Month: July 2020

  • Bakıda molla Baku TV-nin çəkiliş qrupuna hücum etdi – VİDEO

    Baku TV-nin əməkdaşları Yasamal rayonu ərazisində yerləşən və Yasamal qəbiristanlığı kimi tanınan ərazidə çəkiliş aparan zaman hücuma məruz qalıblar.

    Median.Az xəbər verir ki, qəbiristanlıqda mollalıq fəaliyyəti ilə məşğul olan bir şəxs kanalın operatoruna hücum edib, ona müxtəlif bədən xəsarətləri yetirib.

    Həmin şəxs hətta başqalarına da zəng edərək, bir daha hədə-qorxu gəlib.

    Maraqlıdır ki, mollalıq fəaliyyəti ilə məşğul olan şəxs kimlərə güvənir?

    Dəyən ziyan təkcə bununla da yekunlaşmayıb. Eyni zamanda, kanalın texniki avadanlıqlarına da ciddi ziyan vurulub.

    Ətraflı videonu təqdim edirik:

  • Bakıda daha bir məkan karantin şərtlərini pozdu – İnsanlar hovuzda (VİDEO)

    Mərdəkanda fəaliyyət göstərən “SHANI Hotel Villas” karantin rejimi qaydalarını pozub.

    MedianşAz news24.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə oteldə olan müştərilərin hovuzdan istifadə etdiyi qeydə alınıb.

    Sözügedən kadrları təqdim edirik:

  • Həbs edilən XİN vəzifəliləri məhkəməyə müraciət etdi

    Xarici İşlər Nazirliyində (XİN) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxsləri barələrində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib.

    “Report”un əldə etdiyi məlumata görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrlik etdiyi kollegiya baxacaq.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Rəsmi məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

    Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

    İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
    Həmçinin Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub.

    Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Bakıda bazarda gizli fəaliyyət göstərən obyektdə 8 qadın saxlanıldı – Foto

    Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.

    Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib.


  • Azərbaycanda nazirə yeni müavin təyin edildi

    Prezident İlham Əliyev Müdafiə Sənayesi naziri Mədət Quliyevə müavin təyin edilməsi barədə sərəncam imzalayıb.

    Bu vəzifəyə Mehman Abbas oğlu Baxışov təyinat alıb.

    O, 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub.
    M.Baxışov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

    Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-ci Sərəncamı ilə Mehman Baxışova general-mayor hərbi rütbəsi verilib.

  • В Баку задержан подозреваемый в торговле наркотиками

    В Баку задержан мужчина, подозреваемый в незаконном обороте наркотических средств.

    Как сообщает АПА, в результате оперативно-разыскных мероприятий сотрудники отдела уголовного розыска и 34-го отделения Управления полиции Хатаинского района задержали жителя столицы М.Гасанова (1996 г.р.).

    При обыске у него было обнаружено и изъято 254 г героина.

    По данному факту проводится расследование.

  • Bakı sakini heroinlə tutuldu

    Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

    APA-nın məlumatına görə, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü M.Həsənov saxlanılıb.

    Onun üzərində 0,254 qram heroin aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Avtomobildən üç min manatlıq oğurluq

    Bakıda avtomobildən oğurluq olub.

    APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu Rəsulzadə küçəsində qeydə alınıb.

    Qəsəbə sakini Ü.Vəliyevə məxsus “Toyota” markalı avtomobildən 325 manat pul, 1890 manat dəyərində videoregistrator, 800 manat dəyərində mobil telefon, eynək və geyim əşyaları oğurlanıb.

    Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Məsud İbrahimov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mütəxəssis saç tökülməsinin iki əsas səbəbini açıqladı

    Saç tökülməsinin iki əsas səbəbi stres və insan bədənində dəmir çatışmazlığıdır.

    Bunu “İzvestiya”ya həkim-dermatoloq Tatyana Yeqorova bildirib.

    Onun sözlərinə görə, güclü stres keçirdikdən sonra saçların tökülməsi birdən-birə deyil, bir neçə ay ərzində baş verə bilər. Mütəxəssis deyib ki, güclü narahatlıq bu problemin ən geniş yayılmış səbəblərindən biridir və bununla üzləşən zaman mütləq həkimə müraciət edilməlidir.

    Saç tökülməsinin ikinci əsas səbəbi olan dəmir çatışmazlığı aradan qaldırıldıqdan sonra saçlar daha qalın və güclü olur.

  • Pandemiyadan sonra dünyanı gözləyən iki ssenari açıqlandı

    BMT Baş katibi Antonio Quterreş koronavirus pandemiyasından sonra dünya üçün iki ssenari – həm nikbin, həm də bədbin proqnozlar barədə fikirlərini açıqlayıb.

    O, məsələyə “Aftonbladet” nəşri üçün yazdığı məqalədə münasibət bildirib.

    Baş katib pandemiyanın həm ölkələr daxilində, həm də dövlətlər arasında münasibətlərdə bərabərsizliyi artırdığını bildirib.

    Onun sözlərinə görə, ölkələr mövcud vəziyyətin öhdəsindən gələ, uğurlu bərpa planı hazırlaya və inkişaf etməkdə olan ölkələrə kifayət qədər kömək göstərə bilsələr, nikbin proqnoz barədə danışmaq olar. Növbəti doqquz ay ərzində koronavirusa qarşı effektiv və əlverişli peyvəndin yaranması ilə belə bir ssenarini həyata keçirmək mümkündür.

    Bədbin ssenaridə isə dövlətlər pandemiya qarşısında birləşməyəcək, virusun yeni yayılması başlayacaq, peyvənd üzərində işlər ləngiyəcək, yaxud da ancaq “zəngin” ölkələr onu əldə edə biləcəklər. “Bu ssenari gerçəkləşərsə, seqreqasiya, populizm və ksenofobiyanın necə böyüdüyünü görəcəyik”, – deyə, Baş katib yazıb.

    A.Quterreşin fikrincə, bədbin proqnoz reallaşdığı təqdirdə 5-7 il ərzində qlobal depressiyanın başlanğıcını görə biləcəyik.

    O qeyd edib ki, dünyanın indi hansı tərəfə doğru getdiyini anlamaq çətindir, ancaq ilk ssenari üçün əldən gələn hər şeyi etmək lazımdır, bununla yanaşı, ikinci ssenariyə də hazırlaşmaq vacibdir.