Month: July 2020

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 6 июля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 11 562 873.

    За весь период пандемии скончался 536 841 человек, выздоровели – 6 537 764.

    Больше всего инфицированных в США (2 982 928). На 2-м месте – Бразилия (1 604 585), на 3-м – Индия (697 836). В первую пятерку также входят Россия (681 251) и Перу (302 718).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 132 569, вылечились 1 289 564 человека.

    Соседний Иран с 240 438 заболевшими занимает 11-е место, Турция (205 758) – 14-е.

    В Армении коронавирусом заразились 28 606 человек, в Грузии – 951.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 11 571 летальный исход.

    На сегодняшний день в Азербайджане подтверждены 20 324 случая инфицирования коронавирусом, 11 742 человека вылечились, 250 – скончались.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 11 562 873 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 536 841 nəfər ölüb, 6 537 764 xəstə sağalıb.

    Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (3 494 472 nəfər), ölkə isə ABŞ-dır (2 982 928 nəfər).

    Azərbaycanın sərhəd qonşusu Rusiya yoluxma sayına görə dünya ölkələri arasında üçüncü yerdən dördüncü yerə düşüb. RF-də koronavirusa yoluxan 681 251 nəfərin 10 161-i ölüb.

    Digər qonşularımızdan İranda 240 438, Türkiyədə 205 758, Ermənistanda 28 606, Gürcüstanda 951 yoluxma müşahidə edilir.

    Azərbaycanda koronavirus 20 324 nəfərdə aşkarlanıb. Virusa yoluxanlardan 250 nəfəri həyatını itirib, 11 742 xəstə sağalıb.

  • Azərbaycanda qatar yük maşını ilə toqquşdu: Sürücünün qolu qopdu – FOTO/VİDEO

    Saatlıda qatar avtomobili vurub, bir nəfər ağır xəsarət alıb.

    APA-nın məlumatına görə, hadisə Saatlı rayonunun Qarayev kəndi ərazisində, Şirvan-İmişli dəmir yolu xəttinin 28-ci km-də qeydə alınıb.

    Dəmir yolunu keçən “ATECO” markalı yük maşınını qatar vurub. Nəticədə, sürücü ağır xəsarət alıb. Yaralı sürücü qolunun travmatik amputasiyası vəziyyətində təcili tibbi yardımla Şirvan xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.




  • Karantin rejimində Şamaxıya gələn sürücü və sərnişinlər polisdən yayına bilmədi – VİDEO

    Şamaxıya gələn sürücü və sərnişinlərə qarşı reyd keçirilib.

    Kimisi evdən çıxarkən icazə aldığını bildirir, kimisi də müvəqqəti yaşayış yerinin rayonda olduğunu deyir.

    Bu cür bəhanələrlə qanundan boyun qaçırmağa çalışanları polis aşkarlayıb.

  • Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladı

    Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından bu gündən M1, M2, M3, M4, M5, M6 və M7 ekspress xətlərinin fəaliyyəti bərpa olunur.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki, əvvəllər olduğu kimi, saat 07:00-dan 20:00-dək müəyyən edilib.

    Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun olaraq tənzimlənəcək.

  • Şirvanda 28 yaşlı şəxsi bıçaqladılar

    Şirvan sakini bıçaqlanıb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Cəfərov Hikmət Həsənağa oğlu qarın nahiyəsindən bıçaq yarası, başından isə küt alət zərbəsi ilə Şirvan Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

    Bildirilir ki, həmin şəxsə xəsarətlər yaşadığı yataqxanada münaqişə zamanı yetirilib.

    Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Задержан оскорбивший журналистов нарушитель карантина в отеле Fairmont – ФОТО/ВИДЕО

    Определилась личность одного из нарушителей карантина среди отдыхающих в отеле Fairmont Baku, позже оскорбившего журналистов за публикацию видеокадров этого отдыха.

    Как стало известно, нарушителем является житель Джалилабадского района Исмаил Бабаев, 1992 года рождения.

    Он уже задержан сотрудниками полиции.

    И.Бабаев привлечен к ответственности в соответствии с Кодексом об административных правонарушениях Азербайджана.

    Отмечается, что задержанный является сыном бизнесмена Фатуллы Бабаева.

    В прошлом году И.Бабаев устроил на своем автомобиле марки Mercedes Gelandewagen в Наримановском районе аварию, в результате которой три других автомобиля пришли в непригодное состояние.




  • “Fairmont Hotel”də karantini pozan və jurnalistləri təhqir edən şəxsin kimliyi bəlli oldu – FOTO/VİDEO

    Xüsusi karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən, görüntülər yayıldıqdan sonra isə jurnalistləri təhqir edən şəxsin kimliyi müəyyənləşib.

    Unikal.org-un əldə etdiyi məlumata görə, jurnalistləri təhqir edən şəxs İsmayıl Babayevdir.

    Artıq Cəlilabad rayon sakini 1992-ci il təvəllüdlü İsmayıl Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

    O, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilib.

    İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

    Əlavə olaraq bildirək ki, İsmayıl Babayev ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili ilə Nərimanov rayonu ərazisində qəza törətmiş, üç avtomobili yararsız hala salmışdı.




  • Azərbaycan üzrə sosial şəbəkələrin istifadəçi fəallığı açıqlandı

    Sosial şəbəkələrin dünya üzrə istifadəçi fəallığı açıqlanıb.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu haqda “Golabl Stats” analitik şirkəti məlumat yayıb.

    Məlumata görə, iyun ayı ərzində Feysbuk istifadəçilərinin fəallığı 74,02%, İnstaqram istifadəçilərinin 1,2%, YouTube-da 4,98%, Tvitter sosial şəbəkəsində 6,48% istifadəçi fəallığı qeydə alınıb.

    Sosial şəbəkələrin Azərbaycan üzrə istifadəçi fəallığına gəlincə isə ötən ay ərzində Feysbuk istifadəçilərinin fəallığı 37,84%, İnstaqram istifadəçilərinin fəallığı 8,49%, Tvitterdə 6,85%, YouTube şəbəkəsində isə 18,31% olub.

  • Dəfndən sonra qəbrin üzərinə su tökülməsinin mənası nədir?

    Bu, dəfnin müstəhəb əməllərindəndir. İmam Cəfər Sadiqdən (ə) “əl-Kafi” kitabında rəvayət edilən hədisə görə məzarın torpağı nə qədər ki yaşdır, ölünün qəbir əzabı təxirə salınar. Hədislərdən məlum olur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) də öz qohumlarının dəfnindən sonra bu müstəhəb əməli edirmiş. Suyu məzarın baş tərəfindən başlayıb ayaq tərəfinə kimi səpir və yenə baş tərəfə qayıdıb dövrəni tamamlayırlar. Su artıq qalsa, onu məzarın ortasına tökürlər. Adətən, bundan sonra mərhumun yaxınları əl barmaqlarını məzarın üstündəki nəm torpağa batırıb yeddi dəfə Qədr surəsini oxuyur, mərhumun ruhuna rəhmət diləyirlər. Məzara su səpmə mərasimini dəfndən sonra 40 gün ərzində təkrar etmək müstəhəbdir