Month: July 2020

  • В Габале сдана в эксплуатацию больница модульного типа – ФОТО

    В рамках превентивных мер, принимаемых в Азербайджане для предотвращения коронавирусной пандемии, в Габале установлен больничный комплекс модульного типа.

    Как передает АЗЕРТАДЖ, Президент Азербайджана Ильхам Алиев в рамках визита в Габалинский район 29 июля ознакомился с условиями, созданными в комплексе.

    Сообщается, что здесь, так же как и в других аналогичных медучреждениях, будут проводить прием и лечение пациентов с коронавирусом.











  • Prezident Qəbələdə modul tipli xəstəxananın açılışında – FOTO

    Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış olub.

    Məlumat verilib ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.











  • Bakıda məşhur məktəb-liseyə yeni direktor təyin edildi – RƏSMİ

    Bakı şəhəri 20 nömrəli məktəb-liseyə yeni direktor təyin edilib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu vəzifəyə Esmira Ağayeva təyinat alıb.

    Qeyd edək ki, bundan əvvəl 20 nömrəli məktəb-liseyinin direktoru Səadət Veyisova olub.

  • Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız xəsarət alıb – RƏSMİ

    “Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız müxtəlif bədən xəsarətləri alıb”.

    Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

    Onun sözlərinə görə, Niderland, Belçika, Polşa, ABŞ, Rusiya, Ukraynada vətəndaşlarımız xəsarət alıb:

    “Onların indiki vəziyyəti stabildir. Hər biri ilə əlaqə saxlanılır. Ukraynada tələbələrlə bağlı məsələ nəzarətə götürülüb və araşdırma aparılır. Xəsarət alanlar içərisində Azərbaycan vətəndaşları, həmin ölkədə oturum alanlar və həmin ölkələrin vətəndaşları var”.

    “Belçikada xəsarət alanların bir neçəsi Belçika və Niderland vətəndaşlarıdır. Vəkillərlə məsləhətləşmələr aparılır, istintaq davam edir. Yaxın zamanda ictimaiyyətə məlumat veriləcək ki, hansı iş üzrə vəkillər məşğul olur.

    Azərbaycan vətəndaşları üçün prosedur qaydalar başqa, həmin ölkə vətəndaşları üçün isə bu qaydalar başqadır. Bütün işlər nəzarətimizdədir”, – deyə sədr qeyd edib.
    //oxu.az

  • Президент Ильхам Алиев посетил Габалу – ФОТО

    Президент Азербайджана Ильхам Алиев 29 июля посетил Габалинский район.

    Как сообщает АЗЕРТАДЖ, глава государства возложил цветы к возведенному в центре Габалы памятнику общенациональному лидеру Гейдару Алиеву.



  • İlham Əliyev Qəbələdə – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda da səfərdə olub.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.



  • Президент Ильхам Алиев ознакомился с условиями, созданными в модульной больнице в Шеки – ФОТО

    29 июля в Шеки была сдана в эксплуатацию больница модульного типа, предназначенная для лечения пациентов с коронавирусом.

    Как сообщает АЗЕРТАДЖ, Президент Азербайджана Ильхам Алиев ознакомился с условиями, созданными в больнице.

    Глава государства был проинформирован о том, что медучреждение состоит из 100 палат и рассчитано на 200 койко-мест.

    После ознакомления с больницей Президент Ильхам Алиев встретился с врачами.













  • İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub – FOTO

    İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış olub.

    Dövlətimizin başçısına məlumat verilib ki, bu xəstəxana 100 palatadan və 200 çarpayı yerindən ibarətdir.

    Prezident İlham Əliyev xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşüb.

    Dövlətimizin başçısı modul tipli xəstəxanaların istifadəyə verilməsinin koronavirusla mübarizədə əhəmiyyətindən danışıb, görülən işlər nəticəsində ilk günlərdən ölkəmizdə xəstəliyin nəzarət altında saxlandığını vurğulayıb.

    Prezident İlham Əliyev Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirləri də qeyd edib.

    Həkim Nəzakət Kərimova yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.













  • Президент Ильхам Алиев на открытии дороги Гохмаг-Балталы-Бабаратма-Гарадаглы-Гудула-Дашсюз в Шеки – ФОТО

    29 июля состоялось открытие после реконструкции автомобильной дороги Гохмаг-Балталы-Бабаратма-Гарадаглы-Гудула-Дашсюз в Шекинском районе.

    Как сообщает АЗЕРТАДЖ, Президент Азербайджана Ильхам Алиев принял участие в открытии.

    Глава государства был проинформирован о том, что эта дорога длиной 33 километра имеет две полосы движения и соединяет шесть населенных пунктов, в которых проживают 11 000 человек.

    Кроме того, Президент Ильхам Алиев был проинформирован о строительстве автомобильной дороги Чайгарагоюнлу-Туран-Джаирли-Гозлубулаг-Сарыджа-Гаябаши-Боллудере-Гараторпаг, которая соединит восемь населенных пунктов с общей численностью населения 11 000 человек.









  • Prezident Şəkidə yolun açılışında – FOTO

    İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

    Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 33 kilometr olan bu yol iki hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı altı yaşayış məntəqəsini birləşdirir.

    Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verilib.