Month: July 2020

  • Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb

    Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində naməlum şəxs qəsəbə sakini, 1990-cı il təvəllüdlü N. Ağayevi bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

    Sabunçu rayon Polis İdarəsinin 15-ci il Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vəfadar Rəsulov tutulub.

    Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

  • Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

    Rusiyada koronavirusa yoluxanların sayı 670 min nəfəri keçib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 6 632 nəfər virusa yoluxub, 168 nəfər isə həyatını itirib.

    Bu günə qədər Rusiyada 674 515 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 10 027 nəfərə çatıb.

    Ölkə ərazisində ümumilikdə 446 879 nəfər virusdan sağalıb, 217 609 nəfərin müalicəsi isə davam edir.

  • Xarici İşlər Nazirliyi ABŞ-ı təbrik edib

    Xarici İşlər Nazirliyi ABŞ-ı 4 iyul Müstəqillik günü münasibətilə təbrik edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində yazılıb.

    Təbrikdə deyilir: “Biz ABŞ-ı 4 iyul Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirik. Son 30 il ərzində Azərbaycan və ABŞ uğurlu əməkdaşlıq əlaqələri birləşdirib. Bu əlamətdar gündə biz dost Amerika xalqına möhkəm sağlamlıq və rifah arzu edirik”.

  • Qurban bayramında Əfv sərəncamı olacaqmı?

    “Qurban bayramında Əfv sərəncamının verilməsi real görünmür”.

    Bu barədə Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, buna səbəb koronavirusla əlaqədar bir-birinin ardınca Əfv sərəncamlarının verilməsidir:

    “Əfv sırəncamının verilməsini həmişə gözləyirik. Amma bu barədə heç bir məlumat yoxdur. Bilirsiniz ki, koronavirusla bağlı yaşı 60-dan keçən və həbs müddətinin bitməsinə az qalan məhbuslar azad olunub. Buna görə də bu Qurban bayramında Əfv sərəncamının olacağını gözləmirəm”.

  • Səudiyyə Ərəbistanındakı azərbaycanlıların təxliyyəsinə başlanılır

    “Səudiyyə Ərəbistanı Krallığında müvəqqəti və daimi əsasda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının ölkəmizə təxliyə olunması ilə əlaqədar 10 iyul 2020-ci il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Ər-Riyad-Bakı istiqaməti üzrə birbaşa çarter reysinin təşkil olunması planlaşdırılır”.

    Bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi məlumat yayıb.

    Məlumatda çarter reysi ilə vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarından təcili səfirliklə əlaqə saxlamaları xahiş olunub.

    Qeyd edilib ki, AZAL-ın qaydalarına uyğun olaraq, sözügedən çarter reysinə yalnız koronavirus (COVİD-19) testindən keçmiş və nəticəsi neqativ olan sərnişinlər buraxılacaq (koronavirus testinin keçirilməsini təsdiq edən arayış reysin uçuşundan ən geci 48 saat əvvəl alınmalıdır).

    AZAL-ın yeni qaydalarına əsasən, yalnız qadın əl çantasının və kişi portfelinin, yaxud 35x35x10 sm ölçüdən böyük olmayan portativ kompüter üçün çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj, bölməsinə təhvil verilməlidir. “Duty Free” mağazalarından alınan əşyaların da təyyarənin əl yükü qismində daşınması qadağandır.

    Uçuşun şərtləri və digər təfərrüatları ilə bağlı məlumatın əldə edilməsi üçün səfirliyə müraciət etmək xahiş olunur.

    +966 11 419 2382

    riyadh@mission.mfa.gov.az

  • Azərbaycanda vəzifəli şəxsin ailəsində faciə: Bir həftədə iki qardaşı vəfat etdi

    “Azərsu” ASC-nin şöbə rəisinin müavinin ailəsinə ağır itki üz verib.

    Bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

    O qeyd edib ki, hadisə bir həftə ərzində baş verib:

    “Qurumun müraciətlərlə iş şöbəsinin rəis müavini Heydər Abbasov bir həftə ərzində iki qardaşını itirib. Onlardan biri ürək tutmasından vəfat edib. Ağır itkidir, ailəsinə baş sağlığı veririk.

    H.Abbasov dəfnlə əlaqədar rayondadır. Mərhumların hər ikisi Şəmkirin Çənlibel kəndində torpağa tapşırılıb”.

  • Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT

    Füzuli, İmişli, Ağcabədi və Goranboy rayon sakinlərinin su ilə bağlı şikayətlərinə rəsmi münasibət bildirilib.

    Bununla bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

    Bildirilib ki, Füzuli rayonunun Alxanlı kənd sakini Kamal Quliyevin transformator yarımstansiyasının olmaması səbəbindən kənd ərazisində mövcud olan, istismarı dayandırılmış subartezian quyusuna yeni transformatorun quraşdırılması ve enerji şəbəkəsinə qoşulması barədə müraciəti araşdırılıb. Müəyyən edilib ki, əvvəllər mövcud olmuş trasformator yarımstansiyasının “Azərişıq” ASC-nin yerli qurumunun balansında olduğu müəyyən edilib.

    “Azərişıq” ASC ilə aparılmış danışıqların nəticəsi olaraq, həmin quyu üçün transformator yarımstansiyası ayrılıb və hazırda quraşdırma işləri aparılır. Quyunun günün sonunadək işə salınması nəzərdə tutulub. Məlumat üçün bildiririk ki, həmin quyunun ətrafında olan sahələr əvvəllər Köndələnçay vasitəsilə suvarılıb. Hazırda çayda su olmadığından quyunun bərpasına zərurət yaranıb.

    Bundan başqa, İmişli rayonunun Xoşçobanlı kəndinin bir qrup sakininin su təminatı ilə bağlı müraciətləri ilə əlaqədar olaraq bildirilib ki, kəndin 820 hektar torpaq sahələri başlanğıcını Cənubi Muğan kanalından götürən Qızılarx kanalı vasitəsilə suvarma suyu ilə təmin edilir. Həmin kanal rayonun 24 kəndinin 10800 ha sahəsinə xidmət edir. Hazırda kanala saniyədə beş kub metr su verilir və həmin su limit əsasında proporsional olaraq kəndlər arasında bölünür. Xoşçobanlı kəndinə limitə uyğun su verilir və su təminatında çətinlik yoxdur.

    Eyni zamanda Ağcabədi rayonun Afşar və Qaradolaq kəndlərinin sakinləri tərəfindən daxil olan müraciətlər araşdırılıb. Qeyd edilib ki, bu kəndlərin əkin sahələrinin su təminatı əsasən başlanğıcını Araz çayından götürən Yeni Xanqızı kanalı vasitəsilə həyata keçirilir. Bu kanal vasitəsi ilə rayonun səkkiz kəndinin 14000 hektara yaxın, o cümlədən Afşar kəndinin 2100 ha və Qaradolaq kəndinin 2283 ha sahələri su ilə təmin edilir. Hazırda kanal vasitəsi ilə rayona saniyədə iki kub metr su verilir və su bölgüsü qrafiki əsasında kəndlər arasında paylanılır. Suyun miqdarı az olduğundan suvarmada gecikmələr yaranır. Su təminatına köməklik göstərilməsi məqsədi ilə Cəmiyyətin nümayəndəsi rayona ezam edilib. Hazırda Araz çayında su sərfiyyatı müəyyən qədər artdığından Yeni Xanqızı kanalı vasitəsi ilə Ağcabədi rayonuna verilən suyun miqdarının saniyədə üç kbm çatdırılması üçün tədbirlər görülür. Günün sonuna suyun verilməsi təmin ediləcək.

    Bununla yanaşı, Goranboy rayonun Kələk kənd sakinləri Nəbi İbrahimov, Yaqub Əliyev və Qaramusalı kənd sakini Şəmsəddin Mirzəyevin müraciətləri barədə bildirilib ki, rayonun Kələk kəndi ərazisində Cəmiyyətin yerli istismar idarəsinin balansında 13 ədəd subartezian quyusu var və bu quyular hazırda işlək vəziyyətdədir. Lakin quyulardan ikisi uzun müddət istismarda olduğundan məhsuldarlıqları xeyli azalıb və təlabatı tam ödəmir. Rayonun Qaramusalı kəndində istismarda olan 25 ədəd quyu işlək vəziyyətdədir. Onlardan üçünün məhsuldarlığı azalıb. Sakinlər həmin quyuların ətrafında yeni quyu lüləsinin (kolunun) qazılmasını xahiş edirlər. Məlumat üçün bildiririk ki, cari ildən rayon ərazisində məhsuldarlığı azalmış quyulardan 10 ədədinin, o cümlədən Kələkdə bir və Qaramusalıda bir ədədinin yanında yeni quyu lüləsinin (kolunun) qazılması nəzərdə tutulub, bu quyulardan ikisində qazma işləri başa çatdırılıb və ilin sonunadək digər quyularının qazılması təmin ediləcək.

  • В Нур-Султане приостановят движение общественного транспорта из-за коронавируса

    Движение общественного транспорта в казахстанской столице из-за ситуации вокруг коронавируса будет приостановлено ориентировочно на две недели. Об этом сообщила 4 июля пресс-служба городской транспортной компании Сity Transportation Systems, пишет ТАСС.

    “Согласно постановлению главного государственного санитарного врача города Нур-Султана, с 5 июля приостанавливается движение общественного транспорта (ориентировочно на две недели). О возобновлении движения будет сообщено дополнительно”, – говорится в сообщении, опубликованном на странице компании в Facebook.

    По ее данным, в течение этого времени будет проводиться тщательная дезинфекция автобусов и автопарков.

  • Qazaxıstanın paytaxtında ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyuldu

    Koronavirus pandemiyası səbəbindən Qazaxıstanın paytaxtı Nur-Sultanda ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyulub.

    TASS xəbər verir ki, bu barədə şəhər nəqliyyat sistemini idarə edən “City Transportation Systems” şirkətininin mətbuat xidməti məlumat yayıb.

    Şirkətin məlumatına əsasən, bu müddət ərzində avtobuslarda və ictimai nəqliyyat vasitələri parkında dezinfeksiya işləri aparılacaq.

  • Şəmkirçay su anbarında bir nəfər batdı

    Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında şəxsiyyəti hələlik məlum olmayan bir nəfər batıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar xəttinə bu barədə məlumat daxil olub.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.