Month: July 2020

  • Ölkədə koronavirusa yoluxma sayının artmasının səbəbi nədir? – VİDEO

    Ölkədə sərtləşdirilmiş karantin rejimi vaxtı koronavirusa yoluxma sayı kifayət qədər nəzarətdə saxlanılırdısa, yumşaldılmadan sonra əhali arasında məsələyə laqeyd yanaşma müşahidə olunub.

    İnsanlar sanki virusun bir anda yox olduğunu düşünüb, ictimai yerlərdə maskasız gəzməyə başlayıb. Zərurət olmadan küçəyə çıxan şəxslər, sosial məsafəni saxlamayan insanlar nəinki özlərini, eləcə də digərlərinin həyatını riskə atmış oldular. Nəticədə vəziyyət mənfiyə doğru getdi və gündəlik yoluxma sayı 500-600 arasında dəyişir.

    Hər birimiz ilk növbədə özlərinin və ailə üzvlərinin həyatlarını risk altında qoyaraq, koronavirusla mübarizə aparan qəhrəman həkimlərin əməyi qarşısında özümüzə sual verməliyik.

    Pandemiya ilə mübarizədə mən nə etmişəm?

    Bu sualın cavabı qaydalara və tələblərə düzgün əməl etməkdən keçir. Tələblər isə çox sadədir, əziyyət və xərc də tələb etmir – karantin rejiminə əməl etmək, sosial məsafəni gözləmək və dezinfeksiyaedici vasitələrdən istifadə etmək, yoluxmamaq və nəhayət yoluxdurmamaq.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Aleksandr Lukaşenko: “Koronavirusa qalib gəlmişik”

    Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Səhiyyə Nazirliyinin koronavirusa qalib gəldiyini açıqlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, məlumatı BelTA yayıb.

    “Bizim səhiyyə sistemimiz qalib gəldi. Bu gün demək olar ki, qalib gəlsək də, biz mübarizənin dərəcəsini azaltmırıq”, – A.Lukaşenko bildirib.

    Qeyd edək ki, Belarusda 62 min nəfər koronavirusa yoluxub, 398 nəfər isə pandemiyadan ölüb.

    Xatırladaq ki, cari il avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək.

  • Bakıda gənc qızın telefonu küçədə oğurlandı – VİDEO

    Bakıda oğurluq anı kameralara düşüb.

    Hadisə metronun “28 May” stansiyası yaxınlığında baş verib.

    Gənc qız mobil telefonla danışan zaman naməlum şəxs arxadan ona yaxınlaşıb. Oğru qızın əlindəki telefonu götürərək qaçıb.

    Həmin görüntüləri təqdim edirik:

  • AzTV-nin koronavirusdan vəfat edən əməkdaşının səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Ötən gün sosial şəbəkələrdə koronavirusdan vəfat edən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səs yazısı yayılıb. Bildiririk ki, S.Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

    Bunu Oxu.Az-ın sorğusuna cavabında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

    Onun sözlərinə görə, S.Nemətzadə daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər ürək çatışmazlığı olub:

    “Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib.

    Qeyd edildiyi kimi, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur”.

  • İstehlakçılar aldadılır: Adı “İvanovka”, özü isə… – VİDEO

    Paytaxtın əksər ərzaq mağazalarında “İvanovka” adı ilə süd və süd məhsulları satılır.

    Böyük əksəriyyət də bu qidaların məhz İsmayıllı rayonunun məşhur İvanovka kəndindən gətirildiyini düşünür.

    Amma ekspertlər deyir ki, bu ad altında süfrələrimizi bəzəyən məhsullar saxtadır. Bəzi işbazlar əhalinin sovet illərindən “İvanovka” məhsullarına olan marağından istifadə edir.

    Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramı süjet hazırlayıb.

  • Kamran Əliyevdən yeni TƏYİNATLAR

    Azərbaycan Respublikasının prokurorluq orqanlarında yeni strukturun yaradılması ilə əlaqədar kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Bakı şəhər prokurorluğunda institusional struktur dəyişiklikləri davam etdirilərək, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili Təhlükəsizlik şöbəsi ləğv edilərək, Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinə birləşdirilib və bununla əlaqədar bir sıra vəzifələrə təyinatlar həyata keçirilib.

    Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Natiq Eyvazov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi, Səbuhi Alıyev isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

    Həmçinin, Baş prokurorun imzaladığı əmrlərlə Günay Əyyubova Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini vəzifəsinə təyin edilib, Zaur Axundzadəyə isə Bakı şəhəri Pirallahı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

    Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavini, Pərvin Quliyev Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, Rövşən Əliyev Təşkilat və icraya nəzarət idarəsinin, Cəlaləddin Axundov Prokurorluqda istintaqa nəzarət idarəsinin, Əmir Qaloyev Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

  • Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib – FOTO

    İyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun videokonfrans vasitəsilə görüşü keçirilib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Президент Ильхам Алиев утвердил новые штрафы за нарушение карантинного режима

    Президент Азербайджана Ильхам Алиев 2 июля утвердил закон о внесении изменения в Кодекс об административных проступках.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно поправке, за нарушение противоэпидемического режима, санитарно-гигиенического и карантинного режимов физические лица штрафуются на сумму в размере от 200 до 400 манатов, должностные лица – от 3 000 до 4 000 манатов, либо с учетом личности совершившего ошибку, налагается административный арест сроком до одного месяца, юридические лица – в размере от 4 000 до 10 000 манатов.

    Кроме того, за нарушение требований, установленных соответствующим органом исполнительной власти в связи с использованием средств индивидуальной защиты в период противоэпидемического режима, санитарно-гигиенического и карантинного режимов, а также за допущение нарушения данных требований должностными лицами и юридическими лицами физические лица штрафуются на сумму в размере 100 манатов, должностные лица – 200 манатов, юридические лица – 400 манатов.

    В то же время за повторное совершение указанных действий в течение одного года со дня вступления в силу решения об административном правонарушении физические лица штрафуются на сумму в размере 200 манатов, должностные лица – 400 манатов, юридические лица – 800 манатов.

  • Karantin rejiminin pozulmasına və maska taxmamağa görə cərimələr artırıldı – RƏSMİ

    Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

    Bundan başqa, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

    Eyni zamanda, əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

  • Azərbaycan Polisinin 102 illiyinə həsr olunmuş sənədli film çəkildi – VİDEO

    Bu gün Azərbaycanda Polis Günüdür.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən Azərbaycan Polisinin 102 illiyinə həsr olunmuş sənədli film hazırlanıb.