Month: July 2020

  • Xüsusi karantin rejiminin tələbləri ilə bağlı sahibkarlıq subyektlərinin üzərinə düşən vəzifə və öhdəliklər

    Pandemiyanın təsir etdiyi sahələr arasında iqtisadiyyat ön sıralardadır. Bu baxımdan, ölkəmizdə iqtisadiyyatın və sahibkarların dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Lakin həmin tədbirlər sahibkarlardan da adekvat yanaşma tələb edir. Bu yanaşma isə karantin rejiminin qaydalarına məsuliyyətlə əməl olunmasıdır. Bu qaydalara ciddi riayət etmək sahibkarlar üçün yeni fürsətlər də yarada bilər…

    Qaydalar hər kəs üçündür

    Azərbaycanda koronavirus pandemiyasının yarandığı ilk vaxtlarda müxtəlif sektorlar üçün qaydalar hazırlandı. Bu qaydalar iş yerlərindən tutmuş istehsal prosesinə qədər sahələrdə karantin rejiminin tələblərinin tətbiqini əhatə edirdi. Tələblərdən ən birincisi işçilərin hüquqlarının müdafiəsi və onların ixtisarına yol verilməməsi idi.

    Qaydalara əsasən, iş yerlərində sosial məsafə təmin olunmalı, təmizlik və dezinfeksiya işləri aparılmalı və qoruyucu vasitələrdən istifadə edilməlidir. Hər bir sahibkar, işəgötürən çalışdığı yerdə bu qaydaların tətbiqinə ciddi nəzarət etməlidir. Sahibkar həm vətəndaş, həm də iş adamı olaraq bu qaydalara riayət etməklə özünü, işçilərini və cəmiyyəti qorumuş olur.

    İqtisadiyyat Nazirliyi əlaqəli qurumlarla birlikdə sahibkarlıq subyektlərində tez-tez monitorinqlər aparır və qaydalara əmək etməyən obyektlər barədə ictimaiyyətə məlumatlar açıqlanır.

    Koronavirus insanların həyatı üçün təhlükəli olduğu qədər şirkətlərin nüfuzu üçün də təhdiddir. Sanitar qaydaların pozulduğu və ya işçiləri koronavirusa yoluxmuş şirkət müştərilərini itirə bilər, çünki bazarda rəqabət kifayət qədər çoxdur.

    İstehlakçılar üçün təhlükəsiz mühit, keyfiyyətli istehsal və gigiyenik qaydalara uyğun xidmət sahibkar üçün üstünlükdür. Yeni şəraitdə karantin qaydalarına riayət olunan mağaza və ya gözəllik salonuna, bərbərxanalara və s. daha çox ehtiyac var. Pandemiya şəraitində karantin rejiminin qaydalarına əməl etmək şirkətə həm müştəri, həm də imic qazanmaq üçün yaxşı fürsət ola bilər.

    Şəffaf işləyənlərə verilən üstünlüklər özünü doğruldur

    Pandemiya sahibkarlar üçün daha bir reallığı ortaya çıxardı. Dövlət şəffaf işləyən sahibkarı həmişə dəstəkləyəcək. Dövlət tərəfindən sahibkarlar üçün müxtəlif dəstək alətləri təqdim olunub. Bunlar maliyyə dəstəyi, vergi güzəştləri, dövlət zəmanəti ilə kreditlər və s. proqramlarıdır.

    Tədbirlər müxtəlif olsa da onların şamil olunduğu sahibkarlar şəffaf işləyənlər, işçi ixtisarına yol verməyənlər, əmək hüquqlarının təmin olunmasına riayət edənlər və risk qrupunda olmayanlardır.

    Şərtlərə görə, risk qrupunda olanlar da məlumatlarını, gəlirlərini, maliyyə göstəricilərini şəffaf prinsiplərə uyğun tərtib etməklə dəstək ala bilərlər. Göründüyü kimi, şəffaflaşmaq heç vaxt gec deyil və sahibkarlar şəffaf işləməyin bəhrəsindən hökmən yararlanırlar. Deməli, pandemiya düzgün işləməyənlərin düz yola gəlməsi və “ağarma” üçün də bir şansdır. “Ağarma” özü isə müsbət imic üçün növbəti fürsət deməkdir.

    Aktiv sosial fəaliyyət – bonusdur

    Pandemiya ilə mübarizədə şirkətlərin marketinq strategiyası – onların sosial məsuliyyəti ön plana çıxır. Sosial məsuliyyətə həssas yanaşma istənilən şirkətin nüfuzu üçün müsbət tendensiyadır. Hazırda bir sıra şirkətlər korporativ sosial məsuliyyət strategiyalarında dəyişiklik edirlər. Böhranın idarə edilməsi, biznesin saxlanılması, işçiləri qorumaq və müştəriləri itirməmək üçün yeni qərarların qəbulu biznes strategiyaları üçün hazırda mühüm amillərdir.

    Biznesin sosial çağırışlara cavab verməsi əhəmiyyətli addımdır. Xüsusən iri biznes strukturlarının bu baxımdan perspektivləri daha çoxdur. Pandemiya dövründə cəmiyyətin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dəstək verən, Koronavirusla Mübarizəyə Yardım Fonduna ianələr edən, o cümlədən, müxtəlif sosial tədbirlər keçirən şirkətlər həm işçiləri arasında, həm də istehlakçılar, müştərilər, investorlar və əməkdaşlıq etdikləri qurumlar arasında nüfuz qazanırlar.

    Korporativ sosial məsuliyyət yalnız iri biznes strukturları deyil, eləcə də kiçik və orta biznes üçün mühüm amildir. Bu qəbildən olan sahibkarların maddi dəstək göstərmək imkanı nisbətən məhdud olsa da, onlar karantin rejiminin qaydalarına əmək etməklə sosial məsuliyyət sərgiləyə bilərlər.

    Pandemiya şəraitində əhalinin sosial şəbəkələrdən daha çox istifadə etdiyini nəzərə alaraq, kiçik və orta biznes təmsilçilərinin elektron platformalarda sosial mesajları rəqiblərini də bu addımı atmağa vadar edəcək.

    Yeri gəlmişkən, sosial şəbəkələrdə iri sahibkarların da paylaşımları çox önəmlidir. Cəmiyyət arasında onların daha çox tanındığını nəzərə alsaq, belə sahibkarların sosial çağırışlar etməsi, karantin rejiminə uyğun fəaliyyəti təbliğ etməsi və sosial məsuliyyəti əyani olaraq göstərməsi effektiv addım ola bilər.

    İnsanların sağlamlığı üçün töhfə verən sahibkar cəmiyyət tərəfindən müsbət qarşılanan obrazdır. Deməli, sosial məsuliyyət tədbirlərinin gücləndirilməsi sahibkarlar üçün növbəti fürsətdir.

    Sağlam gələcək üçün…

    Sahibkarlar üçün sadalanan fürsətlər pandemiyadan sonrakı dövrdə əməkdaşlıq platformalarının genişləndirilməsi, yeni bazarlara çıxmaq fonunda müsbət imicin formalaşdırılması və yeni investisiya mühitinin formalaşması baxımından önəmlidir.

    Koronavirus pandemiyasının qarşısının alınması böyük ölçüdə insanların məsuliyyət hissindən asılıdır. Pandemiya ilə mübarizə – sağlamlığın qorunması uğrunda mübarizədir və bu yolda sahibkarlar fəal olmalıdırlar.

  • Ильхам Алиев поздравил Владимира Путина

    2 июля Президент Азербайджанской Республики Ильхам Алиев позвонил Президенту Российской Федерации Владимиру Путину.

    Об этом сообщает АЗЕРТАДЖ со ссылкой на пресс-службу главы Азербайджанского государства.

    Президент Ильхам Алиев передал Владимиру Путину поздравления в связи с голосованием подавляющего большинства граждан России за изменения в Конституцию.

    Глава государства расценил это важное событие в общественно-политической жизни России как очередное проявление поддержки, оказываемой гражданами страны политике, проводимой Президентом Владимиром Путиным.

    Президент Азербайджана выразил уверенность в том, что изменения в Конституцию внесут большой вклад в дальнейшее развитие, благополучие Российской Федерации, укрепление общественно-политической стабильности в стране.

    Президент Владимир Путин выразил главе нашего государства признательность за проявленное внимание и поздравление.

    В ходе телефонного разговора также состоялось обсуждение вопросов, связанных с дальнейшим развитием стратегических партнерских связей между Азербайджаном и Россией.

  • İlham Əliyev Vladimir Putini təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

    Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin konstitusiyaya dəyişikliklərin lehinə səsverməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisənin ölkə vətəndaşlarının Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək.

    Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

    Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.

  • Sürücülərin icazə alması qaydası müəyyənləşib – 8103-də daha bir yenilik

    Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməlidir.

    Təsdiq mesajı gəldikdən sonra vətəndaş şəxsi avtomobili ilə 2 saat müddətində yaşayış yerini tərk edə bilər.

    Qeyd edək ki, bu gündən Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edilib. Bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək. Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.

    Xatırladaq ki, daha əvvəl sui-istifadə hallarına yol verilməsinin qarşısının alınması məqsədilə 8103 SMS icazə ilə bağlı məhdudiyyətlər tətbiq edilib.

    Belə ki, müvafiq kod üzrə SMS icazənin cavab gəlişinin müddəti 15 dəqiqəyə qədər artırılıb. Bundan əlavə gün ərzində vətəndaşın müvafiq kodlardan yalnız biri ilə iki saatlıq yaşayış yerini tərk etməsinə icazə verilib.

  • Nazirlik: “Karantin rejimi qaydalarına əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcək”

    Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib.

    Nazirlikdən verilən məlumata görə, görüşdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, nazirliyin digər rəhbər vəzifəli şəxsləri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak edib.

    Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə iri market şəbəkələrinin fəaliyyəti zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə, ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasının profilaktikasına əməl olunması vəziyyəti müzakirə edilib.

    Tədbirdə satıcıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin zəruriliyi, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb.

    Vurğulanıb ki, pandemiyanın mənfi təsirlərinin uzun müddət davam edəcəyi istisna olunmur. Bu baxımdan istər cəmiyyət, istərsə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalı, biznes yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektlərinin də yeni qaydalara tez vərdiş etməsi onların biznesləri üçün vacibdir.

    Qeyd edilib ki, bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdiriləcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcək.

  • Бахрам Багирзаде пришел в сознание

    1 июля заслуженный артист Азербайджана Бахрам Багирзаде, проходящий лечение от коронавируса в Центральном таможенном госпитале, был отключен от аппарата экстракорпоральной мембранной оксигенации (ЭКМО). При этом он все еще подключен к ИВЛ (аппарату искусственной вентиляции легких.

    Об этом Oxu.Az сообщила его супруга Шахла Багирзаде.

    Она отметила, что врачи говорят об улучшении его состояния.

    “В настоящее время наблюдается позитивная динамика. По итогам обследований можно сказать, что ситуация улучшается. Около часа назад он пришел в сознание, слышит нас, Надеемся, что ему станет еще лучше”, – отметила Ш.Багирзаде.

    Напомним, заслуженный артист Бахрам Багирзаде заразился коронавирусом. В связи с резким ухудшением состояния 13 июня он был переведен в отделение реанимации Центрального таможенного госпиталя.

    Лечение артиста находится под непосредственным контролем Первого вице-президента Азербайджана Мехрибан Алиевой.

  • Bəhram Bağırzadə komadan ayıldı

    “Bəhram Bağırzadə vəziyyətinə uyğun olaraq, ECMO cihazından ayırsalar da, süni tənəffüs aparatına qoşulu vəziyyətdədir”.

    Bunu Oxu.Az-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

    O bildirib ki, həkimlər hər gün Bəhramın vəziyyətinin yaxşılığa doğru getdiyini deyirlər:

    “Hazırda səhhətində müsbət dəyişikliklər gedir. Aparılan müayinələrdən məlum olur ki, yekun nəticələr ürəkaçandır. Bir saata yaxındır ki, komadan ayılıb. Vəziyyəti adekvatdır, bizi eşidir, huşu özündədir. Daha da yaxşı olacağına ümid edirik”.

    Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

    Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər tərəfindən onun ECMO cihazına qoşulmasına qərar verilib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

  • Dünyada koronavirusa qarşı 141 peyvənd hazırlanır

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusun sözlərinə görə, hazırda dünyada koronavirusa qarşı 141 peyvəndin hazırlanması üzərində işlər gedir.

    Bu barədə “The Washington Post” məlumat yayıb.

    ÜST rəhbəri qeyd edib ki, peyvənd üçün aparıcı nümunələrin hazırlanmasına aylarla vaxt lazım gələcək.

    “Əlbəttə, tam müdafiə ilə bağlı zəmanət yoxdur, ancaq biz hamımız ümid edirik”, – deyə T.Qebreyesus bildirib.

  • Azərbaycan Polisi Günü balacaların diqqətindən kənarda qalmadı – VİDEO

    Bu gün Azərbaycan Polisinin yaradılmasından 102 il ötür.

    Azərbaycan Polisi Günü balacaların diqqətindən də kənarda qalmayıb. Onlar bu şərəfli peşə sahibləri üçün maraqlı klip hazırlayıblar.

    Qeyd edək ki, Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

  • Rusiyada səsvermənin ilkin nəticələri açıqlandı – RƏSMİ AÇIQLAMA

    Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə protokollarının 99,9 faizinin nəticələri elan edilib.

    TASS agentliyi bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatlarına istinadən xəbər verib.

    Qeyd olunur ki, Rusiya vətəndaşlarının 77,93 faizi Konstitusiyaya düzəlişlərinin lehinə, 21,26 faiz əleyhinə səs verib.

    Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, səs hüququ olanların 65 faizi konstitusiyaya düzəlişlər üzrə səsvermədə iştirak edib.

    Qeyd edək ki, iyulun 1-də Rusiyada Konstitusiyaya ediləcək 206 düzəlişlə əlaqədar ümumxalq səsverməsi keçirilib.