Month: July 2020

  • Azərbaycanda koronavirusdan ilk ölümün qeydə alındığı kənddən VİDEOREPORTAJ

    Baku TV komandası bu həftə Lənkaranın Boladi kəndinə üz tutub.

    Bura koronavirusdan ölən ilk şəxsin olduğu kənddir. 10 000 əhalisi olan kənddə indiyədək 70 nəfər koronavirusa yoluxub.

    Amma buna baxmayaraq, kənd camaatının küçədə maskasız, əlcəksiz gəzməsi müşahidə edilir. Burada hələ də virusa inanmayanlar olsa da, digər tərəfdən koronavirusdan sağaldıqlarına görə, qurban kəsənlər də var.

    Qəribəsi budur ki, Baku TV komandası kəndə çatdığı zaman yol kənarında dayanan qadınlar bu kəndin təhlükəli olduğunu deyiblər və ora getməyin məqsədəuyğun olmadığını bildiriblər.

    Ətraflı Baku TV-nin xüsusi buraxılışında baxa bilərsiniz:

  • Həbsxanalarda məhkumların koronavirusa yoluxması ilə bağlı rəsmi AÇIQLAMA

    Bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb.

    Bu barədə  Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb.

    Həmin şəxslər də dərhal izolyasiya olunub və xüsusi müalicə müəssisinə yerləşdirilib. Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunub. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır.

    Virusa yoluxmuş məhkumlardan vaxtı çatmış iki nəfər şərti azad olunaraq izolyasiya və müalicə üçün TƏBİB-ə təhvil verilib. Hazırda vəziyyət tam nəzarətdədir və narahatlığa əsas yoxdur.

    Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

  • Sabunçuda karantin qaydalarını pozan istixana aşkarlandı, sahibi cərimələndi – VİDEO

    Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilib.

    Belə ki, rayon ərazisindəki 2 nömrəli sovxozda yerləşən pomidor məhsulu yetişdirilən istixanada karantin qaydalarının pozulması faktı aşkarlanıb.

    “Qızıl noxur” adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada 55 nəfərin sosial məsafə gözlənilmədən toplaşmaları və işləmələri müəyyən edilib.

    Araşdırma zamanı həmin şəxslərdən 32 nəfərinin icazəsinin olması müəyyən edilsə də, digər 23 nəfərin birotaqlı tiklidə sosila məsafə gözləmədən xüsusi karantin qaydalarını pozduqları aşkarlanıb.

    22 nəfər və sahibkar Kamil Musayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə cərimələniblər.

  • Bu həftəsonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

    Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

    Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a bildirilib ki, bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.

    Qeyd edək ki, Operativ Qərargahın qərarı ilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək davam edəcək.

  • Nazirlik: Poliklinikalara müraciət telefon vasitəsi ilə olmalıdır

    “Poliklinikalara müraciət mümkün qədər telefon vasitəsi ilə olmalıdır”.

    APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.

    N. Zeynalov qeyd edib ki, Bakı şəhəri üzrə poliklinikaların hamısının əlaqə nömrəsi var: “Çalışmalıyıq ki, potensial xəstə olan insanların evdə qalmasını təmin edək. Poliklinikaların girişində və yaxınlığında xüsusi məntəqələr də yaradılıb. Çalışırıq ki, potensial koronavirus xəstəsi olanlarla olmayanlar qarşılaşmasın. Poliklinikada həkimə telefonla müraciət edilməli, koronavirus şübhəsi varsa, həkim briqadası ev şəraitində test üçün yaxma götürməlidir. Əgər xəstə poliklinikaya gəlibsə, şübhə varsa, yaxma götürülür və əgər vəziyyəti ağır deyilsə, xüsusi maşınla evə gətirilir”.

    Səhiyyə Nazirliyinin aparat rəhbəri nəzərə çatdırıb ki, tibb işçiləri vaxtı vaxtında qoruyucu geyimlərlə təmin olunur, dəyişdirilməsi həyata keçirilir.

  • XİN-də həbslər davam edir – DTX-dən rəsmi açıqlama

    Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

    Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

    Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycan ordusunda koronavirusa yoluxma varmı? – AÇIQLAMA

    Bu gün Azərbaycan Ordusunda koronavirusa yoluxma faktı qeydə alınmayıb.

    Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

    H.Hacıyev bildirib ki, pandemiya ilə əlaqədar Azərbaycan ordusunda bu məsələ ciddi nəzarətdə saxlanılır:

    “Bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənov ilə bu məsələ barəsində danışmışam. Söhbət zamanı nazir orduda heç bir yoluxma faktının olmadığını deyib. Yalnız Əfqanıstandakı Sülhməramlı qüvvələrimiz arasında bir hərbçimizdə virus aşkarlanıb. O da dərhal Azərbaycana gətirilərək karantinə götürülüb. Bu gün orduda vəziyyət tam nəzarətdədir. Hərbi hissələrin tibb xidmətləri, hərbiçiləri arasında testlər aparılır. Vəziyyətə xüsusi nəzarət olunur”.

  • DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı

    Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.

    DTX-nin saytının yaydığı açıqlamada bildirilib ki, aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilmişdir.
    Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

  • TƏBİB-dən çimərliklərdə sosial məsafə ilə bağlı AÇIQLAMA – VİDEO

    “Çimərliklərin ərazisində sosial məsafənin saxlanılması qaydalarına hansı formada əməl ediləcəyi sual altındadır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

    O bildirib ki, bu gün əsas məqsəd insanların sıx toplaşmasının qarşısını almaqdır:

    “Çimərliklərdən istifadə məsələsinə gəlincə, bu gün Bakı ətrafında olan çimərliklərin əhalinin istifadəsinə veriləcəyi halda, ora insan axınının necə olacağını təxmin etmək elə də çətin deyil”.

  • Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin sayı artırıla bilər – RƏSMİ

    “Sərt karantin rejimi tətbiq edilən rayonların sayının artırılması epidemioloji vəziyyətdən asılıdır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

    O bildirib ki, sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların siyahısı dəyişə bilər:

    “Epidemioloji vəziyyətlə bağlı siyahıya əlavələr və çıxarılmalar ola bilər. Siyahıda olmayan şəhər və rayonlarda epidemioloji vəziyyət nəzarətdədir. Əgər dinamika pozularsa, siyahıya yeni ərazilər əlavə edilə bilər”.