Month: July 2020

  • “COVID-19 infeksiyasından sağalan şəxs bu virusa yenidən yoluxa bilər” – AÇIQLAMA

    “COVID-19-dan sağalan insan yenidən bu xəstəliyə yoluxa bilər”.

    Bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

    O bildirib ki, insanlar tərəfindən tez-tez verilən suallardan biri yenidən yoluxma təhlükəsinin olub-olmamasıdır:

    “Sosial şəbəkələrdə virusdan sağalan insanın yenidən virusa yoluxduğuna dair məlumatlar paylaşılır. Ola bilər ki, COVID-19-dan sağalan şəxs yenidən bu virusun başqa növünə yoluxsun. Ancaq bədəndə virusa qarşı immunitet yaranıbsa, virus yox olmalıdır.

    Bəlkə də, COVID-19-un digər viruslardan fərqli xüsusi cəhəti bədəndən tam təmizlənməməsi, gizli şəkildə orqanizmdə qalıb bir müddət sonra özünü yenidən büruzə verməsidir.

    Amma birmənalı olaraq virusun sağlam orqanizmdə nə qədər gizli qalacağı bilinmir. Orqanizm sona qədər virusla mübarizə aparacaq. Sonda ya virus, ya da orqanizm qalib gələnə qədər bu proses davam edəcək. İnsanlar bütün hallarda öz sağlamlıqlarını qorumalıdırlar”.
    //oxu.az

  • Qeyri-qanuni yollarla Bakıdan Qəbələyə getdilər, cəzalandırıldılar – FOTO/VİDEO

    Karantin rejimi günlərində icazələri olmadan qeyri-qanuni yollarla Bakıdan Qəbələyə gedən şəxslər inzibati məsuliyyətə cəlb edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də, sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbir görülüb.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Qəbələdə yerləşən hotellərdə, istirahət mərkəzlərində və gündəlik kirayə evlərdə qalan Bakı şəhər sakinləri müəyyən edilib.

    Həmin şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, Təhlükəsiz Şəhər Xidməti və digər texniki vasitələrin köməyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyən edilib və onların sərtləşdirilmiş karantin günlərində Bakı şəhərindən Qəbələyə gəldikləri məlum olub.

    Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimələniblər.

    Gələcəkdə bu cür qayda pozuntularının olacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. İcazələri olub, iş məqsədilə rayona ezam olunan vətəndaşlara da rast gəlinib.

    Polis əməkdaşları tərəfindən onlar planşetlə yoxlanılıb və həqiqətən də, müəyyən olunmuş müddət ərzində iş məqsədilə Qəbələyə gəldikləri aydınlaşıb. Onların hərəkətinə hər hansı məhdudiyyət tətbiq edilməyib.




  • В Дашкесане уничтожили свыше 2 тонн дикорастущей конопли

    Сотрудники Дашкесанского районного управления полиции в рамках операции Xaş-xaş-2020 обнаружили и уничтожили на территории села Качаргая 8 432 куста дикорастущей конопли общим весом 2 442 кг.

    Об этом сообщила гянджинская региональная группа пресс-службы МВД.

  • Daşkəsəndə iki tondan çox narkotik vasitə məhv edildi

    Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kəçərqaya kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, ümumi çəkisi 2 442 kq olan 8 432 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq, məhv edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda alternativ qaz xətləri yaradılır

    Bakı şəhərində bir sıra ərazilərdə mövcud qaz xətlərinə alternativ xətlərin çəkilməsinə diqqət ayrılıb.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu üsuldan istifadə etməklə müəyyən ərazilərdə hər hansı texniki problem aradan qaldırılarkən qaz təchizatının dayandırılmasını minimuma endirməyə çalışılacaq.

    Dairəvi sistem kimi işləyəcək bu xətlər qəza hadisələrinin təsirindən yaranan təchizatdakı dayandırmaların əhatə dairəsini azaldacaq. Hazırda Xəzər rayonu ərazisində 219 mm diametrli 5 800 metr uzunluğunda “Aşağı Şağan” qaz xəttinin 2 500 metrlik hissəsi əsaslı təmir olunur.

    2003-cü ildə istifadəyə verilən bu xətlə qaz alan Buzovna, Şağan, Şüvəlan və Mərdəkan qəsəbələrinin təqribən 19 min abonenti tez-tez təchizatdakı problemlərdən narahatlıqlarını ifadə edirdilər. Həmin xəttin böyük hissəsi torpaq altında qalıb, dirəklərdən düşmüş vəziyyətdədir.

    Son 17 il ərzində adları çəkilən qəsəbələrdə aparılan tikinti işləri, yol çəkilişləri zamanı “Aşağı Şağan” qaz xəttinin çox hissəsi torpaq altına düşdüyündən korroziyaya uğrayıb. Onu da qeyd edək ki, haqqında danışılan qaz xətti Sabunçu rayonunda hər hansı səbəbdən qaz verilişində fasilə yaranarsa, alternativ xətt kimi istifadə ediləcək.

    Belə ki, fasilələr zamanı bu rayonda Bilgəh, Pirşağı və Kürdəxanı qəsəbələrinin təqribən 15 min abonentinin ehtiyaclarını “Aşağı Şağan” qaz xətti ilə ödəmək mümkün olacaq.

  • Avropada koronavirusa qarşı dərmanın istifadəsinə icazə verildi

    h

    Avropa Komissiyası (AK) cümə günü antiviral dərman “Remdesivir”in COVID-19-un müalicəsi üçün Avropa İttifaqı ölkələri arasında istifadəsini təsdiqləyib.

    “İnterfax” bu barədə AK-nın səhiyyə məsələləri üzrə nümayəndəsi Stella Kiriakidisin açıqlamasına istinadla xəbər yayır.

    O, qeyd edib ki, COVID-19-un müalicəsi üçün ilk (Aİ-də) dərmanının təsdiqlənməsi virusa qarşı mübarizədə vacib addımdır.

    “Remdesivir”in istifadə icazəsi “Avropa Dərman Agentliyi”nin 12 yaşdan yuxarı pnevmoniyadan əziyyət çəkən və oksigen dəstəyinə ehtiyacı olan xəstələrin müalicəsində istifadəsinə şərti icazəsindən sonra baş verdi.

    Dərmanın effektivliyinin qiymətləndirilməsi əsasən, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun dəstəyi ilə aparılan tədqiqatın nəticələrinə əsaslanır.

    Qeyd edək ki, ABŞ mayın əvvəlində “Remdesivir”dən xəstəxanalarda koronavirus xəstələrinin müalicəsi üçün istifadəyə icazə verib. Sonra dərmanın istifadəsi Yaponiya və Cənubi Koreyada təsdiq edilib.

  • Yaponiyada sel fəlakəti: İnsanlar evlərin damında kömək gözləyir

    Yaponiyanın cənub-qərbindəki Kumamoto prefekturasının sakinləri güclü yağış səbəbindən evlərindən çıxa bilmirlər.

    NHK xəbər verir ki, çarəsiz qalan insanlar bununla bağlı “Twitter” hesablarında yazaraq, kömək istəyiblər.

    Leysan yağışları çayın daşmasına, sel və torpaq sürüşməsinə səbəb olub. Buna görə də təbii fəlakət bölgəsində olan yaponlar evlərin damlarına çıxmaq məcburiyyətində qalıblar.

    Ən çox mesaj kiçik Hitoyosi şəhərindən göndərilib. Xilasetmə xidməti kimi fəaliyyət göstərən şəhər yanğınsöndürmə idarəsinə kömək istəyənlərdən yüzdən çox mesaj gəlib.

    Hazırda 10 min əsgər fəlakət yerinə göndərilib. İlkin məlumatlara görə, iki nəfərin vəziyyəti ağırdır. Prefekturanın daha 13 sakini ilə əlaqə saxlamaq mümkün olmayıb.

    Yaponiyanın Kumamoto və Kaqosima prefekturalarında güclü leysan yağışları səbəbindən 200 min nəfərin təxliyyə olunacağı elan edilib.

  • BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? – RƏSMİ

    “Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından artıq neçənci dəfədir COVID-19-a qarşı test nümunələri götürülür, bu, ilk dəfə deyil”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

    Bildirilib ki, mütəmadi olaraq əməkdaşlardan COVID-19-a qarşı test götürülür:

    “Burada heç bir qeyri-adi hal yoxdur. Bu, pandemiya dövründə tətbiq edilən prosedur qaydasıdır. Fəaliyyətimizlə əlaqədar olaraq daim ərazilərdə, reydlərdə oluruq. İşçilərin sağlamlığının qorunması məqsədilə bu tədbirlər görülür. Bu günə qədər aparılan testlərdə heç bir əməkdaşımızda koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

    Xatırladaq ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən orada çalışan 50-yə yaxın əməkdaşdan koronavirus testi götürülməsi üçün Səhiyyə Nazirliyinə müraciət ünvanlandığına dair məlumatlar yayılmışdı.

  • Hacıqabulda 62 yaşlı qadın daşla döyüldü

    Hacıqabul sakini evində daşla döyülüb.

    APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Qarasu kəndində qeydə alınıb.

    Naməlum şəxs sözügedən kəndin sakini, 1958-ci il təvəllüdlü Şıxəliyeva Gülüstan Həbulla qızının yaşadığı evə daxil olaraq, onu daşla amansızcasına döyüb.

    Yaşlı qadın çoxsaylı ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qadına hücum edən şəxs Hacıqabul polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Оштрафованы 5 человек, отмечавших день рождения на даче в Баку – ВИДЕО

    Сотрудники Управления полиции Сабаильского района Баку задержали пятерых граждан, отмечавших на даче, расположенной на пересечении улиц Т.Эльчина и Г.Сеидбейли, день рождения, несмотря на карантинный режим.

    Как говорится в сообщении Главного управления полиции столицы, в отношении них в соответствии со статьей 211 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режима) Кодекса об административных проступках АР составлен протокол и назначен штраф в размере 200 манатов.