Month: July 2020

  • Müdafiə Nazirliyindən İrana zərbə endirən hərbi təyyarə ilə bağlı AÇIQLAMA

    Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın “Konteyner” RLS-i tərəfindən aşkar olunan naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri barədə yayılan məlumata münasibət bildirib.

    Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır.

    “Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil.

    Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq”, – deyə nazirlikdən qeyd edilib.

  • Миршахин Агаев заразился коронавирусом

    Генеральный директор ООО “Аналитическо-информационный центр REAL” Миршахин Агаев заразился коронавирусной инфекцией (COVID-19).

    Как сообщает АПА, в настоящее время он находится в больнице особого режима. Врачи отмечают, что его состояние оценивается как удовлетворительное.

    В соответствии с процедурой, родственники М.Агаева и лица, с которыми он в последние дни контактировал, находятся под медицинским контролем.

  • Mirşahin Ağayev koronavirusa yoluxdu

    “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus (COVID-19) infeksiyasına yoluxub.

    Qafqazinfo-nun məlumatına görə, hazırda Mirşahin Ağayev xüsusi rejimli xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

    Prosedura uyğun olaraq Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.

  • Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı – RƏSMİ

    Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi məqsədilə aparılan sistemli islahatlar hər bir sahədə olduğu kimi, biznes mühitinə də öz müsbət təsirlərini göstərməklə özəl sektorun dəstəklənməsi yüksək səviyyədə təmin edilib.

    Baş Prokurorluqdan verilən məlumata görə, bu məqsədlə prokurorluq orqanları tərəfindən sağlam rəqabət və bazar mühitinin stabilliyinə yönəlmiş dövlət qayğısından sui-istifadə edən, cəmiyyətin, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərini pozmağa cəhd edən hüquqi və fiziki şəxslərin qanunsuz əməllərinin qarşısının alınması istiqamətində effektiv mübarizə tədbirləri davam etdirilir.

    Bu çərçivədə keçirilən tədbirlərdən biri kimi “Fakt Araşdırıcı-N” MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə ayrı-ayrı vətəndaşlardan ümumilikdə 31 epizod üzrə külli miqdarda pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanmasıdır.

    Aparılmış istintaqla Zeynal Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib, həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    19 iyun 2020-ci ildə cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Bununla yanaşı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla milli cinayət-hüquq sisteminə implementasiya edilmiş “hüquqi şəxslərin cinayət məsuliyyəti” institutuna dair peşəkar istintaq təcrübəsinin formalaşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılır.

    Belə ki, aparılmış istintaq zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması əsasları və şərtlərini müəyyən edən tələblərinə əsasən, Zeynal Məmmədovun təsisçisi və direktoru olmaqla fəaliyyətinə rəhbərlik və nəzarət etdiyi “Fakt Araşdırıcı-N” MMC barəsində də CM-nin eyni maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

    Öz şəxsi maraqlarını cəmiyyət və dövlətin qanunla qorunan mənaferlərindən üstün tutmaqla, müxtəlif qanunsuz əməllər törətmiş şəxslərin ifşa olunması və məsuliyyətə cəlb olunması istiqamətində Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

  • Xarici ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ

    Karantin rejimi müddətinin iyulun 20-dək uzadılması ilə əlaqədar ölkənin bir sıra regionlarında ümumi təhsil pilləsində şagirdlərin yekun attestasiyası (buraxılış imtahanları) təxirə salınıb.

    Bununla bağlı Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi birgə məlumat yayıb.

    Qeyd olunub ki, qaydalara əsasən, məzunlara ümumi təhsil haqqında dövlət sənədi yekun attestasiyanın keçirilməsi prosesi başa çatdıqdan sonra təqdim edilir. Lakin mövcud vəziyyət tam orta təhsil səviyyəsini bitirmiş və növbəti pillədə təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan məzunlar üçün bəzi çətinliklər yarada bilər.

    Belə ki, bu məzunların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul prosesində iştirakı üçün bir qayda olaraq ümumi təhsil pilləsini bitirmələrini təsdiq edən dövlət nümunəli sənədin (attestatın) təqdim edilməsi tələb olunur.

    Bəzi xarici ölkələrin təhsil müəssisələrinə tələbə qəbulu prosesinin yaxın dövrdə yekunlaşacağını nəzərə alaraq, məzunlar tərəfindən həmin təhsil müəssisələrinə öz attestatlarının vaxtında təqdim edilməsi vacib şərtlərdən biridir.

    Vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb.

    Bu gündən başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala bilərlər.

    Həmin şəxslər attestatlarına buraxılış imtahanı qiymətlərinin də yazılmasını istədikləri təqdirdə məzun olduqları məktəbə müraciət edə və sentyabr ayında keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edə bilərlər.

  • Səudiyyə Ərəbistanı neftin qiymətini artırır

    Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan “Saudi Aramco” avqustda neftin qiymətini artıracaq.

    Gazeta.ru-nun xəbərinə görə, bu barədə şirkətdən məlumat verilib.

    Asiya üçün bütün neft növlərinin qiymətləri hər barel üçün bir dollar həcmində yüksəldiləcək. Nəticədə, “Arab Light” markası Oman və Dubayın neft səbətindən 1,2 dollar baha olacaq.

    Şimal-Qərbi Avropa yüngül neftin hər barelini dörd dollar, Amerika isə 0,6 dollar baha almalı olacaq.

  • Центр отдыха в Баку нарушил правила карантина – ФОТО

    В поселке Шихов в Сабаильском районе Баку центр отдыха функционировал вопреки правилам объявленного в стране жесткого карантинного режима.

    Как сообщили в пресс-службе Главного управления полиции столицы, в результате проведенных сотрудниками РУП мероприятий 5 июля администраторы и клиенты центра отдыха были доставлены в 41-е отделение полиции.

    В ходе беседы им разъяснили, что они нарушили правила карантинного режима, сообщили о важности соблюдения санитарно-гигиенических правил.

    Задержанные были привлечены к ответственности в соответствии с Кодексом об административных проступках.





  • Polisdən növbəti əməliyyat: Bakıda karantin qaydalarını pozan istirahət mərkəzi aşkarlandı – FOTO

    Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şosesində xüsusi karantin rejimi qaydalarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan istirahət mərkəzinin fəaliyyət göstərməsi aşkarlanıb.

    Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 5-də istirahət mərkəzinin inzibatçıları və müştəriləri 41-ci Polis Bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

    Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

    Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

    Xatırladaq ki, dünən polis əməkdaşları xüsusi karantin rejiminin pozulması ilə bağlı Bakının məşhur hotellərindən biri olan “Fairmont Hotel”də əməliyyat keçirmişdi.





  • В воинских частях ВС Азербайджана в прифронтовой зоне проведены ночные учения – ВИДЕО

    В воинских частях азербайджанской армии, дислоцированных в прифронтовой зоне, проведены тактические учения.

    Как сообщает Минобороны, в рамках маневров подразделения выполнили боевые задачи в ночное время, стрельбы из различных видов оружия, уничтожив цели условного противника.

  • Azərbaycan Ordusu cəbhəboyu zonada təlimlər keçirdi – VİDEO

    Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimləri keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlimlər çərçivəsində bölmələr gecə vaxtı müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər.

    Təlimlərə cəlb edilən bölmələr müxtəlif təyinatlı silahlardan atışlar icra edərək şərti düşmən hədəflərini məhv ediblər.