Month: July 2020

  • Təhsil Nazirliyinə iki milyon manat vəsait ayrıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

  • Президент Ильхам Алиев выделил средства на реконструкцию участка дороги Гарамарьям-Исмаиллы-Шеки

    Президент Азербайджана Ильхам Алиев 30 июля подписал распоряжение о мерах по реконструкции участка Огуз – Шеки автомобильной дороги Гарамарьям – Исмаиллы – Шеки.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью реконструкции участка Огуз – Шеки автомобильной дороги Гарамарьям – Исмаиллы – Шеки из резервного фонда Президента, предусмотренного в госбюджете АР на 2020 год, Государственному агентству автодорог Азербайджана первоначально выделяется 10 000 000 манатов.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в распоряжении, а Кабинету министров – решить вытекающие из него вопросы.

  • Yolun yenidən qurulmasına 10 milyon manat ayrıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

  • Rusiyada deputatlar yumruq davasına çıxdılar – VİDEO

    Rusiyanın Ulyanovsk vilayətində qanunverici orqanın yığıncağında millət vəkilləri dava ediblər.

    Bununla bağlı kadrları Dövlət Dumasının deputatı Aleksey Kurinnı paylaşıb.

  • Azərbaycanda Təcili Tibbi Yardım Stansiyasında acınacaqlı vəziyyət – VİDEO

    Azərbaycanda Təcili Tibbi Yardım Stansiyası yararsız vəziyyətdədir.

    Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

    Videoda stansiya əməkdaşlarının binanın qarşısına yığışdığı, binanın isə istifadəyə yararsız vəziyyətdə olduğu aydın görünür.

    Məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq.

    TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, mart ayının 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının 145 çarpayılıq yeni binasının açılışı olub:

    “Xəstəxananın təcili yardım şöbəsi də var. Sadəcə, hazırda xəstəxana pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi üçün bəzi şöbələr əvvəlki binalarına qaytarılıb”.

    O qeyd edib ki, bina uzun müddətdir belə vəziyyətdədir:

    “İllərlə yaşı olan binadır. O səbəbdən də yeni xəstəxana binası istifadəyə verilib. Çəkiliş olan binada isə hazırda Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təmir işləri gedir”.

  • Завтра в Азербайджане будет до 36 градусов тепла

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 31 июля.

    В Баку и на Абшеронском полуострове ожидается погода без осадков, умеренный северо-западный ветер днем сменится юго-восточным.

    Температура воздуха на Абшероне составит ночью 21-23, днем – 30-33, в Баку ночью – 21-23, днем – 30-32 градуса тепла.

    Атмосферное давление снизится с 761 до 758 мм ртутного столба, относительная влажность составит ночью 70-80%, днем – 40-45%.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 23-24, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 24-25 градусов тепла.

    В некоторых районах Азербайджана завтра прогнозируются грозы, дожди, на остальной территории страны ожидается погода без осадков, порывистый восточный ветер.

    Температура воздуха составит ночью 20-25, днем – 31-36, в горах ночью – 10-15, днем – 20-25 градусов тепла.

  • İyulun son günündə 36 dərəcə isti gözlənilir

    İyulun 31-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 30-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

    İyulun 31-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

    Sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Azərbaycanda koronavirusdan ölən qadının meyitini oğluna daşıtdılar – RƏSMİ AÇIQLAMA + VİDEO

    Azərbaycanda anası koronavirusdan ölən şəxs onun nəşini özü daşıyıb.

    Median.Az-ın məlumatına görə, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

    Gədəbəy rayon, Dəyirmandağ kənd sakini Şadmanov Kamran bildirib ki, anası koronavirusdan ölüb, lakin nəşi özü daşıması üçün ona təhvil verilib. O, anasının Gəncə 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasında öldüyünü bildirib.

    Səhiyyə Nazirliyi ötən gün sosial şəbəkələrdə Gəncə şəhərində çəkilmiş videogörüntüyə münasibət bildirib.

    Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Oxu.Az-a bildirib ki, sözügedən hadisədə az müddət xəstəxanada qalıb və vəfat etmiş mərhumun meyiti 29 iyul 2020-ci ildə, saat 12:00-da Gəncə Şəhər Abbas Səhhət adına xəstəxanadan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin Gəncə şəhər şöbəsinin meyitxanasına gətirilib:

    “Koronavirus (COVİD-19) infeksiyası səbəbindən vəfat etmiş şəxslərin və ya buna şübhə hallarında meyitlərinin müayinəsi və dezinfeksiyası Səhiyyə Nazirliyinin 22.03.2020-ci il tarixli, 22 saylı əmrində nəzərdə tutulmuş qaydalara (“COVID-19 infeksiyasına yoluxma səbəbindən vəfat etmiş şəxslərin meyitlərinin müayinəsi, daşınması və dəfninə dair qaydalar) əsasən həyata keçirilir.

    Meyitlər “MTE və PA Birliyi”nin respublikanın bütün rayon və şəhər şöbələrinin işçiləri tərəfindən mütləq qaydada müvafiq fərdi mühafizə vasitələrindən (birdəfəlik kombinezon, üz maskası, eynək, ikiqat əlcəklər, uzunboğaz çəkmələr və s.) istifadə etməklə həyata keçirilir.

    Bütün bədən səthini əhatə etmək şərtilə meyit əməkdaşlarımız tərəfindən müvafiq məhlullarla dezinfeksiya edilir, sonra təmiz su ilə yuyulur.

    Meyit az miqdarda quru xlor əhəngindən də istifadə etməklə, 5-6 qat polietilenlə bükülərək kip şəkildə bağlanır, bundan sonra isə meyitin məscidlərə, həyətlərə və evlərə aparılmasına ehtiyac olmasın deyə dini adət-ənənələrə uyğun olaraq bir neçə qat ağ bezə (kəfənə) bükülür və bağlanılır.

    Bütün bunların həyata keçirilməsi üçün isə şöbələrimiz Səhiyyə Nazirliyi tərəfindən lazımi vasitələrlə tam şəkildə təchiz ediliblər. Bu şəkildə dezinfeksiya edilərək yuyulmuş, bükülərək bağlanmış meyit yoluxuculuq nöqteyi-nəzərdən ətraf mühit üçün tamamilə zərərsiz olur”.

    “Bükülmüş meyit daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının da iştirakı və ya nəzarəti ilə dəfn məqsədilə mərhumun yaxınları tərəfindən təyin edilmiş və gətirilmiş avtomobilə qoyularaq onlara təhvil verilir.

    Bu barədə dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin köməyi ilə istər müsahibə ilə, istərsə də yazılı şəkildə ətraflı bildirişlər verilib, əhali və aidiyyəti qurumlar məlumatlandırılıb.

    Meyit yaxın adamlarına təhvil verilərkən bu barədə əməkdaşlarımız tərəfindən yerli hüquq-mühafizə orqanlarına, bəzən isə hətta meyitin aparıldığı rayonun da hüquq-mühafizə orqanlarına və Rayon İcra Hakimiyyətlərinə məlumat verilir”, – deyə Ə.Həsənov qeyd edib.

  • İstanbulda yenidən Azərbaycana dəstək mitinqi keçirilib – VİDEO

    “Beynəlxalq hüququn növbəti tələblərini pozaraq, Azərbaycana qarşı təxribatlar törədən Ermənistana qarşı dünyadakı bütün soydaşlarımız hiddətlənərək ayağa qalxıb. Bir azərbaycanlının dırnağına daş dəyərsə, bizim Türkiyədə qəlbimiz sızlayır. Ona görə də, buradayıq”.

    Baku TV xəbər verir ki, İstanbulun Küçükçekmece rayonunda işğalçı Ermənistanı qınamaq məqsədilə keçirilən tədbirdə bu fikirlər səsləndirilib.

    İstanbulda fəaliyyət göstərən Heydər Əliyev adına məktəbin dəstəyi ilə keçirilən aksiyada məktəbin direktoru Muhammed Karasu tədbir iştirakçıları adından bəyanat səsləndirərək, Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatlar törətməsi, iyulun 14-də bu təxribatlar nəticəsində Azərbaycan ordusunun general-mayoru da daxil olmaqla, 12 hərbçinin şəhid olması haqqında, qarşı tərəfin bu xain hücumlarının yetərincə cavablandırılması barədə aksiya iştirakçılarına məlumat verib.

    “İşğalçı Ermənistan və zəhərli daşnak düşüncə daşıyıcıları bilməlidir ki, Türkiyənın İğdır, Qars, Ərdahan kimi bölgələrində Türkiyə vətəndaşı olan Ermənistanın əhalisindən də çox Azərbaycan türkləri yaşayır. Onlarla bərabər Türkiyənin 80 milyon vətəndaşının da qəlbi Azərbaycanladır”, – deyə, Muhammed Karasu bildirib.

    Türkiyənin bütün imkanları – gücü, silahları, ordusu, gənci və yaşlısı ilə Azərbaycanın yanında olduğu bildirilib.

  • Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi – SİYAHI

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar.

    Bu barədə qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

    Qeyd edilib ki, 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib.

    Onlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, dörd nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifələrinə xitam verilib.

    Həmin məktəblər aşağıdakılardır:

    19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər.