Month: İyul 2020

  • Qazaxıstanda 14 günlük karantin rejimi tətbiq ediləcək

    APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Twitter”də bildirib. 14 günlük karantin rejiminin daha sonra uzadıla biləcəyi istisna edilmir.

    Qazaxıstanın Nazirlər Kabineti yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar iyulun 5-dən tətbiq ediləcək 14 günlük karantin rejiminin planını təqdim edib.

    APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Twitter”də bildirib. 14 günlük karantin rejiminin daha sonra uzadıla biləcəyi istisna edilmir.

  • Müdafiə Nazirliyindən cəbhə xəttində gərginliklə bağlı yayılan xəbərlərə RƏSMİ MÜNASİBƏT

    “Sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində guya vəziyyətin gərginləşməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur, uydurma və həqiqətə uyğun olmayan məlumatdır”.

    Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

    Qeyd olunur ki, azırda cəbhə bölgəsində vəziyyət sabitdir. Bu kimi xəbərlər düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır.

  • Dağıstanda iğtişaşlar zamanı həbs edilən azərbaycanlılar sərbəst buraxıldı

    Rusiyanın Dağıstan Respublikasında baş vermiş iğtişaşlarda iştirak edən Azərbaycan vətəndaşları 10 günlük inzibati həbsdən sonra sərbəst buraxılıblar.

    Bu barədə yerli mətbuat Məhərrəmkənd rayon rəhbərliyinin açıqlamasına istinadla xəbər yayıb.

    Qeyd olunur ki, hazırda Azərbaycan-Rusiya sərhədinə yaxın ərazidə yerləşən müvəqqəti yaşayış mərkəzində vəziyyət sakitdir.

    Xatırladaq ki, iyunun 15-də Dağıstanda polislərlə azərbaycanlılar arasında baş verən iğtişaş nəticəsində on nəfər Azərbaycan vətəndaşı inzibati qaydada 10 gün müddətinə həbs edilmişdi.

  • Evdə COVİD-19-a yoluxduğunu hiss edən şəxs nə etməlidir? – Yeni Qaydalar

    Son vaxtlar ölkədə COVİD-19-a yoluxan şəxsin müraciət edəcəyi ünvanla bağlı bəzi anlaşılmazlıqlar yaranıb. Evdə və ya iş yerində özündə virus simptomları aşkar edən şəxs bu vaxta qədər təcili tibbi yardım briqadasına müraciət edirdisə, hazırda bu qaydalar dəyişilib.

    Bəzi vətəndaşlar özündə virus olduğunu ehtimal etdiyi halda xəstəxana və poliklinikalara və digər tibb müəssisələrinə müraciət edir, bəziləri isə ümumiyyətlə bu simptomları hiss etsə də, gizlədir, tibb müəssisəsinə məlumat vermir. Nəticədə ölkədə virusa yoluxma halları artmaqda davam edir.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov məsələ ilə bağlı yaranmış suallara aydınlıq gətirib.

    Onun sözlərinə görə, indiyədək simptomu olan xəstələr COVİD-19 testi vermək və ya xəstəxanaya çatdırılmaq üçün təcili tibbi yardıma müraciət edirdilərsə, indi bunun tətbiq ediləcəyi ardıcıllıq dəyişdirilib: “Artıq özündə COVİD-19 xəstəliyinin əlamətlərini görən insanların poliklinikaya gəlməsinə ehtiyac yoxdur. Çünki bu zaman onlar digər şəxsləri də yoluxdura bilərlər. Belə şəxslər poliklinika ilə əlaqə saxlayacaqlar. Bir çoxları sahə həkiminin də telefon nömrəsini bilir, onunla da əlaqə saxlamaq olar”.

    N.Zeynalov qeyd edib ki, Bakıda və ətraf ərazilərdəki poliklinkaların əsasında 39 COVİD məntəqəsi yaradılıb: “Özündə COVİD əlamətlərini hiss edən şəxslər barədə məlumatlar bu məntəqələrə çatdırılacaq. Ondan sonra təcili yardım deyil, ilkin səhiyyə xidməti çərçivəsində briqadalar həmin şəxsin evinə gələrək analizlər götürəcəklər. Testin nəticəsi çıxana qədər ona təlimat veriləcək.
    Testin nəticəsi müsbət çıxarsa, sahə həkiminin nəzarəti altında onun müalicəsi aparılacaq. Əgər vəziyyətdə dəyişiklik olacaqsa, bu barədə müvafiq qurumlara məlumat verildikdən sonra xəstə pandemik xəstəxanaların birinə çatdırılacaq”.

    Nadir Zeynalov deyib ki, özündə COVİD-19 əlamətləri hiss edən şəxs poliklinikaya gələrsə, orada da ona təcili xidmət göstəriləcək: “Həmin şəxslər yoxlanılaraq COVİD məntəqəsinə göndəriləcəklər. Bu məntəqələr ya ayrı bir tikilidə, ya da poliklinikaların ayrı bir girişində olacaq. Bu, ona görədir ki, COVİD-19 xəstələrinin digər insanlarla ünsiyyəti baş verməsin. Həmin məntəqələrdə belə xəstələrin müayinəsi aparılacaq, vəziyyəti qiymətləndiriləcək və test götürüləcək. Bu insanlar daha sonra xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaqlar.

    Aparat rəhbəri bildirib ki, ev şəraitində müalicə olunan COVİD-19 xəstələrinin nəzarətdə saxlanılması Nazirlər Kabinetinin 12 iyun tarixli qərarına edilən dəyişikliklə tənzimlənir:

    “Bu xəstələrin evi tərk etməməsi məqsədilə akt imzalanır və belə xəstələr iltizamnaməyə qol çəkirlər. Bu cür xəstələrin vəziyyətinə sahə həkimləri telefonla nəzarət edirlər. Ehtiyac olarsa, həkimlər evə gələrək xəstəyə baxış keçirəcək və vəziyyəti qiymətləndirəcəklər”.

    N. Zeynalov evdə müalicə olunan xəstələrə dərman preparatlarının da pulsuz çatdırıldığını deyib: “Evdə müalicə olunan COVİD-19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılması nəzərdə tutulur. Əgər şəxsin COVİD-19 a yoluxma faktı təstiqlənibsə, qeydiyyata alınıbsa, bu dərmanlar ona çatdırılacaq. Ev şəraitində müalicə edilən xəstələrin dərman təminatı məsələsi həll olunacaq. Ev şəraitində müalicə edilənlər COVİD-19-a yoluxan, ancaq simptomsuz olan və yüngül əlamətləri, toksik dərmanlarla müalicəyə ehtiyacı olmayan xəstələrdir”.

    Nazirlik rəsmisi əlavə edib ki, evdə müşahidə altında saxlanılan şəxslərin immun sistemini gücləndirən yüngül dərmanlarla, əsasən vitaminlərlə müalicəsi nəzərdə tutulur. O, virusa yoluxmuş şəxslərin apteklərə getməsinin yolverilməz olduğunu söyləyib.

  • Azərbaycanda kişi qardaşını amansızlıqla qətlə yetirdi

    Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    APA-nın xəbərinə görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb.

    Ağır xəsarətlər alan A.Vəliyev ölüb.

    Hadisəni törədən şəxs saxlanılıb.

    Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

    Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

  • Prezidentdən SOCAR-la bağlı FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında fərman imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilib.

    Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • Prezident Seyfulla Əzimovun rütbəsini artırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev 2 iyul – Polis günü bayramı ilə bağlı sərəncam imzalayıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə nazirliyin rəhbər heyətində təmsil olunan üç nəfərə general rütbələri, 26 nəfərə isə müxtəlif dövlət mükafatları verilib:

    “Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimova general-leytenant rütbəsi verilib.

    Nazirliyin Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlı və Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Teymur Hacıyevə isə polis general-mayoru rütbəsi verilib”.

  • Bakıda karantin keçid postları ləğv olundu

    Bakıda karantin keçid postları ləğv olunub.

    Məlumata görə, artıq bir neçə saatdır ki, bütün postlar yığışdırılıb.

    Məsələ ilə bağlı Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxladıq.

    Nazirlər Kabinetinin rəsmisi bu barədə Operativ Qərargahın hər hansı qərarının olmadığını bildirib.

    Postların hansı səbəbdən ləğv olunduğu hələlik bilinmir.

  • Azərbaycanda karantin vaxtı toy edildiyinə görə vəzifəli şəxs işdən çıxarıldı

    Şəmkir rayonunun Xuluf kəndində kiçik toy mərasimi keçirilən kəndin icra nümayəndəsi işdən azad olunub.

    Faktı Şəmkir Rayon İcra Hakimiyyətindən Oxu.Az-a təsdiq ediblər.

    Xuluf kənd icra nümayəndəsi Həsənov Süleyman Mikayıl oğlu isə həmin hadisə ilə əlaqədar RİH başçısı yanında operativ qərargaha vaxtında məlumat vermədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə dərhal işdən azad edilib, nümayəndəliyin müavini və mühasibinə isə xidməti töhmət verilib.

    Qeyd edək ki, iyunun 30-da Xuluf kəndində, evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edən kənd sakini Əkbər Qəribov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cəzalandırılıb.

    Ev sahibi məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, məclisdə iştirak edən qonaqlar isə hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat həddində cərimə ediliblər.

  • Bakıda 18 min əhalinin yaşadığı qəsəbə zibil poliqonuna çevrildi – VİDEO

    Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinin Xanlar küçəsi ilk baxışdan zibil poliqonunu xatırladır. Amma bura zibil poliqonu yox, sakinlərin sıx yaşadığı ərazidir.

    Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramı süjet hazırlayıb.

    Mövcud problemin nə vaxt və necə həll olunacağı ilə bağlı məlumat almaq üçün Türkan İcra nümayəndəliyinə müraciət edilib.