Month: July 2020

  • Azərbaycan koronavirusa qarşı yeni dərmanlar sifariş verdi

    “Virusa qarşı olan bir neçə dərman preparatı var. Amma onların adlarının çəkilməsi onların kütləvi alınması ilə bağlı hallar var. Halbuki dərmanların istifadəsi ciddi fəsadlar verə bilər”.

    Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

    O qeyd edib ki, elə dərman olur ki, onların tibb müəssisəsində istifadəsi belə risklidir:

    “Xəstəxanalarda istifadə olunan dərman sayı yetərlidir. Bir neçə dərman da sifariş verilib. Evdə müalicədə hansı dərmanlar istifadə oluna bilərsə, xəstələrə veriləcək. Dərman qıtlığı olsa belə, əczaçılıq şirkətləri qarşısında tələb və təkliflər qoyulub. Hər hansı xəstənin süni tənəffüs sisteminə qoşulmasında gecikmə qəti şəkildə yarana bilməz. Özəl müəssisələrlə əməkdaşlıq edilir. Bir sıra hallarda KT müayinəsi aparılır və evdə müalicə edilir. Bəzən xəstə boğulma ilə xəstəxanaya daxil olur. Ona görə bu işdə hər kəs həmrəy olmalıdır”.

  • Şəhər daxilində postların ləğv edilməsinin məqsədi açıqlandı

    “Şəhər daxilində postların ləğv edilməsinin məqsədi vətəndaşlar arasında müşahidə edilən sıxlığın aradan qaldırılmasıdır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib

    Ş.Mövsümov qeyd edib ki, hazırda əsas diqqət vətəndaşların daha sıx olduğu mağaza və marketlərə yönəldilir.

    O, həmçinin, deyib ki, sabahdan etibarən beş nəfərdən çox toplaşma halı müəyyən ediləcəksə, qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
    //oxu.az

  • Pandemiyadan zərər çəkən sahələrin siyahısına yenidən baxılacaq – RƏSMİ

    “Ölkədə pandemiya ilə bağlı zərər çəkən sahələrin müəyyənləşdirilməsi prosesi davam edir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

    O bildirib ki, ilk növbədə zərər çəkmiş sahələrə dəstək göstərilib:

    “Növbəti mərhələdə bu dəstək davam etdiriləcək. Zərər çəkən sahələrin siyahısına dəyişiklik nəzərdə tutulur. Bu istiqamətdə işlər gedir, pandemiya davam edir, zərər çəkən sahələr də müəyyənləşdirilir”.
    //oxu.az

  • TƏBİB sədri koronavirusun müəyyənləşdirilməsinin gecikdirilməsindən danışdı

    “Xəstəliyin inkişaf etdiyi mərhələdə testlər virusu müəyyən edə bilmir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

    O bildirib ki, bu, xəstəliyin müəyyənləşdirilməsi üçün müraciətlərin gecikdirilməsi ilə bağlıdır:

    “Hətta həkimlər arasında da bu səhvə yol verənlər var. Xəstəlik gecikdiriləndə yuxarı tənəffüs yollarından keçərək, ağciyərlərə təsir edir. Bu səbəbdən də onu KT müayinəsi zamanı aşkarlamaq olur”.

  • Yoluxanların 57 faizi Bakının payına düşür – RƏSMİ

    “Ümumi yoluxanların 57 faizi Bakının payına düşür”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

    Onun sözlərinə görə, göstəricilərə görə yoluxanların 15 faizi Sumqayıtın, 6 faizi Abşeronun, 3 faizi isə Gəncənin payına düşür:

    “Rayonlarda xəstəxanaların doluluq nisbəti 25-30 faiz olduğu halda, paytaxtda bu, 80-90 faiz təşkil edir”.
    //oxu.az

  • Bakı metrosunun yenidən bağlanması problem yaradacaq? – AÇIQLAMA

    “Bakı metrosunda 170 minə yaxın sərnişin daşınırdı”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

    Ş.Mövsümov bildirib ki, bu sayın azalması üçün ekspress marşrutlar istifadəyə verilib:

    “Bu proseslər daha əvvəlki dövrdə tətbiq edildi. İnsanların zərurət olmadığı təqdirdə paytaxtın bir rayonundan digərinə getmələrinin qarşısını almaq üçün nəzarət gücləndirildi. Odur ki, bu gün metronun yenidən bağlanmasının ciddi problem yaratmayacağını düşünürük”.

    O qeyd edib ki, avtobuslarda sıxlığın yaranmaması üçün sərnişinlər səbrli olub, digər avtobusların gəlməsini gözləyə bilər.
    //oxu.az

  • Prezidentin köməkçisi: “Yoluxan şəxsin bilə-bilə SMS icazə alması cinayətdir”

    “Yoluxan şəxs bilə-bilə SMS icazə alıb və ya hər hansı şəkildə küçəyə çıxırsa, bu, cinayət kimi qiymətləndirilir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

    Ş.Mövsümov bildirib ki, həmin şəxslərə özlərini təcrid etmələri barədə məlumat verilirsə, ona birmənalı şəkildə riayət edilməlidir:

    “Bu, birbaşa məsuliyyət məsələsidir. Bu qaydaları bilərək pozan şəxslər cinayət məsuliyyəti daşıyır. Artıq bununla bağlı bəzi məlumatlar da paylaşılıb”.

  • “Yoluxmuş şəxslərin evlərini tərk etməsi düzgün deyil” – AÇIQLAMA

    “Yoluxmuş şəxslərin evlərini tərk etməsi düzgün deyil”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

    R.Bayramlının sözlərinə görə, testlərin aparılması koronavirus xəstələri ilə ünsiyyətdə olan şəxslərin yoxlanılmasıdır:

    “Əgər şəxslərdə yoluxma aşkarlanıbsa, onlara təlimatlar verilir və onlardan buna əməl etmələri tələb olunur. TƏBİB nümayəndəliyi onların hər birinə nəzarət edə bilməz”.

    R.Bayramlı simptomsuz yoluxan şəxslərin də yoluxma sayının artırdığını deyir.

  • Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA

    “Narıncı zonaya daxil olan ərazilərdə 190 manatın verilməsinə başlanılacaq”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

    O bildirib ki, karantin rejimi dövründə mərhələli şəkildə 190 manatın verilməsi təmin ediləcək.

  • SMS icazə sistemində yenilik edildi – RƏSMİ

    “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib”.

    Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

    Onun sözlərinə görə, “İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə yeniliklər edilib:

    “Belə ki, 8103 SMS icazə sistemi üzərindən müvafiq kodlar üzrə icazə alarkan cavab mesajında şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də əks olunur. Bu eyni nömrədən müxtəlif vəsiqə üzrə icazə alan vətəndaşlar arasında çaşqınlıq hallarının yaranmaması, hansı vəsiqə üzrə icazənin verildiyini dəqiq müəyyən etməkdə kömək edir.

    İcaze.e-gov.az portalında isə 5 iyul tarixinə qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq.

    Fəaliyyətinə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə icazə verilən sahələr üzrə çalışan əməkdaşların isə 20 iyul tarixinədək icazələrini işəgötürənlər özləri nəzərdə tutduqları qrafikə uyğun bu gündən aktivləşdirəcə biləcəklər.

    Bundan başqa, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyətlərinin icazə.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icazə.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur.

    Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir. Əgər əməkdaşın aktiv icazəsi yoxdursa, bu zaman “İcazələr” bölməsinə daxil olaraq “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır”.

    O qeyd edib ki, “İcazələrin Alınması və Monitorinqi Sistemi” TƏBİB-in elektron sisteminə inteqrasiya olunduğundan koronavirusa yoluxmuş vətəndaşlar 8103 SMS icazə sistemindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilmirlər:

    “Həmin vətəndaşlar sağaldıqdan və karantin müddəti bitdikdən sonra onun icazəsinə sistem üzərindən qoyulmuş qadağa aradan qaldırılır. “İcazələrin Alınması və Monitorinqi Sistemi” Dövlət Sərhəd Xidmətinin elektron sisteminə də inteqrasiya olunub. Digər ölkələrdən Azərbaycana gələnlər nəzərdə tutulan karantin müddəti bitənə qədər 8103 SMS xidmətindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilməyəcəklər. Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

    Ətraflı məlumat üçün 9108 “Çağrı” Mərkəzi ilə əlaqə saxlamaq mümkündür”.