Month: July 2020

  • Президент Ильхам Алиев провел телефонный разговор с генсеком ООН

    Президент Азербайджанской Республики Ильхам Алиев 8 июля позвонил генсеку ООН Антониу Гутерришу. В ходе телефонного разговора Президент Ильхам Алиев сказал, что Азербайджан поддерживает усилия генерального секретаря и ООН, в том числе многостороннее сотрудничество в борьбе с пандемией COVID-19.

    Об этом сообщает пресс-служба главы Азербайджанского государства.

    Он отметил, что с целью борьбы против пандемии COVID-19 Азербайджан пожертвовал Всемирной организации здравоохранения 10 000 000 долларов, а свыше 30 странам оказал гуманитарную и финансовую помощь.

    Президент Ильхам Алиев в качестве председателя Движения неприсоединения от имени стран-участниц поблагодарил генерального секретаря за данный в короткие сроки ответ на обращение о созыве специальной сессии Генеральной ассамблеи ООН, посвященной COVID-19, и подчеркнул, что более 130 государств-членов организации поддержали эту инициативу.

    Глава государства отметил, что лидерство генерального секретаря сыграло важную роль в созыве специальной сессии Генеральной Ассамблеи ООН, посвященной COVID-19.

    Президент Ильхам Алиев сказал, что Азербайджан готов внести свой вклад в решение технико-логистических вопросов в связи с проведением специальной сессии.

    Генеральный секретарь ООН Антониу Гутерриш выразил Президенту Ильхаму Алиеву признательность за телефонный звонок. Генеральный секретарь, отметив, что поддерживает инициативу о проведении специальной сессии Генассамблеи ООН, посвященной COVID-19, подчеркнул, что ООН готова сотрудничать с Азербайджаном в решении технико-логистических вопросов. Кроме того, он сказал, что Азербайджан активно работает над реализацией Целей устойчивого развития ООН.

    Собеседники также выразили уверенность в том, что предстоящая специальная сессия станет важным шагом в борьбе с пандемией COVID-19.

  • İlham Əliyev BMT-nin Baş katibinə zəng etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib.

    Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

    Dövlətimizin başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib.

    Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb.

    Dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

    Prezident İlham Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib.

    BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda, Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib.

    Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.

  • Rusiyada yüksək vəzifəli məmur dövlətə xəyanətə görə həbs olunub – FOTO

    Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbərinin informasiya siyasəti üzrə müşaviri İvan Safronov barəsində cinayət işi açılıb.

    Lenta.ru-nun məlumatına görə, ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

    Artıq məhkəmənin qərarı ilə İvan Safronov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    O, NATO-ya məlumat ötürməkdə ittiham olunur. İttiham təsdiqlənərsə, Safronovu 20 il müddətinə həbs gözləyir.

  • В Загатале и Барде сгорели частные дома

    В Бардинском и Загатальском районах в частных домах произошли пожары.

    Как сообщает МЧС, в селе Герене сгорели воспламеняющиеся конструкции одноэтажного 4-комнатного дома общей площадью 48 кв. м. Близлежащие строения были защищены от огня.

    В селе Чобанеел Загатальского района пожар произошел в одноэтажном 5-комнатном доме общей площадью 156 кв. м, принадлежащем местной жительнице Фатиме Нуруллаевой.

    Сгорели воспламеняющиеся конструкции дома и находившиеся в нем вещи. Близлежащие строения были защищены от огня. Во время пожара никто не пострадал.

    По данным фактам проводится расследование.

  • Bərdədə dörd, Zaqatalada beşotaqlı ev yandı

    Gecə saatlarında Bərdə və Zaqatalada yanğın qeydə alınıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Bərdə rayonunun Gərənə kəndində ümumi sahəsi 48 kvadrat metr olan birmərtəbəli dördotaqlı, Zaqatala rayonunun isə Çobankol kəndində ümumi sahəsi 156 kvadrat metr olan kürsülü birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

  • 29 yaşlı Ağstafa sakini özünə xəsarət yetirib

    Ağstafa sakini özünə xəsarət yetirib.

    APA-nın məlumatına görə, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb.

    Kənd sakini, 1991-ci il təvəllüdlü Aslan Vəliyev qolunun və bədəninin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi yardım göstərilib, yaraları tikilib. Vəziyyətinin normal olduğu bildirilir.

    Hadisənin hansı səbəbdən törədildiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı sakini küçədə bıçaqla hədələnərək qarət olundu

    Bakıda vətəndaşa qarşı küçədə quldurluq edilib.

    Trend-in məlumatına görə, paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini T. Zeynalovu bıçaqla hədələyərək, 500 manat pulunu quldurluq yolu ilə talayıb.

    Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Teymur Şahlıyev tutulub.

    Faktla bağlı cinayət işi başlanıb.

  • “EGE Hospital”da dəhşət: Ürəyinə 6 stent qoyulan xəstə öldü, həkim meyiti aradan çıxartdı

    Bakının məşhur klinikalarından olan “EGE Hospital”ın kardiocərrahiyyə şöbəsində ağlasığmaz hadisə baş verib.

    Klinikanın kardiocərrahı Ülvi Mirzoyev 67 yaşlı Əliyəsər Xasməmmədovun səhv əməliyyat nəticəsində ölümü və həkimlik etikasına sığmayan hərəkətlərinə görə ailəsi tərəfindən günahlandırılır.

    Medicina.az məhrumun ailə üzvlərinin şikayətini olduğu kimi təqdim edir:

    “İyunun 24-də atamızı ürəyində narahatlığı ilə bağlı “EGE Hospital”a – Ülvi Mirzoyevin qəbuluna apardıq. Guya bu həkim adlı-sanlı, stend qoymaq üzrə peşəkar həkim idi. Atamı dərhal Anju (angioqrafiya) etdirən həkim çıxıb dedi ki, 98% damarları tıxanıb, bunu belə qoymaq olmaz. İmkan varsa, elə bu gün stend qoyaq, xəstəni ikinci dəfə incitməyək.

    Biz razılaşdıq, sonra həkim dedi ki, atanıza 6 stend qoyulmalıdır, 10 min manat edir. Biz təəccübləndik ki, bir dəfəyə bu qədər stend olarmı? Dedi, hətta 8-ni birdən qoyduğumuz xəstə olub. İnandıq. Pulu gətirdik.

    3 gündən sonra atam evə yazıldı, 4-cü gecə onun ürəyi tutdu. Təcili yardım çağırdıq, onlar da təəccübləndilər ki, 6 stendi birdəfəyə niyə qoyublar. Olmaz axı.

    Atamı heç yerə aparmadılar. Səhər öz ayağı ilə Ülvinin yanına getdi. Kassada 1500 manat yenidən ödəyib, Ülvi baxıb deyib ki, təcili açıq ürək əməliyyatı lazımdır.

    Həkim anama sənədlər gətirib ki, əməliyyata razılıq verməsi ilə bağlı imza atsın. Anam deyib, qoy xəstəni görüm, sonra. İstəyib atamla məsləhətləşsin, ya görsün vəziyyəti necədir.

    Həmin an həkim əməliyyatxanaya qayıdıb, 3 dəqiqəyə geri gəlib ki, xəstə öldü.

    Deməli, bu vicdansızlar anama sənədə qol çəkdirib, pulu da alıb, ölmüş adamı guya əməliyyat edəcəkdi, sonra da deyəcəkdi, əməliyyatdan çıxmadı.

    Xəbər ailəmizə çatanda klinikaya getdik, Ülvi maşınına minib qaçmışdı.

    Biz başımızı itirmişdik, hələ meyiti təhvil almamışdıq. Bizə dedilər ki, Ülvi öz cibindən 200 manat verib, atamin meyitini təcili yardımla məscidə – yuyub, kəfənləməyə göndərib. Ordan da tapşırıb ki, rayona apararsız.

    Biz bunu eşidəndə dəli olduq. Axı kim icazə verib ki, klinika ailəsinin izni, xəbəri olmadan meyiti harasa göndərsin? Biz Bakıda yaşayırıq. Atamı rayona hara göndərmək istəyib? Ya bu həkimin ağlı qaçıb, ya bizim?

    Bu nə vəhşilikdir, bu nə qəddarlıqdır?

    Hər kəsə demək istəyirik ki, biz səhv etdik, nə bu klinikaya, nə o cəllad Ülvi kardiocərraha müraciət etməyin. Diqqətli olun, hər əməliyyata razılaşmayın”.

    Ailə hazırda dəfn və yas işləri ilə məşğul olduğundan yaxın 1-2 gündə məsələ ilə bağlı prokurorluğa müraciət edəcək. Ailə üzvləri “EGE Hospital”ın rəhbərliyindən açıqlama və maddi təzminat tələb edir.

  • Həkim Bəhram Bağırzadənin vəziyyəti barədə: “Aktiv hərəkətlərə cəhd edir”

    “Bəhram Bağırzadənin vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika qalmaqdadır”.

    Bu barədə Oxu.Az-a Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib. O bildirib ki, Əməkdar artistin huşu aydındır:

    “Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur, fəaldır. Aktiv hərəkətlərə cəhd edir. Bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunluğa qarşı isə müvafiq tədbirlərin aparılması davam etdirilir”.

  • Число инфицированных коронавирусом в мире превысило 12 000 000

    По данным на утро 9 июля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 12 170 570.

    Как свидетельствует онлайн-статистика Oxu.Az, за весь период пандемии скончались 552 112 человек, выздоровели – 7 069 283.

    Больше всего инфицированных в США (3 158 932). На 2-м месте – Бразилия (1 716 196), на 3-м – Индия (769 052). В первую пятерку также входят Россия (700 792) и Перу (312 911).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 134 862, вылечились 1 392 679 человек.

    Соседний Иран с 248 379 заболевшими занимает 10-е место, Турция (208 938) – 15-е.

    В Армении коронавирусом заразились 29 820 человек, в Грузии – 963.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 12 084 летальных исхода.

    На сегодняшний день в Азербайджане подтверждены 21 916 случаев инфицирования коронавирусом, 13 100 человек вылечились, 274 – скончались.