Month: July 2020

  • Erməni yalanının və artistliyinin daha bir bariz sübutu – VİDEO

    İyulun 12-də Ermənistan silahlı qüvvələri yenidən öz mənfur istəklərinə çatmaq üçün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşində tutublar. Hərbi təxribatın qarşısı layiqincə alınıb. Lakin ermənilər sosial şəbəkələrdə cəbhə bölgəsindən yalan, əsassız məlumatlar paylaşmaqla təxribatlarını davam etdirməyə çalışıblar.

    Şərəfsizlik qanına hopmuş toplum öz təxribat xarakterli mənfur niyyətindən yenə əl çəkməyib və öz gülünc təxribatları ilə əsl simasını ortaya qoymağa davam edib.

    Yalanlara doymayan şərəfsizlərin növbəti təxribatı isə “Youtube” şəbəkəsinə yerləşdirdikləri video oldu.

    Dörd dəqiqəlik videoda bir erməni dığası işğalçı silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Quşçular kəndinin, eləcə də, 812-ci diviziyanın vurulduğuna dair yalan informasiya yayıb. Ağlaya-ağlaya, təlaşlı bir səslə qeydə alınan videoda sünilik, yalan insanın ürəyini bulandırır, bu öz yerində.

    Əslində isə, adıçəkilən və çəkilməyən hərbi hissələrimizə heç nə olmayıb, ermənilərin atdığı mərmilər boş sahələrə, dağa-daşa düşüb. Əksinə, Ordumuzun bölmələri tərəfindən verilən cavab atəşi onların çoxsaylı texnikasını, məntəqəsini darmadağın edib.

    İyrənc məxluq öz aləmində şayiə yayaraq, xalq arasında təlaş yaratmağa çalışıb. Ana dilimizdə bu qədər sərbəst danışması, bu cür təxribatlara hazırlıq görməsi belə məqsədinə çatmağına kömək etmədi.

    Azərbaycan xalqı öz Ordusunun gücünə bələddir! Azərbaycan dövlətinin başında Ali Baş Komandanımız dayanır. Onun idarəçiliyi altında olan ordu, ona inanan xalq sizin bu cür cılız oyunlarınıza heç vaxt aldanmaz! Əhalinin həssas təbəqəsi bir qədər narahat olmuş olsa da, ölkədə bütün hallarda baş verən ən xırda məqama belə operativ şəkildə cavab verən dövlət qurumları var. Siz Azərbaycan xalqını bu cür cılız oyunlarınızla qorxuda bilməzsiniz!

    Ermənilərin artistlik qabiliyyəti əzəldən yaxşı olub. Tarix boyu arvadları qabağa vermələri, qorxub döyüşdən qaçmaları, göz yaşı tökərək hər kəsdən mərhəmət diləndikləri bütün dünyada dillər əzbəridir. Bu video da həmin sübutlardan daha biri kimi tarixə keçdi.

    Həmin videonu təqdim edirik:

  • Milli Məclis Aparatı gecə baş verən hadisələrlə bağlı məlumat yaydı

    Azərbaycan Respublikası Milli Məclis Aparatı ötən gecə baş verən hadisələrlə bağlı məlumat yayıb.

    Bildirilib ki, ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub.

    “Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və Parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb.

    Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub.

    Azərbaycan Respublikasının Milli Məclisi olaraq Xalqımıza, Dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik.

    Bu çətin günlərdə Dövlətin Ali Qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir.

    Bu gün Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyini diqqətə çatdırırıq.

    Azərbaycan Respublikası Milli Məclisi olaraq bildiririk ki, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıyırıq”.

  • İranda koronavirusun ikinci dalğasının başlandığı elan edildi

    İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkədə COVID-19 virusunun ikinci dalğasının başlandığını bildirib.

    “RİA Novosti” bu barədə İran KİV-lərinə istinadən məlumat yayıb.

    H.Ruhani söyləyib ki, əgər pandemiyanın birinci dalğası ölkənin şimal və mərkəzi hissələrində yayılmışdısa, mayın ortalarından başlayan ikinci dalğa İslam Respublikasının cənub bölgələrinə daha çox təsir edib.

  • В Азербайджане еще один врач скончался от коронавируса – ФОТО

    Утром 15 июля в Азербайджане от коронавируса скончалась врач-кардиолог Ругия Керимова.

    Об этом в соцсетях сообщили ее родственники.

  • Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi – FOTO

    Azərbaycanda koronavirusdan müalicə alan daha bir həkim vəfat edib.

    Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

    Bildirilib ki, kardioloq Ruhiyyə Kərimova COVID-19-a qalib gələ bilməyib və bu gün səhərə yaxın həyatını itirib.

  • Раненые азербайджанские военные: Враг не сломил наш боевой дух – ВИДЕО

    В ходе предотвращения очередной вражеской провокации на участке азербайджано-армянской госграницы в Товузском районе несколько военнослужащих ВС Азербайджана получили ранения.

    Корреспондент Real TV побывал в госпитале, где они проходят лечение, поинтересовался их самочувствием.

    Начальник Главного медицинского управления Эльхан Ибрагимов, главный хирург госпиталя полковник медицинской службы Роман Чобанов рассказали о состоянии военных.

    По словам раненых, враг не сломил их боевой дух, и они хотят поскорее присоединиться к своим товарищам.

  • Yaralanan əsgərlər: “Döyüş yoldaşlarımızın yanına qayıtmaq istəyirik” – VİDEO

    Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu hissəsində baş verən düşmən təxribatı nəticəsində şəhid olanlarla yanaşı yaralananlar da var.

    “Real” TV yaralı hərbçilərimizin vəziyyəti ilə maraqlanmaq üçün onların müalicə olunduğu hospitala baş çəkib.

    Tibb Baş İdarənin rəisi Elxan İbrahimov, Tibb Xidməti Polkovniki, Hospitalın aparıcı cərrahı Roman Çobanov hərbçilərimizin vəziyyəti barədə məlumat veriblər.

    Hərbçilərimiz isə düşmən təxribatının onların əzmini qıra bilməyəcəyini, tezliklə səngər yoldaşlarının yanına qayıtmaq istədiklərini qeyd ediblər.

  • Митинг в поддержку азербайджанской армии в объективе İTV – ВИДЕО

    В ночь с 14 на 15 июля в Баку прошел митинг в поддержку азербайджанской армии. Его участники скандировали “Карабах!” и “Поддержим армию!”. Однако некоторые лица воспользовались ситуацией в своих целях.

    Подробности – в видеосюжете телеканала İTV.

  • Cəbhəyə dəstək mitinqi İTV-nin gözündə – VİDEO

    “Ötən gecə Bakıda “Qarabağ”, “Orduya dəstək” şüarı ilə dəstək yürüşü keçirilib. Ora gələn insanların niyyəti orduya dəstəyini nümayiş etdirmək idi. Lakin bir qrup insan yaranan vəziyyətdən başqa məqsəd üçün yararlandı”.

    İTV-nin əməkdaşları da ötən gecə hadisələrə şahidlik ediblər.

    Daha ətraflı kanalın süjetində:

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 82 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.