Month: July 2020

  • 85 min nəfərin icazəsi ləğv edildi – RƏSMİ

    “İki həftəlik karantin rejimi dövründə 66 minə yaxın müraciət daxil olub”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

    Onun sözlərinə görə, dövlət və özəl sektor tərəfindən 700 minə yaxın icazə alınıb:

    “Araşdırma zamanı müəyyən olunub ki, icazə hallarından sui-istifadə edilib. Bu səbəblə 85 minə yaxın icazə silinib və aidiyyəti orqanlara bununla bağlı məlumat göndərilib.

    Nazirlər Kabinetinin qərarında sahəyə uyğun şəxslərə icazələrin verilməsinə qərar verilib. Xahiş edirik, bunu nəzərə alsınlar. İş olmayan zamanda icazədən sui-istifadə etmək olmaz”.
    //oxu.az

  • В Азербайджане выявлено 583 новых случая инфицирования COVID-19, скончались еще семь человек

    В Азербайджане за сутки выявлено 583 новых случая инфицирования коронавирусом, еще 395 человек вылечились и были выписаны домой.

    Об этом 3 июля сообщает оперативный штаб при Кабинете министров.

    В последние 24 часа от COVID-19 скончались еще семь человек.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 19 267 человек, 235 из которых скончались, 10 820 – излечились, 8 212 – продолжает проходить лечение в больницах особого режима.

    В республике на сегодняшний день проведено 502 965 тестов (за последние 24 часа – 7 137) на COVID-19.

  • Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, yeddi nəfər vəfat etdi – RƏSMİ

    “Azərbaycanda bu gün 583 nəfərdə yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

    Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib, sağalanların sayı isə 395 nəfərə çatıb.

    Sutka ərzində bütün ərazilər üzrə yoluxma hallarının müəyyənləşdirilməsi üçün 7 min 137 test icra olunub.

  • Стало известно, какие такси смогут работать в рамках строгого карантина по выходным дням

    Стало известно, какие машины такси смогут работать в выходные дни.

    Об этом АПА сообщил начальник отдела по связям с общественностью Главного управления Государственной дорожной полиции Кямран Алиев.

    Он отметил, что в рамках строгого карантинного режима в выходные дни будет разрешена деятельность такси, у которых есть лицензия и отличительный знак.

    Информация о них должна быть внесена на портал icaze.e-gov.az, а в салоне – установлена прозрачная перегородка между водителем и пассажирами.

    “В отношении лиц, занимающихся незаконной деятельностью такси, будут приняты меры в соответствии с законодательством”, – отметил К.Алиев.

    Отметим, согласно решению оперативного штаба при Кабинете министров, в городах и районах, где введен особый карантинный режим, в выходные дни движение общественного транспорта будет ограничено.

  • Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlandı

    Həftəsonları hansı taksilərin fəaliyyət göstərəcəyi məlum olub.

    Bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

    O bildirib ki, həftəsonu tətbiq ediləcək sərt karantin rejimi dövründə lisenziyası, fərqlənmə nişanı olan, “icaze.e-gov.az” portalında şəxsi məlumatları daxil edilən, avtomobilində xüsusi şəffaf arakəsmə olan taksilərin fəaliyyətinə icazə veriləcək:

    “Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlarda şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Qərara əsasən Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonlarında həftəsonları (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək və 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək) ictimai nəqliyyatın hərəkəti dayandırılır.

  • “Kapital Bank”dan filiallarının qarşısında çəkilmiş görüntülərlə bağlı AÇIQLAMA – FOTO

    Xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq, sosial şəbəkələrdə respublika ərazisində bankların qarşısında insanların sıx toplaşması ilə bağlı fotolar yayılır.

    Bu dəfə isə görüntülər “Kapital Bank”ın filiallarının qarşısında çəkilib.

    Fotoda vətəndaşların sosial məsafəni gözləmədən toplaşması əks olunub. Görüntülər isə sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə edilir.

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, vətəndaşların sosial məsafəyə riayət etmələri üçün filialların qarşısında xüsusi nişanlar qoyulub:

    “Filiallarımızın önündə olan növbələri Daxili İşlər Nazirliyinin əməkdaşları tənzimləyir. Bundan başqa, vətəndaşların sosial məsafəyə riayət etmələri üçün filialların qarşısında xüsusi nişanlar qoyulub. Bəzi filiallarımızın önündə qarışıq növbələr olur. Ancaq bir çox filialların qarşısında səliqəli növbələr mövcuddur. Misal üçün, Gəncə, Qubadlı, Şəmkir, Saatlı, “28 may” və digər filialların önündə olan səliqəli, sosial məsafə qorunan növbələr ötən həftə sosial şəbəkələrdə geniş müzakirə olundu. Bütün bu baş verənlər müvəqqətidir. Ümid edirik ki, tezliklə ölkədə tətbiq edilən xüsusi karantin rejimi bitəcək və biz əvvəllər olduğu kimi öyrəşdiyimiz iş şəraitinə qayıdacağıq”.

    P.Sədrəddinov onu da əlavə edib ki, bu ilin mart ayından başlayaraq, koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkədə xüsusi karantin rejimi tətbiq olunub. Bununla da bir sıra yerlər kimi, bank filiallarında da sosial məsafəyə riayət olunması, qapalı məkanlarda insan sıxlığının aradan qaldırılması və bəzən qeyri-iş günlərində, həmçinin, bayramlarda filialların işləməməsi tövsiyə olunur:

    “Hazırda filiallar önündə olan növbələrə gəlincə isə bildirirəm ki, ölkə üzrə olan 120-dək xidmət nöqtəmizdə yalnız əməkdaşların 50%-i işə çıxır. Yəni filialda əməliyyat üzrə əvvəl təqribən yeddi əməkdaş var idisə, hazırda bu sahəyə üç əməkdaş cəlb olunub. Digər tərəfdən may ayında bağlanan banklarda qorunan əmanətlərin qaytarılmasını qeyd edə bilərəm. Bakı şəhəri üzrə “AtaBank” və “Amrahbank”da qorunan əmanəti olanlar məhz “Kapital Bank” vasitəsilə ADİF tərəfindən ödənilən vəsaitlərini geri alıblar və hazırda da bu proses davam edir. Sonda bizim filiallara valyuta alqı-satqısı, pul köçürməsi, kart və ya cari hesab açmaq, əmanət yerləşdirmək, bitmiş ödəniş kartının müddətini uzatmaq üçün gələn müştərilərimizi qeyd etmək istərdim. 50% işçi personal ilə bu əməliyyatları həyata keçirmək daha çox zaman alır və filialların önündə növbələrə səbəb olur.

    Biz ənənəvi bank əməliyyatları üçün filiallara gələn müştərilərə onlayn və rəqəmsal xidmətlərimizi tövsiyə edirik. Artıq müştərilər bir sıra xidmətləri “BirBank” tətbiqi vasitəsilə həyata keçirə bilir ki, bununla da onların filiallara gəlməyinə ehtiyac qalmır”.





  • DYP postları yenidən fəaliyyətə başladı – VİDEO

    Dövlət Yol Polisi (DYP) Bakı şəhərinin müxtəlif küçə və prospektlərində sürücü və sərnişinlərin yoxlamasını həyata keçirir.

    Report xəbər verir ki, xüsusi karantin rejiminin tələblərində nəzərdə tutulmuş müvafiq icazələrinin olub-olmamasına nəzarət etmək məqsədilə hərəkət iştirakçılarının – sürücülərin və sərnişinlərin sənədləri yoxlanılır.

    Müvafiq icazəsi olmayan hərəkət iştirakçıları qanunvercilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

    Qeyd edək ki, Bakı şəhərinə giriş-çıxış postları istisna olmaqla digər postlar iyul ayının 2-dən ləğv edilmişdi.

    Daxili İşlər Nazirliyindən bildirilirdi ki, buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

  • Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verildi – FƏRMAN

    “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

    Fərmanla Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verilib.

    Dəyişikliyə əsasən, Əsasnaməyə aşağıdakı məzmunda 3.0.18-1-ci yarımbənd əlavə edilib:

    Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək.

    Qeyd edək ki, Əsasnamənin 3-cü maddəsi Dövlət Vergi Xidmətinin vəzifələri ilə bağlıdır.

  • Həftəsonu bəzi elektrik qatarları işləməyəcək – RƏSMİ

    İyulun 20-dək xüsusi karantin rejimi ilə əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının qrafikində dəyişiklik olunub.

    Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.

    Bildirilib ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-dək həftəsonları Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət dayandırılacaq.

    Qeyd olunub ki, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 4, 5, 11, 12, 18 və 19 iyul tarixlərində hərəkətdə olmayacaq.

  • İlham Əliyev Donald Trampa məktub göndərdi

    Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

    “4 İyul – Müstəqillik Günü münasibətilə Sizi və dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    30 ilə yaxındır ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında uğurlu əməkdaşlıq münasibətləri mövcuddur. Bu illər ərzində ABŞ şirkətləri ölkəmizdə enerji sektorunun, informasiya-kommunikasiya texnologiyalarının və digər vacib sahələrin inkişafında mühüm rol oynayıblar.

    Eyni zamanda, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmlə mübarizə sahəsində də ölkələrimiz nümunəvi əməkdaşlıq əlaqələri qurublar. Əminəm ki, Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra daha da genişlənəcək.

    Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə ədalətli həlli istiqamətində səylərini daha da artıracaq.

    Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının Amerika xalqı ilə həmrəy olduğunu bir daha qeyd etmək istəyirəm.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarına daim rifah arzulayıram”.