Month: July 2020

  • Rusiyada beynəlxalq uçuşların qadağa müddəti uzadıldı

    Rusiyada koronavirus pandemiyası fonunda beynəlxalq uçuşlara tətbiq olunan qadağanın müddəti uzadılıb.

    RBC Federal Hava Nəqliyyatı Agentliyinə istinadla xəbər verir ki, uçuşlar avqustun 1-nə qədər təxirə salınıb.

    “31 iyul 2020-ci tarixində yerli vaxtla saat 23:59-a qədər xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına girişinə müvəqqəti məhdudiyyət qoyulur”, – deyə, sənəddə qeyd edilir.

  • Polis Bakı küçələrində əhaliyə xəbərdarlıq etdi – VİDEO

    Polis koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər keçirir.

    Polislər mütəmadi olaraq küçələrdə səsgücləndiricilər vasitəsilə əhaliyə sosial məsafənin qorunması və maskadan istifadə etmək üçün çağrışlar edib.

  • Bakı polisi maskasız gəzənlərə qarşı reydlərə başladı

    Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.

    Bakı şəhər Baş Polis İdarəsnin Mətbuat Xidmətindən verilən məlumata görə, sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, müvafiq icazə olmadan hərəkət edən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunurlar.

    Diqqətə çatdırılır ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə hərəkət iştirakçıları sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə etməlidir. Hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

  • COVİD-19 xəstələrinə “SMS icazə” verilmir, onların evdən çıxması qanun pozuntusudur – Səhiyyə Nazirliyi

    Azərbaycanda COVİD-19 virusuna yoluxan şəxslərin evdən çıxmasının qarşısını almaq üçün yeni üsul tətbiq edilir.

    Bu barədə Trend-ə açıqlamasında Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

    Onun sözlərinə görə, hər hansısa bir vətəndaşın COVİD-19-a yoluxması təstiqlənərsə, bu barədə dərhal icaze-e.gov.az portalına məlumat verilir: “Bu şəxs barədə məlumatlar dərhal həmin portal tərəfindən nəzarətə götürülür. Bundan sonra həmin şəxs evdən çıxmaq üçün portala müraciət edərkən ona evdən çıxmağa icazə verilmir. Bununla yanaşı, COVİD-19 xəstəsindən iltizam da alınır ki, həmin şəxs müalicə müddətində evdən çölə çıxmayacaq. Əgər həmin şəxs müalicə müddətində yaşayış yerini tərk edərsə, onun barəsində qanunvericiliyin tələbinə uyğun olaraq tədbir görülür və şəxs məsuliyyətə cəlb edilir. Çünki COVİD-19 xəstəsi müalicə müddətində yaşayış yerini tərk edərsə, başqasını yoluxdura bilər. Buna görə də həmin şəxsin evdən çıxması qadağandır”.

    N.Seyidov bildirib ki, hazırda ev şəraitində müalicə olunan şəxslərin sayı çoxluq təşkil etmir: “Hazırda evdə müalicə olunan COVİD-19 xəstələrinin sayı azdır, ümid edirəm ki bundan sonra ümumiyyətlə olmayacaq. Amma COVİD-19-a yoluxmuş adam nəzərə almalıdır ki o evdən çıxmaqla bu virusu daha tez yaya bilir. Bununla bağlı hüquq-mühafizə orqanları da tədbirlər görür. Bu tip xəstələrin evdən çıxması qanun pozuntusu və xüsusilə başqalarının hüquqlarını pozmaqdır”.

    İşçi qrupu üzvünün dediyinə görə, hazırda evdə müalicə olunan COVİD-19 xəstələri simptomsuz və yüngül xəstələrdir: “Həmin xəstələr ərazi poliklinikaları tərəfindən mütəmadi nəzarətdə saxlanılır, onların müalicəsinə xüsusi diqqət yetirilir. Ona görə də həmin şəxslərin evdən çölə çıxması qadağan edilib”.

  • DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

    Dövlət İmtahan Mərkəzi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

    DİM-dən verilən məlumata görə, “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış, ona məxsus əmtəə nişanıdır.

    Məlumatda bildirilir ki, son vaxtlar yenə də “Facebook” və xüsusilə “Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla bir neçə saxta səhifə və qrup yaradılıb:

    “Bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirilir.

    Bəzi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər.

    Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı tövsiyə edirik”.

    “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq, Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.

    Dövlət İmtahan Mərkəzinin 195 mindən artıq izləyicisi olan “Facebook” (https://www.facebook.com/stateexamcenter/) və 27 mindən artıq izləyicisi olan “Instagram” (https://www.instagram.com/stateexamcenter/) hesabları fəaliyyət göstərir. Bundan əlavə, Mərkəzin “Twitter” (https://twitter.com/stateexamcenter) və “Telegram” (https://t.me/stateexamcenter) hesabları da mövcuddur. İstifadəçilərə yalnız yuxarıda qeyd olunan səhifələri izləmək və burada verilən məlumatlara istinad etmək tövsiyə edilib.

  • Восемь сотрудников телеканала CBC заразились коронавирусом – ОФИЦИАЛЬНО

    В рамках мероприятий по борьбе с пандемией COVID-19 по инициативе генерального директора CBC Вугара Халилова 200 сотрудников телеканала сдали тесты на коронавирус в одной из известных клиник. У восьми из них тесты оказались положительными.

    Об этом говорится в заявлении CBC, опубликованном в Facebook.

    Отмечается, что состояние инфицированных оценивается как удовлетворительное, и они отправлены домой в соответствии со всеми инструкциями и мерами по борьбе с коронавирусом. Руководство CBC TV будет постоянно контролировать их состояние.

    Тест гендиректора компании – отрицательный.

    В трансляции телеканала нет никаких изменений.

  • Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu – RƏSMİ

    “COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə kanalın əməkdaşları planlı şəkildə tanınmış klinikaların birində koronavirusa dair test analizi veriblər. Şirkətin 200-dək əməkdaşı arasında səkkiz nəfərdə testin cavabı pozitiv olub”.

    Bu barədə CBC TV-nin açıqlamasında bildirilib.

    Məlumatda qeyd edilib ki, həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər:

    “CBC TV rəhbərliyi həmin şəxslərin vəziyyətini daim nəzarətdə saxlayacaq. Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o, iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirir. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur.

    Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVID-19 testi verməsi planlaşdırılıb”.

  • Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

    Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-dən etibarən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə bu gün keçirdiyi buraxılış (qəbul) imtahanlarının cavab vərəqlərinin və imtahan protokollarının emalına başlayacaq.

    Mərkəzdən verilən məlumata görə, doqquzuncu sinif üzrə buraxılış imtahanları, doqquz illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın beş gün ərzində elan olunacaq.

    11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən, nəticələrin üç həftə ərzində elan olunması nəzərdə tutulur.

    İmtahanlar Daşkəsən, Gədəbəy, Tovuz, Şamaxı, Şəki, Bərdə, Ağcabədi, Ucar, Şirvan, Lerik və Qusarda olmaqla, ümumilikdə 11 şəhər və rayonda keçirilib.

    İmtahanların təşkil edilməsi üçün 67 imtahan binası, 1072 imtahan zalı, 67 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1395 nəzarətçi – müəllim, 134 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb.

    Pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

    Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

    İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

    İlkin məlumatlara əsasən, imtahanda hər hansı qayda pozuntusu (mobil telefon və s.) baş verməyib.

    İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

  • Evli azərbaycanlı Rusiyada qanunsuz nikaha girdiyi üçün məhkəməyə verildi

    Rusiyanın Bryansk vilayət prokurorluğu miqrasiya sahəsində qanun pozuntusu aşkarlayıb.

    Gorod-tv.com xəbər verir ki, araşdırmaya səbəb Azərbaycan vətəndaşının Miqrasiya İdarəsinə sorğu göndərməsi olub.

    O, müvəqqəti yaşayış icazəsi və sonra Rusiya vətəndaşlığını almaq üçün idarəyə müraciəti zamanı Bryansk sakini ilə evlilik şəhadətnaməsi təqdim edib.

    Araşdırma zamanı məlum olub ki, cütlük ailə qurmaq niyyətində olmayıb. Vilayət prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, azərbaycanlının yeganə məqsədi Rusiya vətəndaşlığı almaq olub.

    Eyni zamanda, həmin şəxsin Azərbaycanda nikah qeydiyyatı olduğu müəyyən edilib.

    Prokurorluq məsələ ilə bağlı məhkəmədə iddia qaldırıb. Hazırda işə baxılır.

  • İstanbul-Bakı reysindən kimlər istifadə edə bilər?

    AZAL İstanbul-Bakı reysi ilə bağlı daha bir məlumat yayıb.

    İstanbul-Bakı reysinə Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər buraxılır: ⠀

    – Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

    – Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

    – Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

    – Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

    – Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr. ⠀

    Həmçinin, xatırladırıq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları, eləcə də həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.