Month: July 2020

  • Allahşükür Paşazadə Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirdi

    İyulun 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib.

    Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qatıldığı videogörüşdə QMİ-nin paytaxt, bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri, habelə xaricdəki nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

    İdarədən verilən məlumata görə, bütün iclas iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edən QMİ sədri İdarənin xalqına təbrik məktubu ünvanladıqlarına, lakin bu il fətva verilməməsinə aydınlıq gətirib.

    O bildirib ki, Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır və pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarəti belə təxirə salınıb.

    Bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır.

  • МВД обратилось к гражданам в связи с праздником Гурбан

    МВД обратилось к гражданам в связи с праздником Гурбан.

    Как сообщили в ведомстве, в предстоящие нерабочие дни, учитывая пандемию, запрещены скопление людей, продажа и забой скота за пределами установленных мест.

    В соответствии с требованиями особого карантинного режима, приобрести жертвенных животных можно будет онлайн посредством нового портала (www.qurbanliq.kendden.az).

    Необходимо соблюдать все правила, введенные оперативным штабом при Кабмине в связи с особым карантинным режимом, отметили в министерстве.

  • Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

    Daxili İşlər Nazirliyi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib. 

    DİN-in Mətbuat xidmətindən daxil olan müraciətdə deyilir:

    “Bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq, kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.

    Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az). 

    Xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur”.

  • В Трабзоне прошла акция в поддержку Азербайджана – ВИДЕО

    В турецком городе Трабзоне прошла мирная акция, организованная азербайджанской диаспорой.

    Как сообщает Baku TV, выступившие на мероприятии предоставили информацию о последних провокациях Армении.

    Местные общественные деятели и известные лица Трабзона поддержали данную акцию.

    Соотечественники, которые пришли с плакатами и государственными флагами Азербайджана и Турции, скандировали различные лозунги, привлекая тем самым внимание местной общественности к этому вопросу.

  • Trabzonda ölkəmizə dəstək aksiyası keçirildi – VİDEO

    Türkiyənin Trabzon şəhərində Azərbaycan diasporunun təşkilatçılığı ilə dinc aksiya keçirilib.

    Baku TV-nin xəbərinə görə, təşkil olunan mitinqdə çıxış edənlər Ermənistanın son zamanlar törətdiyi təxribatlar barədə məlumat veriblər.

    Tədbiri Trabzonun yerli siyasi xadimləri və tanınmış şəxsləri dəstəkləyiblər.

    Azərbaycan və Türkiyə dövlət bayraqlarının birgə dalğalandırıldığı və müxtəlif şüarlar yazılmış posterləri nümayiş etdirərək, küçələrdə hərəkət edən həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə cəlb ediblər.

    “Qarabağ Azərbaycandır!” və “Erməni təcavüzünə son!” şüarlarını səsləndirən soydaşlarımız Trabzonun mərkəzi küçələrində böyük marağa səbəb olub və rəğbətlə qarşılanıb.

  • Новый министр образования произвел первое назначение – ФОТО

    Приказом министра образования Азербайджана Эмина Амруллаева Эльнур Насибов назначен его советником.

    Об этом свидетельствует публикация Э.Насибова в Facebook.

    Ранее он занимал должность замдиректора Государственного агентства по профобразованию.

    Напомним, 27 июля распоряжением Президента Ильхама Алиева Эмин Амруллаев был назначен министром образования.

  • Yeni təhsil nazirindən ilk TƏYİNAT – FOTO

    Təhsil Nazirliyində yeni təyinat olub.

    Bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

    Əmrə əsasən, Elnur Nəsibov nazirin müşaviri təyin edilib.

    O, bu barədə öz sosial şəbəkə hesabında yazıb.

    E.Nəsibov bundan əvvəl Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.

    Qeyd edək ki, iyulun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edilib.

  • İsraildə hökumət əleyhinə aksiyalar kütləvi dava ilə bitdi – VİDEO

    İsraildə hökumət əleyhinə təşkil olunan aksiya kütləvi dava ilə başa çatıb.

    REN TV xəbər verir ki, bu gecə Təl-Əviv şəhərinin küçələrinə çıxan minlərlə insan Baş nazir Binyamin Netanyahunun istefasını tələb edib.

    Nümayişçilər şəhər mərkəzində nəqliyyatın hərəkətini dayandırıb.

    Qeyd edək ki, İsraildə artıq bir neçə aydır adı korrupsiya qalmaqalında hallanan Baş nazir Binyamin Netanyahunun istefası tələb olunur.

  • Дорожная полиция: За сутки к ответственности привлечены 757 нарушителей карантина

    За нарушение правил жесткого карантинного режима, введенного на территории Баку, Сумгайыта, Гянджи, Лянкярана, Евлаха, Масаллы, Джалилабада, Геранбоя, Гейгеля, Мингячевира, Абшеронского, Бардинского, Хачмазского, Самухского, Сиязаньского и Шекинского районов, за минувшие сутки к ответственности привлечены 757 участников дорожного движения.

    Об этом говорится в сообщении Главного управления Государственной дорожной полиции МВД.

    Отмечается, что 680 человек, находившихся в транспортных средствах, были привлечены к ответственности по статье 211.1 Кодекса об административных проступках, 77 – за неиспользование средств индивидуальной защиты в такси и автобусах.

    За сутки в результате проверок на постах развернули обратно 150 автомобилей, следовавших в Баку, и 155 машин, пытавшихся выехать из столицы, – всего 305 транспортных средств.

  • 757 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi

    Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 28 iyul 2020-ci il saat 00:00-dan 29 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 680 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 77 nəfər olmaqla, ümumilikdə 757 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 45-i paytaxt istiqamətinə olmaqla 75, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-si rayon, 65-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 75-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 115 avtomobil geri qaytarılıb, ümumilikdə 305 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.