirdilər. Onlar məni çəkdikdən sonra gördüm ki, uzun söhbət gedir, başqa qanun pozuntularını mənə şamil etmək istəyirlər. Gördülər ki, qanunu yaxşı bələdəm. Bu zaman mən də əlimə telefon alıb çəkiliş aparmağa başladım. Əlimdə videolar var, sizə təqdim edəcəm. Maşınımda olan sərnişinə bildirdilər ki, protokola qol çəkin. O isə imza atdıqdan sonra “etiraz edirəm” yazdı. Polis əməkdaşları söylədilər ki, üç yerdən imza atın. Məsələyə qarışdım, etiraz etdiyi üçün bir imza atmağının kifayət olduğunu bildirdim. Onlar dedilər ki, yazacağıq ki, imza atmaqdan imtina edirsiz. Bütün söhbətlər mən çəkdiyim videoda əks olunub. Biz xeyriyyə məqsədi ilə imkansız ailələrə yardım edirdik. Necə oldu ki, iki maşın eyni vaxtda gəldi. Biri məni saxladı, başqa söz dedi, digəri isə başqa mövzu… Əvvəldən hazırlanmış bir hadisə idi. Bunun başqa adı yox idi.

    Azərbaycanda karantin müddətində bir çox tanınmış insanlar istirahətdə olublar. Xalq artistləri Aygün Kazımova Qəbələdə oteldə uzun müddət dincəlib, Türkiyədə ailəsi ilə istirahət edən məşhurlarımız, hətta Xalq artistlərimiz var. DİN-in saytlara bugünkü açıqlamasının səbəbini başa düşə bilmədim. Məqsədi anlamadım. Polisimiz bizi qorumalıdır. Bizə qarşı aqressiv olmamalıdır. Bizim bir düşmənimiz var və bu gün Azərbaycan müharibə şəraitində yaşayır, şəhid verir. Bunu unutmayaq”.

  • Bakı İrəvanın oyunlarını ALT-ÜST ETDİ – Tovuz təxribatının PƏRDƏARXASI

    Yüzlərlə ölü və yaralı var, hospitallarda yer yoxdu, Paşinyan bizi aldadır.

    Bu fikirlər sosial şəbəkələrin erməni seqmentində səsələnir. Ermənistan hərbi birləşmələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribat hücumunun qarşısı Ordumuz tərəfindən qətiyyətlə alındı. Həyata keçirilən əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu və ağır itkilərə məruz qaldı. Yayılan videolar və görüntülər Azərbaycan Ordusunun düşmən təxribatına verdiyi adekvat cavabın Ermənistana baha başa gəldiyini təsdiqləyir.

    Ermənistan hakimiyyətinin itkiləri israrla gizlətməsi, “iki polisimiz yaralanıb” kimi gülünc açıqlamalar verməsi ağır zərbələr aldığı fikrini daha da gücləndirir. Ermənilərin sosial şəbəkələrdə və mediada yazdıqları da bunu təsdiqləyir. İşğalçı ölkənin bu təxribat hücumu ilə nail olmaq istədiyi hədəflər var idi, lakin Azərbayan Ordusu bu planları alt-üst etdi.

    Bu təxribatın siyasi proseslər fonunda təhlili Ermənistanın oynamaq istədiyi oyunu anlamağa imkan verir.

    Təxribat planının hazırlığı: İyulun 11-də Ermənistanın fövqəladə hallar naziri Feliks Çolakyan Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonuna gəldi. Rəsmi məlumata görə, Çolakyan nazirliyin rayondakı bölməsi ilə tanış olub, görüşlər keçirib və tapşırıqlar verib. (Mənbə: http://www.mes.am/hy/news
    /item/2020/07/11/1030/).  Bir gün sonra – iyulun 12-də erməni hərbi birləşmələrinin Tovuz rayonu istiqamətində hücuma keçməsi Çolakyanın səfərinin əslində təxribat hazırlığı olduğunu deməyə əsas verir. Hərçənd, sual yaranır: müdafiə nazirinin David Tonoyan olduğu halda təxribatı bölgəyə səfəri niyə Çolakyan edib?

    1. Tonoyanın sərhəddə görünməsi Ermənistanın təxribat hücumu hazırladığına dair fakt ola bilərdi, bu baxımdan, hücumla bağlı göstərişlər daha az diqqət çəkən Çolakyan vasitəsilə çatdırılıb.

    2. Paşinyan Tonoyanın “qələmini qırıb”. Ötən ay Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin direktoru, Polis rəisi və Baş qərargah rəisinin istefasından sonra Tonoyanın da vəzifədən gedəcəyi məsələsi gündəmə gəldi. “İrates” qəzeti hökumətdəki mənbələrinə istinadə yazırdı ki, “Tonoyanın yerinə Makar Qambaryanın gələcək. Qambaryan parlamentin spikeri Ara Mirzoyana (Paşinyanın əsas adamı-red) yaxındır və məhz spikerin təqdimatı ilə onun bu posta gətiriləcəyi haqqnda məlumatlar var”. Tonoyanın keçmiş prezident Serj Sarkisyanın dəstəyi ilə orduda yüksəlməsi, ardınca fövqəladə hallar naziri təyin olunması Paşinyanın onu “öz adamı” hesab etməməsi üçün kifayətdir. Mümkündür ki, Tonoyan təxribat hücumunun hazırlığından kənarda saxlanılıb.

    Çolakyanın səfəri və yayılan görüntülər Ermənistanın təxribat hücumunu sübut edir. Bu hücumun daxili və xarici siyasətə hesablanmış iki hədəfi var.

    Xarici hədəf: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini və rəsmi Bakının beynəlxalq arenada həyata keçirdiyi siyasəti “baltalamaq” cəhdi.

    – Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanındır” bəyanatına Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycanındır və Nida” bəyanatı ilə cavab verən Prezident İlham Əliyev Ermənistanı işağlçılıq və faşizm siyasətini ifşa edən addımlar atdı. Aşqabadda Nikol Paşinyanın da iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, eləcə də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan lideri Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməklə həm beynəlxalq diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəltdi, həm də işğalçı ölkənin nüfuzunu alt-üst etdi. Təsadüfi deyil ki, rəsmi Bakının siyasəti dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi ilə nəticələndi. Qoşulmama Hərəkatına üzv olan 120 ölkənin, o cümlədən, Avropa Parlamentinin Ermənistanın işğal siyasətinə qarşı qəbul etdikləri qərarlar belə nümunələrdəndir. Bu situasiya Ermənistan hakimiyyətini və xarici ermənipərəst dairələri narahat edir, onların ciddi problemlərlə üzləşməsinə səbəb olur.

    – Prezident İlham Əliyevin COVİD-19 pandemiyasının beynəlxalq siyasətdə yaratdığı böhranı həll etmək istiqamətində addımları Azərbaycanın qlobal nüfuzunu daha da artırdı. Xüsusilə, Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, həmin görüşdə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi və pandemiyanın yaratdığı qlobal böhranın həllində Bakının əhəmiyyətli rol oynaması işğalçı ölkəni də, erməni lobbisini də, xarici ermənipərəst dairələri də, eləcə də, Azərbaycanı istəməyən xarici qüvvələri də ciddi narahat edir. Çünki bu addımlar Azərbaycanın qlobal siyasətin zirvəsinə daşımaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyinin dəstəklənməsini də gücləndirir.

    – Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların heç bir nəticə vermədiyini və buna görə ATƏT-in Minqk qrupunu tənqid etməsi təsadüfi deyildi. Beynəlxalq siyasətdə aparıcı rol oynayan Azərbaycan liderinin bu tənqidi danışıqlar prosesinin ölü nötqədən tərpədilməsinə hesablanmışdı və bu tənqid Minsk qrupunu real danışıqların başlanması istiqamətində addımlara sövq edir. Gözlənilən bu idi ki, həmsədrlər İrəvana konstruktiv danışıqlar üçün təzyiq edəcək.

    Tovuz istiqamətində təxribat hücumuna bu proseslər fonunda baxdıqda işğalçı ölkənin hədəfi məlum olur:

    a) Diplomatik cəbhədəki məğlubiyyətini hərbi cəbhədə kompensasiya etmək;
    b) Hücumu “Bakının təxribatı” kimi təqdim edərək, beynəlxalq aləmdə aparıcı rol oynayan Azərbaycanı “təcavüzkar” kimi göstərmək;
    c) Həmsədrlərin konstruktiv danışıqlar tələbini qabaqlamaq və sülh prosesini sıradan çıxarmaq;

    Daxili hədəf: pandemiyanın xəstə və ac günə qoyduğu erməniləri “vətənpərvərlik populizmi” ilə doydurmaq.

    Klassik üslubdur, Paşinyan sələflərinin yolu ilə gedir. Erməni baş nazir hakimiyyətə gəldiyi vaxt verdiyi sosial-iqtisadi vədlərin heç birini yerinə yetirə bilmədi. İşsizlik və yoxsulluq səviyyəsi daha da çoxaldı, koronavirus pandemiyasının yaratdığı vəziyyət isə ermənilərin səbr kasasının dolması ilə nəticələndi: epidemiyaya görə tətbiq olunan fövqəladə vəziyyətdə işsiz qalanlar mütəmadi olaraq hökumət binasının önündə aksiya keçirir; ölkədə işsizlik və yoxsulluq həddi son beş ayda dəfələrlə çoxalıb; virusa yoluxma və ölüm faktlarına görə regionda lider olan Ermənistanın səhiyyəsi xəstəliyin qarşısında acizdir və sadə ermənilər ciddi əziyyət çəkir;

    “Past” qəzeti yazır ki, Ermənistanın milli təhlükəsizlik xidməti Nikol Paşinyanın reytinqi ilə bağlı məxfi sorğu hazırlayıb. Qəzetin əldə etdiyi məlumata görə, baş nazirin reytinqi sürətlə düşür: “Ölkədə hakimiyyətdən narazı olanların sayı böyükdür və getdikcə artmaqdadır”.

    Sosial-iqtisadi problemlərlə yanaşı, Ermənistandakı siyasi vəziyyət də dəhşətlidir. Müxalifət partiyaları pandemiya ilə mübarizə apara bilməyən hökuməti 100 faiz istefaya çağırdı. Bu çağırışından sonra Paşinyan “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Qaqik Sarukyanı həbs etmək üçün deputatlıq toxunulmazlığını ləğv etdirdi, ardınca, hakimiyyətini gücləndirmək üçün konstitusiyaya dəyişikliklər edilməsi istiqamətində addımlar atdı. Bu addım hətta Venesiya Komissiyasının da etirazına səbəb olub.

    Ermənistan hakimiyyəti müxtəlif yollarla narazı səsləri boğmağa çalışsa da, həm sosial, həm də siyasi etirazlarla üzləşir və bu etirazlar hər keçən gün artmaqdadır. Müxalifətin hakimiyyətə qarşı vahid cəbhədə toplanması Paşinyan üçün təhlükə zənglərinin çalınması deməkdir.

    Paşinyanın narazıları susdurmaq üçün irəli sürdüyü “inqilab” və “əks-inqilab” tezisi də artıq nəticə vermir. Və bu proseslər fonunda Nikol yeganə xilas yolunu “xarici düşmən” obrazını gücləndirməkdə gördü. Onun sələfləri zaman-zaman daxili siyasətə hesablanmış belə addımlar atıb, görünür, Paşinyan da sınaqdan çıxmış bu təcrübədən istifadə etmək qərarına gəldi. İyulun 12-də erməni hərbi birləşmələrinin Ermənistan-Azərbaycan sərhədində həyata keçirdiyi təxribatın daxili siyasətə hesablanmış hədəfi məhz etiraz səslərinin boğulması, cəmiyyəti “xarici təhlükəyə” qarşı birləşdirmək cəhdidir.

    Burada diqqətçəkən detallardan biri təxribat hücumunun niyə sərhəddə edilməsidir.

    Ermənistan bununla üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini almaq istəyir. KTMT-nin nizamnaməsinə görə, üzv ölkələrin sərhədinə təcavüz olarsa, digər ölkələr ona dəstək verməlidir. Rəsmi İrəvanın sərhəd hücumu indiyə qədər Azərbaycana qarşı heç bir qərar qəbul etməyən KTMT-ni fakt qarşısında qoymağa hesablanmışdı.

    Beləliklə, Ermənistanın və işğalçı ölkəyə dəstək verənlərin Tovuz hücumunun pərdəarxası aydınlaşır:

    1. Azərbaycanın beynəlxalq aləmdə güclənən nüfuzuna zərər vurmaq;

    2. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı real danışıqların qarşısını almaq;

    3. Ermənistan daxilində narazı səsləri boğmaq və “xarici düşmən” obrazını gücləndirməklə vəziyyətdən çıxmaq üçün vaxt qazanmaq;

    4. “Sərhədimizə müdaxilə” var iddiası ilə KTMT-nin dəstəyini qazanmaq və təşkilatın Azərbaycana qarşı çıxmasını təmin etmək;

    Azərbaycan Ordusunun adekvat cavabı və rəsmi Bakının diplomatik manevrləri işğalçı ölkənin bu oyunlarını alt-üst etdi.

    Birinci: Azərbaycan tərəfi təxribat hücumu ilə bağlı dərhal rəsmi məlumat yaydı və bəyan etdi ki, “Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfdə itkilər var”. Bu məlumat bütün nüfuzlu beynəlxalq KİV tərəfindən yayımlandı və Ermənistanın atəşkəsi kobud şəkildə pozduğu bildirildi. Beynəlxalq ictimaiyyət təcavüzkarı və təcavüzə məruz qalan tərəfin kim olduğunu bir daha gördü.

    İkinci: Ermənistan təxribat hücumu ilə münaqişənin sülhlə həll olunmasında maraqlı olmadığını göstərdi. Bu vəziyyət real danışıqların aparılması üçün Ermənistana təzyiqlərin artması ilə nəticələnəcək.

    Üçüncü: Ermənistan cəmiyyəti döyüşlərə görə Paşinyan hakimiyyətinə etiraz edir. Sosial şəbəkələrdə ermənilər “hakimiyyətin yalan danışdığı, itkiləri gizlətdiyi, yüzlərlə ölü və yaralının olduğu” haqda yazırlar. Hətta əhali Müdafə Nazirliyi binası qarşısında ötən gün Ermənistan-Azərbaycan sərhədində baş verən insident barədə dəqiq informasiya və ölənlərin meyitini, həmçinin saylarının açıqlamasını tələb edir. Paşinyanın “xarici düşmən” obrazı özünə qarşı yönəlir.

    Dördüncü: KTMT növbəti dəfə Ermənistana zərbə vurdu. Təşkilatın baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı Daimi Şuranın iclasını çağırdı. İrəvan hesab edirdi ki, oyunu baş tutub və üzvü olduğu təşkilat Bakıya qarşı sərt bəyanatlar verəcək. Lakin gözlənilən iclas təxirə salındı. KTMT-nin mətbuat katibi Vladimir Zeynəddinov bildirib ki, buna səbəb tərəflər arasında konsultasiya aparılması, həmçinin müzakirə formatının dəqiqləşdirilməməsidir. Burada Azərbaycan liderinin diplomatik manevrlərinin mühüm rol oynadığınl əminliklə deyə bilərik.

    Bir daha sübut olundu ki, Azərbaycan güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Biz cəmiyyət olaraq Ordumuzun arxasında dayanmalı və belə həssas məqamlarda yanlış adımlar atmamalıyıq. Söhbət həssas məqamlar yarana biləcək xaotik vəziyyətdən gedir.

    İyunun 12-də baş verənlər Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, ilk baxışda olduqca gözəl mənzərədir və Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Lakin unutmamalıyıq ki, nə indi 1990-cı illərin əvvəli deyil, nə də Azərbaycan Ordusu həmin illərin ordusu deyil. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Bu baxımdan, bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır.

    Həssas məqamlarda ehtiyatlı olmalı və Ordumuza güvənməliyik. Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmri ilə “aprel müharibəsi” və Günnüt əməliyyatları kimi uğurlara imza atdığını, bu qələbələrin davamının gələcəyini unutmamlıyıq.
    //publika.az

  • Ermənistan döyüşdəki itkilərlə bağlı yeni məlumat yaydı

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyat tədbirləri nəticəsində yaralanan Ermənistan hərbçilərinin vəziyyəti ağırdır.

    Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bu barədə öz “Facebook” səhifəsində məlumat verib.

    Ş.Stepanyan qeyd edib ki, döyüşlərdə Ermənistanın 10 hərbi qulluqçusu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Hazırda onlardan birinin vəziyyəti kəskin ağır, beşinin vəziyyəti isə orta ağırdır.

  • TÜRK PA-nın Baş katibi Azərbaycana dəstək nümayiş etdirdi

    Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Altınbek Mamayusupov mülki əhalinin də ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayıb.

    Assambleyadan Report-a verilən məlumata görə, baş katib qeyd edib ki, TÜRK PA-nın bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi Parlament Assambleyasının üzv ölkələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qısa bir zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.

    Baş katib son hadisələr zamanı həyatını itirən Azərbaycan silahlı qüvvələri hərbçilərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını bildirib.

  • DİN: “İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq…”

    “Ermənistanın silahlı qüvvələrinin cari il iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririk”.

    Bu fikirlər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında yer alıb:

    “Eyni zamanda, vətəndaşlarımızı bütün dünyada qlobal problemə çevrilmiş daha bir düşmənin – koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq.

    İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq xüsusi karantin rejiminin tələblərinə əməl edəcək, özünüzün və yaxınlarınızın sağlamlığının qayğısına qalacaqsınız”.

  • Şəhid general-mayor Polad Həşimovla ata ocağında vida mərasimi keçirilib – FOTO – YENİLƏNİB

    İyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Həmin ərazidə baş verən şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimovun nəşi bu gün doğulduğu Qəbələ rayonuna gətirilib.

    APA-nın yerli bürosunun məlumatına görə, şəhidin cənazəsi ata ocağında böyük coşqu ilə qarşılanıb. Cənazə namazının qılınması mərasimində minlərlə adam toplaşıb.

    Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, hərbçilər, ehtiyatda olan zabitlər və rayon ictimaiyyəti iştirak edib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı, şəhidin hərbiçi yoldaşları çıxış edərək, onun 1992-ci ildən bəri keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan, xatirələrindən danışıblar. Çıxışlarda Polad Həşimovun döyüş yolunun gənclərə nümunə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Vətən uğrunda şəhid olanların xatirəsi heç vaxt unudulmur və daim əziz tutulur.

    Generalın ailə üzvləri adından çıxış edən qardaşı İlham Həşimov və oğlu Davud Həşimov şəhidlə bağlı xatirələrini bölüşüb. Düz 28 il öncə C.Naxçıvanski adına Hərbi Liseydə oxuyarkən 18 yaşlı kursant Polad Həşimov Dağlıq Qarabağda baş verən müharibənin qızğın vaxtında Ağdam və Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib, 2003-cü ildə “Azərbaycan Bayrağı” ordeni, 2016-cı ildə baş verən aprel döyüşlərində göstərdiyi şücaətə görə dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2 ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, 2019-cu ildə ona general-mayor rütbəsi verilib. Polad Həşimovun ölümü nəinki Qəbələ rayonu, bütün Azərbaycan xalqı üçün böyük bir itgidir və o fəxr olunası qəhrəmanımızdı.

    Daha sonra şəhid generalın cənazəsi Azərbaycan bayrağı altında, böyük insan izdihamında “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə Qəbələdən Bakıya yola salınıb. Şəhid Polad Həşimovun nəşi sabah Bakıda İkinci Fəxri Xiyadanda torpağa tapşırılacaq.

    Şəhidin bir qız və iki oğul övladı var.

    Allah rəhmət eləsin.

  • Şəhid generalın anası: “Oğlum Vətənini canından əziz tutdu”

    “Axırıncı dəfə balamla bu ayın 10-u danışmışam. Beş aydı görmədiyim balamı indi şəhid kimi qarşılayacam”.

    Bunu Oxu.Az-a açıqlamasında şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.

    O, oğlunun qəhrəmancasına şəhid olmasından qürur hissi keçirdiyini deyir:

    “Mənim oğlum vətənpərvər idi. Balam Vətən yolunda şəhid oldu. Həm kədərliyəm, həm qürurlu. Poladın necə tərbiyəli, mədəniyyətli insan olduğunu hamı bilir. Mənimlə danışanda dedi ki, ana, koronavirus yayılıb, özünü qoru. İnşallah vəziyyət bir az yaxşılaşsın, gələcəm yanına. Əsgərlər də mənim balalarımdı, ailələri onları bizə əmanət edib. Mənim oğlum Vətənini canından əziz tutdu. Allah bütün əsgərləri, balaları qorusun”.

  • Məmmədyarov italiyalı həmkarını Bakıya dəvət etdi

    İyulun 14-də Xarici İşlər naziri Elmar Məmmədyarovla İtaliyanın Xarici İşlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio arasında telefon danışığı olub.

    XİN Mətbuat xidməti idarəsindən bildirilib ki, E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi təxribatının qarşısının alınması, bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib. O, bölgədəki gərginliyin səbəbinin Ermənistanın təcavüzkar siyasəti olduğunu qeyd edib və işğalçı qüvvələrin Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxarılmasının zəruri olduğunu vurğulayıb.

    E.Məmmədyarov Ermənistanın son hərbi təxribatı da daxil olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İtaliyanın sərgilədiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını hər zaman vurğuladığına görə təşəkkürünü ifadə edib.

    Söhbət əsnasında nazirlər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya həyata keçirilən dövlət səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər.

    Nazirlər “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyənnamə” ilə tərəflərin bu strateji tərəfdaşlığı çoxölçülü, hərtərəfli formada siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək istəklərini ortaya qoyduqlarını qeyd ediblər.

    Tərəflər, həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini müzakirə ediblər.

    Cənubi Qaz Dəhlizinin müəyyən edilmiş qrafik üzrə fəaliyyəti, eləcə də Azərbaycan-Avropa İttifaqı arasında münasibətləri nazirlər tərəfindən müzakirə olunub.

    E.Məmmədyarov pandemiya ilə bağlı vəziyyət normallaşdıqdan sonra italiyalı həmkarını Bakıya səfərə dəvət edib.