Month: July 2020

  • Ölkəmizdə daha 514 nəfər koronavirusdan sağaldı

    Azərbaycanda koronavirusa yoluxmuş 514 nəfər sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    Bildirilib ki, gün ərzində 8045 test edilib.

    Ümumilikdə ölkə üzrə bu günə qədər 23 521 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 14 607 nəfər sağalıb, 298 nəfər ölüb. Hazırda aktiv xəstələrin sayı 8616 nəfərdir.

  • Cəlilabadda karantin qaydalarını pozan obyektlər aşkarlandı

    Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən altı obyekt aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı rayon ərazisində fəaliyyət göstərən “Ulduz”, “Xəzri”, “Beer House”, “Alar” və digər bir kafedə, eləcə də “Əli Tekstil” adlı tikiş sexində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

    Karantin qaydalarının pozulduğu həmin obyektlərin fəaliyyəti ilə bağlı doqquz nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

  • Baş infeksionist tənqid olundu: “İndi də maskaların lazım olduğunu deyirlər”

    ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası fonunda ölkənin Allergik və İnfeksion Xəstəliklərin Öyrənilməsi üzrə Milli İnstitutunun direktoru Entoni Fauçini tənqid edib.

    Bu barədə “NBC News” məlumat yayıb.

    “Həkim Fauçi yaxşı insandır, ancaq o səhv edib. Ekspertlər əvvəlcə maska taxmağın əhəmiyyətsiz olduğunu deyirdilər, indi isə zəruriliyini iddia edirlər. Çox səhvlər buraxılıb”, – deyə D.Tramp qeyd edib.

  • Ильхам Алиев освободил от должности главу ИВ одного из районов Баку

    Президент Азербайджана Ильхам Алиев 11 июля подписал распоряжение об освобождении Арифа Адиль оглу Гасымова от должности главы Исполнительной власти (ИВ) Низаминского района города Баку.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

    Prezident İlham Əliyev Arif Adil oğlu Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Bakıda bloqer sosial yardımdan verilən pul ilə aldığı qarpızları təpiklədi – VİDEO

    Bakıda gənc bloqerin çəkdiyi video böyük qınağa səbəb olub.

    “Zevs” ləqəbli bloqer çəkdiyi videoda bildirib ki, artıq üçüncü dəfə sosial yardım alıb.

    Daha sonra isə həmin pula çox sayda qarpız alaraq ayaqları ilə əzib.

  • Президент Ильхам Алиев наградил Джахангира Аскерова орденом “Шараф”

    Президент Азербайджана Ильхам Алиев 11 июля подписал распоряжение о награждении Джахангира Аскерова орденом “Шараф” за особые заслуги в развитии гражданской авиации АР.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Prezidentdən Cahangir Əsgərovla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Cahangir Əsgərovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

  • Sumqayıtda yataqxanada yanğın olub

    Sumqayıtda yataqxanada yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan altı ədəd elektrik sayğacı və kabellər 5 p.m. yanıb.

    Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikasının Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.