Month: July 2020

  • Приостановлено движение ряда электропоездов Баку-Сумгайыт-Баку

    С учетом продления срока действия жесткого карантинного режима согласно решению Кабмина, с 7 июля приостанавливается движение по Абшеронской кольцевой железной дороге ряда электропоездов Баку-Сумгайыт-Баку.

    Об этом сообщили в ЗАО “Азербайджанские железные дороги”.

    Приостанавливается движение электричек:

    – 6003 Баку-Хырдалан-Сумгайыт, отправление из Баку в 07:38;

    – 6013 Баку-Хырдалан-Сумгайыт, отправление из Баку в 16:50;

    – 6617 Баку-Пиршаги-Сумгайыт, отправление из Баку в 18:45;

    – 6027 Баку-Хырдалан-Сумгайыт, отправление из Баку в 20:25;

    – 6002 Сумгайыт-Хырдалан-Баку, отправление из Сумгайыта в 06:55;

    – 6010 Сумгайыт-Хырдалан-Баку, отправление из Сумгайыта в 08:35;

    – 6618 Сумгайыт-Пиршаги-Баку, отправление из Сумгайыта в 17:30;

    – 6026 Сумгайыт-Хырдалан-Баку, отправление из Сумгайыта в 19:28.


  • Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır – CƏDVƏL

    Xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılmasını nəzərə alaraq, 7 iyul 2020-ci il tarixindən etibarən əlavə göstərişədək Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır.

    Bu barədə Azərbaycan Dəmir Yolları”QSC-dən bildirilib.

    Bakıdan 07:38-də yola düşən 6003 Bakı-Xırdalan-Sumqayıt qatarı

    – Bakıdan 16:50-də yola düşən 6013 Bakı-Xırdalan-Sumqayıt qatarı

    – Bakıdan 18:45-də yola düşən 6617 Bakı-Pirşağı-Sumqayıt qatarı

    – Bakıdan 20:25-də yola düşən 6027 Bakı-Xırdalan-Sumqayıt qatarı

    – Sumqayıtdan 06:55-də yola düşən 6002 Sumqayıt-Xırdalan-Bakı qatarı

    – Sumqayıtdan 08:35-də yola düşən 6010 Sumqayıt-Xırdalan-Bakı qatarı

    – Sumqayıtdan 17:30-da yola düşən 6618 Sumqayıt-Pirşağı-Bakı qatarı

    – Sumqayıtdan 19:28-də yola düşən 6026 Sumqayıt-Xırdalan-Bakı qatarı

    İyulun 7-də qüvvəyə minəcək cədvəlləri nəzərinizə çatdırırıq:

  • Bakıda polislərin qadını məcburən maşına mindirməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

    Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsinin əks olunduğu görünütülər yayımlanıb.

    Bakı Şəhər Baş Polis İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ barədə araşdırma aparılıb.

    Bildirilib ki, fakt 1 ay əvvəl – iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib:

    “Buna baxmayaraq, B.M.-nin bölməyə aparılaraq epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub”.

  • Prezident İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verdi

    İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.

    Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

    Fərman “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1424-VQD nömrəli qanunun icrası ilə əlaqədar imzalanıb.

    Qərara alınıb ki, Prezidentin 2012-ci il 6 iyul tarixli 668 nömrəli fərmanının 2.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

    Həmin qanunun 16.3-cü maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

    Bundan əvvəlki variantda isə həmin Qanunun 16.3-cü maddəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini nəzarət markalarının qeyri-qanuni yayılmasının qarşısının alınması və vergi nəzarəti zamanı Vergi Məcəlləsinin tələblərinin pozulması ilə bağlı məsələlərə münasibətdə Vergilər Nazirliyi həyata keçirirdi.

    Bildirək ki, Vergilər Nazirliyi ləğv edilib, əvəzində Dövlət Vergi Xidməti yaradılıb. Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyinin tabeliyindədir.

  • Ekspess avtobuslarda sıxlıq yaşanır – VİDEO

    Koronavirusun qarşısını almaq üçün iyulun 4-dən etibarən metropolitendə sərnişindaşıma fəaliyyəti müvəqqəti dayandırılıb.

    Baku TV xəbər verir ki, bununla bağlı metro xətləri üzrə ekspres avtobusların fəaliyyəti bərpa olunub. Bu zaman isə avtobuslarda yenidən sıxlıqlar başlayıb.

    Sürücülər buna səbəb kimi avtobusların sayının az olması ilə deyil, sərnişinlərin çoxluğu ilə əlaqələndirir.

    Qeyd edək ki, xüsusi karantin rejimi iyulun 20-dək qüvvədədir. Bu müddət ərzində həftə sonları ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

  • İlham Əliyev Ərdoğanın məktubuna cavab verdi

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Sizin 2020-ci il 5 iyul tarixli məktubunuza görə təşəkkür edirəm.

    Mən də öz növbəmdə qardaş Türkiyədə yeni növ koronavirus xəstəliyi səbəbindən həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, virusa yoluxanlara Allahdan şəfa diləyirəm.

    Bəşəriyyətin üzləşdiyi koronavirus pandemiyası ilə mübarizədə Sizin rəhbərliyinizlə hökumətinizin milli və beynəlxalq səviyyədə fəaliyyəti təqdirəlayiqdir.

    Bütün sahələrdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həmrəylik nümayiş etdirir. Əminəm ki, birgə səylərimizlə koronavirus bəlasının öhdəsindən gələcəyik.

    Bu xüsusda qardaş Türkiyə Respublikası tərəfindən göndərilən humanitar yardıma görə Sizə öz adımdan və Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm. Bu, ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin növbəti bariz nümunəsidir.

    Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq arzulayıram”.

  • Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbindən Azərbaycanda vəfat edən qardaşlarımıza Uca Allahdan rəhmət, müalicəsi davam edənlərin isə tezliklə şəfa tapmalarını diləyirəm. Həyatını itirənlərə görə qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

    Azərbaycanda pandemiyaya qarşı gördüyünüz təsirli tədbirləri və fəaliyyəti yaxından izləyirik. Bu sahədə mübarizə aparan hər kəsə işlərində uğurlar arzulayıram.

    “Bir millət, iki dövlət” şüarı ilə dost və qardaş Azərbaycana əlimizdən gələn hər cür köməyi göstərməyə hazırıq. Bu çərçivədə Can Azərbaycanın pandemiya ilə mübarizəsinə bir az da olsa fayda verə biləcək tibbi yardım ləvazimatlarının ölkənizə çatdırılmasını təmin edirik.

    Bu fürsətdən istifadə edərək pandemiya ilə mübarizədə Azərbaycanın yanında olduğumuzu bir daha ifadə edir, Zati-alinizə səmimi-qəlbdən cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan əmin-amanlıq və rifah diləklərimi çatdırıram”.

  • İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

    İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

    Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Dövlətimizin başçısı Nursultan Nazarbayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı naminə fəaliyyətində yeni uğurlar arzulayıb. Prezident İlham Əliyev Nursultan Nazarbayevin müstəqil Qazaxıstan Respublikasının quruculuğunda müstəsna rolunu qeyd edərək, məhz onun yorulmaz səyləri nəticəsində Qazaxıstanın böyük inkişaf yolu keçdiyini, xalqın rifah halının təmin edilməsi və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində böyük nailiyyətlərin əldə edildiyini vurğulayıb. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevlə Nursultan Nazarbayev arasında mövcud olmuş dostluq münasibətlərinin ikitərəfli əlaqələrimizin qurulmasında mühüm rol oynadığını bildirib. Eyni zamanda, Prezident İlham Əliyev Nursultan Nazarbayevin türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfələri də yüksək qiymətləndirib.

    Nursultan Nazarbayev göstərilən diqqətə, təbrikə və xoş sözlərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

    Telefon söhbəti zamanı Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovniki Əliyəddin Səfərov Şamaxı Rayon Polis Şöbəsinə rəis təyin edilib.

    O, bundan əvvəl Biləsuvar Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

  • Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün ərizə qəbuluna başlanıldı

    11-ci sinif şagirdləri üçün 2020-ci il iyunun 10 və 11-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.

    Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu iyulun 8-dək davam edəcək.

    Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 30%-i, ümumiyyətlə, tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər:

    “Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq. 10 və 11 iyun tarixlərində keçirilən imtahanlarda iştirak edən və Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 6-8 iyul tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

    Şagirdlər (abituriyentlər) iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada “Ev telefonu”, “Mobil telefon”, “E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir.

    “Apellyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, “ümumi qeyd” hissəsinə yaza bilər”.

    Mərkəzdən bildirilib ki, apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

    Müraciətlərə 13 iyul 2020-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) qaydada baxılmağa başlanılacaq.