Month: July 2020

  • Şəkidə elektrik cərəyanının vurduğu usta öldü

    Şəkidə evin dam örtüyünü quraşdıran ustanı yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 19 radələrində Şəki şəhəri, Sarabski küçəsindəki fərdi yaşayış evlərinin birində baş verib.

    Fərdi yaşayış evinin dam örtüyünü quraşdıran usta, Şəki şəhər sakini Nəriman Mustafayevi ərazidən keçən yüksək gərginlikli elektrik cərəyanı vurub. N. Mustafayev aldığı ağır elektroşok xəsarətindən hadisə yerində ölüb.

    Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

  • Продолжается пожар в Национальном парке Гызылагадж – ОБНОВЛЕНО + ФОТО

    Продолжаются работы по тушению пожара, который начался на пшеничном поле в поселке Балыгчылар Лянкаранского района и перекинулся на территорию Национального парка Гызылагадж.

    Как сообщили Oxu.Az в пресс-службе Министерства экологии и природных ресурсов (МЭПР), в тушении пожара принимают участие более 60 сотрудников МЭПР и Противопожарной службы МЧС, четыре пожарных автомобиля, а также местные жители.

    В настоящее время распахивается земля в направлении ветра в целях предотвращения распространения пожара на территории.

    По предварительным расчетам пожар охватывает примерно семь гектаров земли. В основном горят кусты, сухая трава и камыши.

    Выражая благодарность всем, кто принимает участие в тушении пожара, МЭПР заявляет, что он в очередной раз возник из-за неосторожности граждан.

    ***

    Начавшийся сегодня, 6 июля, в поселке Балыгчылар Лянкяранского района пожар перекинулся на территорию Национального парка Гызылагадж.

    Как сообщили в Министерстве экологии и природных ресурсов, в тушении пожара принимают участие сотрудники Национального парка и силы МЧС.

    В настоящее время принимаются меры по предотвращению распространения огня на прилегающие территории.

    В связи с жаркой и сухой погодой Минэкологии призывает население не поджигать площади после посева и быть осторожными с огнем.

  • Qızılağac milli parkındakı yanğın söndürülüb – YENİLƏNİB+FOTO

    Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən və Qızılağac milli parkının ərazisinə keçən yanğın ETSN-nin yerli qurumlarının, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində söndürülüb.

    Bu barədə Oxu.Az-a ETSN-dən məlumat verilib.

    Bildirilib ki, yanğın nəticəsində təxminən səkkiz hektar ərazidə quru ot örtüyü, kol-kos və qamışlıq sahə yanıb.

    ***

    Lənkəran rayonu, Balıqçılar qəsəbəsindəki taxıl zəmisində başlayan və külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçən yanğın davam edir.

    Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

    Qeyd edilib ki, yanğının söndürülməsinə ETSN-nin yerli qurumlarının və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 60-dan artıq əməkdaşı, dörd yanğınsöndürən maşın, əlavə texnika və yerli sakinlər cəlb edilib.

    Yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində mümkün olan bütün vasitələrdən istifadə olunur, o cümlədən cəlb olunmuş əlavə texnikanın köməyi ilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.

    İlkin hesablamalara görə, yanğın təxminən yeddi hektar ərazini əhatə edir, əsasən kol-kos və quru ot örtüyü, qamışlıq sahə yanır.

    ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkürünü bildirir və xüsusilə vurğulayır ki, bu dəfə olduğu kimi, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir.

    Ona görə də nazirlik bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, biçilmış sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa çağırır.

    ***

    Bu gün Lənkəran rayonunun Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

    Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

    Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

  • Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi – CANLI

    Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

    Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.

    Dövlət başçısının müsahibəsini təqdim edirik:

  • Азербайджанский спортсмен выиграл медаль в Украине

    Азербайджанский триатлонист Ростислав Певцов стал серебряным призером открытого чемпионата Украины по спринту.

    Как сообщает Oxu.Az, на данном соревновании принимало участие 50 спортсменов.

    Напомним, что в прошлом году Р.Певцов был признан лучшим триатлонистом Европы.

  • Azərbaycan idmançısı Ukraynada medal qazandı

    Azərbaycan idmançısı Ukraynada gümüş medal qazanıb.

    Oxu.Az xəbər verir ki, triatlon üzrə təmsilçimiz Rostislav Pevtsov 50 atletin qatıldığı sprint üzrə Ukrayna açıq çempionatında qüvvəsini sınayıb.

    Ötən il Avropanın ən yaxşı triatlonçusu seçilən milliləşdirilmiş legioner gümüş medal əldə edib.

  • Brilliant Dadaşova oğlunun müdafiəsinə qalxdı: “Haqqında yanlış fikir formalaşdırmaq istəyirlər” – FOTO

    “Dostlar, bütün dünyanı sarsıdan bu bəla bizim də ölkəmizi çətin vəziyyətə salıb. Hamımız stres içində yaxınlarımızı qorumağa çalışırıq. Hər gərgin hadisəni zarafatla sakitləşdirmək istəyən şəxslər adətən intelektual insanlardır”.

    Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə yazıb.

    Məşhur müğənni oğlu Cahadın sosial şəbəkədə “Fairmont Baku” hotelində yaxalananlarla bağlı statusunun tənqid edilməsinə reaksiya verib:

    “Sözbazlıq edib, kiminsə fikrini təhrif edən bəzi insanlara təəccüb edirəm. Cahad “Fairmont Baku” hotelində bir neçə vətəndaşın etdiyi səhvi zarafatyana, istehza ilə şərhləndirib, paylaşıb. Buna görə Cahadın sözləri müəyyən insanlar tərəfindən təhrif edilib yerləşdirilib. Fəxr edirəm ki, oğlum yıxılana təpik vurmaq vərdişindən uzaqdır.

    Cahad aztəminatlı ailələrdən olan şagirdlərin pul xərcləmədən inistituta hazırlaşması üçün öz maddi gücünə hazırladığı layihə çoxlarını qıcıqlandırıb. Övladım haqqında yanlış fikir formalaşdırmaq istəyirlər. Qanun var, o insanlarla vəkil məhkəmədə danışacaq”.

  • İlham Əliyev “Fairmont”dakı karantin pozulmasından danışdı: “Baş verən o biabırçı hadisə dözülməzdir”

    “Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

    Ölkə başçısı ötən gün “Fairmont Baku” hotelində baş vermiş hadisədən də söz açıb:

    “Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir.

    Heç kim qanundan üstün deyil – istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır.

    Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.

  • В Евлахе чайхана функционировала в нарушение карантина

    Сотрудники районного управления полиции выявили на территории Евлаха чайхану, функционировавшую в нарушение особого карантинного режима.

    Об этом говорится в сообщении пресс-службы Министерства внутренних дел.

    Во время осмотра в заведении находились 12 человек, в отношении которых были составлены протоколы в соответствии с Кодексом об административных проступках АР и выписаны штрафы.

    Отметим, что 5 июля на территории района был обнаружен тренажерный зал, осуществлявший незаконную деятельность.

  • Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkarlandı

    Sərt karantin rejimi tətbiq edilən Yevlax rayonunda qanunsuz fəaliyyət göstərən çayxana aşkar olunub.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

    Obyektə baxış zamanı 12 nəfərin qayda pozuntusuna yol verdiyi aşkarlanıb və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək, onlar cərimə olunublar.

    Qeyd edək ki, ötən gün rayon ərazisində qanunsuz fəaliyyət göstərən trenajor zalı da aşkarlanmışdı.