Month: July 2020

  • Bakıda ağır qəza: Yarışan taksi sürücülərindən biri idarəetməni itirdi və… – VİDEO

    Paytaxtın Neftçilər prospektində baş verən yol nəqliyyat hadisəsi kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, “Azneft” dairəsi istiqamətində hərəkətdə olan iki taksi sürücüsü yarışan zaman onlardan biri idarəetməni itirir..

    Həmin avtomobil digər maşına dəyərək “Four Seasons” otelinin qarşısındakı iki nəqliyyat vasitəsinə çırpılır, daha sonra otelin girişinə dəyərək dayanır.

    İkinci taksi sürücüsü isə “Azneft” dairəsinə tərəf gedir.

    Həmin görüntüləri təqdim edirik:

  • Hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata və qonaqları cəzalandırıldı – FOTO

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə övladının hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən ata inzibati məsuliyyətə cəlb edilib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının rayon ərazisində pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində Hacıhətəmli kənd sakini Ədalət Kərimovun öz həyətində məclis təşkil etdiyi müəyyən olunub.

    Polis əməkdaşları tərəfindən həmin məclis dayandırılıb və karantin qaydalarının pozulmasına görə, orada olan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


  • Sumqayıtda kafenin icarədarı həbs edildi, 11 müştəri cərimələndi – FOTO

    Sumqayıt şəhərində sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

    Baku TV xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 45-ci məhəllədə “Tac” kafesinin icarədarı Elvin Arif oğlu Hüseynov və 11 müştəri inzibati məsuliyyətə cəlb olunub.

    Ümumilikdə 12 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 25 sutka həbs edilib, digərləri cərimə olunublar.

  • Yeni salınmış şəhərciyin bitməyən problemləri – VİDEO

    Suraxanı rayonun Quşçuluq fabriki adlanan ərazisində yeni salınmış şəhərcik. O şəhərcik ki, adından göründüyü kimi heç konkret ünvanı da yoxdu.

    Burada lazım olan yeri tapmaq sözün əsl mənasında adamda məharət istəyir ki, deyəsən onu da biz bacarmışıq. Gələk əsas məsələyə.

    Şəhərciyin sakinlərinin problemləri saymaqla bitmir. 300-dən çox ailə yolsuzluqdan, məktəbsizlikdən, kanalizasiya, rabitə və internet xəttinin olmamasından əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, indiyə qədər yaşadıqları yerdə avtobuslar fəaliyyət göstərirmiş. Lakin sonradan nə baş verdisə, avtobuslar da onlardan üz döndərib.

    Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Xanoğlan Allahverdiyev bildirdi ki, problemdən xəbərdardırlar.

    Onun sözlərinə görə, həmin yaşayış massivindəki problemlər dövlət proqramına uyğun olaraq aradan qaldırılacaq.

    Biz də ümid edək ki, aidiyyatı qurumlar sadalanan problemləri həll edəcək, yaxud ən azından həll etmək üçün səy göstərəcəklər.

    Məsələ ilə bağlı Baku TV-nin hazırladığı süjeti təqdim edirik:

  • Azərbaycana qanunsuz avtomobil hissələri gətirmək istəyən saxlanıldı

    Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Məlumata görə, şifahi sorğu-sual zamanı sürücü idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

    Lakin yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada bəyan olunmayan, ümumilikdə altı adda 18 ədəd avtomobil ehtiyat hissələri aşkar ediblər.

    Faktla bağlı araşdırma aparılır.

  • İcra hakimiyyətindən Biləcəri sakinlərinin etirazına cavab: “Tədbirlər görüləcək”

    Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri qəsəbədə yaranmış gigiyenik problemlərlə üz-üzədir.

    Əraziyə axıdılan kanalizasiya və çirkab suları yaşayış zonasının yaxınlığından keçdiyi üçün sakinləri ciddi narahat edir. Sakinlər məsələ ilə bağlı bir neçə dəfə müvafiq qurumlara, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edildiyini desələr də, heç bir tədbir görülmədiyini qeyd ediblər.

    Mövzu ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tədbirlər görüləcək:

    “Kanalizasiya xətlərinin çəkilməsi və çirkab sularının qarşısının alınması məqsədilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yaşayan sakinlərin RİH-ə ünvanladığı şikayətə əsasən, tərəfimizdən “Azərsu” ASC qarşısında məsələ qaldırılıb. Aidiyyəti qurum tərəfindən isə müraciətimizə müvafiq cavab ünvanlanıb. Cavabda qeyd olunub ki, həmin ərazidə yeni xətlərin çəkilməsi məqsədilə layihələndirmə işlərinə başlanılıb. Problemin aradan qaldırılması istiqamətində işlərin görüləcəyi bildirilib”.

  • В Баку четверо новорожденных заразились коронавирусом от врачей – Подробности

    В отделение неонатологии Учебно-хирургической клиники Азербайджанского медицинского университета (АМУ) в Баку помещены инфицированные коронавирусом новорожденные и беременные женщины. Они находятся под особым контролем.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, об этом сказала завотделением Айгюн Рустамханлы.

    “16 детей, родившихся от женщин с положительным COVID-19, в настоящее время находятся в отделении под наблюдением врачей. 12 из них родились в нашей клинике, а четверо – переведены из других. Причиной перевода четверых новорожденных в нашу клинику стало обнаружение коронавирусной инфекции после их появления на свет. Они заразились от медиков, принимавших роды”, – сказала она.

    А.Рустамханлы добавила, что у 12 родившихся в Учебно-хирургической клинике малышей COVID-19 не обнаружен.

  • Bakıda kişi oğurladığı dibçəyi kafeyə geri qaytardı – VİDEO

    Bakıda orta yaşlı kişi bir müddət öncə oğurladığı dibçəyi kafeyə geri qaytarıb.

    Bununla bağlı görüntülər kafe sahibi tərəfindən sosial şəbəkədə paylaşılıb:

    “Dostlar, ictimai qınaq, sizin köməkliyiniz nəticə verdi. “Qəhrəmanımız” oğurladığı dibçəyi dünən yerinə qoyub. Ümid edirəm, bu ona və onun kimilərə böyük dərs olar”.

    Həmin görüntüləri təqdim edirik:

  • В Самухе оштрафовали организаторов поминок – ФОТО

    Информация об организации поминального мероприятия в селе Колайыр поступила 4 июля в Самухское РУП.

    Как сообщили в гянджинской региональной группе пресс-службы МВД Азербайджана, организаторы мероприятия были задержаны и доставлены в отделение полиции.

    В ходе расследования было установлено, что жительница села Колайыр Халига Гусейнова установила палатку во дворе своего дома для проведения поминок своей 96-летней матери, которая скончалась 2 июля. В этом ей помогал супруг Икрам Аббасов, а также родственники Вусал и Джейхун Гусейновы.

    В отношении задержанных были составлены протоколы по статье 211 Кодекса об административных проступках. Нарушители карантинного режима были оштрафованы на 200 манатов.






  • Vəfat edən 96 yaşlı anasına yas mərasimi vermək istədi, tutuldu – FOTO

    İyulun 4-də Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək, yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

    Araşdırmalarla məlum olub ki, rayonun Kolayır kənd sakini Xaliqə Hüseynova iyul ayının 2-də vəfat edən 96 yaşlı anası Həmidə Zeynalovanın “3 mərasimi” üçün həyətində çadır quraraq ehsan vermək istəyib. Bu işdə X.Hüseynovaya həyat yoldaşı İkram Abbasov, qohumları Vüsal və Cehun Hüseynovlar kömək edib.

    Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.