Month: July 2020

  • Bakı polisi reydlərə davam edir – FOTOLAR

    Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirləri paytaxtın bütün rayonlarını əhatə edir.

    Median.Az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrası davam etdirilir.

    Göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

  • ÜST: Yay fəslinə arxayın olmayın, fiziki məsafə gözləyin

    Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) belə hesab edirlər ki, COVID-19-un yayılması mövsümi xarakter daşımır və havanın dəyişməsi ilə bağlı deyil. Virusun yayılmasını dayandırmaq üçün hamıya məlum olan sadə tədbirlər görülməlidir. Onların ən əsası – fiziki məsafəyə riayət etməkdir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, ÜST-nin nümayəndəsi doktor Marqaret Harris deyib: “İlin fəslinin virusun yayılmasına təsir göstərdiyini iddia etməyə əsas yoxdur. Lakin bu məlumdur ki, virus insanların çox toplaşdığı, fiziki məsafəyə riayət edilməyən və yaxın kontaktın qarşısını alan tədbirlər görülməyən yerlərdə yayılır”.

    Bu günə qədər ÜST-yə daxil olmuş məlumata görə, qlobal miqyasda COVID-19-a yoluxma hallarının sayı 16.301.736, ölüm hallarının sayı 650.069-dur.

    Pandemiyanın episentri yenə Şimali və Cənubi Amerikadadır. Yoluxma hallarının 8,7 milyonu orada qeydə alınıb. İkinci yeri Avropa (3,2 milyon), sonrakı yerləri Cənub-Şərqi Asiya (1,8 milyon), Şərqi Aralıq dənizi bölgəsi (1,5 milyon), Afrika (712.920) və Qərbi Sakit okean regionu tutur (291.993).

    Marqaret Harris Cenevrədə keçirdiyi mətbuat konfransında belə bir fikri qəti inkar edib ki, guya COVID-19 mövsümi xarakter daşıyır və buna görə də dalğa şəklində gəlib keçəcək. “Yayın qızmar dövründə ABŞ-da çox böyük yoluxma dalğası müşahidə olunur, yoluxma hallarının sayı orada daha yüksəkdir”, – deyən doktor Harris xatırladıb ki, ekvatorial ölkə olan Braziliya infeksiyanın yayılma sürətinə və miqyasına görə yalnız ABŞ-dan geri qalır.

    Doktor Harrisin sözlərinə görə, artıq qış fəslinin başlandığı cənub yarımkürəsində çox “maraqlı” vəziyyət yaranıb: orada mövsümi qrip deyil, COVID yoluxması yüksək səviyyədədir. Mülayim iqlimli ölkələrdə qrip virusu “mövsümlərarası” vəziyyətə qayıdıb.

    COVID-19 və qrip virusları eyni vaxtda yayılmağa başlasa necə vəziyyət yaranacağını söyləmək çətindir. Marqaret Harris deyib: “Respirator xəstəliklərdən birinin yüksək səviyyədə olduğu yerlərdə digər xəstəlik də yayılmağa başlasa, səhiyyə sisteminin yükü çox artacaq”.

    COVID-19 ilə bağlı test yoxlamalarının pullu, yoxsa pulsuz olması barədə sualın cavabında ÜST-nin mətbuat katibi bildirib ki, bu qərarı ölkələr özləri qəbul etməlidir. O deyib: “Testləşdirmə çox vacibdir. Buna görə biz əlimizdən gələni edirik ki, ölkələr diaqnostik tədbirlər görsünlər. Əgər test yoxlamaları aparılmasa, infeksiyanın haradan yayılmağa başladığını bilməyəcəyik. Biz bütün ölkələri geniş miqyasda testləşdirmə aparmağa və onu əlçatan etməyə çağırırıq”.

  • Avqust ayında 190 manat veriləcək? – AÇIQLAMA

    Məlum olduğu kimi, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 5-dək davam edəcək. Avqustun 5-dən sonrakı müddət üçün isə hansı qərarın veriləcəyi hələlik məlum deyil. Hazırda insanları narahat edən əsas məsələlərdən biri də sərtləşdirilmiş karantin rejiminin uzadılacağı təqdirdə işsiz vətəndaşlara 190 manatlıq birdəfəlik ödəmənin verilib-verilməyəcəyi ilə bağlıdır

    Median.Az
    E-huquq.az-a istinadən xəbər verir ki,oxucuların bununla bağlı çoxsaylı suallarını nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxlayıb. Qurumun rəsmisi e-huquq.az-a açıqlamasında hələlik bu barədə hər hansı qərarın olmadığını bildirib.

    “Bu məsələ haqda danışmaq hələki tezdir. Çünki karantin rejimi ilə bağlı qərar verilməyib. Müvafiq qərar elan edildikdən sonra bu haqda danışmaq olar. Hazırda 190 manatlıq birdəfəlik ödəmənin verilməsinə dair müzakirələr barədə məlumat yoxdur”, – deyə F.Talıblı qeyd edib.

  • Gündəlik toyuq əti yemək orqanizmə necə təsir edir

    Amerika ürək assosasiyası həftədə bir neçə dəfədən çox toyuq yeməyi tərgitməyi tövsiyə edir

    Toyuq döşü, qaynadılmış toyuq, toyuq ətindən kotlet- məlum olduğu kimi arıqlayanlar arasında, xüsusilə də qızlar arasında ən məhşur yeməklərdir. Həqiqətən də toyuq əti, mal əti və donuz ətindən daha az yağlıdır və eyni zamanda bir sıra faydalı xüsusiyyətlərə malikdir. Xüsusilə toyuqda C vitamini, B qrup vitaminləri, selen, kalium, kalsium, fosfor, dəmir, sink və maqnezium var. Ancaq məlumdur ki, müxtəlif dozalarda istənilən məhsul orqanizm üçün həm faydalı, həm də ölümcül həddə təhlükəli ola bilər. Toyuq əti də istisna deyil.

    2018-ci ilin fevral ayında Amerika ürək assosasiyası həftədə bir neçə dəfədən çox toyuq yeməyi tərgitməyi tövsiyə edib. Toyuq əti istehlakını 2 dəfəyə qədər azaltmaq daha yaxşıdır. Fakt budur ki, toyuqda yüksək səviyyədə xolesterol var. Müqayisə üçün: 100 qram toyuq ətinin tərkibində təxminən 60 mq xolesterol var. Eyni çəkidəki dana və ya mal əti parçasından bir qədər az.

    Əgər ki, ateroskleroz kimi təhlükəli bir patologiyaya meyllisinizsə, bu o deməkdir ki, risk altındasınız və mütləq olaraq hər gün toyuq yeməməlisiniz. Axı ateroskleroz, qan damarlarının daxili astarına artıq xolesterolun tökülməsi ilə əlaqələndirilir.

    Xroniki xəstəliklərə əlavə olaraq toyuq ətinə həddindən artıq sevgi digər kədərli nəticələrə səbəb ola bilər. Bol yağda qızardılmış toyuq ayaqları – təhlükəli trans yağı mənbəyidir. ABŞ-da qida məhsullarının və dərman vasitələrinin keyfiyyətinə sanitar nəzarəti həyata keçirən idarə 2015-ci ildə qəti şəkildə trans yağlarının insan orqanizmi üçün zərərli olduğunu tanıdı. Məsələ burasındadır ki, onlar əqli fəaliyyətə neqativ təsir edir, fəallığı aşağı salır, həmçinin ürəyin işemik xəstəliyini provokasiya edə bilər .

    Eyni zamanda, orta miqdarda toyuq əti yemək nəinki faydalı, hətta bədənimiz üçün çox zəruridir. Təsadüfi deyil ki, soyuqdəymə zamanı həkimlər məhz toyuq bulyonunu yeməyi məsləhət görürlər. Toyuq ətinin tərkibindəki faydalı maddələr və vitaminlər bədənimizi tonusda və çəkimizi nəzarətdə saxlamağa kömək edir. Ancaq hər gün toyuq yemək lazım deyil : əlavə sağlamlıq problemləri nəyə lazımdır? Toyuq yeməklərini lobya, tofu və balıq kimi bitki əsaslı zülal mənbələri ilə əvəz etmək daha yaxşıdır.//ena.az

  • Yunanıstana gələn turistlərdə koronavirus aşkarlandı

    Ötən gün ərzində Yunanıstanda COVID-19-a 57 yeni yoluxma aşkar edilib.

    Median.Az-ın məlumatına görə, bu barədə ölkənin İctimai Səhiyyə Milli Təşkilatı bildirib.

    Qeyd edilir ki, həmin şəxslərdən onu ölkəyə gələn turistlərdir.

    Bununla da pandemiyanın başlanğıcından Yunanıstadna virusa yoluxanların ümumi sayı 4 336 nəfərə qədər artıb.

    Son sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb. Yunanıstanda COVID-19-dan ümumilikdə 203 insan ölüb.

    Hazırda xəstəxanaların intensiv terapiya bölmələrində səkkiz pasiyent müalicə edilir.

  • Bakıda çoxmərtəbəli binada yanğın olub

    Bakı şəhərinin Nəsimi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.

    APA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, binanın şaxtasında elektrik naqillərində yanğın baş verib.

    FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Yanğın saat 20:25-də söndürülüb.

    Əlavə məlumat veriləcək.

  • Bölgələrə yağış yağıb, dolu düşüb – FAKTİKİ HAVA

    Milli Hidrometeorologiya Xidməti iyulun 29-u saat 22:00-a olan məlumatı açıqlayıb.

    Xidmətdən APA-ya verilən məlumata əsasən, Naxçıvan, Ordubad, Şahbuz, Oğuz, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Yevlax, Bərdə, Ağstafa, Şabran, Nabran, Naftalan, Kürdəmir, Mərəzə, Mingəçevir, Göyçay, Balakən, Qrız, Şəki, Zaqatala, Qəbələ, Qusar, Quba, Xaçmaz, Tərtər, Biləsuvar, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Astara, Lerik, Kişçay (Şəki), Xınalıq, Sarıbaş (Qax), Şahdağ, Yardımlı, Binə, Bakı, Zabrat, Sumqayıtda şimşək çaxıb, arabir yağış yağıb.

    Şimal-qərb küləyi Naftalanda 34 m/s, Ağdamda 28 m/s, Tərtərdə 27 m/s, Göyçayda 21 m/s, Nabran, Bərdədə 20 m/s, Xaçmaz, Zərdabda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağada 30 m/s, Sumqayıtda 28 m/s, Bakıda, Pirallahıda 25 m/s, Qum adasında 24 m/s, Çilov adasında 20 m/s, Binədə 18 m/s, Zabratda 17 m/s, Neft Daşlarında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb.

    Bərdə rayonuna 17:34-17:37 radələrində diametri 10 mm olan dolu düşüb.

    Gorançayın aşagı axarlarından saat 19:00 radələrində sel keçib.

  • Bakıda fəhlə torpaq uçqunu altında qalaraq ölüb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.

    Nazirlikdən APA-ya verilən məlumata görə, dərhal çağırış ünvanına Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, kanalizasiya xəttinin çəkilməsi üçün qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1962-ci il təvəllüdlü Paşayev Zakir Yasin oğlu dərinliyi təxminən 2,5 metr olan çuxurda uçqun altında qalıb. Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb, torpaq uçqunu altında aşkarlanan Z.Paşayevin meyiti çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Qazaxda təcili yardımın işçiləri acınacaqlı vəziyyətlə üzləşiblər

    Qazax Təcili Tibbi Yardım Stansiyasının müvəqqəti yerləşdirildiyi bina acınacaqlı vəziyyətdədir.

    Report”un məlumatına görə, bu barədə orada çalışan hakimlərdən biri sosial şəbəkələrdə yayılan videoda bildirib.

    Belə ki, bu gün sosial şəbəkələrdə Qazax rayon Təcili Tibbi Yardım Stansiyasının müvəqqəti yerləşdirildiyi binada problemlərin olduğu barədə videogörüntü yayılıb.

    Videogörüntüdə orada çalışan həkimlərdən biri onlara fəaliyyət göstərmək üçün ayrılan binanın şəraitsizliyindən danışır.

    Qazax rayon Təcili Tibbi Yardım Stansiyasının xidməti binası hazırda karantinə alınmış Qazax Mərkəzi rayon Xəstəxanasındadır və məlum səbəblərdən oradan çıxarılaraq bir müddət Qazax rayon Müalicə və Diaqnostika Mərkəzində onlar üçün ayrılmış yerə köçürülüb və orada fəaliyyət göstəriblər. Lakin bir müddət sonra təcili yardım stansiyasının müəyyən səbəblərdən oradan da çıxarılıblar və Qazax şəhər Uşaq Xəstəxanasının Mühasibat Şöbəsinin binasına yerləşdiriliblər. Orada isə videokadrlarda göründüyü kimi, şərait ürəkaçan deyil.

    Videogörüntüdə binanın daxilində yüngül təmir işlərinin aparıldığı görülsə də, tibb işçiləri onlara ayrılan binadan və orada olan vəziyyətdən narazı olduqlarını bildirirlər. Hətta döşəmənin altından ilanların da çıxdığı deyilir.

    Qeyd edək ki, Qazax Təcili Tibbi Yardım Stansiyasının ilk binası şəhər girişində olub. Yeni inşa olunmuş Qazax Mərkəzi rayon Xəstəxanası istifadəyə verildikdən sonra ora köçürülüb. Stansiyanın köhnə binasının hazırda hansısa məqsədlə fəaliyyət göstərib göstərmədiyi barədə məlumat yoxdur.

  • Названо число направленных в прокуратуру материалов о муниципалитетах

    В первой половине этого года было уделено внимание обеспечению правопорядка в деятельности муниципалитетов, осуществлению эффективного административного контроля и усилению методической помощи.

    Как передает Report, об этом было объявлено 29 июля на заседании коллегии Министерства юстиции в форме видеоконференции для обсуждения проделанной в этом году работы и предстоящих задач.

    Было отмечено, что около 41 000 муниципальных актов были рассмотрены в форме административного контроля, более 1 000 актов – отменены или изменены на основании предложений министерства.

    Кроме того, было возвращено около 3 500 га незаконно выделенных земель. В отношении 53 председателей муниципалитетов, совершивших нарушения, были направлены в суды протоколы об административных правонарушениях, материалы по 20 уголовным фактам направлены в прокуратуру.