Month: July 2020

  • Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərlə təlim-metodiki toplantı keçirilib – VİDEO

    Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə keçirilən təlim-metodiki toplantıda əsas diqqət zabitlərin taktiki biliklərinin və qərar qəbuletmə bacarıqlarının artırılmasına yönəldilib.

    Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki müxtəlif təlim trenajorlarında şəxsi heyətin sürücülük və atəş bacarıqları praktiki olaraq yoxlanılıb. Toplantıya cəlb edilən zabitlərin virtual təlim meydançasında qazandıqları biliklərin real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilməsi məqsədi ilə praktiki atış çalışmaları yerinə yetirilib.

    Toplantı çərçivəsində Naxçıvan Muxtar Respublikasının tarixi və mədəni yerlərinə ekskursiyalar təşkil olunub. Həmçinin gənc zabitlər Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, ön xətdəki mövqelərində şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar.

    Təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə polkovnik Mənsum Əhmədov məqbullar götürülən zaman gənc zabitlərin yüksək nəticələr göstərdiklərini qeyd edib.

    Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə keçirilən toplantının əhəmiyyətindən danışıb və toplantıda nümunəvi iştirak etdiklərinə görə zabitlərin bir qrupuna təşəkkür elan edərək həvəsləndirib.

  • Qurbanlıq heyvanları onlayn necə alacağıq? – VİDEOREPORTAJ

    Hər bir vətəndaş onlayn qaydada maksimum beş qurbanlıq qoyun ala bilər.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Cəmiyyətinin əməkdaşı Fidan Alıyeva Baku Tv-yə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, bunun üçün artıq müvafiq sayt da istifadəyə verilib:

    “Alıcılar satış yarmarkası ilə bağlı istifadəyə verilmiş saytda (http://www.qurbanliq.kendden.az/) sifariş et düyməsini klikləyərək, özü haqda və seçdiyi qurbanlıq qoyun haqda məlumatları daxil etməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsində göstərilən məlumatları uyğun xanalara daxil etməlidir Mütləq şəkildə mobil nömrə yazılmalıdır. Elektron poçt ünvanı yerinə şəxsi mail yazılmalıdır”.

    Vətəndaş eyni zamanda qurbanlığı götürmək istədiyi məntəqəni seçməlidir. Bunun üçün isə 10 məntəqə nəzərdə tutulub ki, onlardan doqquzu Bakı şəhərində, biri isə Sumqayıtda yerləşir. Məntəqəni seçdikdə sonra üç kateqoriyada qurbanlıq qoyun təqdim olunacaq. Vətəndaş qurbanlıq qoyunu çəki kateqoriyası üzrə seçə və maksimum beş ədəd ala bilər.

    20 manat vəsait avans kimi ödənilir və vətəndaş sifariş etidiyi qurbanlığı almadığı təqdirdə, bu vəsait geri qaytarılmır.

  • Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişin daşıyan daha bir sürücü həbs edildi – VİDEO

    Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

    Daxili işlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Xızı rayon sakini Anar İbrahimov tutulub. Araşdırma zamanı onun idarə etdiyi avtomobillə müvafiq icazəsi olmadan Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən postdan kənar paytaxta sərnişin daşıdığı məlum olub.

    Saxlanılan sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Karantin qaydalarını pozan Anar İbrahimov məhkəmənin qərarı ilə 25 sutka inzibati qaydada həbs edilib.

    Daxili İşlər Nazirliyi karantin qaydalarını pozaraq bölgələrdən paytaxta və əks istiqamətdə qanunsuz yolla sərnişin daşıyan sürücülərə bir daha xəbərdarlıq edərək, onlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi bütün qaydalara riayət etməyi tələb edir. Əks halda, həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək, barələrində ciddi intizam tədbirləri görüləcək.



  • Növbəti buraxılış imtahanları keçirilib – VİDEO

    Bu gün növbəti buraxılış imtahanları keçirilib.

    Baku TV xəbər verir ki, 13809 şagirdin iştirakının nəzərdə tutulduğu imtahanlar saat 11:00-da başlanıb.

    Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət etməsinə icazə verilməyib. Nərimanov rayonundakı 39 saylı tam orta məktəbdə keçirilən imtahanlar da karantin rejimi şərtlərinə uyğun həyata keçirilib.

    Ümumilikdə 29-30 iyulda imtahan keçirilən şəhər və rayonlarda 135 imtahan binası, 2131 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 135 ümumi imtahan rəhbəri, 362 imtahan rəhbəri, 2826 nəzarətçi-müəllim, 270 buraxılışı təşkil edən əməkdaş, 135 bina nümayəndəsi ayrılıb.

  • В Азербайджане должностное лицо и экс-чиновник арестованы за взятку

    В Азербайджане должностное лицо и экс-чиновник арестованы за взятку.

    Как сообщили в пресс-службе Генпрокуратуры, в Главном управлении по борьбе с коррупцией при генпрокуроре было проведено расследование обращения о том, что председатель муниципалитета села Ярмамедбейли Сахиб Халилов и занимавший должность представителя главы ИВ Зардабского района по сельскому административно-территориальному округу Ярмамедбейли Рахиб Халилов требовали взятку в размере 10 000 манатов за предоставление на основе сфальсифицированного договора от 2007 года в аренду земельного участка площадью 74 га на 25 лет (с 2007 по 2032 год).

    В результате проведенных оперативно-разыскных мероприятий было установлено, что С.Халилов и Р.Халилов перечислили 18 июля 2020 года 500 манатов из 10 000 манатов на карту ОАО Kapital Bank, которая принадлежит их знакомому, а 1 500 манатов забрали в селе Ашагы Сеидляр Зардабского района. 28 июля 2020 года они были задержаны при требовании у гражданина в одном из кафе на территории района 5 000 манатов от общей суммы, которую вымогали.

    На основании этих фактов 28 июля было возбуждено уголовное дело по статьям 311.3.3 (получение взятки в крупном размере для себя либо третьих лиц материальных и иных благ, льгот или привилегий за какое-либо действие (бездействие), связанное с исполнением служебной обязанности (полномочий) должностного лица) и 313 (служебный подлог) УК АР.

    С.Халилов и Р.Халилов арестованы.

  • Azərbaycanda vəzifəli şəxs və keçmiş məmur rüşvətə görə həbs edildi – RƏSMİ

    Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli və ardıcıl mübarizə tədbirləri davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Daxil olmuş məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilib, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar.

    Göstərilən faktlar əsasında 28 iyul 2020-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə cinayət işi başlanıb.

    Cinayət işi üzrə Xəlilov Sahib Osman oğlu və Xəlilov Rahib Yediyar oğlunun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular 28 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulublar.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Bakıda karantin qaydalarını pozan idman zalı aşkarlanıb – FOTO

    Paytaxtın Nərimanov rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Həsən Əliyev küçəsi 50 ünvanında yerləşən Qəhrəman İbrahimova məxsus “GYMCİTY” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu aşkar edilib. Obyektə baxış zamanı oranın sahibi və daha 3 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

    Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi intizam tədbirləri görülüb.

    Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.





  • Terrorçuluğa görə axtarışa verilən “Muxtar” ləqəbli şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu – RƏSMİ

    Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də beynəlxalq terrorçuluqla mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir.

    DTX-dən verilən məlumata görə, Xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır.

    Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, “Muxtar” ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Mehdi Şükürov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1,279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.

    Mehdi Şükürovun Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş, o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılıb və 2020-ci il iyulun 28-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

    Hazırda cinayət işi üzrə araşdırma davam edir.

  • В Азербайджане выявлено 363 новых случая инфицирования COVID-19, скончались еще восемь человек – ФОТ

    В Азербайджане за сутки выявлено 363 новых случая инфицирования коронавирусом, еще 622 человека вылечились и были выписаны домой.

    Об этом 29 июля сообщает оперативный штаб при Кабинете министров.

    За последние 24 часа от COVID-19 скончались еще восемь пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 31 221 человек, 438 из них скончались, 24 495 – излечились, 6 288 – находятся в активной фазе лечения в больницах особого режима, в том числе 285 – в реанимации. 67 из них подключены к аппаратам искусственной вентиляции легких (ИВЛ).

    В республике на сегодняшний день проведено 708 632 теста (за последние 24 часа – 9 817) на COVID-19.


  • Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 363 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

    Hazırda aktiv xəstə sayı 6288 nəfər təşkil edir.