Month: July 2020

  • Bu ilin dövlət büdcəsində dəyişiklik olacaq: Müdafiə və təhlükəsizlik gücləndirilir – RƏSMİ

    Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib.

    Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, büdcə sisteminə uyğun olaraq icmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilib.

    Dövlət və icmal büdcələrinin dürüstləşdirilmiş göstəriciləri Azərbaycan Respublikasının Maliyyə Sabitlik Şurasında müzakirə olunaraq bəyənilib.

    2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılmasından ibarətdir.

    Habelə COVID-19 pandemiyasının ölkəmizə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən, ölkə əhalisinin sağlamlığının qorunması məqsədilə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı əlavə ehtiyacların qarşılanması, habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması və eləcə də, sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir.

  • İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.






















  • İranda koronavirusa yoluxanların sayı 300 mini keçdi

    İranda koronavirusa yoluxanların sayı 301 530 nəfərə çatıb.

    Virusa son 24 saat ərzində 2 621 nəfər yoluxub, 226 xəstə vəfat edib.

    Ölkədə ümümilikdə koronavirusdan 16 569 nəfər ölüb.

    Qeyd edək ki, Azərbaycanın sərhəd qonşuları arasında koronavirusdan ən çox ölüm İrandadır.

  • Именем погибшего генерала Полада Гашимова назовут улицу в Габале – ПОРУЧЕНИЕ ПРЕЗИДЕНТА

    Президент Азербайджана Ильхам Алиев дал поручение увековечить имя генерал-майора Полада Гашимова, погибшего в ходе пресечения армянских провокаций на товузском направлении госграницы АР.

    Выступая на церемонии сдачи в эксплуатацию после реконструкции автомобильной дороги в Габалинском районе, глава государства рассказал о героизме генерала-уроженца села Вандам.

    Президент Ильхам Алиев поручил присвоить его имя одной из улиц в Габале и принять другие соответствующие меры для увековечения памяти шехида.

  • Prezident şəhid general Polad Həşimovun adının ədəbiləşdirilməsi barədə göstəriş verdi

    Prezident İlham Əliyev Ermənistanın Tovuz istiqamətində təxribatları zamanı şəhid olan general-mayor Polad Həşimovun adının ədəbiləşdirilməsi barədə göstəriş verib.

    Prezident Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb.

    Dövlət başçısı onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.

  • Президент Ильхам Алиев подписал распоряжение о мерах по строительству новой школы в Габалинском районе

    Президент Азербайджана Ильхам Алиев 30 июля подписал распоряжение о мерах по строительству здания новой общеобразовательной школы в селе Зараган Габалинского района.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, для строительства в селе Зараган Габалинского района здания новой школы на 528 ученических мест из предусмотренного в госбюджете на 2020 год резервного фонда Президента АР Министерству образования первоначально выделяется 5 000 000 манатов.

    Министерству финансов поручено обеспечить финансирование в указанной сумме, Кабинету министров – решить вытекающие из данного распоряжения вопросы.

  • Prezidentdən yeni məktəb binasının tikintisi ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Qəbələ rayonunun Zarağan kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Qəbələ rayonunun Zarağan kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq bir milyon beş yüz min manat ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

  • Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 339 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

    Hazırda aktiv xəstə sayı 5951 nəfər təşkil edir.

  • Qobustanda yeni məktəb tikiləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Qobustan rayonunun Təklə Mirzəbaba kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Qobustan rayonunun Təklə Mirzəbaba kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq bir milyon manat ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

  • Президент Ильхам Алиев выделил средства на строительство новой школы в Шеки

    Президент Азербайджана Ильхам Алиев 30 июля подписал распоряжение о мерах по строительству здания новой общеобразовательной школы в городе Шеки.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, для строительства в Шеки здания новой школы на 960 ученических мест из предусмотренного в госбюджете на 2020 год резервного фонда Президента АР Министерству образования первоначально выделяется 2 000 000 манатов.

    Министерству финансов поручено обеспечить финансирование в указанной сумме, Кабинету министров – решить вытекающие из данного распоряжения вопросы.