ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endrü Şofer (ABŞ) iyulun 12-13-də Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlə bağlı bəyanat yayıblar.
ATƏT-in saytında yayılmış bəyanatda bildirilir ki, Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin və digər mənbələrin məlumatına görə, 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin ciddi şəkildə pozulması nəticəsində itkilər olub, hər iki tərəfə məxsus qüvvələrin müxtəlif kalibrli artilleriyalardan istifadə etdiyi bildirilir.
Qeyd olunub ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik itkilərin olmasına təəssüflənir, həlak olanların ailələrinə başsağlığı verir:
“İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olmuş, bir neçə hərbçisi isə yaralanmışdır. Həyata keçirilən tədbirlər ilə düşmənə layiqli cavab verilmişdir.
Ölkəmizdə fəaliyyət göstərən teleradio yayımçılarının əksəriyyəti bu hadisə və onun nəticəsində hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik etmiş, yayımdan musiqili və əyləncəli verilişləri çıxarmışlar. Pandemiya şəraitində yayımçıların əməkdaşlarının tam olaraq işə cəlb olunmamasını və texniki aspektləri nəzərə alaraq bəzi kanallarda isə bu proses növbəti gün həyata keçirilmişdir.
Milli Televiziya və Radio Şurası olaraq, yayımçıların bu prosesə həssas reaksiyasını dəstəkləyir və onlara bir daha belə günlərdə daha operativ davranmağı tövsiyə edirik.
Allahdan Azərbaycan Ordusuna zəfər, Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizə rəhmət diləyirik”.
Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutublar.
“Vaad L`Hatzolas Nidchei Yisroel” Yəhudi humanitar təşkilatının bəyanatında belə deyilir.
Bildirilir ki, buna adekvat cavab olaraq Azərbaycan Silahlı qüvvələri Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusu həlak olub, beşi isə yaralanıb.
Baş idarəsi ABŞ-ın Nyu-York şəhərində yerləşən, “Vaad L`Hatzolas Nidchei Yisroel” Yəhudi humanitar təşkilatı, Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməlini kəskin şəkildə qınayır, və Ermənistan tərəfindən törədilən hazırkı hadisəni, təcavüz, güc tətbiq etmək aktı və növbəti təxribat hadisəsi kimi dəyərləndirir. Bununla belə, hesab edirik ki, hazırkı gərginləşməyə görə məsuliyyət tam olaraq Ermənistan rəhbərliyinin üzərinə düşür.
Yenə bir təxribat, yenə mətbuatda çıxan yalan məlumatlar, yenə qondarma erməni iddiaları…
Ötən gün günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədində təxribat törədib. Təxribat bu gecə saatlarında da davam edib. Atışma nəticəsində dörd hərbi qulluqçumuz şəhid olub.
Ancaq nə təsadüf ki, yenə ermənilərin dövlət rəsmilərindən tutmuş, mətbuatına qədər hər biri dezinformasiyalar yayaraq, atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia edir. Məsələn, Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində uydurub ki, guya bazar günü yerli vaxtla saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələri Ermənistanın dövlət sərhədinin Tavuş (Tovuz) vilayəti istiqamətində və UAZ markalı nəqliyyat vasitəsi ilə pozmağa cəhd edib.
Hakimiyyətə gəldikdən bəri populist açıqlamalardan başqa heç nə ilə yadda qalmayan və dəfələrlə Azərbaycan prezidentinin faktlarla susdurduğu baş nazir Nikol Paşinyan isə yenidən cuşa gəlib. Deyib ki, Bakının heç bir təxribatçı hərəkəti cavabsız qalmayacaq. Görünür, Paşinyan aprel döyüşlərini yaxşı xatırlamır.
Paşinyan iddia edib ki, guya Azərbaycan rəhbərliyi xalqını epidemioloji təhlükəsizlik qaydalarına riayət etməyə çağırmaq əvəzinə, hərbi ritorikanı müdafiə edir.
Bu halda isə bu hörmətsiz baş nazirə öz ölkəsində olanları xatırlatmaqda fayda var ki, hər gün artan və 33 min nəfərə çatan yoluxma halları, 600-ə yaxınlaşan ölüm faktlarını yadından çıxarmamalıdır. Hər bir mübarizədə olduqları kimi, koronavirus məsələsində də uğursuzluğa düçar olublar.
Üstəlik, bütün xarici ekpertlər də məhz Ermənistan hakimiyyətinin daxili böhrandan fikir yayındırmaq üçün cəbhədə təxribatlara əl atdığını bəyan edirlər. Belə hal nə ilkdir, nə də yəqin ki, sonuncu olacaq. Ona görə də, Paşinyan yaxşı olar ki, güzgüyə baxıb, öz adını başqasına qoymasın.
Və sonda… erməni hakimiyyəti nəhayət başa düşməlidir ki, onlar işğal etdikləri torpaqlardan çıxmayınca, Azərbaycan hərbi gücü və iqtisadi blokadası qarşısında aciz qalacaqlar. Bütün dünyadan təcrid olunacaqlar.
Bu gün Baku TV-nin əməkdaşları Tovuzun Ağdam və Dondar Quşçu kəndləri daxil olmaqla sərhədboyu ərazidə olub, təmas xəttindəki son vəziyyəti öyrənib, kənd sakinləri ilə söhbətləşərək onların əhval-ruhiyyəsi haqqında maraqlanıb.
Ətraflı Baku TV-nin təmas xəttindən canlı bağlantısını təqdim edirik:
В результате жестких карательных мер, принимаемых против врага, во второй половине дня 13 июля огневые позиции, радиолокационная станция разведывательного подразделения, хранилище военной автомобильной техники, танк, бронетранспортер, более 20-и военнослужащих, штаб батальона и военная инфраструктура вооруженных сил Армении были уничтожены точным огнем наших подразделений.
Как сообщили в пресс-службе Минобороны Азербайджана, противник продолжает обманывать армянскую общественность, скрывая свои потери.
Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.
Müdafiə Nazirliyinin verdiyi məlumatda belə deyilir.
Bildirilir ki, qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.
Milli Hidrometeorologiya Xidmətinin iyulun 13-ü saat 19:00-a olan məlumatına əsasən, Daşkəsən, Naxçıvan, Balakən, Qusarda şimşək çaxıb, Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Qrız, Şahdağ, Xınalıqda şimşək çaxıb, yağış yağıb.
Yuxarı-Ağcakənd ərazisində saat 16:45-17:25 radələrində leysan xarakterli yağış yağıb, Gorançaydan sel keçib. Qərb bölgəsində dağlıq rayonlara yağan leysan yağış nəticəsində Şəmkir Mansırlıdan təxminən 2 km aşağıda saat 13:40 radələrində sel hadisəsi baş verib.
Əsrikçay Ədrikçırdaxamda isə saat 15:36 radələrində sel hadisəsi yaranıb.
Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından mövqelərimizi atəşə tutublar. Görülən adekvat tədbirlər nəticəsində düşmənə ağır zərbə endirilib və o, ciddi itkilər verərək geri oturdulub. Düşmən təxribatlarının qarşısı alınarkən Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçularının ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tez bir zamanda sağalmaları üçün şəfa diləyirik.
Oxu.Az DTX-nin saytına istinadla xəbər verir ki, cəbhədə baş vermiş döyüşlər zamanı xalqımızın hər zaman olduğu kimi nümayiş etdirdiyi milli həmrəylik və birliyindən, vətəndaş-dövlət vəhdətindən narahat olan düşmən dairələr və antimilli qüvvələrin respublikada ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa, dövlətin, onun ordusunun və digər strukturlarının sistemli fəaliyyətinə zərbə vurmağa uğursuz cəhdləri müşahidə edilməkdədir. Bir qrup şəxs öz çirkin niyyətlərini yerinə yetirmək üçün dövlət sərhədində baş vermiş düşmən təxribatlarından sui-istifadə edərək Silahlı Qüvvələrimizi, Azərbaycan əsgərini, həmçinin hakimiyyət və hüquq mühafizə orqanlarını gözdən salmaq, onlara inamsızlıq yaratmaq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək məqsədilə sosial media səhifələrində əhali arasında çaşqınlıq, ölkədə qarışıqlıq yaratmağa yönələn məlumatlar yaymağa başlamış və dövlət əleyhinə açıq çağırışlar ediblər.
İyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin tərtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.
Rəhim Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
Azərbaycan Respublikasının informasiya sahəsində milli maraqlarına, həmçinin “Dövlət sirri haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq dövlət sirri təşkil edən, ölkəmizin müdafiə potensialına, Silahlı Qüvvələrimizin və ordumuzun döyüş qabiliyyətinə zərər vuran dəqiqləşdirilməmiş, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatların yayılması yolverilməzdir.
Eyni zamanda, bir daha diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının milli mənafelərinin və təhlükəsizliyinin qorunmasında xalqın həmrəyliyi sarsılmazdır, düşmən həmlələrinə, antiazərbaycan qüvvələrə və onların maraqlarına xidmət edənlərin xaos, anarxiya və təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb və bundan sonra da qətiyyətlə alınacaq.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bu barədə məlumat yayıb.
O bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.