Month: July 2020

  • Həcc mərasimində 1400 il sonra yeni qayda – FOTO/VİDEO

    Səudiyyə Ərəbistanında zəvvarların Həcc ziyarəti başlayıb.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Qeyd edək ki, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığının qərarına əsasən, Həcc ziyarəti yalnız ölkə daxilindən gələnlər üçün açıqdır, xaricdən ziyarətçilər qəbul edilməyib.

    Bu səbəbdən müqəddəs məkan yarıboşdur.




  • Bakıda bina sakinləri ölümlə üz-üzədir: Tikili hər an uça bilər – VİDEOREPORTAJ

    Bakının Nizami rayonu, Yavər Səfərov küçəsi, 32 ünvanında yerləşən tikili sakinlərin qorxulu yuxusuna çevrilib. Vay o gündən ki, bu yuxu çevrilib həqiqət ola.

    Baku TV xəbər verir ki, illərdir dəmir dirəklər üzərində qurulan bu tikili son vaxtlarda tamamilə acınacaqlı hal alıb.

    Ərazidən dəmiryolu xəttinin keçməsi isə binanın çökmə təhlükəsini daha da sürətləndirir. Dörd ailənin yaşadığı bu tikilinin qəzalı olmasına dair hətta bir il əvvəl FHN rəy də bildirib. Lakin vəziyyət bu günə qədər dəyişməz olaraq qalmaqdadır.

    Nizami Rayon İcra Hakimiyyətinin Keşlə qəsəbəsi üzrə icra nümayəndəliyindən bildirdilər ki, məsələdən xəbərdardırlar.

    İcra nümayəndəsi Qara Qarakişiyevin sözlərinə görə, məsələyə yenidən baxılması üçün aidiyyəti qurumlara müraciət ünvanlayacaqlar:

    “Qeyd etdiyiniz ünvandan xəbərimiz var. Biz rayon İcra Hakimiyyətinə müraciət etmişik. FHN tərəfindən akt tərtib olunub, rəy də verilib. Amma biz yenidən bu məsələ barədə Nazirlər Kabinetinə müraciət edəcəyik…”

  • Lənkəranda DSK-nın həyətində tərəvəz əkilir, toyuq-cücə saxlanılır – VİDEO

    73 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyasına məxsus ərazinin həyəti təsərrüfat məqsədləri üçün istifadə edilir.

    Bu barədə Oxu.Az-a Lənkəran sakinləri məlumat veriblər.

    Bildirilib ki, DSK-ya məxsus binanın həyətində tərəvəz əkilir, toyuq-cücə saxlanılır.

    Həmin DSK-nın sədri Kərim Heydərov isə burada təəccüblü bir şey görmür. K.Heydərov Oxu.Az-a açıqlamasında deyib ki, DSK-nın gözətçisi həmin ərazidə yaşayır.

    “Mən özüm gözətçiyə demişəm ki, həyət-bacanı ot basmasın, ora səliqəyə salınsın. Gözətçi boranını, pomidoru əkib Moskvaya satmır. Orada ağac da əkilib, burada qeyri-adi nə var ki?!”, – deyə K.Heydərov əlavə edib.

    K.Heydərov daha sonra bildirib:

    “Gözətçiyə mən tapşırmışam. Səhər gələndə həyətə girirəm, baxıram görürəm ki, iki dənə xiyar. Mən də yeyirəm. Orada bütün sahə üzrə tərəvəz əkilməyib ki! Altı-yeddi dənə xiyardır, dörd-beş dənə pomidordur, iki-üç dənə də boranı”.

    DSK sədri qeyd edib ki, həmin idarənin ərazisində yardımçı təsərrüfatın yaradılması qanunazidd deyil.

  • “Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib

    29 июля состоялась церемония сдачи в эксплуатацию Балакенского центра автоматического управления и контроля ОАО “Азеришиг”.

    Как сообщает АЗЕРТАДЖ, в церемонии принял участие Президент Азербайджана Ильхам Алиев.

  • “Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib

    İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

  • Президент Ильхам Алиев принял участие в открытии регионального центра ASAN Xidmət в Балакене

    Президент Азербайджана Ильхам Алиев 29 июля принял участие в открытии регионального центра ASAN Xidmət в Балакене.

    Как сообщает АЗЕРТАДЖ, глава государства ознакомился с созданными в центре условиями.

    Затем Президент Ильхам Алиев встретился с волонтерами ASAN.

  • İlham Əliyev Balakəndə “ASAN xidmət”in açılışında

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

    Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

  • Milli parkların potensialından səmərəli istifadə məqsədilə qabaqcıl praktika tətbiq olunur – RƏSMİ

    Sosial şəbəkələrdə Şirvan Milli Parkının özəlləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.

    Bildirilir ki, artıq park ərazisi kənd təsərrüfatı torpaqları kimi istifadə olunacaq.

    Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

    ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilmiş xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydasına əsasən, fiziki və hüquqi şəxslərlə yem və dənli bitkilərin əkilməsi üçün müqavilə bağlanıla bilər.

    “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) qayda və təlimatlarına əsasən, bütün dünyada xüsusi mühafizə olunan təbiət ərazilərində zonalaşma mövcuddur və bütün milli parklarda təsərrüfat zonaları tətbiq olunur.

    Dünya təcrübəsinə görə hər bir milli park yaradılan zaman bu zonalar mütəxəssislərin rəyinə əsasən ərazinin coğrafi mövqeyi, relyefi nəzərə alınmaqla təsnifləşdirilir və zonaların sahəsi milli parkların fərdi xüsusiyyətlərinə uyğun olaraq təyin edilir”.

    A.Səmədova qeyd edib ki, milli parklarda kənd təsərrüfatı məqsədləri üçün əlverişli torpaqların potensialından səmərəli istifadə etmək məqsədilə təsərrüfat fəaliyyətinə icazə verilir.

    Qeyd edək ki, xüsusi mühafizə olunan təbiət ərazilərindəki kənd təsərrüfatı məqsədləri üçün əlverişli torpaqların potensialından səmərəli istifadə etmək yaxşı bir addımdır və bu təcrübə bütün dünyada var.

    Nəzərə alsaq ki, münbit torpaq azdır, biz hər bir potensialımızdan, hər bir torpağımızdan düzgün, səmərəli istifadə etməliyik. Bu, səmərə gətirən, faydalı işdir.

  • В Баку самосвал загорелся на ходу – ВИДЕО

    В Баку самосвал загорелся на ходу.

    Видео инцидента размещено в соцсетях.

    На кадрах видно, как самосвал движется в направлении полигона бытовых отходов.

    Предлагаем вниманию читателей данное видео.

  • Bakıda hərəkətdə olan yük maşını alov aldı – VİDEO

    Bakıda yük maşını hərəkətdə olan zaman yanmağa başlayıb.

    Bu barədə videogörüntü sosial şəbəkələrdə yayılıb.

    Videodan aydın olur ki, hərəkətdə olan yük maşını zibil poliqonuna gedib.

    Görüntüləri təqdim edirik: