Month: July 2020

  • Hikmət Hacıyevdən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA

    “190 manatın köçürülməsi ilə bağlı problem varsa, bunlar aidiyyəti üzrə araşdırılacaq”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O bildirib ki, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər görülür:

    “Qeyd etdiyiniz məsələ ilə bağlı faktlar varsa, nazirlik bunu araşdıracaq. Bu yaxınlarda nazirlik tərəfindən müvafiq açıqlamalar da verildi. Amma bir daha bizim tərəfimizdən bu məsələ ilə bağlı nazirliyə müraciət ünvanlanacaq”.

  • Əfqanıstanda sülhməramlımız koronavirusa yoluxdu, ölkəyə gətirildi

    “Azərbaycanın Əfqanıstandakı sülhməramlılarından biri koronavirusa yoluxub”.

    Bunu bu gün Nazirlər Kabineti yanında operativ qərargahın təşkil etdiyi mətbuat konfransında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O bildirib ki, həmin hərbçi Azərbaycana gətirilib:

    “Digər sülhməramlılar arasında yoluxma yoxdur”.

  • Məhbuslar arasında koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Məhbuslar arasında koronavirusa yoluxma halları qeydə alınıb”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O bildirib ki, test nəticələri müsbət olan iki nəfər TƏBİB-ə təhvil verilib:

    “12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkum, 11 saylı cəzaçəkmə müəssisəsində beş məhkum, 4 saylı çəzaçəkmə müəssisəsində iki məhkumda koronavirusa yoluxma aşkarlanıb.

    Onlardan iki nəfər qanunvericiliyin tələbinə uyğun olaraq, vaxtından əvvəl şərti olaraq azadlığa buraxılaraq, TƏBİB-ə təhvil verilib. Qalan şəxslərin izolyasiyası aparılıb”.

    H.Hacıyev Penitensiar Xidmət orqanlarında da yoluxma hallarının olduğunu və bu vəziyyətin nəzarətə götürüldüyünü qeyd edib.

  • Prezidentin köməkçisindən çarter reysləri ilə bağlı AÇIQLAMA

    “Xaricdə olan vətəndaşların təxliyyəsi davam edir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O bildirib ki, digər ölkələrə çarter reyslər təşkil ediləcək:

    “Bakı-İstanbul-Bakı istiqamətində çarter reysləri həyata keçirilib. Avropa ölkələri ilə Bakı-London istiqamətində AZAL tərəfindən çarter reyslərinin təşkili gözlənilir. Bununla bağlı AZAL Böyük Britaniyanın müəyyən qurumları ilə danışıqlar aparıb. Həftədə bir dəfə reys təşkil ediləcək.

    Almaniya ilə də Bakı-Berlin istiqamətində çarter reyslərinin təşkil edilməsi istiqamətində danışıqlar aparılıb”.

    H.Hacıyev onu da qeyd edib ki, çarter reyslərindən prosedur qaydalarına uyğun olaraq, test nəticələri neqativ olan şəxslər yararlana biləcək.

  • TƏBİB rəsmisi yayla əlaqədar rayona getmək istəyənlərə səsləndi

    “Yay mövsümü ilə əlaqədar rayona gedə bilməyən insanlardan çoxsaylı müraciətlər alırıq”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

    O bildirib ki, təəssüf ki, bütün dövrlərdə pandemiya ilə mübarizədə ən effektiv üsul karantin metodudur:

    “Bu xəstəliyin inkubasiya dövrü 14 gündür. İnsanlar Bakıdan rayona və ya rayondan paytaxta gəlməklə digər insanları da bilmədən yoluxdura bilər.

    Bu məsələ nəzərə alınır. İnsanların həyatını riskə atmamaq üçün bu məsələ hələlik müzakirə edilir. Səbrli olmağı tövsiyə edirik”.

  • В Азербайджане выявлено 526 новых случаев заражения COVID-19, скончались еще восемь человек

    В Азербайджане выявлено 526 новых случаев инфицирования коронавирусом, еще 502 человека выздоровели и были выписаны домой.

    Об этом 10 июля сообщает оперативный штаб при Кабинете министров.

    За последние сутки от COVID-19 скончались восемь человек.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 22 990 человек, 284 из которых скончались, 14 093 – выздоровели, 8 605 – продолжают лечение в больницах особого режима.

    В республике на сегодняшний день проведено 552 311 тестов (за последние 24 часа – 7 576) на выявление COVID-19.

  • Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 526 yeni yoluxma – FOTO

    “Azərbaycanda bu gün 526 yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

    Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib:

    “Bu gün sağalanların sayı 502 nəfərə çatıb. Sutka ərzində bütün ərazilər üzrə yoluxma hallarının müəyyənləşdirilməsi üçün 7 min 576 test icra olunub”.

  • Оглашаются последние данные по COVID-19 в Азербайджане – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров проводит 10 июля очередной брифинг для представителей СМИ.

    В пресс-конференции принимают участие помощник Президента Азербайджана – заведующий отделом Администрации главы государства по внешней политике Хикмет Гаджиев, глава аппарата Минздрава Надир Зейналов и завотделом Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева.

  • Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov iştirak edir.

    Konfransda ölkədə elan olunan sərt karantin rejimi ilə bağlı məlumat verilir.

  • В Гейгельском районе выявлены факты нарушения жесткого карантина – ФОТО

    Сотрудники Гейгельского районного управления полиции в ходе рейда в селе Ялгышлаг выявили ряд объектов общепита, действующих в нарушение жесткого карантина.

    Как говорится в сообщении гянджинской региональной группы пресс-службы МВД, работа заведений была приостановлена, а в отношении их владельцев и посетителей составлены протоколы о нарушении карантинного режима, назначены соответствующие штрафы.