Month: July 2020

  • Bərdədə 23 yaşlı oğlan sevdiyi qızın atası tərəfindən güllələndi

    Bərdədə güllələnmə hadisəsi baş verib.

    “Qafqazinfo”nun məlumatına görə, rayonun Otuzikilər kənd sakini, 1997-ci il təvəllüdlü Ağamirov Namiq Əhməd oğlu sevdiyi qızın atası tərəfindən güllələnib.

    Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda dəhşətli qətl: Kişi əmisini öldürdü, əmisi arvadını ağır yaraladı

    Gədəbəydə dəhşətli qətl hadisəsi baş verib.

    APA-nın məlumatına görə, rayon sakini 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu ailə münaqişəsi zəminində əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını bıçaqlayıb.

    O.İsgəndərov hadisə yerində vəfat edib.

    Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

  • Türkiyə xalqından Azərbaycana dəstək: #SeninleyizAzerbaycan – FOTO

    Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Hazırda həmin istiqamətdə döyüşlər davam edir.

    Təbii olaraq, sosial şəbəkələrdə hazırda ən çox müzakirə olunan, paylaşılan mövzulardan biri Tovuzda baş verənlərdir.

    Oxu.Az xəbər verir ki, döyüş xəttində baş verənlər təkcə azərbaycanlılar deyil, qardaş Türkiyə xalqı tərəfindən də həyəcanla izlənilir. “Twitter” sosial şəbəkəsinin türkiyəli istifadəçiləri bu məqsədlə həştəq yaradıblar: #SeninleyizAzerbaycan.

    Həştəq hazırda trenddə ilk sıralarda yer alıb.

  • Подразделения ВС Азербайджана нанесли удар по опорному пункту врага – ВИДЕО

    Напряженная обстановка на госгранице Азербайджана и Армении в товузском направлении сохранялась и в ночь на 13 июля.

    Как сообщает Минобороны АР, в ходе ночных боев с применением артиллерии, минометов и танков точным ударом азербайджанских подразделений были уничтожены опорный пункт врага, его артиллерийские установки, автомобильная техника на территории воинской части и живая сила.

    В бою погиб старший-лейтенант ВС Азербайджана Рашад Рашид оглу Махмудов.

    Руководство Минобороны выражает соболезнования семье погибшего военнослужащего.

    В настоящее время оперативная обстановка находится под контролем ВС Азербайджана. Против врага, который скрывает свои потери, принимаются адекватные ответные меры.

  • Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib: Daha bir şəhidimiz var – VİDEO

    Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

    Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

    Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

    Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

  • Azərbaycanda daha bir həkim koronovirusdan vəfat edib – FOTO

    Azərbaycanda daha bir həkim koronovirusdan vəfat edib.

    Həkim-psixiatr, Sumqayıt Psixiatriya xəstəxanasının şöbə müdiri Əhməd Şirinzadə koronavirusun qurbanı olub.

    Bu barədə onun həmkarları sosial mediada paylaşımlar ediblər.

    Allah rəhmət etsin!

  • Gələn həftə Azərbaycanda leysan və dolu gözlənilir – PROQNOZ

    Həftənin birinci yarısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin iyulun 14-15-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi 8-13 m/s-dək güclənəcək.

    Havanın temperaturu həftənin birinci yarısında gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq. Həftənin ikinci yarısında yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi 8-13 m/s, iyulun 16-17-də arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

    Həftənin birinci yarısında Azərbaycanın əsasən şimal və qərb rayonlarında, həftənin ikinci yarısında isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 5-10 m/s, həftənin ikinci yarısında arabir 18-23 m/s-dək güclənəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 31-36, həftənin birinci yarısında bəzi yerlərdə 38 dərəcə isti, dağlarda gecə 15-18, gündüz 18-23, həftənin birinci yarısında bəzi yerlərdə 25 dərəcə isti olacaq.

  • Koronavirusa yoluxmuş Cavid Paşayev hələlik EKMO cihazına qoşulmayıb – AÇIQLAMA

    Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov sosial media hesabında Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin səhhəti ilə bağlı məlumat verib.

    O qeyd edib ki, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri 36 yaşlı Cavid Paşayevin səhhətində son günlərdə bütün müalicələrə baxmayaraq, pisləşmənin müşahidə olunması, oksigen saturasiyasının kəskin şəkildə aşağı düşməsi və həkimimizə EKMO cihazından istifadə ehtimalı yarandığına görə iki gün əvvəl Mərkəzi Gömrük Xəstəxanasının Reanimasiya şöbəsinə transfer olunub:

    “İlk 24 saat ərzində səhhətində mənfiyə doğru çox şiddətli dəyişiklik olması bizim EKMO hazırlıqlarını etməyimizə səbəb oldu. Lakin dünən axşam saatlarından etibarən, xəstədə arzuolunan müsbət dinamika müşahidə olunduğuna görə hələ ki, EKMO cihazı istifadə edilmədən, süni tənəffüs aparatında dərin koma şəraitində müalicəsinin aparılmasına qərar verilib.

    Cavid həkimin müayinələrində ağciyər tutulmasından əlavə, bu günlərdə çox nadir görünən “Pneumomediastinum və dərialtı empizema”nın olması, işimizi daha da çətinləşdirir. Bütün mövcud problemləri nəzərə alaraq, çox ciddi təqib altında və hər an yarana biləcək situasiyalara görə hazırlıqlar görülmüş vəziyyətdədir. Ümid və arzu edirik ki, ən qısa zaman ərzində müalicəsində əldə etdiyimiz müsbət nəticələri sizlərlə paylaşaq.

    EKMO cihazının istifadə olunub-olunmamasının qərarı isə, klinik və labarator gedişata görə mütəmadi qiymətləndirmə əsasında veriləcək. Bu barədə yenilik olarsa, xəstəxanamızın mətbuat xidmətindən və eləcə də “Facebook” səhifəmizdən ictimaiyyətə məlumat veriləcək”.

    R.Mahmudov onu da qeyd edib ki, Cavid Paşayevin timsalında bu gün yüzlərlə xəstə xəstəxanalarda müalicə olunur:

    “Əgər koronavirusu insanlığa qarşı bir müharibə adlandırırıqsa, Cavid Paşayev də bu müharibədə ön cəbhədə olan, gecə-gündüz demədən mübarizə aparan bir sərkərdə, bəlkə də generalımızdır. Cavid həkimin vəziyyəti başda Mehriban xanım olmaqla, ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu həm də ayrı bir məna kəsb edir. Müharibələrdə yaralanmış generalın yaşadılması həm də psixoloji hadisədir. Bu qədər çətin və ümidsiz vəziyyətdən çıxaraq ayağa qalxacaq Cavidlər həm də bu gün, bu mübarizəni ön cəbhədə əzmlə davam etdirən həkimlərimizə və səhiyyəçilərimizə stimul verəcəyi inancındayam”.

  • Azərbaycanda beş milyonluq dövlət vəsaitini mənimsəyən mütəşəkkil dəstə ələ keçdi

    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılması prosesinə başlanılıb. Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçiriblər.

    Belə ki, kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanılıb.

    Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər.

    Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.

    İlkin araşdırmalarla həmçinin o da müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər altı fiziki şəxs vasitəsilə cari ilin üç ayı ərzində Respublikanın ayrı-ayrı bölgəsindən 2.000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5.000.000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.

    Əməliyyat zamanı dəstə başçılarının istifadə etdikləri ofislərə, avtomaşınlara və qeyri-yaşayış sahələrinə baxış zamanı çoxsaylı fermer kartları, külli miqdarda nağd pul, kartlardan vəsaitlərin yerində silinməsi üçün istifadə edilən mini POS-terminallar, elektron məlumat daşıyıcıları, kart sahibi olan fermerlərin siyahıları və sair maddi sübutlar aşkar olunaraq götürülüb.

    Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq istintaq və əməliyyat tədbirləri davam etdirilir.

    Qeyd edək ki, dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin daha da inkişafı üçün fermerlərin kart hesablarına köçürülən subsidiyaların nağdlaşdırılması və başqa təyinatlar üzrə istifadəsi qadağan olunub. Həmin vəsaitdən kənd təsərrüfatı ilə məşğul olan şəxslər yalnız nağdsız ödəmələr etməklə gübrə, toxum və aqrar sektorda istifadə olunan sair məhsullar əldə edə bilərlər.

  • В Шамкирском районе перевернулся микроавтобус, есть пострадавшие

    В Шамкирском районе зарегистрировано тяжелое дорожно-транспортное происшествие.

    Как передает АПА, в окрестностях села Ирмашлы перевернулся микроавтобус, в результате чего пострадали несколько человек.

    На место происшествия привлечены сотрудники Государственной дорожной полиции и бригада врачей скорой медицинской помощи.