Month: July 2020

  • Арестованы водители, незаконно доставлявшие пассажиров в Баку – ФОТО

    Арестованы водители, незаконно доставлявшие пассажиров из районов в Баку.

    Таксисты – житель Агдашского района Ниджат Гусейнов и житель Габалинского района Азиз Агакишиев незаконно отвозили пассажиров из Баку в районы и обратно.

    Сотрудники Главного управления государственной дорожной полиции и отделения полиции Гобу Абшеронского района задержали обоих водителей.

    Собранные материалы направлены в Абшеронский районный суд.

    Водителям назначено наказание в виде ареста сроком на 15 суток.


  • Mehriban Əliyeva tapşırıq verdi, Böyük Şor gölünün təmizlənməsinə başlanıldı

    Bir neçə gün əvvəl Sobsan boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb.

    Median.Az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

    “Böyük Şor gölündə yaranmış çirklənmənin aradan qaldırılması işləri Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları baş vermiş hadisənin səbəblərini araşdırır”.

    İ.İbrahimova qeyd edib ki, hazırda FHN, ETSN və digər aidiyyəti qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsi işləri həyata keçirilir.

    Çirkab təbəqə FHN-nin Xəzər Hövzə Xidmətinin texnika və işçi qüvvəsi tərəfindən yığılaraq Təhlükəli Tullantılar Poliqonuna daşınır.

  • Vilayət Eyvazov əmr imzaladı

    Daxili işlər orqanlarında kadr dəyişiklikləri davam edir.

    Median.Az xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik Əli İbrahimov vəzifəsindən azad olunaraq Xəzər rayon Polis İdarəsinin rəisi təyin olunub. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun digər əmri ilə Xəzər rayon Polis İdarəsinin rəisi, polkovnik İsfəndiyar Mehbalıyev isə Qaradağ rayon Polis İdarəsinin rəisi təyin olunub.

  • Sədərək Ticarət Mərkəzinin rəhbəri koronavirusa yoluxdu – VİDEO

    “Məni heç bir səbəb olmadan evimə həbs ediblər”
     
    Bu sözləri Sədərək Ticarət Mərkəzinin icraçı direktoru Vaqif Hüseynli bildirib.
     
    Onu evə həbs etdirən isə nə məhkəmə, nə də polis idarəsidir. Bəs kimdir? İnanmayacaqsınız, Leyla Şıxlinskaya Klinikası.
     
    İcraçı direktorun sözlərinə görə, özü öz xoşuyla Leyla Şıxlinskaya klinikasına koronavirus testi üçün müraciət edib. Yoxlamalar nəticəsində klinika ona koronavirus yoluxucusu diaqnozu qoyub. Diaqnoza inanmayan icraçı direktor Referans adlı klinikaya yollanıb. Dediyinə görə, ölkənin ən dəqiq diaqnostika mərkəzi sayılan Referans klinikada verdiyi analizlər isə neqativ çıxıb.
     
    Di gəl ki, Operativ Qərargahda Leyla Şıxlinskaya klinikasının diaqnozu əsas götürülərək Vaqif Hüseynlinin evdən çıxmasına izn verilmir. Beləcə, iş yerinə gedə bilməyən icraçı direktorun bütün iş fəaliyyəti alt-üst olub. Bunun Ticarət Mərkəzinə qarşı təxribat ola biləcəyindən şübhələnən şikayətçi əlaqədar qurumlara səsli mesaj göndərib./Ovqat


  • Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib – “E-Təbib”-dən AÇIQLAMA

    Son iki gün ərzində COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılan “e-Təbib” mobil tətbiq əlavəsində “sarı” statuslu insanların sayı artıb.

    Bunu Trend-ə “E-Təbib” layihəsinin rəhbəri Fuad Niftəliyev deyib.

    Onun sözlərinə görə, “sarı” statuslu insanlar COVİD-19-a yoluxma riski yüksək olanlardır:

    “Onlar COVİD-19-a yoluxan şəxslərlə 2 metrdən az məsafədə və 10 dəqiqədən çox təmasda olduğu üçün “sarı” statuslu insanlar hesab edilirlər. Biz bu insanlara tövsiyə edərdik ki, digərlərini yoluxdurmamış laboratoriyalarda analiz versinlər. Əgər testin nəticəsi neqativ olarsa, onların statusu dəyişəcək və göy olacaq. Testin nəticəsi pozitiv olduqda isə həmin şəxslərin sağlamlıq statusları “qırmızı” rəngdə olacaq”.

    F.Niftəliyev qeyd edib ki, “e-Təbib”də 150 minə yaxın insan qeydiyyatdan keçib. Hazırda 1506 nəfər “sarı” statuslu insan var.

    Layihə rəhbəri bu rəqəmin gündəlik olaraq, dəyişdiyini də söyləyib.

    Virusun yayılmasının qarşısının alınması üçün İnsanları “e-Təbib” əlavəsindən istifadə etməyə çağıran F.Niftəliyev bildirib ki, bu əlavənin bluetooth texnologiyası əsasında, internet trafiki sərf edilmədən işləyərək yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.

    Xatırladaq ki, telefonuna “e-Təbib” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçən şəxslər ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilir. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.), bildiriş göndərilir və onlar laboratoriya testinə dəvət edilir.

  • Sosial iş yerlərində əməkhaqqının bir hissəsi işsizlikdən sığorta vəsaiti hesabına ödəniləcək

    Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.

    Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi qaydası”nda öz əksini tapıb.

    Sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bu Qaydanın 1.2-ci bəndi ilə müəyyən edilmiş hissəsi 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan müddətdə Agentlik tərəfindən maliyyələşdirilir.

    Əməkhaqqı sistemində nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.

    Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 (on) faizindən çox fərqlənə bilməz.

    Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər 1 (bir) işəgötürən üzrə 10 (on) sosial iş yerindən çox ola bilməz.

    Sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 (bir) ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

    Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

  • Nazirlər Kabinetindən sürücülərlə bağlı QƏRAR

    Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədlərin formasının təsdiq edilməsi haqqında” qərar verib.

    Qərara əsasən, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədin forması” və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədin forması” təsdiqlənib.

  • Mehriban Əliyeva Böyük Şor gölündəki vəziyyətlə bağlı tapşırıqlar verdi

    Bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb.

    Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

    O bildirib ki, Böyük Şor gölündə yaranmış çirklənmənin aradan qaldırılması işləri Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürülüb:

    “Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları baş vermiş hadisənin səbəblərini araşdırır”.

    İ.İbrahimova qeyd edib ki, hazırda FHN, ETSN və digər aidiyyəti qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsi işləri həyata keçirilir:

    “Çirkab təbəqə FHN-nin Xəzər Hövzə Xidmətinin texnika və işçi qüvvəsi tərəfindən yığılaraq Təhlükəli Tullantılar Poliqonuna daşınır”.

  • Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yanğın törədiblər – FOTO

    Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədiblər.

    APA-nın xəbərinə görə, erməni hərbçilər Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazisinə od vurub.

    Alov qısa müddətdə geniş əraziyə yayılıb. Hazırda alov qoşunların təmas xəttinə çatıb.

    Alovun tüstüsü rayonun bütün yaşayış məntəqələrindən aydın görünür.


  • İranda son sutkada COVID-19-dan rekord sayda ölüm oldu

    İranda son sutkada koronavirusdan rekord sayda – 221 ölüm faktı qeydə alınıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

    Ölkədə son sutkada yoluxanların sayı 2 079 nəfər artaraq 250 458-ə yüksəlib. Onlardan 212 176 pasiyent müalicə olunaraq sağalıb, 12 305 nəfər isə vəfat edib.

    Qeyd edək ki, Səhiyyə Nazirliyi ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, Kürdüstan, Buşehr, Rezavi Xorasan və Kirmanşah əyalətlərinin qırmızı bölgə olduğunu elan edib.